Məhkəmə qərarları › İş №2(107)-522/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-522/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-522/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-944/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxx 2020-ci il tarixli, 2(019)-944/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, yeni qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxxxx 2015-ci ildə doğulmuş X5 adında uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2014-cü ildə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 28 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxx 2015-ci ildə X5 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında ailə münasibətləri zəminində mübahisələri yaranmağa başlamışdır. Buna görə də onunla ailə münasibətləri uzun sürməmişdir. xx xxx 2016-cı ildə cavabdehdən ayrılaraq atası evinə qayıtmışdır. Lakin nikahları məhkəmə qaydasında pozulmamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(019)-344/2018 nömrəli qətnaməsinə əsasən xx xxxxxxx 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Ancaq Cavabdeh verdiyi 130 manat miqdarında alimentlə uşağa baxmaq onun üçün çox çətindir. Hazırda uşağı böyümüş, onun qayğıları artmışdır. Cavabdeh Muradov X3 Mühafizə Xidmətində çalışır və aylıq əmək haqqı 600 manat təşkil edir. Bu səbəbdən də məhkəmənin onun heç yerdə işləmədiyini, cavabdehin 600 manat əmək haqqı aldığını və 2020-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq alimentin miqdarını 200 manat müəyyən etmək səlahiyyəti vardır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2014-cü ildə nikahlarını rəsmiləşdirməklə İddiaçı ilə evlənmişdir. Onların birgə nikahından xx xxxxxxx 2015-ci ildə X5 adında bir uşaqları anadan olmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən o, uşağın saxlanması üçün hər ay 130 manat alimenti iddiaçının xeyrinə ödəyir. O, ayda 580 manat əmək haqqı alır. Həmin pulun 130 manatını aliment ödəyir. Qalan 450 manatla isə özünə, işləməyən valideynlərinə baxır. Ona görə də iddiaçının tələb etdiyi 200 manat məbləğində alimenti ödəyə bilməz. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-944/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 580 manat maaş alır. Bunun ¼ hissəsi ayda 145 manat təşkil edir. Bu məbləği də 30 günə bölsək, hər gün üçün 4 manat 80 qəpik edir. Cavabdeh sübut etməlidir ki, bu məbləği uşağın nəyinə xərcləyir, uşaq onun uşağıdır və istəyər ki, daha yüksək məbləğdə ona ödəniş etsin. Ancaq onun himayəsində işləməyən valideynləri var. Bu səbəbdən birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının tələblərini pozmaqla gəldiyi nəticədən narazıdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinin dəyişdirilərək ondan xx xxxxxxx 2015-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işə baxılmasında iştirak edən cavabdehin vəkilinin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh və onun vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-944/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 656419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İşin hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx xxxxxx 2014cü il tarixdə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 28 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxxx 2015-ci ildə X5 adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqlara görə xx xxx 2016-cı il tarixdə ayrılmışlar. O vaxtdan da birgə nikahlarından olan uşaq iddiaçının himayəsindədir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-cü il tarixli 2(019)-344/2018 saylı qətnaməsi ilə xx xxxxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və alimentin miqdarının 200 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2018-cü il tarixli 2(019)-344/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını və yeni qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxxx 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsini qət etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 75-ci mаddəsinə görə, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər... «Uşаq hüquqlаrı hаqqındа» Kоnvensiyаnın 3-cü mаddəsinə görə, sоsiаl təminаt məsələləri ilə məşğul оlаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti оrqаnlаr, yаxud qаnunvericilik оrqаnlаrı tərəfindən həyаtа keçirilib-keçirilməməsindən аsılı оlmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnunun 3-cü mаddəsinə görə, uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. “Аzərbаycаn Respublikаsındа yаşаyış minimumu hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununа əsаsən, uşаqlаr üçün yаşаyış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 mаnаt müəyyən оlunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxxxxx 2015-ci təvəllüdlü X1 üçün Cavabdeh uşaqlar üçün qanunla müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını qət etməkdə düzgün qərar qəbul etmişdir. Uşaqlara ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olmayan maddi təminat vermək valideynlərin borcudur. İddiaçı uşağı bilavasitə saxlamaqla, onun qida və geyimlə təminat və başqa qayğılarını bilavasitə çəkməklə bir valideyn kimi uşağı qarşısında daha çətin və əziyyətli vəzifələri yerinə yetirir. Həmin vəzifələrin yerinə yetirilməsi onun əmək fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək imkanlarını məhdudlaşdırır. Belə vəziyyətdə uşağın maddi təminatının da müəyyən hissəsini ananın (iddiaçının) öhdəsinə buraxmaq ədalətsiz olar. Ona görə də atadan (cavabdehdən) daha yüksək məbləğdə aliment ödənilməsinin tələb olunması təbii və başa düşüləndir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin alimentin miqdarına (məbləğinə) etirazının dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayır. Cavabdehin apellyasiya şikayətinin onun əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, alimentin sabit pul məbləğində, yaxud əmək haqqı və başqa gəlirlərin hissəsi ilə tutulması məsələsində seçim hüququ aliment tələb edən şəxsə məxsusdur. Hazırkı iddiasında da iddiaçı alimentin cavabdehin əmək haqqı və başqa gəlirlərinin hissəsi ilə deyil, sabit pul məbləğində tutulmasını tələb edir. Buna uyğun olaraq məhkəmə də alimenti sabit pul məbləğində təyin etmişdir. Odur ki, cavabdehin ondan alimentin əmək haqqı və başqa gəlirlərinin hissəsi ilə tutulması barədə təklifi qəbuledilməzdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Prosessual normanın mənası baxımından hazırkı iş üzrə iddianın qiyməti alimentin tələb olunan artım fərqinin bir illik miqdarı (məbləği) ilə müəyyən olunmalıdır, yəni iddiaçı alimentin miqdarının hər ay 70 (200 - 130) manat artırılmasını tələb etdiyindən iddianın qiyməti 840 manat (70 manat x 12 ay) təşkil edir. Odur ki, hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-944/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh və onun vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-944/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar