Məhkəmə qərarları › İş №2(107)-535/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-535/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-535/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona olan 2000 (iki min) manat borc və onun iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cəmi 2030 (iki min otuz) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə qəbul edilənə qədər İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək məhkəmədən 1900 (bir min doqquz yüz )manat və ödədiyi 30 manat dövlət rüsumunun cəmi 1930 (bir min doqquz yüz otuz) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsi ilə iddiаnın təmin edilməsi, Cavabdeh 1900 (bir min doqquz yüz )manat və 30 manat dövlət rüsumu, cəmi 1930 (bir min doqquz yüz otuz) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsi işin faktiki hallarına düzgün qiymət verilmədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul edilmişdir. Məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhf nəticəyə gəlmişdir. Belə ki, işin mahiyyəti bundan ibarət olmuşdur ki, o bu ilin mart ayının 24-də Qax şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan avtoprofılaktoriyanm sahibi İddiaçı şifahi razılaşma əsasında, 2000(iki min) manata, nəqliyyat vasitəsinə qoşulan, Almaniya istehsalı olan qoşqu-vaqon almışdır. Şifahi razılaşmaya əsasən İddiaçı qoşqu-vaqonu ona satarkən bildirmişdi ki, sən vaqonu apar, özünün həyat yoldaşı Bakıdadır, qoy Bakıdan gəlsin, sənədləri həyat yoldaşı Bakıdan gələndə verəcəkdir, narahat olma. Aradan 1 (bir) ay keçmiş qoşqu-vaqonun sənədlərini istədikdə, İddiaçı bildirdi ki, sənəd-filan yoxdur, 2000 manat pulu ver. O da cavabında bildirdi ki, ona sənədsiz texnika lazım deyil, gəl, vaqonu apar. O qoşqu- vaqonu gətirəndə də YPX əməkdaşları tərəfindən saxlanılmış, amma sənə inanıb, sənədləri var deyə evdədir deyərək, birtəhər, yalvar-yaxar qutarmışdır. Ona sənədləri olmayan prisep-qoşqu lazım deyil, gəl vaqonunu apar, demişdir. Aralarında heç bir rəsmi müqavilə olmamışdır, ancaq o, iddia ərizəsində yalandan hansısa mücərrəd müqaviləyə istinad edir. Bundan sonra da dəfələrlə o İddiaçı qoşqu-vaqonun sənədini verməsini və yaxud gəlib sənədsiz qoşqu vasitəsini aparmasını demiş, lakin o, israrla qoşqu-vaqonu aparmayacağı, onun pulunu alacağını bildirərək yersiz inad göstərmişdir və nəhayət, ona qarşı «2030 (iki min otuz) manat pul tələbinə dair» Qax rayon məhkəməsində iddia qaldırmışdır. Onun yersiz və əsassız iddiasını «can-başla» qəbul edən Qax rayon məhkəməsi işin hallarının ziddinə, eləcə də qanunvericiliyə daban-dabana zidd olaraq, işə qərəzli və birtərəfli, qeyri-obyektiv baxaraq «iddiaçı» İddiaçı əsassız iddiasının təmin olunması haqqında əsassız və qanunsuz qətnamə çıxarmışdır. Haşiyə çıxaraq bildirir ki, Qax rayon məhkəməsinin dəftərxana müdiri Səlamət Omarova «iddiaçı» İddiaçı baldızıdır. Şübhəsiz ki, belə bir qanunsuz qətnamənin çıxarılmasında onun da rolu olmuşdur. Məhkəmədə işə baxılmasına hazırlıq və baxış iclasları ərəfəsində bir neçə dəfə «iddiaçı» İddiaçı S.Omarovanın otağında məhkəmə iclas katibi Mansur Fətəliyevin iştirakı ilə məsləhətləşmələrinin şahidi olmuş, onu görən kimi, söhbətin mövzusunu dəyişirmişlər. Bundan əlavə, məhkəmə iclas katibi Mansur Fətəliyev işin məhkəmə baxışı ərəfəsində YPX-nin binasına gələrək, YPX əməkdaşı N.N.İsrafilova irad bildirmişdir ki, sən Cavabdeh vaqonu gətirərkən saxlayanda niyə onu şöbənin həyətinə (cərimə meydançasına) aparmamısan? Gəl, indi məhkəmədə de ki, sən Cavabdeh (yəni məni) vaqonu gətirərkən saxlamamısan, görməmisən! YPX-nin əməkdaşı N.N.İsrafılov da məhkəmədə dindirilərkən məhkəmə iclas katibi M. Fətəliyevin tapşırdığı kimi izahat vermişdir. «İddiaçı» İddiaçı iddiasının əsassızlığına gəldikdə, bunu o özü iddia ərizəsində göstərmişdir. O, iddia ərizəsinin 1-ci abzasının 11-ci sətrində bildirir ki, «qoşqunun təkərləri nasazdır». Yəni iddiaçı cavabdehə komplektsiz əşya - əmlak verdiyini etiraf edir və bu zaman o qoşqu-vaqonun sənədinin də olmadığı barədə heç nə demir. Yəni guya qoşqu-vaqonun hər şeyi, o cümlədən də sənədləri də var, təkcə təkərləri yoxdur. Əgər «iddiaçı» İddiaçı məni aldadaraq qoşquvaqonun sənədlərinin olduğunu, həyat yoldaşı Bakıdan qayıdanda sənədləri də verəcəyini deyərək satmış olmasaylı, o, iddia ərizəsində təkərlərin «nasaz olduğunu», yəni olmadığını bildirdiyi kimi, vaqonun sənədlərinin də olmadığını bildirərdi və mən də sənədsiz texnikaya heç yaxın durmazdı. Məhkəmə qətmanəsinin əsassızlığına və qanunsuzluğuna gəldikdə, Qax rayon məhkəməsinin hakimi Malik Qarayev bilmirmi ki, komplektsiz əşyanı tam əmlak kimi satmaq olmaz! O bilmirmi ki, özüyeriyən nəqliyyat və qoşqu vasitələrinin komplektliyinin elə ilk komponenti, elementi, şərti onun sənədləridir - onun texniki pasportu və dövlət qeydiyyat nişanıdır. Hakim görmürmü ki, «iddiaçı» İddiaçı mübahisələndirilən qoşqu-vaqonu onu aldadaraq ona satmışdır? Hakim bilmirmi ki, satıcı alıcıya alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən İddiaçı faktiki sahibliyində və istifadəsində olan vaqon tipli qoşqu vasitəsini Cavabdeh iki dəfəyə ödəmək şərti ilə nisyə olaraq 2000 (iki min) manata satmışdır. Lakin Cavabdeh vədinə əməl etməmiş və qoşqu vasitəsinin dəyərini iddiaçıya ödəməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraicət etməli olmuşdur. İddiaçı Cavabdeh həmin qoşqu vasitəsini aldıqdan sonra qoşqu vasitəsinin şinlərinin dəyişilməsi və bir sıra təmir xərclərini çəkdiyi üçün İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək qoşqu vasitəsinə görə 1900 (bir min doqquz yüz) manat tələb etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında həmin qoşqu vasitəsini 2000 (iki min) manata nisyə olaraq iddiaçıdan aldığını və onun dəyərini hissə-hissə ödəmək barədə razılaşdığını məhkəmə iclasında etiraf etmişdir. Lakin sənədsiz olduğundan geri qaytarmaq istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(024)-530/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz )manat və 30 manat dövlət rüsumu, cəmi 1930 (bir min doqquz yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar