Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-533/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4, apellyasiya şikayəti vermiş Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)- 2523/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 01 oktyabr 2024cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4483,59 (dörd min dörd yüz səksən üç manat 59 qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 64,83 (altmış dörd manat 83 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında 18 mart 2024-cü il tarixli 1386 saylı “Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 4483,59 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 3 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. X2 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında 18 mart 2024-cü il tarixli 1386 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da, cavabdeh Xəlilova X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh2 X2 üzrə İddiaçı QSC-yə olan əsas borcu 4483,59 manat, faiz borcu isə 0,00 manat olmaqla, cəmi borcu 4483,59 manat (dörd min dörd yüz səksən üç manat, 59 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına və məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Odur ki, Cavabdeh2 onunla bağlanmış Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 4483,59 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi - Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 385.1, 425.1, 448.1, 448.2, 449.4, 470.1, 472.1 və 472.2-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə borclu Cavabdeh2 arasında bağlanmış 18 mart 2024-cü il tarixli 1386TA nömrəli Restrukturizasiya Müqaviləsi (toksik aktivlər üzrə): - Həmin Müqavilənin şərtlərinə görə, bu Müqavilə İddiaçı QSC-nin Orta Kredit Komitəsinin 18/24-P saylı 06 mart 2024-cu il tarixli iclas protokoluna əsasən borclu X5 toksik aktiv üzrə 4483,59 manat borcunun sağlamlaşdırılması məqsədilə G.Cavadlının atası Cavabdeh1 zaminliyi ilə, anası Cavabdeh2 adına rəmiləşdirilməsin və ödənişinə 36 ay əlavə vaxt verməklə restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə aşağıda göstərilən şərtlər əsasında şərait yaradılması məqsədi ilə bağlanılır (Müqavilənin 1-ci bəndi); Tərəflər Borclunun “X7” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “17” may 2013-cü il tarixli M-062 saylı Kredit müqaviləsinə əsasən aldığı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən Kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 2459.01 (iki in dörd yüz əlli doqquz manat, 01 qəpik) manat əsas, 2024.58 (iki in iyirmi dörd manat. 58 qəpik) manat faiz, cəmi 4483,59 (dörd min dörd yüz səksən üç manat, 59 qəpik) manat borcun olmasını təsdiq edirlər (Müqavilənin 2.1-ci bəndi); Kreditor Borclunun bu Müqavilənin 2.1- ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4483,59 manat vaxtı keçmiş əsas kredit borcunun Tərəflər arasında bu Müqavilə imzalandığı tarixdən 3 (üç) il müddətinədək uzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə müvafiq qaydada borca görə təminat təqdim etməklə 4483,59 manat əsas və faiz borcunu bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq Kreditora ödənilməsini öz öhdəsinə götürür (Müqavilənin 2.2-ci bəndi). - Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə zamin Cavabdeh1 arasında bağlanmış 18 mart 2024-cü il tarixli 1386TA nömrəli Zaminlik Müqaviləsi: Həmin Müqavilənin şərtlərinə görə, Kredit Təşkilatı ilə Cavabdeh2 (bundan sonra “Borclu”) arasında bağlanmış «07» mart 2024-ci il tarixli 1386 TA saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi (bundan sonra Restrukturizasiya müqaviləsi) əsasında Borclunun Kredit Təşkilata ödənilməli olan 4483,59 (dörd min dörd yüz səksən üç manat 59 qəpik) manat borcu ilə əlaqədar olaraq Borclunun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür (Müqavilənin 1.1-ci bəndi); Bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: Kredit Təşkilatı ilə Borclu arasında «07» mart 2024-cü il tarixdə bağlanmış 1386 TA saylı Restrukturizasiya müqaviləsidir (Müqavilənin 2.1-ci bəndi). - İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən tərtib edilmiş Kreditin əsas və faiz borcunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixinə olan Məlumat: Həmin sənəddə göstərilir ki, borclu Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixli, 1386 TA nömrəli kredit müqaviləsi üzrə heç bir ödəniş olunmamış və həmin müqavilə üzrə onun 4483,59 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18 mart 2024-cü il tarixli 1386 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 4483,59 manat məbləğində borcun və ödənilmiş 64,83 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1386 TA saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh2 illik 1 faiz dərəcəsi ilə 3 il müddətinə 4483,59 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1386 TA nömrəli güzəştli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, 1386 TA nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumat arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 1386 TA nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 4483,59 manat əsas borcu borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Bank üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehlərin Təşkilata 4483,59 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Eyni zamanda, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 64,83 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 442, 445.2.1, 448.1, 472.1 və 472.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1, 284-1, 284-5.2, 284-5.3 və 284-6.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh2 17 mart 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)- 2523/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 1386 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 4483,59 manat məbləğində borcun və ödənilmiş 64,83 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Bank üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehlərin Təşkilata 4483,59 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir”. Həmçinin məhkəmə qeyd etmişdir ki, “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir”. Əslində isə onlara, yəni cavabdehlərə həmin bildiriş çatmamışdır. Əgər bildiriş onlara çatsa idi, bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və etirazlarının əsaslarını təşkil edən sənədləri məhkəməyə təqdim edərdilər. Bu işin mahiyyəti isə ondan ibarətdir ki, o, cinayət xarakterli əməlin qurbanı olmuşdur. Belə ki, şikayətə əlavə etdiyi Yevlax Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli e-2(039)- 350/2022 nömrəli qətnaməsindən görünür ki, iş üzrə iddia müddəti tətbiq edilərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X6 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin, şikayətə əlavə etdiyi Şəki Apellyasiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(039)- 1113/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli e-2(039)-350/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, həmin Qətnamənin sonunda göstərilmişdir ki, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(039)-1113/2022 saylı qətnaməsi həmin tarixdə qüvvəyə minmişdir. Həmin iş üzrə cavabdeh olan Günay Cavadlı isə onun (hazırkı iş üzrə Cavabdeh2) qızıdır. Digər Cavabdeh1 isə onun (hazırkı iş üzrə Cavabdeh2) əridir. Krediti Bankdan qızları Günay götürmüşdür. Bank da qızını 2022-ci ildə məhkəməyə vermişdir. Yuxarıda qeyd etdiyi məhkəmə qərarları ilə də həmin iddia rədd edilmiş və həmin qərarlar da 15 sentyabr 2022-ci il tarixdə qüvvəyə minmişdir. Yəni, 15 sentyabr 2022-ci il tarixdən etibarən həmin müqavilə və onun əsasında yaranmış 4483,59 manat borc öz hüquqi qüvvəsini itirmişdir. Lakin bundan sonra iddiaçı Təşkilatın əməkdaşları onu (hazırkı iş üzrə Cavabdeh2) və əri Müzəffəri yaşlı və savadsız olmaqlarından istifadə edərək Banka dəvət etmiş və 18 mart 2024-cü il tarixdə ona Restrukturizasiya müqaviləsinə, ərinə isə Zaminlik müqaviləsinə imza etdirmişlər. Yəni, məhkəmə qərarları ilə ləğv və rədd edilmiş qızı Günayın kredit müqaviləsinə aid 4483,59 manat məbləği onları aldadaraq cinayət yolu ilə onların adına sənədləşdirmişlər. Həmin müqavilənin özündə də göstərilir ki, X5 toksik aktiv üzrə 4483,59 manat borcu sağlamlaşdırılmaq məqsədilə onların (hazırkı iş üzrə cavabdehlərin) adımıza keçirilmişdir. Bu necə ola bilər axı?! Məhkəmə qərarı ilə rədd edilmiş (ləğv edilmiş) bir borc bundan 2 il sonra necə yenidən eyni məbləğdə onların adına yazıla bilər ?! Ona görə də hesab edir ki, qətnamə ləğv edilərək iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Həmin apellyasiya şikayəti verildikdən sonra Yevlax Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş 02 aprel 2025-ci il tarixli e-2(039)-2523/2024 nömrəli qərardadında Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış və həmin Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilməsi müddəti buraxılmamışdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, məhkəmənin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 saylı qətnaməsi elektron məhkəmə informasiya sisteminə 09 noyabr 2024-cü il tarixdə yerləşdirilmiş (tərəflərin elektron kabineti mövcud deyildir) və 11 noyabr 2024-cü il tarixdə isə tərəflərə göndərilmişdir. Lakin, Cavabdeh2 yaşadığı ünvandan köçdüyü üçün zərf geri, məhkəməyə qaytarılmışdır. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)- 2523/2024 saylı qətnaməsini yalnız 17 mart 2025-ci il tarixdə qəbzə imza etməklə qəbul etmiş və həmin tarixdə də Cavabdeh2 vermiş olduğu apelyasiya şikayəti məhkəməyə daxil olmuşdur
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 394-1-ci maddəsinin tələblərini və birinci instansiya məhkəməsində həmin işə sadələşdirilmiş icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini nəzərə alaraq, Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymış və 17 aprel 2025-ci il tarixli qərardadla həmin qətnamədən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci ildə apellyasiya qaydasında yazılı icraatda baxılması qərara alınmışdır. Lakin, apellyasiya şikayətinə yazılı icraatda baxılarkən işin halları və Azərbaycan Respublikası Mülki- Prossesual Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla, qəbul edilmiş 14 may 2025-ci il tarixli 2-2(107)-533/2025 nömrəli qərardada əsasən Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsindən verilmiş hazırkı apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi dinləmələr aparılmaqla, iddia icraatı qaydasında baxılması qərara alınmış və ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında həmin apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması ilə əlaqədar iş üzrə məhkəmə iclası 12 iyun 2025-ci il tarixə, saat 1100-a təyin edilmişdir. Apellyasiya şikayəti üzrə 12 iyun 2025-ci ildə keçirilən məhkəmə iclasında iştirak edən apellyasya şikayəti vermiş Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin əsassız olduğundan tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Həmin iclasda iştirak edən digər Cavabdeh1 da iş üzrə Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin əsassız olduğundan tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Həmin iclasda iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – hazırkı iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının “borcun tutulması” tələbi barədə iddia ərizəsində göstərilənlərlə əsaslandırdı.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi – Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 551.2.4. Məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və mübahisənin konkret halları ilə müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi - kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə borclu Cavabdeh2 arasında bağlanmış 18 mart 2024-cü il tarixli 1386TA nömrəli Restrukturizasiya Müqaviləsi və zamin Cavabdeh1 arasında bağlanmış 18 mart 2024-cü il tarixli 1386TA nömrəli Zaminlik Müqaviləsi üzrə yaranmış öhdəliklərin, yəni həmin Müqavilələrin şərtlərinin “borclu” və “zamin” olaraq sonuncular tərəfindən pozulması ilə əsaslandırılmışdır (Qeyd etmək lazımdır ki, məlum Restrukturizasiya Müqaviləsi 18 mart 2024-cü ildə bağlanmış olsa da, Zaminlik müqaviləsinin məzmununda X2nin tarixi “07 mart 2024-ci il” kimi qeyd olunmuşdur). Lakin, işin hallarından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə arasında əvvəllər heç bir kredit müqaviləsi, yəni “restrukturizasiya” tətbiq edilməsinə səbəb ola biləcək hər hansı bir kredit müqaviləsi və yaxud ödənilməmiş, yəni icra olunmamış kredit öhdəlikləri olmamışdır. Hazırkı iddia tələbinin əsasını təşkil edən borclu Cavabdeh2 ilə bağlanmış 18 mart 2024-cü il tarixli 1386TA nömrəli Restrukturizasiya Müqaviləsi isə onun öz kreditinin deyil, həmin müqavilə və bu iş üzrə tərəf olmayan X5 “X7” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 17 may 2013cü il tarixli M-062 nömrəli Kredit müqaviləsinə əsasən aldığı və "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən Kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 2459,01 (iki min dörd yüz əlli doqquz manat 01 qəpik) manat əsas və 2024,58 (iki min iyirmi dörd manat 58 qəpik) manat faiz olmaqla, cəmi 4483,59 (dörd min dörd yüz səksən üç manat 59 qəpik) manat borcun ödənilməsi ilə əlaqədar bağlanmışdır. Halbuki, Cavabdeh2 apellyasiya şikayəti ilə birlikdə məhkəməyə təqdim etdiyi Yevlax Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli e-2(039)-350/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər X6 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə, yəni “cavabdehlər X3 və Cavabdeh1 müştərək qaydada əsas borc 2459,01 manat, faiz borcu 2024,58 manat olmaqla, cəmi 4483,59 manat məbləğin və ödənilmiş 64,83 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-nə ödənilməsi” barədə iddia ərizəsi təmin edilməyərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki, “İş üzrə iddia müddəti tətbiq edilsin. İddiaçı BOKT QSC-nin cavabdehlər X6 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.” İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli 2(039)-1113/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli e-2(039)-350/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırkı mübahisənin birinci instansiya məhkəməsində baxılması ilə əlaqədar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş poçt vasitəsi ilə cavabdehlərə göndərilsə də, həmin məhkəmə bildirişləri cavabdehlərə təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır. Bununla da müəyyən olunur ki, cavabdehlərin məlumatı olmadan aparılan sadələşdirilmiş icraat əsasında hazırkı iş üzrə apellyasiya şikayəti verilən qətnamə qəbul edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh2 ilə bağlanmış xx.xx.2024-cü il tarixli 1386 TA nömrəli Restrukturizasiya Müqaviləsi “güzəştli kredit müqaviləsi” kimi qiymətləndirilərək, həmin müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ona “illik 1 faiz dərəcəsi ilə 3 il müddətinə 4483,59 manat məbləğində kredit verildiyi”qeyd olunmaqla, həmin xüsusatlar işin faktiki hallarına uyğun göstərilməmişdir. Halbuki, yuxarıda təsvir olunanlardan və həmin müqavilənin şərtlərindən də görünür ki, həmin müqavilə Cavabdeh2 kredit verilməsi ilə əlaqədar deyil, onun qızı X5 “X7” ASC ilə bağlanmış 17 may 2013-cü il tarixli M-062 nömrəli Kredit müqaviləsi üzrə aldığı kreditin ödənilməmiş qalan vaxtı keçmiş 2459,01 manat əsas və 2024,58 manat faiz olmaqla, cəmi 4483,59 manat borcun ödənilməsi, yəni “restrukturizasiya”sı ilə əlaqədar bağlanmışdır. Göründüyü kimi, hazırkı iddianın əsaslandırıldığı Cavabdeh2 ilə bağlanmış 18 mart 2024-cü il tarixli 1386TA nömrəli Restrukturizasiya Müqaviləsində nəzərdə tutulan “4483,59 manat məbləğində borc” - Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 iyun 2022-ci il tarixli e-2(039)-350/2022 nömrəli qətnaməsi ilə həll edilmiş “İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər X3 və Cavabdeh1 17 may 2013-cü il tarixli M-062 nömrəli Kredit müqaviləsinə əsasən tələb etdiyi 2459,01 manat əsas və 2024,58 manat faiz olmaqla, cəmi 4483,59 manat məbləğində borcun” həmin kredit öhdəliyinə aid olmayan hazırkı iş üzrə Cavabdeh2 ilə “restrukturizasiya” edilmiş borc məbləğidir. Yəni, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 17 may 2013-cü il tarixli M-062 nömrəli Kredit müqaviləsi üzrə krediti almış borcalan X3 tələb olunan “2459,01 manat əsas və 2024,58 manat faiz olmaqla, cəmi 4483,59 manat məbləğində borcun tutulması” barədə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbi - Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 iyun 2022-ci il tarixli e-2(039)-350/2022 nömrəli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə rədd olunduqdan sonra, həmin Kredit Təşkilatı artıq məlum məhkəmə qətnaməsi ilə həll edilmiş borc məbləğini digər bir şəxslə, yəni həqiqi borcalanın anası olan Cavabdeh2 ilə Restrukturizasiya Müqaviləsi bağlamaqla, “restrukturizasiya” etmişdir. Halbuki, qanunvericiliyin tələbləri baxımından artıq məhkəmə qətnaməsi ilə həll edilmiş borcun belə bir “Restrukturizasiya Müqaviləsi” bağlamaqla, borcalan X5 öhdəliyinə aid borcun məlum kreditə aid olmayan şəxsdən yenidən tələb edilməsi yolverilməzdir və bu kimi “Restrukturizasiya Müqaviləsi” onu imzalamış Cavabdeh2 üçün hər hansı bir öhdəlik yarada bilməzdi. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnamə ilə iddia tələbini təmin edərək, “İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “xx.xx.2024-cü il tarixli 1386 №-li güzəştli kredit müqaviləsinə əsasən 4483,59 manat məbləğində borcu və ödənilmiş 64,83 manat məbləğində dövlət rüsumunu tutmaqla” düzgün nəticəyə gəlməmiş və bu nəticə - iş üzrə qanuni və əsaslı nəticə deyildir. Ona görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi tam rədd edilməlidir. Eyni zamanda, hazırkı iddia tələbi üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş məbləğdə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2(039)-2523/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.