Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-53/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi, pul tələbi, evin təmirinə çəkilən xərclər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)-1134/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki şəhəri, X9 prospekti, ev 96 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum X2nun mülkiyyətindədir. X2 02 mart 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi həmin fərdi yaşayış evində təmir işləri aparmışdır. Evin təmirinə cəmi 2415,55 manat pul xərclənmişdir. Evdə görülmüş təmir işləri yararsız hala gəlmişdir. İddiaçı cavabdehdən ona dəymiş zəzərin əvəzinin ödənilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 2415 manat məbləğində maddi zərərin, qiymətləndirmənin dəyəri olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manatın və ödənilmiş 44,15 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Şəki şəhəri, X9 prospekti, ev 96 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum X2nun mülkiyyətindədir. X2 02 mart 2022-ci il tarixdə vəfat etmişdir. Göstərmişdir ki, qeyd edilən evi müxtəlif kurslara verərək gəlir əldə edir. Qeyd edilən evdə təmir işlərinin aparılması zərurəti yarandığından, həmin evi təmir etdirmək qərarına gəlmişdir. Evi təmir etdirmək üçün tanışları vasitəsilə usta axtardıqda Cavabdeh mobil telefon nömrəsini ona vermişlər. Buna görə də cavabdehə zəng vuraraq təxminən 2021-ci ilin dekabr ayının əvvəli rəngsaz ustası Cavabdeh ilə evin təmir edilməsi barədə danışmışdır. Bundan sonra Cavabdeh gəlib evə baxmış və təmir üçün lazım olan materialları almasını bildirmişdir. Onlar bir yerdə gedərək həmin materialları almışlar. Cavabdeh 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi evlərində təmir işlərini aparmışdır. Onların evində 303.10 kv.m sahəyə şpaklovka, astar, üzlük və emosya vuraraq rəngsaz işləri aparmış, evlərinin divarlarını yenidən boyamışdır. Bildirmişdir ki, hələ evdə təmir işləri gedən zaman təmir edilmiş divarlardan birinin rəngi qoparaq tökülməyə başlamışdır. Bu zaman Cavabdeh evlərinin digər divarlarını təmir etmişdir. Əfqan onların evində tək başına işləmişdir. Evlərində təmir işlərinin aparılması üçün o, usta pulu, material pulu və digər xərclər olmaqla evin təmirinə cəmi 2415,55 manat pul xərcləmişdir. Cavabdehə zəhmət haqqı olaraq 1200 manat məbləğində pul vermişdir. Bildirmişdir ki, mərhum atasından miras qalmış ev həyət evidir və X9 prospektində yerləşir. O, həmin evi kurslara icarəyə vermək istəyir. Buna görə də, evi təmir etdirmişdir. Lakin təmirdən bir müddət sonra evin divarlarından emusya və əhəng qopmağa başlamışdır. Cavabdeh evdə təmir işləri aparan zaman ona yaş şpaklovkanın üzərinə vurulan emusyanın tökülməsini bildirməmişdir. Evləri hal-hazırda tamamilə yararsız hala düşmüşdür. Ona görə də o, usta Cavabdeh evə dəvət edərək ona gördüyü işlərin yararsız hala gəldiyini bildirərək ya yenidən öz hesabına material alaraq evlərini yenidən təmir etməsini, ya da ona dəymiş 2415,55 manat pulun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək hal-hazıradək pulunu verməkdən imtina etmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, 2007ci ildən bəri ev təmiri ilə məşğul olur. Bildirmişdir ki, 2021- ci ilin dekabr ayında İddiaçı ona zəng edərək evini təmir etdirmək istədiyini bildirmişdir. O, iddiaçıya məxsus evdə təmir işlərinin aparılması üçün həmin evə getmiş və təmir üçün lazım olan materialları iddiaçıya bildirmişdir. Onlar bir yerdə gedərək təmir üçün lazım olan materialları almışlar. İddiaçı onun dediyi materialları almışdır. Bildiyinə görə iddiaçı materiallara cəmisi 800 manat pul vermişdir. Bildirmişdir ki, o, iddiaçıya məxsus olan fərd yaşayış evində 2021-ci ilin dekabr ayının əvvəllində təmir işlərinə bağlamış və 2022-ci ilin yanvar ayının ortalarında bitirmişdir. Təxminən 300 kv.m sahəyə şpavlovka, astar, üzlük və emusiya vurmuşdur. Zəhmət haqqı olan İddiaçı ilə 1200 manata razılaşmışlar. İddiaçı təmir pullarını hissə-hissə olaraq vermişdir. Təmir işləri başa çatandan sonra pulun hamısını almışdır. Yanvar ayının ortalarına kimi evin divarlarında qopma, tökülmə olmamışdır. Lakin təmir gedə-gedə divarın bəzi yerlərində qabarmalar və qopmalar baş vermişdir. Qopmalar təmir işləri başa çatdıqdan sonra daha da artmışdır. Bildirmişdir ki, emosiya vurandan dərhal sonra, evin bəzi yerlərində qabarmalar baş vermişdir. Qabarmalar divar olan yerlərdə və bəziləri isə divarın dik olan yerlərində baş vermişdir. Təmir bitəndən təxminən 2-5 gün keçəndən sonra İddiaçı ona zəng edərək evin divarlarında qopan yerlərin olduğunu bildirmişdir. O, evə getdikdə görmüşdür ki, təmir etdiyi divarların bir çox yerlərində qopmalar və qabarmalar var. Qopmalar həmi iri, həm də xırda olmuşdur. Bildirmişdir ki, divarda baş verən qopmaların səbəbi şpaklovka qurumamışdan onun üzərindən emosyanın vurulması olmuşdur. Belə ki, iddiaçı onu evi təhvil verməsinə tələsdirmişdir. O təmir işləri gedən zaman Paşaya yaş şpaklovkanın üzərindən vurulan emosyanın qopmasını bildirsə də, Paşa onu tələsdirmiş, evi tez təhvil verməsini bildirmişdir. Çünki o, evi kurslara icarəyə vermək istəmişdir. O, həm Paşanın onu tələsdirdiyinə görə, həm də özünün pula ehtiyyacı olduğu üçün şpaklovka qurumamışdan emosiyanı vurmuşdur. Göstərmişdir ki, yaş şpavlovkanın üzərindən emosiya vurulduqda onun atmasını, yəni divarda qopma və qabarma olmasını bilmişdir. Lakin iddiaçı bunu etməyə onu məcbur etmişdir. İddianı qəbul etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evinin təmir işlərini Cavabdeh həvalə etmişdir. Təmir işlərinin aparılması üçün 1200 manat zəhmət haqqı olmaqla, təmir üçün laım olan materiallarla birgə 2415 manat məbləğində pul vəsaiti xərcləmişdir. Lakin təmirdən sonra fərdi yaşayış evinin divarlarında qabarmalar və qopuqlar əmələ gəlməyə başlamışdır. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir.
6. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı fərdi yaşayış evini cavabdehə həvalə edərək təmir etməsini tapşırmışdır. Cavabdeh tapşırığın icrasını təmin edərək evi təmir etsə də, təmir vaxtı və təmirdən sonra evin divarlarında qopmalar və qabarmalar başlamışdır. Buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur.
7. Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuş, lakin Cavabdeh şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməmiş və ona həvalə edilmiş işi kifayət qədər vicdanla icra etməməsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Belə ki, cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, hələ qurumamış, şpaklovka vurulmuş yaş divarın üzərinə emusiya çəkməsi zamanı divarda qabarma və qopuqlar yarana biləcəyini əvvəlcədən bilsə də deməsinə görə iddiaçının təkidi ilə yaş divar üzərinə emusiya vurmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən ona “hələ qurumamış, şpaklovka vurulmuş yaş divarın üzərinə emusiya çəkməsi zamanı divarda qabarma və qopuqlar yarana biləcəyi” barədə məlumat verilməməsini demişdir. Əksinə cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, “həm Paşanın onu tələsdirdiyinə görə, həm də özünün pula ehtiyyacı olduğu üçün şpaklovka qurumamışdan yaş divar üzərinə emusiya vurmuşdur. Odur ki, İddiaçı vurulmuş maddi zərərin əvəzini Cavabdeh tələb etməkdə haqlıdır.
8. Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)-1134/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, Cavabdeh tərəfindən vurulmuş maddi ziyan məbləği olan 2415 manat, ödənilmiş 300 manat məbləğində qiymətləndirilmə xərci və 44,15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 777, 780, 1096, 1097 və 1114-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İşdə olan DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 19 may 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X9 prospekti, ev 96 ünvanında 0.1533 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 134,8 kv.m yaşayış, 102,6 kv.m köməkçi sahədən ibarət 96 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. İşdə olan “Kristal MM”-nin 31 mart 2022-ci il tarixli, 1101/22 saylı qiymətləndirilməsinə dair rəyindən görünür ki, “Kristal MM” şirkətinin ekspertləri tərəfindən keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində dəymiş zərərin dəyərini müəyyən etmək üçün qiymətləndirmə işləri həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hessablamalarda mütəxəsisləri tərəfindən, təmir işləri aparılmış tikiliyə baxış keçirilmiş, İddiaçı tərəfindən təmir zamanı çəkilmiş foto materiallarla, sənədlərlə tanış olmuş və dəymiş zərərin bazar qiyməti araşdırılaraq, xüsusi olaraq əldə edilmiş bazardakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından istifadə olunmaqla dəymiş zərərin xx.xx.2021-ci il tarixinə olan təqribi dəyəri 2415 (iki min dörd yüz on beş) manat təşkil edir.
12. İş materiallarında olan elektron qaydada təqdim edilmiş, Şəki şəhər İHB-nin 1 nömrəli ŞİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 08 aprel 2022-ci il tarixli, 02 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır.
13. İşdə olan ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı təmir işləri üçün lazımi olan materiallara cəmi 835,60 manat məbləğində pul ödəmişdir.
14. İşdə olan ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı təmir işləri üçün lazımi olan materiallara cəmi 1104,60 manat məbləğində pul ödəmişdir.
15. İşdə olan 31 mart 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı zərərin qiymətləndirilməsi üçün 300 manat məbləğində pul ödəmişdir
16. İşdə olan təmir işlərinin otaqlar üzrə sahəsinin qiymətləndirilməsindən görünür ki, 181,86 manat yuyucu maddə, 848,68 manat əhəng astar, 403,12 manat əhəng üz, 666,82 manat emulsiyanın qiymətləndirilməsi olmaqla, təmir sahəsinə işlənmiş mal və materialların zəhmət haqqı ilə birlikdə cəmi məbləği 2100,48 manat, ümumilikdə isə təmir işlərinin aparılması cəmi 2415,55 manat təşkil etmişdir.
17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şiakyətinin əsaslandıraraq göstərmişdir ki, cavabdeh iddiaçı ilə şifahi razılşama əsasında onun evində təmir işləri görmüşdür. Cavabdeh sifarişçinin göstərdiyi işləri bütövlükdə başa çatdıraraq xidmət haqqını almışdır. Məhkəmə iddia tələbini təmin edərkən hesab etmişdir ki, cavabdeh şəxs işləri keyfiyyətsiz, vicdanla yerinə yetirməsi nəticəsində maddi ziyan vurmuşdur. Məhkəmə maddi hüquq normaları kimi tapşırıq müqaviləsinin şərtlərinə istinad etmişdir. Məhkəmə tapşırıq müqaviləsinin şərtlərinə deyil podrat müqaviləsinin şərtlərinə istinad etməlidir.
19. Müqavilənin şərtlərinə əsasən sifarişçi olan iddiaçı evinin təmir edilməsini sifariş vermiş podratçı isə sifarişçinin verdiyi materiallarla işi icra etmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh divara vurulmuş şpaklovkanın tam qurumaması nəticəsində emusiyanın vurulmasının qopma və qabarmaya səbəb olacağını bildirsə də, sifarişçi işin tez bir zamanda başa çatdırılmasını tələb etmişdir. Belə olan halda işin görülməsi nəticəsində yaranmış qüsurlara görə məsuliyyəti podratçı deyil sifarişçi daşıyır. Qanunun tələbindən göründüyü kimi, cavabdeh şəxs sifarişçiyə baş verə biləcək fəsadlar barədə əvvəlcədən məlumat vermişdir. Lakin onun tələbi ilə həmin işlər baş verdiyindən məsuliyyəti də o daşımalıdır
20. Bundan başqa məhkəmə qətnamədə cavabdeh tərəfin işlətmədiyi ifadəni etiraf edici ifadə kimi qeyd edərək (təhrif edərək) iddia tələbini təmin etmişdir. Belə ki, qətnamənin 2-ci səhifəsində göstərmişdir ki, Cavabdeh pula ehtiyacı olduğu uçun işi tez qurtarmış və nəticədə şpaklovka qurumamış emusiya vurmuşdur. Bu hissədə məhkəməyə müvafiq protokollarına qeyd verilmişdir. Apellyasiya şikayətinin verilmə müddətinə az vaxt qaldığı üçün məhkəmənin qeyd haqqında qərarının nəticəsini qeyd edə bilmir.
21. İşin həqiqi tərəfi odur ki, sifarişçi işin qısa müddətə başa çatmasını tələb etmişdir. Buna görə də cavabdeh məcburiyyət qarşısında qalıb gecə saat 11:00-a kimi işləməklə sifarişçinin dediyi vaxtda işi başa çatdıra bilsin.
22. Bundan başqa iş üzrə maddi ziyan kimi sübut olaraq mütəxəssis rəyi işə əlavə edilmişdir. Mütəxəssis rəyi bu kimi işlər uzrə qərar verilməsi üçün yetərli ola bilməz. İddiaçı tərəf maddi ziyan üzrə "xxxx"xxxx" MMC-nin mütəxəssisi cavabdehin iştirakı olmadan baxış aparıbaparmadığı məlum olmadan rəy vermişdir. Hesab edir ki, məhkəmə zərər məbləğini müəyyən etmək üçün tikinti ekspertizası təyin edərək zərər məbləğini dəqiqləşdirməlidir. Bu barədə cavabdeh şəxs birinci instansiyada hakimə bildirsə də, məhkəmə ekspertiza məsləsini həll etməmişdir. Cavabdeh materiallar üçün 2100 manat xərc çəkdiyini qeyd etmişdir. Lakin materiallar cavabdehlə birlikdə alınmışdır. Təxminən 800 manat ödənilmişdi. Bundan başqa təmir olunmuş yerlərin hər bir hissəsində qopma və va qabarma baş verməmişdir. Ziyan məbləği yalnız həmin fəsadın aradan qaldırılmasına çəkilən xərclər ola bilər. Bildiyim qədər iddiaçı təmirdən sonra fəsadları aradan qaldırmadığını göstərmişdir. Əgər aradan qaldırmışdırsa da sübut etməyə borcludur ki, faktiki bütün təmir məhv olub. Buna görə də, hesab edir ki, ekspert gəlməli, baxış keçirməli və zərər məbləğini müəyyən etməlidir.
23. Ona görə də, Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)- 1134/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)-1134/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770.1-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)-1134/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən təmin edilmiş 1732 manata aid hissədə gəldiyi nəticə ilə razılaşmır.
32. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 29 mart 2023-cü il tarixli 10/7757 nömrəli rəyində göstərilmişdir ki, Şəki şəhəri, X9 prospekti ev 96 ünvanında yerləşən 96 saylı fərdi yaşayış evinin otaqlarının daxili divarlarının şpatklyovka ilə üzlənərək boya ilə rəngləndiyi müəyyən olunur. Şəki şəhəri, X9 prospekti, ev 96 ünvanında yerləşən mübahisə predmeti olan 96 saylı fərdi yaşayış evində aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2629 manat məbləğində müəyyən olunur. Şəki şəhəri, X9 prospekti, ev 96 ünvanında yerləşən mübahisə predmeti olan 96 saylı fərdi yaşayış evinin daxili divarlarının 84 kv.m hissəsində boya qatının qabarması, çatlaması və qopması müəyyən olunur. Şəki şəhəri, X9 prospekti, ev 96 ünvanında yerləşən mübahisə predmeti olan 96 saylı fərdi yaşayış evinin daxili divarlarında yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 683 manat müəyyən edilir.
33. Göründüyü kimi, işin bu qətnamənin 1-ci bəndində göstərilmiş mübahisəsiz hallarından əlavə yuxarıda göstərilən ekspert rəyi ilə müəyyən edilir ki, evdə görülmüş təmir işlərinin bir hissəsi yararsız hala gəlmiş və həmin hissələrin bərpa edilməsi 683 manat xərc tələb edir. Belə olan halda, iddiaçı cavabdehdən evin təmirinə xərclədiyini iddia etdiyi bütün pulu tələb etməkdə haqlı olmamışdır. İddia tələbi iddiaçıya dəymiş 683 manat zərər həcmində əsaslı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələbinə əsaslanmaqla hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qiymətləndirmə xərci və ödənilmiş dövlət rüsumu iddiaçının tələbinin təmin edilən hissəsinə mütənasib olaraq hesablanmalı və cavabdehdən tutulmalıdır.
34. Məhkəmə kollegiyası, həmçinin, cavabdehin apellyasiya şikayətində hazırki işə tapşırıq müqaviləsinin deyil, podrat müqaviləsinin normalarının tətbiq edilməli olması ilə bağlı dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyası hazırki qətnamənin ləğv edilən hissəsində yeni qətnamə qəbul edərkən tapşırıq müqaviləsinə aid normalara əlavə olaraq, həmçinin podrat müqaviləsinə aid hüquq normalarına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 1732 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)-1134/2022 saylı qətnaməsi qismən - iddianın təmin edilmiş vurulmuş maddi ziyanın məbləği olaraq 1732 manat, ödənilmiş qiymətləndirilmə xərci olaraq 216 manat və dövlət rüsumu olaraq 32 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı ona vurulmuş 2415 manat məbləğində maddi zərərin, qiymətləndirmənin dəyəri olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manatın və ödənilmiş 44,15 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə iddia tələbi həmin hissələrdə rədd edilməli, qətnamə mübahisələndirilən qalan - vurulmuş maddi ziyanın məbləği olaraq 683 manat, ödənilmiş qiymətləndirilmə xərci olaraq 84 manat və dövlət rüsumu olaraq 12.15 manata aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(075)-1134/2022 saylı qətnaməsi qismən - iddianın təmin edilmiş vurulmuş maddi ziyanın məbləği olaraq 1732 manat, ödənilmiş qiymətləndirilmə xərci olaraq 216 manat və dövlət rüsumu olaraq 32 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ona vurulmuş 2415 manat məbləğində maddi zərərin, qiymətləndirmənin dəyəri olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manatın və ödənilmiş 44,15 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə iddia tələbi həmin hissələrdə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan - vurulmuş maddi ziyanın məbləği olaraq 683 manat, ödənilmiş qiymətləndirilmə xərci olaraq 84 manat və dövlət rüsumu olaraq 12.15 manata aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 36 manatı İddiaçı 14 manatı Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz.