Məhkəmə qərarları › İş №2(107)-513/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-513/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-513/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi, prosessual pozuntu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-451/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyana görə və 627 (altı yüz qırx yeddi) manat xərclərə görə ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən: Telman Hüseynov) Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinməsi, onun 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətiimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətiimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, iş üzrə zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Hökmlə həmçinin məhkəmə xərcləri və maddi sübut məsələləri həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cimaddəsi ilə ittiham olunduğu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsüf olunması və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda həmçinin məhkəmə xərcləri məsələləri həll edilmişdir. Törədilmiş əməlin tövsifində səhvə yol verildiyindən və təqdim etdiyi sübutlar tədqiq edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 21/2023 nömrəli, 02 may 2023- cü il tarixli qərarının Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilən hissədə tamamilə ləğv edilməsi və həmin cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli 1(102)-1940/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə BakıApellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1472 nömrəli rəyindən görünür ki, ibtidai istintaq zamanı aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxışlı, mühərrik tutumlu 6200 sm3, göy qara parıltısız rəngli, ekspertiza tədqiqatına təqdim edilmiş “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2020-ci il tarix üçün, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 55000 manat müəyyən olunur (cild 2, iş vərəqi 32-34). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı qiymət fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri şərti olaraq 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəmənin qərarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, BakıAğır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021- ci il tarixli hökmü Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilmiş, CavabdehAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cimaddəsi ilə ittiham olunduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cavabdeh təyin edilmiş cəza məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Cavabdeh əməlinin ağır cinayət əməli olan CM-in 178.3.2-ci maddəsindən azağır cinayət əməli olan CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsi nəzərə alınmaqla hökmün dəyişdirilməsini müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyinə əsaslanaraq 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri şərti olaraq 45000 (qırx beş min) manat müəyyən edilməklə Cavabdeh vurduğu maddi ziyan müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsində sübut etməkdən azad olmaq üçün əsaslar göstərilib. Həmin Məcəllənin 82.4-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 65.4-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburi olması göstərilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin və Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinin tələbindən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarı ilə müəyyən olur ki, Cavabdeh İddiaçı vurduğu maddi ziyanın məbləği 45000 (qırx beş min) manat müəyyən edilmişdir, həmin halları və əsasları sübut etməyə ehtiyac yoxdur, qərarda müəyyən olunan hallar sübut etməkdən azad olunduğu üçün hazırkı iddia tələbi ilə 45000 (qırx beş min) manat maddi ziyanın yaranma əsasını sübut etmək zərurəti yaranmır. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən hüquqi yardıma görə tərəfindən 4 saylı vəkil bürosüna 420 (dörd yüz iyirmi) manat məbləğndə pul və Dövlət rüsumunun ödənilməsnə görə 227 (iki yüz iyirmi yeddi) manat məbləğində pul cavadeh Cavabdeh tutulmalıdır. Xərclərlə bağlı ümumi məbləğ 647 (altı yüz qırx yeddi) manat təşkil edir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır.

6. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-451/2024 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov), iddia təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pulun tutulması qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü ilə müəyyən olunmuş cinayət hadisəsi və həmin hadisənin faktları olaraq Cavabdeh özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X5 tanışı İddiaçı İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, 10- RV400 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, İddiaçı Baxış İsmayılovla birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Baxış İsmayılovla Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X16 İdarəsində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə İddiaçı 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından sui-istifadə etməklə dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü ilə Cavabdeh Şami oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) gün bir günə bir gün hesaibı İlə hesablanmaqla ona təyin olunmuş cazadan çıxılmış, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cazaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmış, X8 barəsində səçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinməslnə dair Bəkı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1380/2021 nömrəli, xx.xx.2021-ci ii tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apəllyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü məddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1940/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs İddiaçı Eİman oğlu və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-813/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərar qəbul edən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin qiyməti fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarında istinad olunmuş və hüquqi cəhətdən dəyərləndirilərək işin faktoloji halı olaraq müəyyən olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyi ilə iddiaçıya məxsus 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Cinayət hadisəsi nəticəsində Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmü (qərarı) ilə təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq əməlinin törədilməsi ilə əlaqədar İddiaçı Eİman oğluna 45000 manat məbləğində maddi ziyan vurulmuş, həmin 45000 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış və cavabdeh iddiaçının hesabına həmin 45000 manat məbləğində əsassız varlanmışdır. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması ilə bağlı vəkilin hüquqi yardım xərci kimi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 420 manat ödəmiş və 227 manat dövlət rüsumu ödəmiş və bununla da hazrki iddia ilə bağlı qanunda nəzərdə tutulmuş 647 manat xərc çəkmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarı ilə Cavabdeh etibarından sui-istifadə etməklə İddiaçı 45000 manat dəyərində “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirərək, iddiaçıya münasibətdə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və İddiaçı 45000 manat məbləğində maddi ziyan vurmuşdur. Yəni burada İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olması, Cavabdeh bu cinayət hadisəsinə aidiyyəti və Cavabdeh tərəfindən təqsirli bilindiyi bu cinayət əməli nəticəsində İddiaçı 45000 manat maddi ziyan vurması halları mövcuddur, ona görə də MPM-nin 82.4-cü maddəsinə əsasən bunlar preyudisal əhəmiyyət daşımaqla onların sübuta ehtiyacı yoxdur.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsinin yazılması və müvafiq yazılı sənədlərin toplanaraq iddia ərizəsinə əlavə edilməsi, həmçinin Bakı şəhərindən Balakən şəhərinə gələrək hazırki işin məhkəmə proseslərində iştirakı üçün hüquqi yardım xərci olaraq 4 saylı Vəkil Bürosuna 420 manat ödəmişdir.

10. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının Cavabdeh hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilməsi ilə bağlı tələb etdiyi 420 manat işin halları baxımından ağlabatan və ədalətli məbləğdir. Ona görə də həmin 420 manat hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pul tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinə, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 152.1, 157.2, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095, 1096.1, 1096.2, 1097.1- 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2, 448.1, 449.1, 459.1, 459.5, 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 82.4, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh X7 apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulduğundan, düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır.

14. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə həll edilərkən istər obyektiv, istərsə də formal həqiqətə nail olunmamış, Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun məhkum olması, işə məhkəmədə baxılarkən həbsdə olması nəzərə alınmamış, məhkəmə bildirişlərini elektron kabinetə daxil etməklə kifayətlənmişdir. Dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin olunmamışdır. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin tələbi pozulmuşdur.

15. Cinayət işinə baxılarkən məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü məddəsi ilə tövsif olunarkən ziyan məbləğinin 50000 manatdan artıq olmaması müəyyən edilmiş, nəqliyyat vasitəsinin bazar qiyməti məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi, məbləğ hissədə məhkəmə hökmü preyudisiallıq daşıya bilməz. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, prosessual hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmamış, dəymiş ziyan məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmiş, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən müvafiq məhkəmə ekspertizasının təyin edilməsi üçün vəsatət vermək imkanından məhrum olmuşdur.

17. Birinci instansiya məhkəməsi tərəfindən ziyanın məbləği ekspertiza təyin edilməklə müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin real bazar dəyərinin məhz 45000 manat olması sübuta yetirilməmişdir.

18. Odur ki, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(019)- 451/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-451/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmünə əsasən Cavabdeh özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X5 tanışı İddiaçı İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, İddiaçı Baxış İsmayılovla birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Baxış İsmayılovla Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X16 İdarəsində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə İddiaçı 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından suiistifadə etməklə dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü ilə Cavabdeh Şami oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) günə bir gün hesabı İlə hesablanmaqla ona təyin olunmuş cazadan çıxılmış, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cazaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmış, Cavabdeh barəsində səçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinməslnə dair Bəkı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1380/2021 nömrəli, xx.xx.2021-ci ii tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apəllyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü məddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1940/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs İddiaçı Eİman oğlu və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-813/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərar qəbul edən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin qiyməti fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarında istinad olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyi ilə iddiaçıya məxsus 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Cinayət hadisəsi nəticəsində Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmü (qərarı) ilə təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq əməlinin törədilməsi ilə əlaqədar İddiaçı Eİman oğluna vurulmuş 45000 manat məbləğində maddi ziyan cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması ilə bağlı vəkilin hüquqi yardım xərci kimi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 420 manat və 227 manat dövlət rüsumu ödəmiş və bununla da hazrki iddia ilə bağlı 647 manat xərc çəkmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə 45000 manat maddi ziyan və 647 manat xərclər olmaqla ümumilikdə 45647 manat məbləğində pulun tutulmasına dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədən işə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

30. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

31. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

32. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

33. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

34. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

35. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

36. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

37. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

38. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməməsi, onun məhkum olması, işə məhkəmədə baxılarkən həbsdə olmasının nəzərə alınmaması, məhkəmə bildirişlərini elektron kabinetə daxil etməklə kifayətlənməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair hazırkı iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən, yəni 25 noyabr 2021-ci il tarixdən etibarən cavabdehin həbsdə olması işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarından müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi həbsdə olan cavabdehin cəza çəkdiyi müəssisəyə məhkəmə icraatı barədə hər hansı bir bildiriş göndərməmiş, həbsdə olması səbəbli istifadəsi mümkünsüz olan cavabdehin şəxsi elektron kabinetinə bildirişlərin yerləşdirilməsi ilə kifayətlənmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin nəqliyyat vasitəsinin bazar qiymətinin məhkəmə tərəfindən müəyyən edilməməsi, məbləğ hissəsində məhkəmə hökmünün preyudisiallıq daşıya bilməməsi, dəymiş ziyan məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən ziyanın məbləğinin ekspertiza təyin edilməklə müəyyən edilməməsi, nəqliyyat vasitəsinin real bazar dəyərinin məhz 45000 manat olmasının sübuta yetirilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

41. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarına əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir.

42. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

43. Kollegiya qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı 45000 manat ziyan vurulmaqla müşaiyət edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Həmin hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyi halda işə baxan birinci instansiya məhkəməsinin ziyan məbləğinin yenidən müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmək, buna dair əlavə sübut toplamaq kimi bir vəzifəsi olmamışdır.

44. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

45. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-451/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 45000 manat maddi ziyan və 647 manat məhkəmə xərcləri olmaqla ümumilikdə 45647 manat pul tutulmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-451/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 45000 manat maddi ziyan və 647 manat məhkəmə xərcləri olmaqla ümumilikdə 45647 manat pul tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar