Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-535/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadından iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 133.10 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-507/2020 saylı qətnaməsi ilə iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh 133.10 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. İddiaçı BOKT "xxxx" MMC Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 507/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı ilə (hakim İbrahim Fəttahov) iddiaçı BOKT “xxxx” MMC-nin Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-507/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti, şikayət vermə müddəti ötürüldüyündən geri qaytarılmışdır. İddiaçı BOKT “xxxx” MMC Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)- 507/2020 saylı qərardadından şikayət vermişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçı BOKT «xxxx» MMC tərəfindən apellyasiya şikayəti vaxtında verildiyindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qərardadı ləğv edilməli, həmin apellyasiya şikayəti ona əlavə olunmuş sənədlər və mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdə məhkəmədən MMC-nin nümayəndəsinə təqdim edilib. Həmin qətnamədən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilən apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə poçt müəssisəsinə təqdim olunmuş və bu barədə poçt xidmətini göstərən “xxxx” MMC tərəfindən 212091 nömrəli poçt qəbzi verilmişdir. Sonradan, “xxxx” MMC-dən daxil olan xx.xx.2020-ci il tarixli aktla müəyyən edilmişdir ki, həqiqətən də BOKT “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 212091 nömrəli qaimə ilə Göyçay Rayon Məhkəməsinə məktub göndərilmiş, lakin üzrlü səbəbdən başqa qaimə yazılmaqla həmin məktub xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuş və Nazim Axundov adlı əməkdaş tərəfindən qəbul edilmişdir. Qeyd edildiyi və əlavə edilmiş aktdan da müəyyən olunduğu kimi, sözügedən apellyasiya şikayəti Göyçay Rayon Məhkəməsinə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə BOKT "xxxx” MMC tərəfindən poçt xidməti göstərən təşkilata təqdim edilmişdir. Ona görə də, apellyasiya şikayəti vaxtında verildiyindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-507/2020 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı ilə iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı tam, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. İş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qətnaməsi iddiaçının əməkdaşı X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. İşdə olan iddiaçının apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, mədaxil qəbzinə əsasən həmin şikayətlə məhkəməyə müraciət üçün xx.xx.2020-ci il tarixdə dövlət rüsumu ödənilmişdir. Şikayətə əlavə edilmiş sənədlər sırasında 212091 nömrəli poçt qəbzinin surəti də vardır ki, həmin qəbzdə (“Göndərən üçün surət”) olan məlumatlara görə apellyasiya şikayəti (və ona əlavə edilmiş sənədlər) BOKT «xxxx» MMC tərəfindən “xxxx” MMC-yə (sürətli poçt xidməti müəssisəsinə) xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İşdə olan başqa bir poçt qəbzindən isə məlum olur ki, içərisində sözügedən apellyasiya şikayətinin (və ona əlavə edilmiş sənədlərin) olduğu, habelə daha 3 zərf (cəmi 4 məktub) “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə başqa poçt müəssisəsi (“EMS - Azerexpresspost”) vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərilmiş, bu sənədlər xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Poçt Filialına və oradan həmin gün Göyçay Rayon Məhkəməsinə çatdırılmışdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qətnaməsini xx.xx.2020-ci il tarixdə imza etməklə almış, xx.xx.2020-ci il tarixdə isə poçt vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayətini məhkəməyə göndərmiş, beləliklə də qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Lakin işdə olan poçt qəbzlərindən müəyyən olunduğu kimi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti (və ona əlavə edilmiş sənədlər) iddiaçı BOKT «xxxx» MMC tərəfindən “xxxx” MMC-yə (sürətli poçt xidməti müəssisəsinə) xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, “xxxx” MMC isə həmin və daha 3 (cəmi 4 ədəd) məktubu xx.xx.2020-ci il tarixdə başqa poçt müəssisəsi (“EMS - Azerexpresspost”) vasitəsilə Göyçay Rayon Məhkəməsinə göndərmiş, məktublar xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Poçt Filialına və oradan həmin gün Göyçay Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-in 129.3-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Göründüyü kimi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qətnaməsini xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə məhkəmədən qəbul etmiş, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək üçün xx.xx.2020-ci il tarixədək vaxtı olmuş, içərisində apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər olan məktub iddiaçı tərəfindən rabitə orqanına (poçt müəssisəsinə) xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Məktubun məhkəməyə göndərilməsi poçt müəssisəsində bir neçə gün gecikdirilmiş və xx.xx.2020-ci il tarixdə göndərilmişdir, lakin iddiaçı buna görə hər hansı məsuliyyət daşımır və poçt xidməti tərəfindən məktubun məhkəməyə çatdırılmasının gecikməsi iddiaçının əleyhinə təfsir oluna bilməz. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə (göndərilmə) vaxtını xx.xx.2020-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesab etməklə səhvə yol vermiş, müddəti düzgün hesablamamış, ona görə də iddiaçı BOKT “xxxx” MMC-nin Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin verilmə müddətini ötürməsi barədə yanlış nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-507/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Ona görə də, məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsaslı olduğundаn təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı tam, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 397-398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı tam, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-507/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-507/2020 saylı qətnaməsindən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-535/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-535/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver