Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-515/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1665/2020 nömrəli qətnaməsindən İddiaçı BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1665/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2613.13 manat məbləğində əsas borcun tutulub İddiaçı BOKT MMCnin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, habelə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumunun tutularaq onun 20 manatının İddiaçı BOKT MMC-nin hesabına, 10 manatının isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə 2613.13 manat əsas borc, 1489.91 manat faiz borcu və 8499.01 manat cərimə borcu olmaqla cəmi 12601.95 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə təmin edilmiş, bununla bağlı Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2065/2017 nömrəli əmr çıxarılmışdır. İş üzrə borclu Cavabdeh1 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2065/2017 nömrəli əmrinə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(075)-2623/2018 nömrəli qərardadına əsasən həmin Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(075)2065/2017 nömrəli əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı BOKT MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 kredit təşkilatı qarşısında xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2016-cı il tarixdə bitmişdir. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını bu günədək təmin etməmişlər. Bu səbəbdən də İddiaçı BOKT MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş, lakin borclular tərəfindən müraciət edilmədiyinə görə yeni kredit (restrukturizasiya) müqaviləsinin bağlanması mümkün olmamışdır. Cavabdehlərin xx xxxxxx 2020-ci il tarixə olan borcları - əsas borc üzrə 2613.13 manat, faiz borcu üzrə 1489.91 manat və cərimə borcu üzrə 8499.01 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1665/2020 nömrəli qətnaməsindən İddiaçı BOKT MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı BOKT MMC apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə qətnaməsini ədalətsiz hesab edərək, onun apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsasların olduğunu zənn edir. Belə ki, məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2613.13 manat əsas borc, 1489.91 manat faiz borcu və 8499 manat cərimə borcu olmaqla, cəmi 12601.95 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişlər. Lakin həmin ərizəyə əsasən iddiaçının xeyrinə əmrin çıxılmasına baxmayaraq, bu əmrə Cavabdeh1 tərəfindən etiraz verilmişdir. İş iddia icraatına keçərək Şəki Rayon Məhkəməsində baxılması üçün təyin olunmuşdur. Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” BOKT MMC-dən illik 35% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüş və həmin kredit üzrə Cavabdeh2 ilə xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh borc öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan elektron informasiya sistemindən çıxarışda cavabdehin yalnız 2613.13 manat əsas borcu göstərildiyi üçün, iddiaçının tələb etdiyi qalan faiz və cərimə borcu tam olaraq silinməlidir. Qeyd etmək istəyirlər ki, faiz və cərimə borcu yalnız o halda silinə bilər ki, cavabdeh “xxxx” BOKT MMC ilə həmin Fərmana əsasən yeni müqavilə bağalamış və “xxxx” BOKT MMC faizə görə kompensassiya almış olsun. Lakin müştəriyə dəfələrə xx xxxxxx 2019-cu il Fərmanına əsasən yeni kredit müqaviləsinin bağlanması ilə əlaqədar gəlməsi təklif olunsa da, müştəri gəlməkdən və müqavilə bağalamaqdan imtina etmişdir. Belə bir halda müştəri tərəfindən kredit üzrə gecikdirilmiş əsas, faiz və cərimə borcu qüvvədədir. Göstərilənlərə əsasən hesab edirlər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2613.13 manat əsas borc, 1489.91 manat faiz borcu, 8499.01 manat cərimə borcu, ümumillikdə 12601.95 manat məbləğində kredit borclarının “xxxx” BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(075)-1665/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” BOKT MMC tərəfindən Cavabdeh1 illik 35% dərəcəsi ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli, KAŞək 120901/14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 borc alan Cavabdeh1 İddiaçı BOKT MMC qarşısındakı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC-dən 4000 manat pulu həmin tarixdə qəbzə imza etməklə götürmüşdür. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 4000 manat krediti ona hesablanmış faizlərlə birlikdə 24 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqların surətlərindən görünür ki, onlar kredit borcu ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişlər. İşdə olan problemli kreditlər barədə məlumatların sorğulanmasına dair “https://pk.cbar.az/az/kompensasiya” elektron informasiya sistemindəki portaldan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı BOKT MMC-yə xx xxxx 2019-cu il tarixə 2613.13 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2613.13 manat məbləğində əsas kredit borcu tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış, zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 kredit təşkilatı qarşısında xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən isə borcun razılaşdırılmış qrafikə uyğun ödənilməsinə dair öhdəliklərin götürülməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişlər. Göründüyü kimi, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı BOKT MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçı BOKT İddiaçı MMC-yə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia edilən məbləğlərdə borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Həmin Fərmanın 8.9-cu bəndində faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə X1 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən, kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən, kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən, kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Göründüyü kimi, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Yəni, Cavabdeh1 İddiaçı BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun BOKT İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixə 2613.13 manat borcu qalmışdır. Lakin İddiaçı BOKT MMC iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı iddiaçı BOKT İddiaçı MMC-yə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Lakin, İddiaçı BOKT MMC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək Cavabdeh1 iddiaçı BOKT İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixə olan 2613.13 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda iddiaçı BOKT İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2613.13 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə gəlməsinin arqumentləri ilə razılaşır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Ona görə də hazırkı iş üzrə iddiaçı BOKT İddiaçı MMC də xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən yalnız xx xxxx 2019-cu il tarixə olan 2613.13 manat məbləğində əsas borcu tələb edə bilər. Bəhs edilən Fərmanın tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixədək əsas borca hesablanmış faiz və cərimə borcları isə silinməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası İddiaçı BOKT MMC-nin apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1665/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1665/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-515/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-515/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver