Məhkəmə qərarları › İş №2(107)-538/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-538/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-538/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü, prosessual pozuntu) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, Cavabdeh/İddiaçı iştirakı ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(025)-752/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4240 manat, məhkəməyə müraciəti ilə əlaqədar olaraq ödənilmiş 70.40 manat, cərimələrə görə 209,20 manat, ümumi olaraq 4519,60 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Lökbatan-Qobu yolunda Cavabdeh ona məxsus olan və etibarnamə əsasında idarə edilməsi üçün istifadəsinə verilmiş “Mercedec Benz C220” markalı, “10TT471” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsi ön hissədən ciddi zədələnmiş, bununla da ona maddi ziyan dəymişdir. Bundan başqa o, nəqliyyat vasitəsini idarə etdiyi müddətdə yol-hərəkət qaydalarını pozmuş, lakin pozuntulara əsasən nəqliyyat vasitəsinin üzərinə-qoyulmuş cərimələri belə ödəməkdən boyun qaçırmışdır. Cərimələrin ümumi məbləği 209.20 AZN təşkil etmişdir. Cavabdeh baş vermiş hadisə nəticəsində vurduğu maddi ziyan və onun məbləği ilə əvvəlcə razılaşsa da, daha sonrakı hərəkət və hərəkətsizlikləri ilə dəymiş maddi ziyam ödəməkdən birmənalı şəkildə imtina etmişdir. Ona məxsus avtomobilə keçirilmiş baxış nəticəsində “Müstəqil Ekspert” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Qüsur aktı”na əsasən dəymiş ziyanın ümumi məbləği 4240 (dörd min iki yüz qırx) manat miqdarında müəyyən edilmişdir. Qeyd etdiyi kimi cavabdeh öz hərəkət və hərəkətsizlikləri ona dəymiş maddi ziyanı könüllü olaraq ödəmir. Buna görə də cavabehin mülki hüquq pozuntusu yaratmış əməlindən, belə əməlin qüvvədə qalmasına xidmət edən qanunsuz hərəkət və hərəkətsizliklərindən məhkəmə müdafiəsini zəruri sayaraq hesab edir ki, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4800 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə tanış olarkən onun tərəfindən işin faktiki hallarının qeyri-obyektiv, həqiqətə uyğun olmayan halda qeyd edildiyi aşkar olunmuşdur. Belə ki, 2022-ci ilin aprel ayında İddiaçıla aralarındakı şifahi razılıq əsasında ona məxsus “Mersedes-Benz” C220 markalı **-TT-*** dövlət nömrə nişanlı (bazar dəyəri təxmini 7500-8000 manat olan) avtomobili 15000 manata almışdır. Razılığa əsasən avtomobilin dəyərinin hər ay 500 manat olmaqla 30 ay müddətində ödəyib başa çatdırmasını öhdəsinə götürmüşdür. Avtomobili müddətli kreditlə aldığına görə İddiaçı avtomobilin dəyərindən artıq ödəməyə razılıq vermişdir və bu razılıq hər iki tərəfin iradə ifadəsi olmuşdur. Avtomobili almaq üçün ilkin olaraq İddiaçı 1000 manat nəğd ödəmişdir. Bunun müqabilində İddiaçı ona avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Avtomobilin onun adına sənədləşdirilməsi isə nəzərdə tutulan pul məbləği tam ödənildikdən sonra baş tutmalı idi. Bundan sonra İddiaçı təqdim etdiyi bank kartları üzrə hesabına müxtəlif vaxtlarda əlavə olaraq cəmi 3500 manat pul köçürmüşdür. 11 dekabr 2022-ci il tarixdə avtomobili idarə edərkən yol nəqliyyat qəzası törətmiş və nəticədə avtomobilə maddi zərər dəymişdir. Avtomobili təmir etdirmək üçün ustaya göstərmiş və hesablama zamanı zədələnmiş ehtiyat hissələrinin dəyərinin 1600 manat, usta işlərinin isə 800 manat təşkil etməsi müəyyən olmuşdur. İddiaçıla danışıb avtomobilin təmirinin başa çatana kimi ona ödənilməli pul məbləğinin güzəşt edərək möhlət verməsini xahiş etsə də o, buna razı olmamış, aralarındakı razılığa əməl etməyərək etibarnaməni birtərəfli qaydada pozub avtomaşını ondan almışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində, o, iddiaçı qismində iştirak etdiyi mülki iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştitrakı olmadan keçirilməsini, iş üzrə təqdim edilmiş sübutlar, ekspert rəyi nəzərə alınmaqla yekun iddia tələbinin təmin edilməsi,qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qanuni və ədalətli qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələblərini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir.

7. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

8. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(025)-752/2023 nömrəli qətnaməsi ilə (hakim E.İsayev), ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iikin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3760 (üç min yeddi yüz altmış) manat və ödənilmiş 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun tutulması, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 22 saylı notariat ofisində 17 aprel 2022-ci il tarixdə 7E-3381 nömrəli reyestrdə qeydə alınmış “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə” ilə İddiaçı ona məxsus olan “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək səlahiyyətini 11 ay 28 gün müddətinə Cavabdeh vermişdir. Fiziki şəxs X4 (VÖEN **********) müstəqil ekspert olaraq xx.xx.2023-cü il tarixdə tərtib etdiyi qüsur aktında Mersedes-Benz” C220 markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün tələb olunan ehtiyat hissələrinin 2,540.00 manat, təmir işlərinə görə 1,700,00 manat olmaqla cəmi 4,240.00 manat pul təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə görə yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes- Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat) müəyyən olunur.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4240 manat, məhkəməyə müraciəti ilə əlaqədar olaraq ödənilmiş 70.40 manat, cərimələrə görə 209,20 manat, ümumi olaraq 4519,60 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti- 2260,00 manat, təmirbərpa işlərinin qiyməti-1500,00 manat) təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. İşin mövcud hallarını və təqdim edilən sübutları, eləcə də ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) olduğundan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat) manat alınaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. İlkin iddiaçı cərimələrə görə 209,20 manat pulun Cavabdeh alınıb ona verilməsini tələb etsə də iddia tələbinin əsasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 4800 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etsə də iddia tələbinin istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

13. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində 2022-ci ilin aprel ayında İddiaçıla aralarındakı şifahi razılıq əsasında “Mersedes-Benz” C220 markalı **-TT-*** dövlət nömrə nişanlı (bazar dəyəri təxmini 7500-8000 manat olan) avtomobili 15000 manata aldığını, həmin razılığa əsasən avtomobilin dəyərinin hər ay 500 manat olmaqla 30 ay müddətində ödəyib başa çatdırmasını öhdəsinə götürdüyünü, avtomobili almaq üçün ilkin olaraq İddiaçı 1000 manat məbləğində nəğd ödəniş etdiyini göstərsə də sadalanan bu hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun təqdim etdiyi bank kartları üzrə hesablara müxtəlif vaxtlarda ödənişlər etməsinə dair bank qəbzlərindən isə ödənişlərin nə məqsədlə və kimə ödənildiyini müəyyən etmək mümkün olmur. Bundan savayı da qəbzlərdə ödənişi qəbul edən İddiaçı deyil, başqa şəxslər qeyd olunmuşdur. Buna görə də məhkəmə Cavabdeh İddiaçı müxtəlif kart hesabları ilə “Mersedes-Benz” C220 markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobilə görə ödənişlər etməsinə dair izahatına tənqidi yanaşır və hesab edir ki, Cavabdeh bununla avtomobilə vurduğu maddi zərəri ödəməkdən yayınmaq məqsədi ilə bu cürə fikirlər səsləndirir.

14. Məhkəmə hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3, 37-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1, 217 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuzdur və ləğv edilərək ona qarşı iddia rədd olunmalıdır.

18. Nəzərə çatdırır ki, “qarşılıqlı iddia” ərizəsini məzmununu cavabdehin adı, soyadı və ata adını ona təqdim olunmuş iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində olan məlumatlar əsasında tərtib edərək məhkəmə prosesinə qoşulmuşdur. Düşünürdü ki, məhkəmə prosesində avtomobili ona sataraq pulları alan “Rasif” adlı şəxsin anket məlumatlarını, ünvanını müəyyən etdikdən sonra, iş üzrə əldə etdiyi digər sübutlarını da məhkəməyə təqdim etməklə qarşılıqlı iddia ərizəsini dəqiqləşdirəcəkdir. Belə ki, o, iş üzrə İddiaçı tanımamış və onunla avtomobil alqı - satqısı barədə heç bir danışıq aparmamışdır. O, avtomobili sonradan soyadı, adı, ata adını müəyyən etdiyi X6 almışdır.

19. Lakin birinci instansiya məhkəməsi buna şərait yaratmadan, onun iştirakı olmadan 14 noyabr 2023 - cü il tarixdə məhkəmə prosesi keçirərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə prosesinin 14 noyabr 2023-cü il tarixə təyin olunması barədə ona nə rəsmi bildiriş, nə də ki, telefonla məlumat göndərilməmişdir. Bununla məhkəmədə iştirak edərək sübutları təqdim edib özünü müdafiə etmək hüququndan məhrum olunmuşdur.

20. Bildirir ki, avtomobilin mülkiyyətçisi İddiaçı olmasına baxmayaraq, həmin avtomobili ona X2. Birinci instansiya məhkəməsinin təqdim etdiyi iddia ərizəsini aldıqdan sonra mülkiyyətçinin İddiaçı olunan olmasını bilmiş və qarşılıqlı iddia ərizəsində onu cavabdeh kim göstərmişdir. Əvvəllər onu tanımamış və ondan avtomaşın almamışdır, o, ona etibarnamə verməmişdir.

21. Həmin avtomobili ona X3 etibarnamə vermişdir. Belə ki, 2022-ci il aprel ayında X14 ilə tanış olaraq avtomaşının ona məxsus olmasını bildirdikdən sonra almağa razılıq vermişdir. Aralarında olan şifahi razılığa əsasən (bazar dəyəri 7500-8000 manat) olan “Mersedes - Benz” - C 220 markalı 10 - TT - 471 dövlət nömrə nişanlı avtomobili 15000 manata almışdır. Rasiflə razılığa asasən hər ay 500 manat ödəməklə 30 ay müddətində avtomobilin dəyəri olan 15000 manatı tam ödəyərək öz adına sənədləşdirməli idi. Razılıqdan sonra öz kəndçiləri X7 iştirakı ilə Rasifə 1000 manat pul vermişdir. Bundan sonra Rasif ona həmin avtomobili idarə etmək üçün 17 aprel 2022 -ci il tarixli etibarnamə vermişdir.

22. Bundan sonra o, razılığa əsasən Rasifin ona verdiyi bank kartları əsasında müxtəlif şəxslərin adlarına avtomobilin pulu olaraq 860 manat, şəxsin özünə isə müxtəlif vaxtlarda 2640 manat pul ödəmişdir. Beləliklə 2022-ci ilin dekabr ayına kimi o, Rasifə avtomobilin dəyərindən 4460 manat pul ödəmişdir. 11 dekabr 2022 - ci il tarixdə yol nəqliyyat qəzası nəticəsində avtomobilə maddi zərər dəymişdir. Təmin ustası zədələnmiş ehtiyyat hissələrinin dəyərinin 1600 manat, usta işlərinin 800 manat təşkil edəcəyini bildirmişdir.

23. Rasiflə danışıb avtomobilin təmiri başa çatana kimi ödənilməli pul məbləğin müvəqqəti möhlət verməsini xahiş etsə də buna razı olmamışdır. O, ona təmir pulunu çıxmaq şərti ilə avtomobilin alıması üçün ödədiyi pulu geri qaytarmasını xahiş etmişdir. Bunun əvəzinə o, onu polisə vermiş və o, məcbur olaraq ona 300 manat da ödəmişdir. Bununla avtomobilə görə Rasifə ödənilmiş məbləğ 4760 manat təşkil etmişdir.

24. Buna baxmayaraq Rasif onu xəbərdarlıq etmədən etibarnaməni birtərəfli qaydada pozaraq avtomaşını əlindən almışdır.

25. Birinci instansiya məhkəməsi əldə edilmiş etibarnaməyə düzgün hüquqi qiymət verməmiş, etibarnamə üzrə izahatımı dinləməmiş, iddiaçının və onun məhkəmə prosesində birgə iştiraklarını təmin etməmiş, sübutlarının təqdim edilməsinə şərait yaratmamışdır. Bu səbəbdən də işin faktiki halları tam araşdırılmamışdır.

26. Avtomobilin İddiaçı yox Əlizadə Rasifdən alınması faktı, pulların Rasif Əlizadəyə verilməsi faktı, avtomobilin ondan alınaraq etibarnamənin razılığın əksinə olaraq birtərəfli qaydada ləğv edilməsi faktlarının və digər halların sübut edilməsinə birinci instansiya məhkəməsi tərəfindən şərait yaradılmaması üzündən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin əsl hallarına uyğun olmamışdır.

27. Birinci instansiya məhkəməsi məhkəmə prosesində iştirakını təmin etmədiyindən sübutlarını təqdim edə bilməmişdir.

28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-752/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X8 ilkin iddiasının rədd olunması, qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı/cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

35. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

36. “X9rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyator Qəbələ rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)- 752/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(107)-538/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə İddiaçı tərəfindən hazırkı iş üzrə ilkin iddia ərizəsi üçün artıq ödənilmiş 5,51 manatın, Cavabdeh tərəfindən isə qarşılıqlı iddia ərizəsi üçün artıq ödənilmiş 2 manat dövlət rüsumunun dövlət büdcəsindən onlara geri qaytarılması qərara alınmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası isə rədd edilməlidir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X14 tərəfindən 17 aprel 2022-ci il tarixdə Bakı şəhəri 22 saylı notariat ofisində 7E-3381 nömrəli reyestrdə qeydə alınmış “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə” ilə İddiaçı məxsus olan “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti 11 ay 28 gün müddətinə Cavabdeh verilmişdir. Həmin avtomaşın Cavabdeh idarəçiliyi dövründə, yəni 11 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşın əzilmiş və mülkiyyətçi İddiaçı maddi ziyan dəymişdir. İddiaçı ona dəymiş ziyanın 4240 manat təşkil etməsini əsas gətirərək həmin məbləğin, 209.20 manat cərimələrin, 70.40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1500,00 manat) təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh isə qarşılıqlı iddiasında həmin avtomobili İddiaçıla aralarında olan şifahi razılaşma əsasında sonuncudan 15000 manata aldığını, aldığı avtomaşının dəyərindən 4800 manatı İddiaçı ödədiyini göstərsə də, Cavabdeh apellyasiya şikayətində avtomaşını İddiaçı deyil, şifahi razılıq əsasında X6 aldığını və aldığı avtomaşının dəyərindən ödənişləri X11 ödədiyini göstərmişdir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 3760 manat və ödənilmiş 57,60 manat dövlət rüsumunun tutulması, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutulmasına dair hissədə gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməməklə, həmçinin cavabdehdən ilkin iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olmalı məbləğdən daha yüksək məbləğdə dövlət rüsumunun tutulmalı olmasını qərara almaqla, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

46. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

47. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

48. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

49. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

50. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

51. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

52. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

53. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

54. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat vermədiyindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(025)- 752/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

56. Bu baxımdan apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin onun iştirakı olmadan 14 noyabr 2023 - cü il tarixdə məhkəmə prosesini keçirməsi, məhkəmə prosesinin 14 noyabr 2023-cü il tarixə təyin olunması barədə ona nə rəsmi bildiriş, nə də ki, telefonla məlumat göndərilməməsi, məhkəmədə iştirak edərək sübutları təqdim edib özünü müdafiə etmək hüququndan məhrum olunmasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı iddia ərizəsində cavabdehə aid olduğunu göstərdiyi ***-***-**-** mobil nömrəsinə SMS bildiriş göndərilmiş, lakin işə baxan birinci instansiya məhkəməsi həmin mobil nömrənin həqiqətən də Cavabdeh aid olub-olmamasını dəqiqləşdirməmişdir. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində istifadəsində olan mobil nömrənin ***-***-**-** olmasını göstərməklə yanaşı, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla da Cavabdeh adına olan mobil nömrələrin ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**-dən ibarət olması müəyyən edilmiş, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasını təsdiq edəcək digər bir sənəd də iş materiallarına əlavə edilməmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmir ustasının zədələnmiş ehtiyyat hissələrinin dəyərinin 1600 manat, usta işlərinin 800 manat təşkil edəcəyini bildirməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında zədələnmiş ehtiyyat hissələrinin dəyərinin 1600 manat, usta işlərinin 800 manat təşkil etməsinə dair hər hansı bir mütəxəssis sənədi mövcud deyildir.

58. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən 25 may 2023-cü il tarixli, 2(025)-752/2023 nömrəli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

59. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4638 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz” C220 markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3760,00 (üç min yeddi yüz altmış) manat (dəyişilməli hissələrin qiyməti – 2260,00 manat, təmirbərpa işlərinin qiyməti – 1500,00 manat olmaqla) müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil edir.

60. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş mülki iş materialları əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

61. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomaşının əzilməsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyən edilməsində 22 avqust 2023-cü il tarixli 9/4638 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini 3760 manat həddində təmin etdiyi, həmin məbləğə mütənasib olan dövlət rüsumunun məbləği 57,60 manat təşkil etdiyi halda 57,60 manat və 0,40 manat bank xidmət haqqından artıq hissədə, yəni 12,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasında birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimələrə görə 209,20 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ilk iddianın, həmçinin Cavabdeh İddiaçı 4800 manat məbləğində pulun alınaraq ona verilməsinə dair Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsində doğru mövqedən çıxış etmişdir.

64. Belə ki, İddiaçı tərəfindən Cavabdeh əvəzindən 209,20 manat cərimə məbləğini ödəməsi, Cavabdeh tərəfindən isə İddiaçı ilə aralarında avtomaşının alqısatqısına dair hər hansı bir müqavilənin bağlanması, etibarnamə əsasında idarə etdiyi avtomaşının alqı-satqısı üzrə İddiaçı 4800 manat məbləğində pulun ödənilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin əldə edilmiş etibarnaməyə düzgün hüquqi qiymət verməməsinə dair dəlili ilə razılaşmayaraq, qeyd edir ki, avtomaşının idarə edilməsi üçün ona verilmiş etibarnamə alqı-satqı sənədi deyildir. Bundan başqa Cavabdeh apellyasiya şikayətinin dəlillərində onun tərəfindən avtomaşına görə pul vəsaitinin qarşılıqlı iddia tələbini irəli sürdüyü İddiaçı deyil, avtomaşına dair ona etibarnamə vermiş X11 verildiyi göstərilmişdir.

66. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin ona X14 tərəfindən satılması, Rasifə avtomobilin dəyərindən pul vəsaitini ödəməsi, Rasifin etibarnaməni birtərəfli qaydada pozaraq avtomaşını əlindən almasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından Cavabdeh tərəfindən X11 qarşı apellyasiya şikayətində göstərdiyi məsələlər üzrə iddia irəli sürülməsi halı müəyyən edilməmişdir. Cavabdeh bununla bağlı X11 qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

67. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

68. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

69. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(025)-752/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 3760 manat, ödənilmiş 57,60 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulmalı, ilk iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməli, ilk iddia ilə bağlı dövlət büdcəsinə ödənilmiş 70 manat dövlət rüsumunun 6,89 manatı İddiaçı özünə aid edilməli, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası əsaslı olmadığından təmin edilməməli, Cavabdeh tərəfindən qarşılıqlı iddia ilə bağlı dövlət büdcəsinə ödənilmiş 70 manat dövlət rüsumunun 68 manatı və 0,40 manat bank xidmət haqqı Cavabdeh özünə aid edilməlidir.

70. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(025)-752/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 3760 manat, ödənilmiş 57,60 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulsun. İlk iddianın qalan hissəsi təmin edilməsin. İlk iddia ilə bağlı dövlət büdcəsinə ödənilmiş 70 manat dövlət rüsumunun 6,89 manatı İddiaçı özünə aid edilsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ilə bağlı dövlət büdcəsinə ödənilmiş 70 manat dövlət rüsumunun 68 manatı və 0,40 manat bank xidmət haqqı Cavabdeh özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar