Məhkəmə qərarları › İş №2(107)-525/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-525/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-525/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 qarşı “vurulmuş maddi və mənəvi ziyana görə pul tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona dəymiş maddi ziyana görə 50530 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 55530 manat pulun müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada maddi ziyana görə 15.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin yekunundan, yəni 14.1-ci bəndindən birinci instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 apellyasiya şikayəti vermələri müəyyən edilsə də, apellyasiya şikayətinin giriş hissəsində, yəni 1-ci bəndində apellyasiya şikayəti verən şəxsin yalnız Cavabdeh9 olması qeyd edilmiş, həmin hissədə yalnız Cavabdeh9 soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı göstərilmişdir. Lakin apellyasiya şikayətində apellyasiya şikayətini verən şəxslərdən Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yerləri və ya olduqları yer (həm faktiki, həm də rəsmi qeydə alındıqları ünvanları), yazışmaların aparılmasının istənildiyi digər ünvanları göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə uyğun şəkildə tərtib edilməli olduğu halda, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin həmin tələblərinə cavab vermir. Qeyd edilənlər isə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar