Məhkəmə qərarları › İş №2(107)-540/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-540/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-540/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, X8, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı QSCnin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, X8, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(039)-69/2023 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı QSC ilə Etibarlı Sərvan Şirin oğlu arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, Etibarlı Sərvan Şirin oğluna kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan, Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qətnaməsi ilə Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manat iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı QSC cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, Cavabdeh4, X8, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına AccessBank» QSCə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 ümumi qaydada tutulması; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Sərvan oğlunun, X3 və X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə cavabdeh X4 28 noyabr 2014-cii il tarixli kredit razılaşmasına asasan, 19461.60 ABS dollari əsas, 11266.30 ABS dolları faiz, 2897 ABS dolları carima olmaqla, cami 33624.9 ABS dolları olmaqla, 06 mart 2014-cu il tarixli kredit razılaşmasi üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat carima və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanin yönəldilməsi haqqinda bildirişin qeydə alınmasi üçün ödənilmis 10 manat dövlət rusumu və 21 manat xidmət haqqi olmaqla, cami 1536.39 manatin hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanin yönəldilməsi barədə bildirişin qeydə alinmasi üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqinin Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayiş evinin açıq hərracda satilmasi, 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına asasan, 19461.60 ABS dollari əsas, 11266.30 ABS dolları faiz, 2897 ABS dolları carima olmaqla, cami 33624.9 ABS dolları olmaqla, 06 mart 2014-cü il tarixli kredit razılaşmasi üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərima və 30 manat dövlət rusumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqinda bildirişin qeydə alinmasi üçün ödənilmiş 10 manat dövlət rusumu və 21 manat xidmət haqqi olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanin yönəldilməsi barədə bildirişin qeydə alinmasi üşün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına AccessBank QSC-nə ödənilməsi hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X4 ümumi qaydada tutulmasi; Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə X9, X5, X6, X7 və Cavabdeh2 Sərvan qızının istifadə hüququnun itirilməsi, onların hamin evdən çıxardılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Etibarlı Sərvan Şirin oğlu arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən, Etibarlı Sərvan Şirin oğluna kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan, Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh4, X12 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qətnaməsi ilə Cavabdeh5 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən 19461.60 ABŞ dolları əsas, 11266.30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624.9 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), 06 mart 2014-cü il tarixli kredit razılaşması üzrə 1178.29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manat iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və iddia qalan hissədə təmin edilməsi xeyrinə ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qərardadı ilə iddianın tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; yuxarıda qeyd olunan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi hissəsinə xitam verilmişdir. İddiaçı QSC Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə qət edilmiş pulun Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; fərdi yaşayiş evinin açıq hərracdan satilması, pulun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabina AccessBank QSC-nə ödənilməsi hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X4 ümumi qaydada tutulmasi; fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə X9, X5, X6, X7 və Cavabdeh2 Sərvan qızının istifadə hüququnun itirilməsi, onların hamin evdən çıxardılması, əmlakın boşaldılması və alıcıyya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh4 vəfat etmişdir. Mərhum Cavabdeh4 qalmış mirası onun oğlu Etibarlı Sərvan Şirin oğlu qəbul etmiş və həmin təsərrüfatı hal-hazırda idarə edir.

6. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsində qeyd edilən tutmanın Yevlax rayonu, Salahli kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Etibarlı Sərvan Şirin oğlundan tutulması hissəsi icra haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimləndiyindən təmin edilməməli; İpoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 20655 (iyirmi doqquz min) manat məbləğində müəyyən edilməlidir. Cavabdeh Etibarlı Sərvan Şirin oğlundan 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməli. Cavabdeh Etibarlı Sərvan Şirin oğlundan 250 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir.

7. Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(039)-69/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsində qeyd edilən tutmanın və 100 manat ödənilmiş dövlət rüsumunun Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 20655 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298, 317, 319, 442, 445, 448, 1133, 1134, 1243 və 1306-cı maddələrinə və Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26, 33, 34, 41 və 59-cu maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Yevlax rayon Salahlı kənd İ.Ə.D. üzrə nümayəndəliyinin arayışı bildirişin qeydə alınması haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışı 08 fevral 2013-cü il tarixli 15M000000485 saylı ipoteka müqaviləsi Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(039)-96/2020 saylı qətnamsi Şəki Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(107)-331/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli 9/9455 saylı ekspert rəyi Yevlax rayon 1 saylı Notariat ofisinin 17 noyabr 2023-cü il tarixli, 746 saylı məktubu Yevlax rayon Salahlı kənd İ.Ə.D. üzrə nümayəndəliyinin20 noyabr 2023-cü il tarixli 5- 9-14/2-97/2023 saylı arayışı "xxxx" MMC-nin 15 dekabr 2023-cü il tarixli ƏQ-270/2023 saylı rəyi

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı QSC аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı QSC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əmlaka tutma yönədildikdən və satıldıqdan sonra cavabdehlərin həmin əmlakdan çıxarılmasının və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Cavabdehlər mülkiyyətində olan əmlakı kredit müqaviləs i üzrə öhdəliklərinin təminatı üçünBank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Lakin birinci instansiyaməhkəməsi baxılan işdə “İpoteka haqqında”Qanununmaddələrini düzgün tətbiq etməmişdir. Ona görə də ipoteka predmeti olanYevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusimülkiyyətdə olan 2 otaqli, 1 mərtəbəlifərdi yaşayış evinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakın boşaldılması hissəsində dəiddiatələblərimiztəmin olunmalıdır. Həmçinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5Şirin oğlundan ümumi müştərək qaydada tutulması hissəsində də təmin edilməlidir.

12. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(039)- 69/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 ümumi qaydada tutulması hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Cavabdehlər Etibarlı Sərvan Şirin oğlu, X10, Cavabdeh1 Sərvan oğlu, Etibarlı Şirin Sərvan oğlu və Cavabdeh2 Sərvan qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh, o cümlədən ipoteka qoyan Cavabdeh4 hüquqi varisi Etibarlı Sərvan Şirin oğlu kollegiyaya teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh, o cümlədən ipoteka qoyan Cavabdeh4 hüquqi varisi Etibarlı Sərvan Şirin oğlu məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

17. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun hazırki iş üzrə ipoteka müqaviləsi bağlanan vaxt qüvvədə olan: 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(039)-69/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməyən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlak boşaldılmaqla alıcıya təhvil verilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 ümumi qaydada tutulması hissəsində apellyasiya şikayəti əsassızdır. Ona görə ki, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Yəni, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli olmaması halı qanunla tənzimlənmişdir və həmin məsələ icra prosesində qanunun tələblərinə əməl edilməklə həll edilməlidir.

23. İpoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlak boşaldılmaqla alıcıya təhvil verilməsi hissəsində isə apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadında göstərilmişdir ki, “İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə 15M000000485 saylı ipoteka müqaviləsi 08 fevral 2013-cü il tarixdə bağlanmışdır. Yəni tərəflər arasında mübahisəli ipoteka münasibətləri 2018-ci il 28 dekabr tarixinədək yarandığından ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələb “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyasına əsasən təmin edilməlidir.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilməyən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlak boşaldılmaqla alıcıya təhvil verilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(039)-69/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edilməyən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlak boşaldılmaqla alıcıya təhvil verilməsi hissəsində ləğv edilməli, İddiaçı QSC-nin cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, X8, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada tutulması və cavabdehlərin ipoteka predmeti olan əmlakdan çıxarılması tələbinə dair iddiası cavabdehlərin ipoteka predmeti olan əmlaka istifadə hüquqularına xitam verilməklə onların həmin əmlakdan çıxarılması hissəsində təmin edilməli, ipoteka predmeti olan Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqli, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə X9, X5, X6, X7 və Cavabdeh2 Sərvan qızının istifadə hüququ itirilməli, onlar həmin evdən çıxarılmalı, əmlak boşaldılmaqla alıcıya təhvil verilməli, qətnamə mübahisələndirilən iddianın təmin edilməmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(039)-69/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edilməyən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlak boşaldılmaqla alıcıya təhvil verilməsi hissəsində ləğv edilsin. İş üz həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin cavabdehlər Etibarlı Sərvan Şirin oğluna, X8, Cavabdeh1 Sərvan oğluna, Etibarlı Şirin Sərvan oğluna və Cavabdeh2 Sərvan qızına qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada tutulması və cavabdehlərin ipoteka predmeti olan əmlakdan çıxarılması tələbinə dair iddiası cavabdehlərin ipoteka predmeti olan əmlaka istifadə hüquqularına xitam verilməklə onların həmin əmlakdan çıxarılması, əmlak boşaldılmaqla alıcıya təhvil verilməsi hissəsində təmin edilsin. İpoteka predmeti olan Yevlax rayonu, Salahlı kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqli, 1 mərtəbəli, ümumi sahəsi 86.13 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə X9, X5, X6, X7 və Cavabdeh2 Sərvan qızının istifadə hüququ itirilməklə onlar həmin evdən çıxarılsın. Əmlak boşaldılmaqla alıcıya təhvil verilsin. Qətnamə mübahisələndirilən iddianın təmin edilməmiş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar