Məhkəmə qərarları › İş №2(107)-538/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-538/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-538/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə Hörmətli Ramiz müəllim, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-5/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair 2(107)-538/2021 nömrəli işə baxılır. Əvvəllər hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş iddiaçıya məxsus Şəki şəhəri F.Abdurahmanov (indiki B.Vahabzadə) küçəsi, 19 nömrəli ünvanda yerləşən evin cavabdehə satılması barədə xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmə işi olmuş, həmin işə Şəki Rayon Məhkəməsində baxılaraq, Məhkəmənin xx xxxx 2013cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında xx xxxxxxx 2013-cü il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş və həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarı ilə ləğv edilərək iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışının nəticələrinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti yenə də təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsindən İddiaçı, habelə maraqlarına toxunan şəxslər X4, X2 və X3 tərəfindən kassasiya şikayətləri verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışının nəticələrinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı Şəki şəhəri F.Abdurahmanov (indiki B.Vahabzadə) küçəsi, 19 nömrəli ünvanda yerləşən evin xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilərək həmin tələbin iddia müddətinin keçməsinə görə təmin edilməməsi qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı və maraqlarına toxunan şəxslər X4, X2, X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Şəki Rayon Məhkəməsində cavabdehlər Cavabdeh və Adıgözəlov Famil Kərim oğluna qarşı “Şəki şəhəri B.Vahabzadə küçəsi, 19 saylı evin alqı-satqısına dair onunla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, Cavabdeh ilə cavabdeh Adıgözəlov Famil Kərim oğlu arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair” iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayətləri verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilsə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə eyni nəticəyə gəlinmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından cavabdehlər Cavabdeh və Adıgözəlov X1 Məhkəməsinə şikayət vermişlər. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində qüvvədən düşmüş hesab edilmişdir. Ali Məhkəmə Plenumunun xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən - Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş, iddia tələbi həmin hissədə başqa əsasla təmin edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinin təmin edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh ilə Famil Adıgözəlov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, sonuncu qətnamə Cavabdeh ilə Famil Adıgözəlov arasında bağlanmış xx xxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş və həmin hissədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, İddiaçı xx xxxxxx 2016-cı il tarixdə Şəki Rayon Məhkəməsində Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinə dair” hazırkı iddianı qaldırmışdır. Hazırkı iş üzrə İddiaçı həm də məhkəməyə “iddianın təmin edilməsi tədbiri barədə” ərizə vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardaddan Cavabdeh şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və İddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş və İddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və işin icraatı dayandırılmışdır. İşin icraatı təzələnəndən sonra başqa (əvvəlki) işin konstitusiya məhkəmə icraatında olması ilə əlaqədar hazırkı işin icraatı yenidən dayandırılmışdır. Nəhayət, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqısatqı müqaviləsindən irəli gələn pul tələbinə dair” iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında həmin apellyasiya şikayəti üzrə işə baxılır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə sədrlik edən və məruzəçi hakimi xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası MPM-in 19.1.3-cü maddəsinə əsasən özü-özünə etiraz etmiş, həmin etiraz təmin olunmuşdur. Yuxarıda sadalanan çoxsaylı məhkəmə qərarlarından göründüyü kimi, tərəflər arasında 2013-cü ildən indiyədək davam edən mübahisə mahiyyət etibarilə eyni tərəflər arasında eyni predmetlə (Şəki şəhəri F.Abdurahmanov (indiki B.Vahabzadə) küçəsi, 19 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi ilə) bağlıdır. Həmin mübahisələrə dair işlərə baxılmasında Şəki Apellyasiya Məhkəməsinin bütün hakimləri Mülki Kollegiyanın tərkibində iştirak etmişlər. Bu baxımdan Şəki Apellyasiya Məhkəməsinin hakimlərinə həm tərəflərin etirazı, həm də özü-özünə etiraz üçün qanuni əsaslar vardır. Ona görə də hazırda Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şəki Apellyasiya Məhkəməsində baxılması üçün Mülki Kollegiyanın tərkibini formalaşdırmaq çətinlik yaradır. Şərh olunanlara əsasən, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-5/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün hazırkı mülki işin başqa apellyasiya instansiyası məhkəməsinin icraatına verilməsi məsələsinə baxmağınızı Sizdən xahiş edirəm.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar