Məhkəmə qərarları › İş №2(107)-52/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-52/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-52/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(016)-02/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh5 iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli AXNPT-00030 saylı kredit müqaviləsi üzrə kreditə görə 29.000 manat, faiz borcuna görə 2.982,5 manat və cərimə borcuna görə 5.162,89 manat olmaqla, cəmi 37.145,39 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 50 manat rüsumun və 202 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 252 manat pulun tutulmasını, tələbin ümumi birgə mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən, 292,1 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha torpaq sahəsinə yönəldilməsini, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh5 xx.xx.2021-ci il tarixli, AXNPT-00030 saylı kredit müqaviləsi üzrə cəmi 37.145,39 manat borc və dövlət rüsumu kimi ödənilmiş cəmi 252 manat məbləğində pulun iddiaçıya ödənilməsini, ipoteka predmeti olan ümumi birgə mülkiyyət hüququ iləcavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən, 292,1 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha torpaq sahəsinə tələb yönəldikdən, həmin əmlak hərracda satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması və keçmiş mülkiyyətçilər həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmasını, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, AXNPT-00030 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh5 tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(016)-02/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit borcuna görə 29.000 manat, faiz borcuna görə 2.982,5 manat və cərimə borcuna görə 500 manat olmaqla, cəmi 32.482,5 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 50 manat rüsum, 202 manat məbləğində dövlət rüsumu və 450 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri olmaqla, cəmi 702 manat məbləğində vəsaitin Cavabdeh5 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, 292,1 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən, 292,1 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha torpaq sahəsinin ilkin satış qiymətinin 42.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən, 292,1 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və yerləşdiyi 0,08 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları,İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh2 məhkəmə iclasınadək məhkəmə kollegiyasına göndərdiyi teleqramında 2(107)-52/2024 nömrəli mülki iş üzrə iddiaçı Rabitəbank» ASC ilə aralarında qarşılıqlı razılıq əsasında razılaşdıqlarını, yeni qrafik tutularaq hər bir ay 500 (beş yüz) manat ödədiyini, xx.xx.2024-cü il tarixli, 2(107)-52/2024 nömrəli iş üzrə apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətindən imtina və apellyasiya icraatına xitam verilməsi ilə bağlı Cavabdeh2 göndərdiyi teleqramında qeyd etdiklərinə etirazının olmadığını göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə teleqramını iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsi nəzərə alınaraq, iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 150 manatın 75 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 75 manatı isə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(016)-02/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 150 manatın 75 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 75 manatı isə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar