Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-522/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X10 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borcalandan və zamindən tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, faiz, dəbbə pulu, penya,əldən çıxmış faydanın əvəzi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borcalandan və zamindən tutulması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e- 2(037)-93/2023 nömrəli qətnaməsindən iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" X10 Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya, cəmi 2552.31 (iki min beş yüz əlli iki manat 31 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) olmaqla, 4 700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2la iddiaçı bank arasında “27 fevral 2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restruktruzasiyasına dair” 01 nömrəli Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, borcalan kredit müqaviləsi üzrə bank qarşısında xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla 4390.96 ABŞ dolları məbləğində müəyyən edilməsi, kreditin qaytarılma müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsinin illik 24 %-dən (iyirmi dörd faizdən) illik 12 %-dək (on iki faizədək) azaldılması barədə razılığa gəlmişlər. Daha sonra isə borcalan ilə iddiaçı bank arasında bağlanmış “xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə” xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə, kredit müqaviləsi üzrə borcalanın Bank qarşısındakı xx.xx.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla, kreditin qaytarılma müddəti 12 (on iki) ay uzadılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən borcalana verilmiş kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi) barədə razılığa gəlmişlər. Beləliklə, xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 6 552.48 (altı min beş yüz əlli iki manat 48 qəpik) manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən (on iki faizdən) illik 18 %-dək (on səkkiz faizədək) qaldırılmış və kreditləşmə müddəti 55 aydan 67 ayadək uzadılaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********68015/ZM nömrəli zaminlik müqaviləsi (həmin Müqaviləyə müvafiq olaraq xx.xx.2016-ci il tarixli 01 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən borcalan hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcun qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə əsas borcun mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin tarixə borcalanın iddiaçı bank qarşısında gecikdirilmiş ümumi borcu 2689.60 (iki min altı yüz səksən doqquz manat 60 qəpik) manat olmuşdur ki, bunun da 2052.22 (iki min əlli iki manat 22 qəpik) manatı vaxtı keçmiş əsas borc, 637.38 (altı yüz otuz yeddi manat 38 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Kredit müqaviləsi üzrə kreditləşmə müddəti bitdikdən sonra cavabdeh tərəfindən ümumilikdə 1139.60 (bir min bir yüz otuz doqquz manat 60 qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödəniş borcalanın xeyrinə olaraq vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir.
3. Beləliklə, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixinə borcalanın bank qarşısında vaxtı keçmiş əsas borcunun məbləği 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat, adi faiz borcunun məbləği isə 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat təşkil edir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixinə də bu məbləğ 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat təşkil edir.
4. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlərlə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli 40 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 2 (iki) ili əhatə edən dövr üzrə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 21 % təşkil etmişdir. İstehlak kreditləri ilə bağlı açıqlanmış rəsmi məlumatdan göründüyü kimi bank sektoru üzrə orta illik faiz dərəcəsi daha yüksək olsa da, iddiaçı kreditləşmə müddətinin bitdiyi, yəni xx.xx.2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldə çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində nəzərdə tutulmuş illik faiz dərəcəsini (18%) əldə rəhbər tutulmasını əsaslı və yetərli hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra müəyyən edilmişdir ki, kreditləşmə müddətinin bitdiyi tarixdən (xx.xx.2020-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.22022-ci il) olan dövr üçün bu məbləğ 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya, cəmi 2552.31 (iki min beş yüz əlli iki manat 31 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçının nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “"xxxx" ASC-yə olan borcu 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən 5 il müddətinə onunla 1 ili güzəştli olmaqla, illik bir faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi” tələbinə dair iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Cavabdeh2 həmin qərardan apellyasiya şikayəti verməmişdir. Beləliklə də, Cavabdeh2 ilə "xxxx" Bankı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanmaması məsələlərinə Şəki İnzibati Məhkəməsinin qərarında hüquqi qiymət verilmişdir.
6. Cavabdeh2 birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onunla "xxxx" Bank ASC arasında 27 fevral 2015-ci ildə kredit müqaviləsi bağlanmış, bank tərəfindən ona 4 700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bir müddət müqavilə şərtlərinə uyğun ödənişlər etmişdir. Daha sonra dolların məzənnəsi bahalaşmış, kredit borcunu ödəməkdə çətinlik çəkmişdir. İki ilə yaxın müddətdir ki, o, kredit borcunun restrukturizasiyası ilə bağlı iddiaçı banka müraciətlər etmiş, onunla Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" Bank ASC arasında məhkəmə çəkişmələri olmuşdur. Həmin müddət ərzində bank tərəfindən əsas borca faiz və penya hesablana bilməzdi. O, 912 manat əsas borc məbləğini qəbul edir və həmin məbləği az miqdarda hissə-hissə ödəyə bilər. Əsas borc məbləğinə hesablanmış faiz, əldən çıxmış fayda və penya məbləğləri yüksəkdir, onun həmin məbləğləri ödəməyə imkanı yoxdur. Onun bir oğlu hərbçi, digər oğlu isə Vətən müharibəsi iştirakçısı və qazidir. Özü üç dəfə açıq ürək əməliyyatı olunmuşdur. Aldığı əmək haqqının hamsını əməliyyatlarına və müalicəsinə sərf edir. Həmçinin bildirir ki, hazırda müalicəsi davam etdiyindən məhkəmə prosesinin gedişində, yəni 08 fevral 2023cü il tarixdə iddiaçının hesabına 50 manat məbləğ ödəmiş, ödənişi bankın İsmayıllı filialı ilə danışıqlarına əsasən 912 manat məbləğində əsas borcundan silinmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
8. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(037)-93/2023 qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 862,62 manat əsas, 637,38 manat faiz borcu, 50 manat penya və 35,50 manat dövlət rüsumu – cəmi 1585 (bir min beş yüz səksən beş) manat 50 (əlli) qəpik məbləğinin alınaraq iddiaçı "xxxx" X10 Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10.03 manat hissəsinin iddiaçıya aid edilməsi. İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsində müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) olmaqla, 4700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2la iddiaçı arasında bağlanmış “27 fevral 2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restruktruzasiyasına dair” 01 nömrəli Əlavə sazişə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla 4390.96 ABŞ dolları məbləğində müəyyən edilməsi, kreditin qaytarılma müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsinin illik 24 %-dən (iyirmi dörd faizdən) illik 12 %-dək (on iki faizədək) azaldılması barədə tərəflər razılığa gəlmişlər. Daha sonra isə Cavabdeh2la iddiaçı arasında bağlanmış “xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə” xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə, kredit müqaviləsi üzrə borcalanın bank qarşısında xx.xx.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla, kreditin qaytarılma müddəti 12 (on iki) ay uzadılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən borcalana verilmiş kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi) barədə razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 6 552.48 (altı min beş yüz əlli iki manat 48 qəpik) manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən (on iki faizdən) illik 18 %-dək (on səkkiz faizədək) qaldırılmış və kreditləşmə müddəti 55 aydan 67 ayadək uzadılaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********68015/ZM nömrəli zaminlik müqaviləsi (həmin Müqaviləyə müvafiq olaraq xx.xx.2016-ci il tarixli 01 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinə, müqaviləyə əlavə olan 1 və 2 nömrəli Əlavə Sazişlərə əsasən borcalan hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcun qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini pozmuş və kreditləşmə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə əsas borcun mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin pozulması ilə əlaqədar olaraq cavabdehlərə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 912,62 (doqquz yüz on iki manat 62 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637,38 (altı yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 526.83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya, cəmi 2552.31 (iki min beş yüz əlli iki manat 31 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını tələb edir. Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, əsas borc məbləğini az miqdarda hissə-hissə ödəyəcəyini, əsas borc məbləğinə hesablanmış faiz, əldən çıxmış fayda və penya məbləğlərinin hesablanmalı olmamasını, 3 dəfə açıq ürək əməliyyatı keçirdiyindən həmin məbləğləri ödəməyə imkanının olmadığını bildirərək, qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh2 qəbz təqdim edərək 50 manat pulu iddiaçının hesabına ödədəyini bildirmişdir. Cavabdeh1 da Cavabdeh2 izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 475.48 manat məbləğində əldən çıxmış fayda hissəsinə münasibət bildirirək qeyd etmişdir ki, iddiaçı ərizəyə Azərbaycan Respublikası Mərkəzi Bankının 24 aprel 2020-ci il tarixli 16/1-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na uyğun olaraq Mərkəzi Bank tərəfindən hesablanmaqla açıqlanan və özündə müvafiq təqvim rübləri ərzində bank sektorunda istehlak kreditləri üzrə mövcud olmuş orta faiz dərəcələrini əks etdirən Məlumatları əlavə etsə də, həmin illər ərzində mövcud olmuş orta faiz dərəcələri iddiaçı bank tərəfindən kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış faiz borcu və vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya məbləği formasında cavabdehlərdən tələb olunmuşdur. Eyni zamanda sözgedən kredit müqaviləsi restrukturizasiyaya düşməsə də, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 "xxxx" Bankı ASC-yə olan kredit borcu üzrə 2291.09 manat kompensasiya məbləği hesablandığından hazırki tələb üzrə əldən çıxmış faydanın tələb edilməsi həmin Fərmanın mahiyyətinə ziddir. Belə ki, sözügedən Fərmanın mahiyyətindən də göründüyü kimi, kompensasiyanın verilməsi vətəndaşın düşdüyü vəziyyətə dəstək məqsədlidir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu üzrə 2291.09 manat kompensasiya məbləği sonuncunun borcuna yönəldildikdən sonra bank tərəfindən kreditdən istifadəyə görə illik 18%-lə hesablanmış faiz borcundan əlavə olaraq vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə yenidən əldən çıxmış fayda məbləğinin hesablanmasını ağlabatan və ədalətli hesab etmir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.
11. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, Cavabdeh2 kredit müqaviləsi və ona 1 və 2 saylı əlavə sazişlərlə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, lakin məhkəmə prosesinin gedişində 50 manat məbləği iddiaçının xeyrinə ödədəyindən, Cavabdeh1 da kredit müqaviləsi və ona 1 və 2 saylı əlavə sazişlərlə öhdəliyin icra edilməməsinə görə Cavabdeh2la bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürdüyündən, iddia tələbi 912.62 manat məbləğində əsas borc məbləğindən 50 manat çıxılmaqla, 862.62 manat əsas borc və kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 637.38 manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 467, 472.1, 472.2, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş aşağıdakı halları qəbul etmirlər:
14. Kredit üzrə hesablanmış penya məbləğinin tənasübsüz şəkildə azaldılmasını; xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesasblanmış əldən çıxmış faydanın birgə qaydada cavabdehlərdən tutulması hissəsində iddia tələblərinin rədd edilməsini;
15. “xx.xx.2022-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması” ilə bağlı Bankın iddia tələblərinin rədd edilməsini.
16. Məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
17. Məhkəmə qətnamədə iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 475.48 manat məbləğində əldən çıxmış faydanın rədd edilməsinə dair hissədə qeyd edir ki, “...məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu üzrə 2291.09 manat kompensasiya məbləği sonuncunun borcuna yönəldildikdən sonra bank tərəfindən kreditdən istifadəyə görə illik 18%-lə hesablanmış faiz borcundan əlavə olaraq vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə yenidən əldən çıxmış fayda məbləğinin hesablanmasını ağlabatan və ədalətli hesab etmir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir” (qətnamənin 9-cu səhifəsinin sonuncu abzası).
18. Bildirirlər ki, məhkəmənin bu mövqeyi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, buməbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bu məqsədlə də iddia ərizəsinə Azərbaycan Respublikası Mərkəzi Bankının 24 aprel 2020-ci il tarixli 16/1-2 №-li Qərarı ilə təsdiq edilmiş «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları»na uyğun olaraq Mərkəzi Bank tərəfindən hesablanmaqla açıqlanan və özündə müvafiq təqvim rübləri ərzində bank sektorunda istehlak kreditləri üzrə mövcud olmuş orta faiz dərəcələrini əks etdirən Məlumat əlavə edilmişdir. İddia tələbinin məhkəmə tərəfindən təmin edilməyən əldən çıxmış fayda hissəsinin təmin edilməsi üçün kifayət qədər hüquqi əsaslandırılmasına baxmayaraq, məhkəmə Cavabdeh2 Kredit müqaviləsi üzrə borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsini və müvafiq kompensasiya məbləğinin Cavabdeh2 kredit borcuna yönəlməsini əsas gətirərək, Bankın əldən çıxmış fayda hesablamasını ağlabatan və ədalətli hesab etməmiş, əldən çıxmış faydanın tələb edilməsini isə sözügedən Fərmanın mahiyyətinə zidd olduğunu qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, sözügedən Fərmanda Banklara mülki qanunvericiliklə nəzərdə tutulmuş haqlı hüquqlardan istifadə etməyə hər hansı bir məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin isə bu cür səhv, qanunazidd və əsassız mövqe sərgiləməsi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırması ilə nəticələnmişdir. Bu hal isə yolverilməzdir. Göründüyü kimi Məhkəmə iddia tələbini əldən çıxmış fayda hissəsində təmin etməməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur.
19. Bununla əlaqədar bildirmək istəyirlər ki, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alındığını Qətnamədə qeyd etsə də, yekunda Bankın 526,83 (beş yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində penya tələbini 50 (əlli) manatadək azaltmaqla bunun əksini göstərmişdir. Buradan da göründüyü kimi, birinci instansiya məhkəməsi cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını bir daha təsdiq edir. Qeyd etmək istəyirlər ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi.
20. MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Lakin Məhkəmə iddia ərizəsində İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsiilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlərdən tutulması tələbinə dair hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir.
21. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2r asında bağlanmış Kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən Qaydalara uyğun olaraq təsnifləşdirilmiş və müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə xx.xx.2022-ci il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 912,62 (doqquz yüz on iki manat altmış iki qəpik) manata bərabər olan vəsait təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla Bank illik 18% dərəcəsi ilə başqa şəxsə kredit versə idi, 5713 (beş min yeddi yüz on üç) manat məbləğində gəlir əldə etmiş olardı. Göründüyü kimi bu məbləğ Kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə tələb olunan penyadan iki dəfə çoxdur. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 50 (əlli) manat məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilmiş Qərarının məhkəmə qətnaməsinin əsaslılığı ilə bağlı müddəalarını xatırlatmaqla onu da qeyd etmək istəyirlər ki, birinci instansiya məhkəməsi tənasübün müəyyən edilməsində nəinki mötəbər, heç bir sübutdan istifadə etməmiş və müəyyən edilmiş 50 (əlli) manat məbləğində penyanın necə hesablanmasını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir. Hesab edirlər ki, yuxarıda göstərilən məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə yeni qətnamə qəbul edilməlidir.
22. Qeyd edilənləri nəzərə alaraq, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-93/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi, apellyasiya şikayətinin verilməsinə görə 22.77 (iyirmi iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankınin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh X6 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, əldən çıxmış faydanın əvəzi və penyaya aid hissədə mübahisələndirir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əldən çıxmış fayda və peniyaya aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 24 % olmaqla, 4 700 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2la iddiaçı arasında bağlanmış “27 fevral 2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restruktruzasiyasına dair” 01 nömrəli Əlavə sazişə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla 4390.96 ABŞ dolları məbləğində müəyyən edilməsi, kreditin qaytarılma müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsinin illik 24 %-dən (iyirmi dörd faizdən) illik 12 %-dək (on iki faizədək) azaldılması barədə tərəflər razılığa gəlmişlər. Daha sonra isə Cavabdeh2la iddiaçı arasında bağlanmış “xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə” xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə, kredit müqaviləsi üzrə borcalanın bank qarşısında xx.xx.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla, kreditin qaytarılma müddəti 12 (on iki) ay uzadılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən borcalana verilmiş kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi) barədə razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 6 552.48 (altı min beş yüz əlli iki manat 48 qəpik) manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən (on iki faizdən) illik 18 %-dək (on səkkiz faizədək) qaldırılmış və kreditləşmə müddəti 55 aydan 67 ayadək uzadılaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli **********68015/ZM nömrəli zaminlik müqaviləsi (həmin Müqaviləyə müvafiq olaraq xx.xx.2016-ci il tarixli 01 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinə, müqaviləyə əlavə olan 1 və 2 nömrəli Əlavə Sazişlərə əsasən borcalan hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcun qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini pozmuş və kreditləşmə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə əsas borcun bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir.
35. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər.
36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas deyildir.
37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
38. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli, 9/3685 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 1326.02 manat əsas borc və 202,70 manat faiz borcunun olduğu müəyyən edilir, müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% hesablanmaqla xx.xx.2022-ci il tarixə olan faiz borcu 53,74 manat müəyyən edilir, eyni zamanda müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə cavabdeh tərəfindən aparılmış ödənişlərin məbləği 1139,60 manat müəyyən edilir, xx.xx.2022-ci il tarixə Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 186,42 manat əsas, 256,44 manat faiz borcu müəyyən edilir.
39. Beləliklə məhkəmə mühasibatlıq ekspertizasının 25 iyun 2023-cü il tarixli, 9/3685 saylı rəyi ilə Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixə əsas borcunun 1326.02 manat, faiz borcunun isə 202,70 manat, xx.xx.2022-ci il tarixə isə 186,42 manat əsas, 256,44 manat faiz borcunun olması müəyyən edilmişdir.
40. Lakin sonradan məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
41. Qeyd edilən qərardad üzrə verilmiş 23 oktyabr 2023-cü il tarixli 9/6182 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 2052.22 manat əsas borc və 637,34 manat faiz borcunun olduğu müəyyən edilir, xx.xx.2022-ci il tarixə Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 912,62 manat əsas, 637,34 manat faiz, illik 5 faizlə 131,51 manat faiz, 526,83 manat penya borcu müəyyən edilir, Həmçinin çıxarış (cədvəl) və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdən sonra (yəni xx.xx.2023 - xx.xx.2023-cü il tarixədək) ümumilikdə 450,00 AZN məbləğində ödəniş edilmişdir ki, həmin məbləğin əsas borca silinməsi müəyyən edilir. 450 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1758,30 (2208,30- 450,00) manat məbləğində borcu qalacaqdır, o cümlədən 462,62 manat əsas, 637,34 manat faiz, illik 5 faizlə 131,51 faiz, 526,83 manat penya borcu müəyyən edilir.
42. Məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizasının 25 iyun 2023-cü il tarixli, 9/3685 saylı rəyi ilə razılaşmasa da qeyd edir ki, təkrar məhkəmə mühasibatlıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 9/6182 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesasblanmış əldən çıxmış faydanın birgə qaydada cavabdehlərdən tutulmalı olmasına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, bank üçün onun krediti mütləq qaydada illik 18% və yaxud digər faiz dərəcələri ilə vermək öhdəliyi müəyyən edilməmişdir. Bu məsələ ayrı-ayrı şəxlsərlə bağlanan müqavilə münasibətləri çərçivəsində nizama salınan məsələdir. Kreditin götürülməsi, hansısa faizlərlə şəxslərə kreditin verilməsi üçün kredit müqavilələri imzalanmalıdır. Məhz cavabdehin əsas kredit borcunu qaytarmaması səbəbli bankın hansısa müştəriyə kredit vermək imkanından məhrum olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.
45. Əlavə olaraq məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 475.48 (dörd yüz yetmiş beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu və eyni zamanda kredit vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdehin təqsirinin olmasını, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində həmin vəsaiti başqa şəxslərə kredit verməklə (investisiya etməklə) gəlir əldə etmək imkanından məhrum olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
46. Daha sonra məhkəmə kollegiyası apellyasiya şikayətinin kredit üzrə hesablanmış penya məbləğinin tənasübsüz şəkildə azaldılmasına dair dəlili ilə razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli **********68015 saylı kredit müqaviləsi və ona 1 və 2 saylı əlavə sazişlər üzrə 912.62 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 526.83 manat penya məbləği yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 50 manata endirilməlidir.
47. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən çoxdur. Yəni iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 50 faizindən də yüksəkdir. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti verilmişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15 % dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmaslı olmasına dair dəlili ilə də razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli qərarının 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, faiz borcu, zərər, dəbbə pulu (cərimə, peniya) ayrıayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kredit məbləğinin hansı tarixdə ödəniləcəyi, yaxud ona bu məbləğin ödətdiriləcəyi barədə əvvəlcədən dəqiq təsəvvürün olmadığı, buna dair tarixin bilinmədiyi halda, mücərrəd əsaslardan çıxış edərək tələbin təmin edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə də iddianın rədd edilməli olmasına dair gəldiyi nəticə ilə razılaşır.
50. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(037)-93/2023 saylı qətnaməsi iddiaçı ASC "xxxx" Bankının apellyasiya şikayətinə münasibətdə mübahiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 195 manat ekspertiza xərci iddiaçı ASC "xxxx" Bankından tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(037)-93/2023 saylı qətnaməsi iddiaçı ASC "xxxx" Bankının apellyasiya şikayətinə münasibətdə mübahiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 195 manat ekspertiza xərci iddiaçı ASC "xxxx" Bankından tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.