Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-53/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddası üzrə Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tаrixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov, iş № 2(014)-1394/2019) İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi haqqında iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbi haqqında qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 24 noyabr 2018-ci il tarixli AGK01052 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-dən Cavabdeh xeyrinə 200 (iki yüz) manatın tutulması, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbi haqqında qarşılıqlı iddiasının qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı MMC аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)- 885/2020) İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(014)-1394/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2684 manat əsas borcun, 10 manat dəbbə pulunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı İddiaçı MMC-nin Ağdaş filialı ilə onun arasında bağlanmış 24 noyabr 2018-ci il tarixli nisyə satış müqaviləsinin ləğv edilməsi, onun tərəfindən Samsung QE55Q6FNAUXRU markalı televizor üçün ödənilmiş ilkin ödəniş məbləğini təşkil edən 200 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən alınaraq ona verilməsi, İddiaçı MMC tərəfindən 24 noyabr 2018ci il tarixli nisyə müqaviləsinə əsasən ona hesablanmış 2684 manat əsas borc, 385 manat cərimə borcu, cəmi 3069 manat borcun silinməsi, İddiaçı MMC tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini təşkil edən 3000 manat pulun İddiaçı MMC-dən alınaraq ona verilməsinə dair qarşılıqlı iddasının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(102)-196/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-885/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2684 manat əsas borcun, 385 manat cərimə borcun, cəmi 3069 manat borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Optimal Elektronika»MMC ilə Cavabdeh аrаsındа bаğlаnmış 24 noyabr 2018-ci il tarixli nisyə satış müqаviləsinə əsаsən Cavabdeh 2851 manat dəyərində Samsung markalı Tv məhsulunu 12 ay müddətinə kreditə nisyə satılmışdır. Müqаvilə üzrə öhdəliklərini tam icrа etməyən Cavabdeh 2684 manat əsas borc, 385 manat cərimə borcu, cəmi 3069 manat borcu qalmışdır, xəbərdаrlıq edilməsinə bаxmаyаrаq bоrc ödənilməmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tаrixli, 2(014)-1394/2019 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(102)-196/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-885/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(102)-196/2021 saylı qərarında göstərilmişdir ki, Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Kassasiya şikayətinin əsas dəlili televizorda aşkar olunmuş qüsurun cavabdehə satılana qədər olub-olmaması, yaxud cavabdeh tərəfindən edilən fiziki təsir nəticəsində yaranmasının aydınlaşdırılmasından ibarətdir. İddiaçı tərəf təhvil aktına və özünün servis xidmətinin əməkdaşlarının təqdim etdikləri rəyə əsaslanmaqla Cavabdeh lazımi keyfiyyətdə mal verilməsini, təhvil verilərkən malın yoxlanmasına və bu zaman hər hansı qüsurun müəyyən olunmamasına istinad edərək öhdəliyin Cavabdeh tərəfindən pozulmasına istinad etmişdir. Cavabdeh tərəf isə etirazında malın lazımi keyfiyyətdə olmamasını, ekspertiza təyin olunmamasını, MMC-in əməkdaşlarının rəyinə əsaslanmaqla məhkəmənin nəticəyə gəlməsini, qüsurun aşkar olunmasından dərhal sonra televizorun MMC-yə qaytarılmasına istinad etmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir Qeyd edilməlidir ki, məhkəmə İddiaçı MMC-nin 10 dekabr 2018-ci il tarixdə tərtib etdiyi texniki rəyə əsaslanmaqla televizorun ekranının sınması, həmçinin cihazda zərbə aşkar edilməsinin müəyyən olunması nəticəsinə gəlmişdir. Lakin iddia üzrə cavabdehin kassasiya şikayətindən isə görünür ki, televizorun səthində hər hansı zədə olmamış, yalnız elektrik cərəyanına qoşulan zaman ekran açılmamışdır. İlk iddia üzrə cavabdeh tərəf məhkəmələrin istinad etdiyi mütəxəssis rəyinin qərəzsizliyinə rəyi tərtib edən şəxslərin MMC-in servis xidmətinin əməkdaşları olması səbəbindən möhtəbər hesab etməmişdir. Bu halda apellyasiya instansiya məhkəməsi mövcud ziddiyyətlərin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin edilməsini təmin etməli və qüsurun malın alınmasından əvvəl və ya malın təhvil verilməsindən sonra yaranmasını müəyyən edərək, mövcud sübutlar əsasında ilkin və qarşılıqlı iddia tələbləri üzrə qiymətləndirilmənin aparılmasını təmin etməli idi. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(107)-1019/2021 nömrəli qərardadı ilə məhkəmə-elektrotexniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə, ekspertizanın keçirilməsi üçün lazım olan sənədlərin və “Samsung” QE55Q6FNAUXRU markalı televizorun təqdim edilməsi İddiaçı MMC-nə həlavə edilmişdir. 18 avqust 2022-ci il tarixində məhkəməyə daxil olmuş məktubla məhkəmə ekspertiza mərkəzində məişət cihazlar üzrə xüsusi biliyə malik olan mütəxəssislərin olmadığından qoyulmuş suallar üzrə tədqiqatın aparılması və ekspert rəyinin verilməsinin mümkün olmamasına dair məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(107)- 1019/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(107)-1019/2021 nömrəli qərardadı ilə məhkəmə-elektrotexniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı "xxxx" MMC-nə, ekspertizanın keçirilməsi üçün lazım olan sənədlərin və “Samsung” QE55Q6FNAUXRU markalı televizorun təqdim edilməsi İddiaçı MMC-nə həlavə edilmişdir. Lakin, 27 dekabr 2021-ci il tarixində "xxxx" MMC məhkəməyə məktub göndərərək və “Samsung” QE55Q6FNAUXRU markalı televizorun təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasının mümkün olmadığı bildirilmiş, bu səbəbdən də 27 dekabr 2021-ci il tarixində İddiaçı MMC-nə xəbərdarlıq məktubu göndərilmiş və izah edilmişdir ki, MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 18 fevral 2022-ci il tarixində "xxxx" MMC-nin rəyi (Aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manatdır) Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş və buna əsasən iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddası üzrə Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tаrixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən Samsung QE55Q6FNAUXRU markalı televizorun ekspertizası zamanı aşağıdakılar aşkarlanmışdır:
1. 24.11.2018-ci il tarixli təhvil-təslim aktında Samsung QE55Q6FNAUXRU markalı televizorun seriya nömrəsi eyni model elektrotexnika avadanlıqlarını bir-birindən fərqləndirmək üçün nəzərdə tutulmuş, hərf və rəqəmlərdən ibarət individual qeyd olunmamışdır.
2. 28.11.2018-ci il tarixli müştəri mallarının təhvil-təslim blankı adlı sənəddə Samsung QE55Q6FNAUXRU markalı televizorun seriya nömrəsi 0C263LAK901040 olaraq qeyd olunmuşdur.
3. İddiaçı MMC tərəfindən ekspertiza üçün seriya nömrəsi 0C263LAK901040L olan, QE55Q6FNAUXRU markalı televizor təqdim edilmişdir. Göründüyü kimi seriya nömrələri bir-birindən fərqlənir.
4. Televizor elektrik cərəyanına qoşulmamış halda, adi gözlə onun ekranın yuxarı hissəsindəki çat görünür ki, bu da ancaq fiziki təsir nəticəsində yarana bilər.
5. Ekranın çatladığı və heç bir şey göstərmədiyini elektrik cərəyanına qoşduqdan sonra da görmək mümkündür.
6. Ekranın çatlaması televizorun orta hissəsinin əl ilə tutularaq sıxılması nəticəsində yaranmışdır ki, ekran işıqlandıqda baş barmaq izi açıq-aşkar sezilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-in 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. MM-in 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. MM-in 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. MM-in 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. MM-in 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Parakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. Öyrənilən mülki işdən aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(107)-1019/2021 nömrəli qərardadı ilə məhkəmə-elektrotexniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı "xxxx" MMC-nə, ekspertizanın keçirilməsi üçün lazım olan sənədlərin və “Samsung” QE55Q6FNAUXRU markalı televizorun təqdim edilməsi İddiaçı MMC-nə həlavə edilsədə, İddiaçı MMC faktiki olaraq müvafiq tədqiqatın aparılamsı üçün “Samsung” QE55Q6FNAUXRU markalı televizoru ekspertizaya təqdim etməmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlı edildikdən sonra İddiaçı MMC QE55Q6FNAUXRU markalı televizoru ekspertizaya təqdim etsədə, bu dəfədə seriya nömrəsi fərqli televizoru ekspertizaya təqdim etmişdir. Öz növbəsində məhkəmə kollegiyası artıq 27 dekabr 2021-ci il tarixində İddiaçı MMC-nə xəbərdarlıq məktubu göndərilmiş və sonuncuya izah edilmişdir ki, MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda sadalananları iddiaçının ziyanına şərh etməklə bu fikirdədir ki, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməmişdir. Ona görə də kollegiya uyğun olaraq apellyasiya şikayətinin təmin edilməməsini mümkün sayır. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. MPM-in 384.0.1-ci maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki işrə iddia tələbi 5000 manatdan az olduğundan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tаrixli, 2(014)-1394/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tаrixli, 2(014)-1394/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçı MMC-dən alınıb "xxxx" MMC-nin hesabına ödənilsin. (AZ73İBAZ********************; VÖEN **********) Qətnamədən kassasiya şikayəti verilə bilməz.