Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-535/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülk iş üzrə (Açar sözlər: borc pul tələbi, vərəsələrin kreditor qarşısında məsuliyyəti) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülk iş üzrə Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-207/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə Rəcəbov Əli Cuma oğlu arasında 19 dekabr 2019-cu il tarixli 49-xxxx-105832 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Rəcəbov Əli Cuma oğluna 60 ay müddətinə, illik 1 faiz olmaqla 2327.83 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Rəcəbov Əli Cuma oğlunun "xxxx" ASC-yə 2280.28 manat məbləğində əsas, 32.58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2312.86 manat məbləğində kredit borcu vardır. 15 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, 28 mart 2021-ci il tarixdə vəfat etmiş Rəcəbov Əli Cuma oğlunun vərəsəsi olmaqla ondan miras qalmış əmlakı qəbul etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 2280.28 manat məbləğində əsas, 32.58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2312.86 manat məbləğində kredit borcunun və ödənilmiş 44 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Rəcəbov Əli Cuma oğlu arasında 19 dekabr 2019-cu il tarixli 49-xx-xx-105832 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Rəcəbov Əli Cuma oğluna 60 ay müddətinə, illik 1 faiz olmaqla 2327.83 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Rəcəbov Əli Cuma oğlunun "xxxx" ASC-yə 2280.28 manat məbləğində əsas, 32.58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2312.86 manat məbləğində kredit borcu vardır. 15 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Rəcəbov Əli Cuma oğlunun vərəsəsi Cavabdehdur.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 12 ildir ki, atasından miras qalmış evdə yaşamır. Həmin evdə qardaşı X6, anası X2 və qardaşının həyat yoldaşı X3 yaşayır. Qardaşı içki aludəçisi olduğundan və evi satacağından ehtiyat edərək miras əmlakı rəsmi qaydada, o, qəbul etmişdir. Lakin faktiki həmin əmlakda yaşamır. Mirası qəbul etdikdən sonra məlum olmuşdur ki, atasının banka borcu vardır. Kredit borcunu ödəməyə nə onun, nə də qardaşıgilin maddi imkanı yoxdur. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Rəcəbov Əli Cuma oğlu arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 49-xx-xx-105832 saylı kredit müqaviləsinə əsasən Rəcəbov Əli Cuma oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 1 faiz olmaqla 60 ay müddətində ilə 2327.83 manat məbləğində kredit götürmüşdür. Lakin borclu Rəcəbov Əli Cuma oğlu 28 mart 2021-ci il tarixdə vəfat etdiyindən borc öhdəliyi lazımınca icra edilməmişdir. 15 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, 28 mart 2021ci il tarixdə vəfat etmiş Rəcəbov Əli Cuma oğlunun vrəsəsi olmaqla ondan miras qalmış əmlakı qəbul etmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini ödəməkdən yayınır. Hazırda Cavabdeh İddiaçı ASC-yə 2280.28 manat əsas, 32.58 manat faiz borcu olmaqla cəmi 2312.86 manat məbləğində borcu vardır.
6. Eyni zamanda Cavabdeh mərhum Rəcəbov Əli Cuma oğlunun vərəsəsi olduğundan o, İddiaçı ASC qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.
7. Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-207/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, Cavabdeh 2280.28 manat əsas, 32.58 manat faiz borcu olmaqla, ümumilikdə 2312.86 manat məbləğində kredit borcu və 44 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 425, 442, 445 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
9. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Rəcəbov Əli Cuma oğlu arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 49-xx-xx-105832 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 2327.83 manat məbləğində kredit verilmişdir.
10. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Rəcəbov Əli Cuma oğlunun 25 iyul 2022-ci il tarixə 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2280.28 manat əsas, 32.58 manat faiz borcu olmaqla cəmi 2312.86 manat kredit borcu vardır.
11. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir.
12. İş materiallarına əlavə edilmiş 15 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 mart 2021-ci il tarixdə vəfat etmiş Rəcəbov Əli Cuma oğlunun vərəsəsi Cavabdehdur. Miras əmlak Rəcəbov Əli Cuma oğluna verilmiş **********55-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 126.6 kv/m olan fərdi yaşayış evindən və 0.0459 ha torpaq sahəsindən ibarətdir.
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 12 ildir atasından miras qalmış evdə yaşamır, həmin evdə qardaşı X6, anası X2 və qardaşının həyat yoldaşı X3 yaşayırlar. Qardaşı içki aludəçisidir, əlinə keçən pulu içkiyə verir, gələcəkdə ondan xəbərsiz evi sataraq pulunu havaya sovuracağından qorxduğu üçün miras-əmlakı rəsmi qaydada qəbul etmiş, lakin faktiki həmin əmlakda yaşamır. Mirası qəbul etdikdən sonra ona məlum olmuşdur ki, mərhum atasının banka borcu var. O atasından qalan əmlakı qəbul etsə də, onun borları barədə məlumatı olmayıb, həmin əmlakda yaşamır, atasının banka olan kredit borcunu ödəməyə nə onun, nə də anasıgilin maddi imkanı yoxdur.
15. İşin faktiki hallarından da görünür ki, mərhum atası kredit almış, bankla müqavilə bağlamış və öhdəlik qəbul etmişdir. Onun ölümündən sonra kredit borcunun onun tərəfindən ödənilməsini tələb etmək qanunsuzdur, hansı ki, o atası kredit alarkən ona zamin də durmamış, onunla birlikdə müqavilə də imzalamamışdır. Bundan əlavə atasının rəsmi şəkildə vərəsəliyini o qəbul etsə də, onun faktiki vərəsələri anası və qardaşı da məhkəməyə cəlb edilməli idilər və məhkəmə bunları etmədən formal qətnamə çıxarmışdır ki, bu da qanunsuz və əsassızdır.
16. Ona görə də, Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)- 207/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-207/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində atasının borcu ilə bağlı müqaviləyə imza atmadığı və ya zamin olmadığı barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində tək vərəsənin o olmadığı, miras qalan evdə anası və qardaşının yaşadığı və sonuncuların işə cəlb edilmədikləri barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 25-ci bəndində istinad olunmuş və məzmunu bu qətnamənin 19-cu bəndində qeyd edilmiş hüquq normalarından göründüyü kimi, miras qoyanın borcları vərəsələr tərəfindən miras əmlakdan paylarına mütənasib surətdə ödənilir. Bu qətnamənin 12-ci bnədindən göründüyü kimi, 15 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 28 mart 2021-ci il tarixdə vəfat etmiş Rəcəbov Əli Cuma oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 126.6 kv/m olan fərdi yaşayış evindən və 0.0459 ha torpaq sahəsindən ibarət əmlakı sonuncunun vərəsəsi olaraq Cavabdeh qəbul etmişdir. Göründüyü kimi, hazırki iş üzrə miras əmlak hal-hazırda bütünlüklə Cavabdeh məxsusdur. Belə olan halda, miras qoyanın kreditorları qarşısında məsuliyyəti sonuncu daşıyır və digər şəxslərin işə cəlb olunmasına lüzum qalmır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-207/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-207/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev