Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-52/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun cavabdehlər Cavabdeh və X5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X7 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh və X2 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 20 manat dəbbə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 28588,38 manatın (iyirmi səkkiz min beş yüz səksən səkkiz manat otuz səkkiz qəpik) tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin açıq hərrac yolu ilə satılması, sаtışdаn əldə edilən pul vəsаitinin Cavabdeh və X3 Ləğv prosesində olan İddiaçı ASC-yə оlаn bоrcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun cavabdehlər Cavabdeh və X5 qarşı kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi tələbi hаqqındа iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh və X2 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması,tutmanın Cavabdeh məxsus “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, həmin avtomobillərin hərracda satılması,satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu iddiasını оnunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 103300 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi X9 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillər İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X7 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda cavabdehin banka 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcu Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instyansiya məhkəməsinin iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun nümayəndəsi S.Abbasov iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi,həmçinin ipoteka predmeti hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməməsini xahiş etmişdir. Birinci instyansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, bankla bağladığı kredit müqaviləsinə əsasən bankdan 103300 manat kredit götürmüşdür, kredit ödənişinin təminatı kimi onunla bank arasında ipoteka müqaviləsi bağlanmışdır və onun mülkiyyətindəki avtomobillər ipoteka ilə yüklü edilmişdir. Hər ay sözügedən müqavilə üzrə banka müvafiq ödənişlər etsə də, sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən banka olan borcunu ödəyə bilməmişdir. Hesab edir ki, bank tərəfindən hesablanmış cərimə borcu şişirdilmişdir, həmçinin ipoteka predmeti hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməməsinə razı olduğunu bildirərək, cərimə borcunun azaldılaraq iddianın qismən təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Birinci instyansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün birinci instyansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh və X7 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh və X7 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, İddiaçı ASC ilə Cavabdeh Sahib oğlu arasında xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə verilmiş 103300 manat məbləğində kredit verilmiş və sözü gedən yük avtomobilləri ipoteka ilə yüklü edilmiş və X6 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Sözü gedən bank məlum səbəblərdən bağlanmış və cavabdehlərdən asılı olmayaraq bank ödənişlərini həyata keçirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi həmin hallan araşdırmamış ipoteka ilə yüklü edilmiş avtomobillərin vəziyyətini araşdırmamış və bank tərəfindən qaldırılmış iddia tələbini qismən təmin etməklə cavabdehlərin əlavə ödənişlər etmələrinə səbəb olan qətnamə çıxarmışdır. Ancaq birinci instansiya məhkəməsində izahatında bankla cavabdeh arasında bağlanmış müqavilənin etibarsız olduğunu və onların təqsiri olmadan ödəniş aparılmadığını bildirsə də birinci instansiya məhkəməsi izahatına hüquqi qiymət verməmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olduğu halda hesab edir ki, onun həmin müqaviləyə olan iradı nəzərə alınmalı idi və iş üzrə məhkəmə ekspertizası təyin olunmalı işin bütün halları araşdırılmalı idi. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamışdır. Bu səbəbdən də, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış maddi hüquq normalarını və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh əlavə olaraq ödəniş etməli olmuşdur. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)- 495/2018 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh və X7 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh və X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxx 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrıayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 manat cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 385.1, 442, 445.1, 445.2.1, 445.3, 448, 449.4, 462.1, 467, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3, 33, 34.1 və 41.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması vəya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla vəya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başadüşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyətdaşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir təqsirli pozuntusu (hərəkət vəy ahərəkətsizlik) üçün məsuliyyətdaşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsаsən bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qarşısındа birgə məsuliyyət dаşıyırlаr. Həmin Məcəllənin 472.2-ci mаddəsinə əsаsən əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qarşısındа bоrclu ilə eyni məsuliyyət dаşıyır. HəminMəcəllənin739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edəbilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 103300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi X9 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən “HOW0 ZZ3317N3867W” yük markalı, buraxılış ili 2011-ci il olan,99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillər İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X7 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda cavabdehin banka 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 8765,25 manat dəbbə pulu olmaqla, cəmi 37303,63 manat borcu Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh bank qarşısında götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən və iddianın cərimə borcunun hesablanması xaric qalan hissədə əsaslı olması iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla isbata yetdiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləği azaltmalıdır. Odur ki, cavabdehlərdən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27179,45 manat əsas borc,1358,93 manat faiz borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 28558,38 manat borc tutulmalı, tələb ipoteka predmeti olan cavabdehin mülkiyyətindəki avtomobillərə yönəldilməli, həmin avtomobillər hərracda satılmalı, tərəflərin razılığı nəzrə alınaraq ilkin satış qiyməti müəyyən edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadları ilə hazırkı iş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi xx xxxxxx 2015-ci il tarixə və iddianın verildiyi xx xxxxxx 2018ci il tаrixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılıqda göstərilməklə hansı borcları (əsas borc, faiz borcu, cərimə borcu və sair) və cəmi nə qədər borcu olduğunu müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası və xx xxxxxx 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hazırki vəziyyyətdə satış qiymətinin və eyni il buraxılışlı, eyni texniki göstəricilərə malik, saz vəziyyətdə olan HOW0 ZZ3317N3867W” yük markalı avtomobilin hal-hazırda qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizаsı təyin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin eyni tarixli başqa qərardadı ilə mülki iş üzrə icraatın ekspertizanın rəyləri məhkəməyə dаxil olаnаdək dаyаndırılması qərara alınmışdır. Məhkəmənin qərardadına müvafiq olaraq xx xxxxxx 2019-cu ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 16449 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyi, xx xxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 9/73 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 16449 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə - əsas borc üzrə-------------44.092,77 manat; - faiz borcu üzrə-------------8.867,50 manat. xx.xx.2018-ci il tarixə - əsas borc üzrə-------------44.092,77 manat; - faiz borcu üzrə-------------34.023,65 manat. (Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manatdır) Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 9/73 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2011-ci il buraxılışlı “HOW0 ZZ3317N3867W” yük markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 55000,00 (əlli beş min) manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 16449 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə xx.xx.2015-ci il tarixə əsas borcun məbləği 44.092,77 manat, faiz borcunun məbləği isə 8.867,50 manat, xx.xx.2018-ci il tarixə əsas borcun məbləği 44.092,77 manat, faiz borcunun məbləği isə 34.023,65 manat göstərilsə də, iddiaçı iddia ərizəsində daha az məbləğ əsas borca görə-27179,45 manat, faiz borcuna görə isə 1358,93 manat tələb etdiyindən və iddia tələbinin həcmini artırmadığından həmin hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi qənaətinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsi ilə razılaşmır və hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 9/73 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində 2011-ci il buraxılışlı “HOW0 ZZ3317N3867W” yük markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 55000,00 (əlli beş min) manat təşkil etdiyi göstərilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etməməklə düzgün nəticəyə gəlmədiyindən cavabdehlər Cavabdeh və X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi dəyişdirilməli, xx xxxxxx 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrıayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 manat cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpelyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh və X7 tərəfindən verilmiş аpelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(014)-495/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. xx xxxxxx 2012-ci il tarixli ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş, “HOW0 ZZ3317N3867W” yük markalı, 2011-ci il buraxılışlı, 99BJ519 və 99BJ537 dövlət nömrə nişanlı avtomobillərin hər birinin ayrı-ayrılıqda ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdehlər Cavabdeh və X2 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-52/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-52/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver