Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-512/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, cərimə borcu) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(054)-7/2023 nömrəli qətnaməsindən iddiaçı LPO Dəmirbank ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 28% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit borcunu ödəməmiş, öhdəliyi yerinə yetirmədiyindən onun İddiaçı ASC-yə 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 7426,48 manat borcunun yarandığı iddia olunmuşdur. Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı kredit müqaviləsi üzrə 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 7426,48 manat və 94,27 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 28% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu il tarixdə bitsə də, borclu kreditin ödənişini tam və vaxtında həyata keçirməmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit borcunu ödəməmiş, öhdəliyi yerinə yetirmədiyindən onun İddiaçı ASC-yə 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 7426,48 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə borcluya bildiriş göndərilərək ondan borcunu ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASCnin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx.xx.2022-ci il tarixə yaranmış 7426,48 manat borcun və 94,27 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçıASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tələb edilən əsas borcu qəbul etdiyini, qalan borc məbləğinin əsassız olduğunu bildirmiş, borcun məbləğinindəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla ekspertiza təyin edilmiş, icraat dayandırılmış, mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
4. Mülki iş xx.xx.2022-ci il tarixli, 9/8058 saylı ekspert rəyi daxil olmaqla xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir.
5. Məhkəmə iclasında Cavabdeh ekspert rəyi ilə tanış oldu, rəyə etiraz etmədi, əslində sözügedən krediti götürüb dostuna verdiyini, həmin şəxsin borcu ödəmədiyini, maddi imkanı aşağı olduğundan özünün də borcu ödəməyə çətinlik çəkdiyini bildirdi, qanuni qərar qəbul edilməsini xahiş etdi.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2022-ci il tarixə 2391,64 manat əsas, 1004,49 manat faiz borcu, 5 faizlə olan borcu 354,09 manat olmaqla, cəmi 3750,22 manat borcunun yarandığı müəyyən olunmuşdur. İş materiallarında bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır.
7. Qeyd edilənlərə əsasən məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək, habelə mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2389,01 manat əsas borc, 1004,49 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditin bitmə müddətindən sonra 5 faizlə hesablanmış 341,88 manat, cəmi 3735,38 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi 2631,54-1004,49=1627.05 manat faiz borcu, 2064,05 manat cərimə borcu hissəsində təmin edilməməlidir.
8. Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(054)-7/2023 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia qismən təmin olunmuş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 2389,01 manat əsas borc, 1004,49 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 3735,38 (üç min yeddi yüz otuz beş manat otuz səkkiz qəpik) manat kredit borcu və 57,35 (əlli yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərcinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi, iddia tələbinin 1627.05 manat faiz borcu, 2064,05 manat cərimə borcu, 36,92 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 449 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İşdə olan xx.xx.2017-ci il tarixli, 001823 saylı Bank Xidmətləri Müqaviləsinə 5 saylı Əlavədən (KM037T********) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 28 faizlə, istehlak məqsədilə 3000 manat məbləğində kredit verilmişdir.
11. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 24 ay müddətə illik 28 faizlə verilmiş 3000 manat əsas, 951,95 manat faiz kredit borcunun ödəniişinin xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 164,67 manat, sonuncu ay 164,54 manat olmaqla xx.xx.2019-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur.
12. İşdə olan xx.xx.2017-ci il tarixli, 1/21/75636736 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh orderdə göstərilən 3000 manat məbləği aldığına dair imza etmişdir.
13. İşdə olan xx.xx.2022-ci il tarixli, **********391 saylı bildirişdən görünür ki, götürülmüş kreditlə bağlı borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
14. İşdə olan xx.xx.2022-ci il tarixli, **********015 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdə bağlanmış KM037T08170141S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 341.88 manat faiz borcu, ümumilikdə 7426,48 manat borcu yaranmışdır.
15. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının işdə olan xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 9/8058 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 995 manat ödəniş aparılmış, həmin məbləğdən 608,36 manat əsas borcdan, 386,64 manat faiz borcundan silinmiş, onun iddiaçıya xx.xx.2019-cu il tarixə, yəni müqavilə müddətinin bitdiyi tarixə 2391,64 manat əsas, 1004,49 manat faiz borcu müəyyən olunmuşdur. Ekspert rəyi ilə Cavabdeh iddia ərizəsi tarixinə, yəni xx.xx.2022-ci il tarxə 2391,64 manat əsas, 1004,49 manat faiz borcu, 5 faizlə olan borcu 354,09 manat olmaqla, cəmi 3750,22 manat borcunun olduğu müəyyən edilmişdir.
17. İş materiallarında bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır
18. Qətnаmədən nаrаzı qаlаn iddiaçı LPO Dəmirbank ASC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı LPO Dəmirbank ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin 5-ci maddəsinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsi ilə hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
20. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(054)- 7/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(054)-7/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən 2064,05 manat cərimə borcunun təmin edilməməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddianın təmin olunmayan 1627.05 manat faiz borcu hissəsində apellyasiya şikayəti əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi bu qətnamənin 16-cı bəndində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8058 saylı ekspert rəyinə əsaslanmaqla faiz borcunun məbləğini müəyyən etmişdir.
30. İddianın təmin olunmayan 2064,05 manat cərimə borcuna aid hissədə isə apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış təqdim edilmədiyindən ekspertiza zamanı cərimə hesablanmamasına istinad etməklə cərimə borcuna aid hissədə iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, borcun ödənilməsinin gecikdirilməsi müqabilində cərimə borcunun hesablanması iş üzrə kredit müqaviləsinin şərtlərindəndir. Eyni zamanda, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunvericilik məhkəməyə cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmaq səlahiyyəti vermişdir. Cərimə borcunun tamamilə rədd edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsaslanmaqla, belə qənaətə gəlir ki, hazırki iş üzrə cərimə borcu 200 manat həcmində müəyyən edilməlidir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 2064,05 manat cərimə borcunun təmin edilməməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı LPO Dəmirbank ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(054)-7/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin olunmamış cərimə borcunun 200 manata aid hissəsində və cəmi borcun 3735,38 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası cərimə borcuna aid hissədə 200 manat məbləğində təmin edilməli, cəmi borcun məbləği 3935,38 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı LPO Dəmirbank ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(054)-7/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin olunmamış cərimə borcunun 200 manata aid hissəsində və cəmi borcun 3735,38 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası cərimə borcuna aid hissədə 200 manat, cəmi borc 3935,38 manat məbləğində təmin edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev