Məhkəmə qərarları › İş №2(107)-532/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-532/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-532/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)- 480/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadından iddiaçı BOKT «xxxx» MMC-nin şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 136.48 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh 136.48 ABŞ dolları məbləğində əsas kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı BOKT «xxxx» MMC qətnamədən apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh 136.48 ABŞ dolları məbləğində əsas kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun BOKT “xxxx” ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2020-ci il tarixli, 2(046)-480/2020 nömrəli qərardadı ilə iddiaçı BOKT “xxxx” MMC-nin həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti şikayətin verilmə müddəti buraxıldığından geri qaytarılmışdır. İddiaçı BOKT «xxxx» MMC Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadından şikayət vermiş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı BOKT «xxxx» MMC tərəfindən apellyasiya şikayəti vaxtında verildiyindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadı ləğv edilməli, həmin apellyasiya şikayəti ona əlavə olunmuş sənədlər və mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdə məhkəmədən MMC-nin nümayəndəsinə təqdim edilib. Həmin qətnamədən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilən apellyasiya şikayəti xx.xx.2020ci il tarixdə poçt müəssisəsinə təqdim olunmuş və bu barədə poçt xidmətini göstərən “xxxx” MMC tərəfindən 212093 nömrəli poçt qəbzi verilmişdir. Sonradan, “xxxx” MMC-dən daxil olan xx.xx.2020-ci il tarixli aktla müəyyən edilmişdir ki, həqiqətən də BOKT “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 212093 nömrəli qaimə ilə Göyçay Rayon Məhkəməsinə məktub göndərilmiş, lakin üzrlü səbəbdən başqa qaimə yazılmaqla həmin məktub xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuş və Nazim Axundov adlı əməkdaş tərəfindən qəbul edilmişdir. Qeyd edildiyi və əlavə edilmiş aktdan da müəyyən olunduğu kimi, sözügedən apellyasiya şikayəti Göyçay Rayon Məhkəməsinə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə BOKT "xxxx” MMC tərəfindən poçt xidməti göstərən təşkilata təqdim edilmişdir. Ona görə də, apellyasiya şikayəti vaxtında verildiyindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsini və həmin şikayətin baxılması üçün işlə birlikdə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxx» MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadından verilmiş şikayət həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçı BOKT «xxxx» MMC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. İş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qətnaməsi iddiaçının əməkdaşı X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qətnamənin göndərildiyi müşayiət məktubuna imza edilməklə qəbul edilmişdir. İşdə olan iddiaçının apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, mədaxil qəbzinə əsasən həmin şikayətlə məhkəməyə müraciət üçün xx.xx.2020-ci il tarixdə dövlət rüsumu ödənilmişdir. Şikayətə əlavə edilmiş sənədlər sırasında 212093 nömrəli poçt qəbzinin surəti (iş vərəqi - 92) də vardır ki, həmin qəbzdə (“Göndərən üçün surət”) olan məlumatlara görə apellyasiya şikayəti (və ona əlavə edilmiş sənədlər) BOKT «xxxx» MMC tərəfindən “xxxx” MMC-yə (sürətli poçt xidməti müəssisəsinə) xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İşdə olan (iş vərəqi - 49) başqa bir poçt qəbzindən isə məlum olur ki, içərisində sözügedən apellyasiya şikayətinin (və ona əlavə edilmiş sənədlərin) olduğu, habelə daha 3 zərf (cəmi 4 məktub) “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə başqa poçt müəssisəsi (“EMS - Azerexpresspost”) vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərilmiş, bu sənədlər xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Poçt Filialına və oradan həmin gün Göyçay Rayon Məhkəməsinə çatdırılmışdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 480/2020 nömrəli qətnaməsini xx.xx.2020-ci il tarixdə imza etməklə almış, xx.xx.2020-ci il tarixdə isə poçt vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayətini məhkəməyə göndərmiş, beləliklə də qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Lakin işdə olan poçt qəbzlərindən müəyyən olunduğu kimi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti (və ona əlavə edilmiş sənədlər) iddiaçı BOKT «xxxx» MMC tərəfindən “xxxx” MMC-yə (sürətli poçt xidməti müəssisəsinə) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, “xxxx” MMC isə həmin və daha 3 (cəmi 4 ədəd) məktubu xx.xx.2020-ci il tarixdə başqa poçt müəssisəsi (“EMS - Azerexpresspost”) vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərmiş, məktublar xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Poçt Filialına və oradan həmin gün Göyçay Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-in 129.3-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Göründüyü kimi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qətnaməsini xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə məhkəmədən qəbul etmiş, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək üçün xx.xx.2020-ci il tarixədək vaxtı olmuş, içərisində apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər olan məktub iddiaçı tərəfindən rabitə orqanına (poçt müəssisəsinə) xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Məktubun məhkəməyə göndərilməsi poçt müəssisəsində bir neçə gün gecikdirilmiş və xx.xx.2020-ci il tarixdə göndərilmişdir, lakin iddiaçı buna görə hər hansı məsuliyyət daşımır və poçt xidməti tərəfindən məktubun məhkəməyə çatdırılmasının gecikməsi iddiaçının əleyhinə təfsir oluna bilməz. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə (göndərilmə) vaxtını xx.xx.2020-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən götürməkdə səhvə yol vermiş, müddəti düzgün hesablamamış, ona görə də iddiaçı BOKT “xxxx” MMCnin MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin verilmə müddətini ötürməsi barədə yanlış nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)- 480/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçının şikayəti təmin olunаrаq iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-480/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tаrixli qərardadı ləğv edilsin. İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)- 480/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar