Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-544/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsindən iddiaçı xxxx və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsi ilə xxxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC “xxxx” Bankı qarşısında 12 417.62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş) ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 28000 (iyirmi səkkiz min) manat məbləğində təyin edilməsi barədə” ilkin, Cavabdeh2 ASC “xxxx”xxxx“ASC “xxxx” bankı ilə onun arasında bağlanmış xx xxx 2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsinin 8-ci bəndinə əsasən Fors-major halına görə müqaviləyə əsasən verilmiş kredit məbləğinin əsas hissəsinə hesablanmış faizlərin, penyaların və gecikdirilmiş əsas kreditə hesablanmış faizlərin penyaların və bankın əldə edə biləcəyi əldən çıxmış faydanın ödənilməsinə dair hissəsinin icra edilməsinə görə onun məsuliyyətdən azad edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə ilk iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən İ nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “xxxx” Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcun, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 970.68 ABŞ dolları (doqquz yüz yetmiş ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penyaya görə 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları, cəmi 13617,30 (on üç min altı yüz on yeddi ABŞ dolları 30 sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 (otuz səkkiz min) manat məbləğində təyin edilməsi qət edilmiş, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddia rədd edilmişdir. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti «xxxx» Bankı (bundan sonra iddiaçı və ya ASC «xxxx» Bank) iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC “xxxx” Bankı qarşısında 12417.62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcun, kreditin qaytarılma müddətinə - xx.xx.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 28000 (iyirmi səkkiz min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə qəbul edilənədək iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilən tələblərinin birinci bəndinin dəyişdirildiyini və xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC “xxxx” Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə - xx.xx.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penya, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulmasnı xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ASC “xxxx” bankı ilə onun arasında bağlanmış 14 may 2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsinin 8-ci bəndinə əsasən Fors-major halına görə müqaviləyə əsasən verilmiş kredit məbləğinin əsas hissəsinə hesablanmış faizlərin, penyaların və gecikdirilmiş əsas kreditə hesablanmış faizlərin penyaların və bankın əldə edə biləcəyi əldən çıxmış faydanın ödənilməsinə dair hissəsinin icra edilməsinə görə onun məsuliyyətdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “xxxx” Bankı ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsinə (bundan sonra - “Kredit müqaviləsi”) əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək nəqsədilə iddiaçı ASC “xxxx” Bankı ilə Cavabdeh1 arasında sonuncunun mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “xxxx” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014cü il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 17086.93 (on yeddi min səksən altı ABŞ dolları 93 sent) ABŞ dolları məbləğində olmuşdur ki, bunun da 13946.62 (on üç min doqquz yüz qırx altı ABŞ dolları 62 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dollarını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Həmin tarixdən sonra borc alan tərəfindən kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə cəmi 1529 (bir min beş yüz iyirmi doqquz) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir ki, həmin ödəniş tamamilə vaxtı keçmiş əsas borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş) faiz dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2019-cu il tarixinə qədər bu məbləğ 712.75 (yeddi yüz on iki ABŞ dolları 75 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli Qanununun həmin tarixə qüvvədə olan 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli 852 №-li bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2018-ci il tarixli 861 №-li ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət edilmiş, həmin bildiriş xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ərizədə bu barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləfi öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anma qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”, qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəiiklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarda öz hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.” Həmin normanın mahiyyəti bir daha Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında açıqlanmışdır. Belə ki, qeyd edilən qərarda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi göstərir ki, “icranın gecikdirilməsi zamanı qanunla əzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsİnin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Bundan başqa yuxarıda qeyd etdiyi kimi, borcalan Cavabdeh2 tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2ci bəndinə əsasən illik 15 % (on beş faiz) dərəcəsi ilə penya ödənilməlidir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, habelə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiririnin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hesab edirlər ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində olan likvid qiyməti (ilkin satış qiyməti anlayışının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində müəyyənləşdirilmiş mənasına uyğun olaraq) təyin edə bilər. İpoteka predmeti olan mənzil satıldıqdan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş mənzili 1 aydan gec olmayaraq tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə hazırkı iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, evin satışından sonra həmin mənzildə yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində mənzildən çıxmadığı halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən onların mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 yaşamaları faktı Zaqatala RİH-nin Zaqatala şəhər inzibati ərazi cirəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 763 saylı arayış ilə təsdiq olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 443.2-ci, 528-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 34-cü, 39-cu, 59.3 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009cu il tarixli qərarlarına, xx.xx.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsinin 2.3cü, 2.4-cü, 5.1-ci, 6.2-ci bəndlərinə, xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsinin 1.1-ci, 3.1-ci, 5.5-ci, 7.1-ci bəndlərinə və 5.4.1-ci yarımbəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən məhkəmədən xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən İ nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC “xxxx” Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyata alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 28000 (iyirmi səkkiz min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı ASC “xxxx” Bankının etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC “xxxx” Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penya, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyata alınmasına görə 40(qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17(on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30(otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 28000 (iyirmi səkkiz min) manat məbləğində təyin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, iddia ərizəsi ilə razı deyildir, iddianı qismən qəbul edir. Belə ki, o, ASC “xxxx” Bankından xx xxx 2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsi əsasında 48 ay müddətinə illik 18% ödənilməsi şərtilə 25400,00 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirilməsinin təmini üçün atası Cavabdeh1 məxsus olan yaşayış evi ipoteka müqaviləsi üzrə girov qoyulmuşdur. Krediti müqaviləyə əlavə edilmiş 1 saylı cədvəldə qeyd olunmuş qaydada ödəmişdir. Həmin cədvəl üzrə ödənişlər xx.xx.2014-cü ildən başlayaraq xx xxx 2018-ci ildə qurtarmışdır. Kredit məbləğini sənədləşmədə ABŞ dolları ilə yazılmasına baxmayaraq bankda həmin günlərdə ABŞ dolları olmadığına görə həmin günün məzənnəsi ilə mübadilə edərək Azərbaycan manatı olaraq 19561 manat 35 qəpik verilmişdir. Bu fakt iddia ərizəsinə əlavə etdiyi cavabdehin verdiyi xx xxx 2014-cü il tarixli valyuta alışı haqqında arayışla müəyyən edilir. Hesab edir ki, bank ona 25400 ABŞ dolları kreditin verilməsi ilə əlaqədar banka təqdim etdiyi sənədləri araşdıraraq idarə heyətinin qərarı ilə vermişdir. Onun Banka təqdim etdiyi sənədlər onun və ərinin gəlirlərindən ibarət sənədlər idi. Belə ki, o, Zaqatala Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 170 manatdan ibarətdir, əri Hafiz Haqverdiyev hərbi hissədə gizir rütbəsində xidmət edir və əmək haqqı 600 manatdan ibarətdir. Krediti götürdüyü dövrdə dolların manata olan məzənnəsi 0.78 manat idi. Aylıq kredit ödənişi 746 dollar 12 sent idi. Bunu da manata çevirəndə 590 manat təşkil edirdi. Onun və ailəsinin ümumi gəliri aylıq 170+600=770 manat təşkil edib. Həmin krediti ödədikdən sonra 770-590=180 manat qalırdı. Həmin pul ilə minimum yaşayış səviyyəsindən də aşağı səviyyədə yaşamağa özlərini məcbur etmişdirlər ki, yaşayış üçün ev tiksinlər. Yəni həmin krediti torpaq alıb yaşayış evi tikmək məqsədilə götürmüşlər. Torpaq almış, lakin ev əvəzinə yardımçı tikili tikərək içində yaşayırlar. Dolların məzənnəsi artdığına görə ev tikə bilməmişlər. Kredit müqaviləsinə əlavə edilmiş cədvələ uyğun, hər ay ödəniş etmişlər. Lakin xx xxxxxx 2015-ci il tarixdə və xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi qərarın nəticəsində ölkədə ABŞ dollarının dəyəri kəskin olaraq qalxmışdır. Beləliklə də onun bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrası bu fors major halına görə mümkünsüz oldu. Bank ilə aralarında bağlanmış kredit müqaviləsinin 8.1-ci maddəsində qeyd olunur ki, tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Müqavilənin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu müqavilənin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Müqavilənin 8.2-ci maddəsində deyilir ki, müqavilənin 8.1-ci bəndində göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Müqavilənin 8.3-cü maddəsinə əsasən Fors-major halların təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq vazılı surətdə xəbərdar etməlidir. O, 3 gün müddətində Banka rəsmi məlumat vermişdir. Qeyd etdiyi Fors-major halı müqavilədə göstərilən tərəflərə açıq-aydın məlum gundən bu faktı təsdiq edən sübutu təqdim etməkdən azad olunur. Qeyd etdiyi faktı Fors-major halı kimi ona görə qiymətləndirir ki, kredit götürərkən onun ailəsinin bütün gəliri nəzərə alınaraq kredit verilmişdir. Belə ki, əri hərbçi işləyir, əmək haqqı 600 manatdan, onun əmək haqqı isə 170 manatdan ibarətdir. Hər iki əmək haqqını topladıqda cəmi 770 manat təşkil edir. Lakin dolların dəyərinin yüksəlməsi onun vəziyyətini əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, əri hərbçi olaraq konkret əmək haqqı alır, o isə dövlət qulluğunda işləyir və əmək haqqı dəyişkən deyildir. Bu səbəbdən, yəni dolların məzənnəsi qalxdığından müqaviləyə uyğun ödəniş edə bilməmişdir. Belə ki, dolların yeni kursu ilə onun aylıq ödənişi xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2015-ci il tarixədək 784.35 manat təşkil edib (747 USD x 1.05AZN=784.35), xx xxxxxx 2015-ci ildən bu günədək isə 1269 manat 9 qəpik təşkil etmişdir (747 USD x 1.70=1269.9 USD), ailəyə daxil olan 770 manatla 784.35 manatı və ya 1269 manat 9 qəpiyi ödəməyin mümkün olmadığı açıq aydın görünür. Hesab edir ki, bu fakt Fors-major halı hesab olunmalıdır. Buna görə də həmin müqavilə üzrə faizlərin, cərimələrin və kreditin ödənilməsi dayandırılmalı və o müqavilə ilə üzərinə götürdüyü öhdəliyin qismən icra edilməsinə görə məsuliyyətdən azad olunmalıdır. Yəni yalnız görürdüyü kreditin əsas məbləgini ödəməlidir. O, müqavilə ilə üzərinə götürdüyü öhdəliyin qismən icra edilməməsinə görə məsuliyyətdən azad olma səbəbini onunla izah edir ki, xx xxx 2014-cü ildə Bankdan 25400 ABŞ dolları pul kredit götürmüş, həmin dövr üçün 25400 ABŞ dolları 19561 manat təşkil etmiş, xx xxxxxx 2015-ci il tarixədək krediti müqavilədə göstərilən 747 ABŞ dolları olaraq ödəmiş, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək 747 ABŞ dollarının məzənnəsi 784 manata bərabər idi, onun ailəsinin qazancı 770 manat olmuş, lakin hər ay ay 600 manat ödəmiş, xx xxxxxx 2015-ci il tarixdən sonra indiyədək 747 ABŞ dollarının manata olan məzənəsi 1269 manata bərabərdir, onun ailəsinin qazancı 770 manatdır. Lakin o hər ay 600 manat ödəmişdir. O, dövlət qulluqçusudur, gündə 8 saat işdə olur, əri hərbiçidir-səhər saat 8-dən axşam saat 8-dək işdə olur, onların əlavə vaxtı olmur ki, hardansa əlavə gəlir əldə etsinlər. Bank da öz növbəsində onların ailəsinin gəlirini hesablayaraq onlara aylıq ödənişi 590 manata yaxın olan kredit vermişdir. Onun ailəsinin əmək haqları artmamış və hər ay 770 manat əmək haqqı alaraq 784 ABŞ dolları, yəni 1269 manat kreditin ödənilməsi mümkün deyildir. Bu faktlar müqavilə bağladıqdan sonra əmələ gəlib və onun və ya bankın iradəsindən asılı olan bir səbəb deyil. Müqavilənin 8-ci bəndində həmin hal Fors-major halı olaraq qeyd edilib və müqavilə onunla bank əməkdaşı tərəfindən imzalanmışdır. Həmin bənddə deyilir ki, müqavilənin 8.3-cü maddəsinə əsasən Fors-major halların təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. O, müqavilənin bu şərtinə də əməl etmişdir. Belə ki, xx xxxxxx 2015-ci il tarixdə və xx xxxxxx 2015-ci il tarixdə Banka bu barədə rəsmi məlumat vermiş, bankın müdiri onun müraciətini imzalayaraq qəbul etmişdir. Məlumatında Fors-major halına görə kredit faizlərinin dayandırılmasını xahiş etmiş və bildirmişdir ki, o dolların əvvəlki kursuna uyğun olan 600 manatla kredit ödənişi edəcək və narazılığı vardırsa bir ay müddətinə məsələni məhkəməyə çıxara bilər. 2019-cu ilin yanvar ayınadək Bank tərəfindən məhkəməyə müraciət olunmamışdır. Yanvar ayında müraciət olunaraq gecikdirilmiş günlərin, ayların faizləri, penyaları, əldən çıxmış faydalar və sair pullar tələb olunur. Hesab edir ki, bu əsassız varlanmadır. Belə ki, kredit müqaviləsində bankın hüquqları bölməsində 3.1.3-cü bəndində deyilir ki, bank bu müqavilənin 3.4.3-cü yarımbəndi ilə müəyyənləşdirilən əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borc alandan tələb edə bilər. Müqavilənin 3.4.3.1-ci yarımbəndində göstərilir ki, borc alan tərəfindən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə kredit üzrə annuitet ödəniş həyata keçirilmədikdə və ya ödənişlər 3 (üç) ardıcıl ay əvəzində 2 dəfə gecikdirildikdə bank kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin bundan əvvəl ödənilməsini borc alandan tələb edə bilər. O, kredit müqaviləsinə edilmiş 1 saylı əlavədə nəzərdə tutulmuş qaydada ödənişləri 2015-ci ilin mart ayından bu günədək əlavədə göstərildiyi qaydada ödəməmiş, bu barədə rəsmi olaraq banka bildirmişdir. Bank isə hansı səbəbdənsə onu dörd ilə yaxın müddət gözləmiş, sonra həmin dörd ilə yaxın müddətdə kreditin gecikdirilməsinə görə faizlər, penyalar, əldən çıxmış faydanı əsassız varlanma üçün tələb etmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona görə də, kredit müqaviləsində göstərilən gecikdirilmiş əsas hesablanmış faizlər və penyanın hesablanması hissəsinə iddia müddəti tətbiq edilərək rədd edilməsini xahiş edir. O, devalvasiyadan dərhal sonra banka müraciət edərək müqavilədə göstərilən ödənişləri lazımınca ödəyə bilmədiyini dəfələrlə rəsmi bildirmiş və həmin bildirişlərini bankın müdiri imza edərək qəbul elmİşdir. Buna görə iddia müddətinin axımı dayanmalı deyil. Məhkəmənin diqqətini cəlb edərək bildirmək istəyir ki, bank məhkəməyə müraciət etdiyi iddia ərizəsində 2015-ci ilin fevral ayından bu günədək aralarında olan yazışmalar barədə heç bir söz yazmır, hətta müqavilə şərtlərindən kənara çıxaraq yalnız öz xeyrinə hesablamaga çalışır. Bankın bu hərəkətlərıni onunla izah edir ki, bank ona bir ilə 18% qaytarmaq şərti ilə, 25400 ABŞ dolları vermiş, bu məbləğ Azərbaycan manatı ilə 19561 manat təşkil edir. Sonda o banka 35,817 ABŞ dolları qaytarmalı idi. Kurs dəyişmədiyi halda 35.817 ABŞ dolları 0,78 AZN məzənnəsi ilə 27.937 manat təşkil edirdi. Bu məbləği o qaytarır. Həmin 35.817 ABŞ dolları o götürdüyü gündən bu günədək dəyişdiyi kurslar üzrə belə təşkil edilmişdir:xx.xx.2015-ci il tarixdənxx.xx.2015-ci il tarixədək qaytarılacaq kredit-ABŞ dolları x 9 ay - 6715.08 ABŞ dolları x 0.78 AZN - 5238 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci tarixədək qaytanlacaq kredit-ABŞ dolları x 10 ay - 7461.02 ABŞ dolları x 1.05 AZN -7834 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qaytarılacaq kredit- ABŞ dolları x 29 ay - 21637.48 ABŞ dolları x 1.70 AZN- 36784 manat. Bunları cəmlədikdə 5238+7834+36784 =49856 manat təşkil edir. Buradan görünür ki, dolların məzənnəsi qalxmamış olsaydı o banka illik 18 faiz ilə 27.937 manat qaytarmalı idi. Dolların dəyəri qalxdığı qaydada isə banka o 49856 manat qaytarmalıdır. 49856 manat - 27937 manat=21919 manat. Buradan görünür ki, bank illik 18 faizə verdiyi kredit məbləğinin cəmi dolların qalxmasından istifadə edərək əlavə 110 faiz gəlir əldə etmək istəyir. O, bu krediti götürərək tam əlverişsiz, çıxılmaz bir vəziyyətə düşmüşdür. Götürdüyü kreditdən cəmi 24014 ABŞ dollarını qaytarmış və onun banka əsas borc kimi 1386 ABŞ dolları borcu qalmışdır. İddiaçı tərəfindən müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş qaydalar pozulmuşdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödənişlərə dair qəbzlərdən və borcuna aid cədvəldən görünür ki, onun hər ay ödədiyi məbləğin heç bir manatını da əsas borcdan çıxmamış, iddiaçı özü istədiyi kimi pulları faizlərə, penyalara, əldən çıxmış faydaya, özünün digər ehtiyaclarına hesablayaraq guya onun kredit müqaviləsinin şərtlərini kobud surətdə pozduğunu iddia ərizəsində qeyd etmişdir. Ancaq Fors-major halı da həmin müqavilədə qeyd edilmişdir. Məhkəmədən xahiş edir ki, müqavilədə göstərilmiş Fors major halını tətbiq edərək müqavilədə qeyd edilmiş əsas məbləğə hesablanmış faizlər, penyalar, əldən çıxmış faydaları icra etmək məsuliyyətindən azad edilməsi barədə qətnamə qəbul olunsun. Ödədiyi məbləğlər isə əsas borcdan çıxılaraq, qalan əsas borcun ödənilməsi alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli qərarında deyilir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmə lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyrimümkün etdivi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan tərəflərdən aslı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Buradan görünür ki, onun bankla bağladığı müqavilədə göstərilmiş Fors-major halı krediti ödəməsini qeyrimümkün etmişdir. Göstərdklərini nəzərə alaraq məhkəmədən ASC “xxxx” Bank ilə onun arasında bağlanmış xx xxx 2014-cü il tarixli 35463914 saylı kredit müqaviləsinin 8-ci bəndinə əsasən Fors major halına görə, müqavələyə əsasən verilmiş kredit məbləğinin əsas hissəsinə hesablanmış faizlərin, penyaların və gecikdirilmiş əsas kreditə hesablanmış faizlərin, penyaların və bankın tələb edəcəyi əldən çıxmış faydanın ödənilməsi dair hissəsinin icra edilməsinə görə onun məsuliyyətdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 qarşılıqlı iddia tələbinə uyğun izahat verərək ilkin iddianın qismən təmin edilməsi, ASC “xxxx” Bank ilə onun arasında bağlanmış xx xxx 2014-cü il tarixli 35463914 saylı kredit müqaviləsinin 8-ci bəndinə əsasən Fors major halına görə müqaviləyə əsasən verilmiş kredit məbləğinin əsas hissəsinə hesablanmış faizlərin, penyaların və bankın tələb edə biləcəyi əldən çıxmış faydanın ödənilməsinə dair hissəsinin icra edilməsinə görə onun məsuliyyətdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsindən iddiaçı xxxx apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsinə, iş üzrə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ASC «xxxx» Bank tərəfindən verilmiş apellyаsiyа şikаyəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdeh2 tərəfindən verilmiş apellyаsiyа şikаyəti qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ASC «xxxx» Bankın nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını, Cavabdeh2 tərəfindən verilmiş apellyаsiyа şikаyətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını, iddiaçı tərəfindən verilmiş apellyаsiyа şikаyətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC “xxxx” Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsindən görünür ki, iddiaçıbank tərəfindən Cavabdeh2 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək nəqsədilə ASC “xxxx” Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsindən görünür ki, Oruc Mikayılvoun mülkiyyətində olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil ipoteka qoyulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2018-ci il tarixli 852 №-li bildirişdən görünür ki, cavabdehdən onun mülkiyyətində olan və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2018-ci il tarixli 861 №-li ərizədən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət edilmiş, həmin bildiriş xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ərizədə bu barədə müvafiq qeyd aparılmışdır. İddiaçı ASC “xxxx” Bankının qarşılıqlı iddia ərizəsinə etirazından görünür ki, iddiaçı ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia tələblərinin əsassız və qanunazidd olduğu üçün rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2019cu il tarixli arayışlardan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 Zaqatala rayonu SMD 20-də qeydiyyatdadır. Cavabdeh2 iddiaçı ASC “xxxx” Banka ünvanladığı ərizədən görünür ki, Cavabdeh2 ərizəsində kredit müqaviləsinə əlavə olunmuş cədvəldə dollarla göstərilən ödənişi müqaviləni imzaladığı gündə qüvvədə olmuş dolların manata olan məzənnəsi ilə, yəni 1 ABŞ dolları=0.79 manat ilə hesablayaraq ödəyəcəyini nəzərə almasını, razı olmadığı təqdirdə mübahisənin həlli üçün 1 ay ərzində məhkəməyə müraciət edilməsini təklif etmiş, məhkəməyə müraciət olunmadığı təqdirdə təklifi ilə razı olduğunun nəzərə alınacağı göstərilmişdir. Cavabdeh2 iddiaçı ASC “xxxx” Banka ünvanladığı ərizədən görünür ki, Cavabdeh2 ərizəsində kredit ödənişini hər ay 590 manat ödəniş etmək qabiliyyətində olduğunu, götürdüyü kreditin indidən sonra olacaq ödənişləri barədə yeni müqavilə tərtib edilməsini və ödəniş cədvəlinin tərtib edərək maksimum ödəniş məbləğini 590 manat göstərməklə müqavilənin təsdiq edilməsini xahiş etmişdir. Kredit müqaviləsində ödəniləcək kredit məbləğinin yalnız xarici valyutada ödəməli olduğu şərtləndirilmədiyinə görə manatla ödəyəcəyini və ödəmə qabiliyyətinin yalnız müqavilədə göstərilən məbləğin dolların qalxan günədək olan məzənnəsi ilə ödəməyə imkan verdiyini nəzərə alaraq hər ay 600 manat ödəyəcəyi barədə məlumat verdiyini, əvvəlki ərizəsi ilə müqavilədə nəzərdə tutulmuş Fors-major halını nəzərə alınması barədə müraciət etdiyini, hal-hazırda yenə də, devalvasiya nəticəsində onun banka olan kredit öhdəliyinin icra etməsinin onun üçün çox ağır olduğunu, dolların yeni kursu ilə ödəniş etmək qabliyyətinin olmadığını, ödənişlərini əvvəlki qaydada yerinə yetirəcəyini göstərərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 iddiaçı ASC “xxxx” Banka ünvanladığı digər ərizənin surətindən görünür ki, Cavabdeh2 ərizəsində kreditin MM-nin 439.2-ci maddəsinə əsasən müqavilədə yalnız xarici valyutada ödəməli olduğu şərtləşdirilmədiyinə görə manatla ödəyəcəyini və ödəmə qabiliyyətinin yalnız müqavilədə göstərilən məbləğin dolların qalxan günədək olan məzənnəsi ilə ödəməyə imkan verdiyini nəzərə alaraq hər ay 600 manat ödəyəcəyi barədə məlumat verdiyini, əvvəlki ərizəsi ilə müqavilədə nəzərdə tutulmuş Fors-major halını nəzərə alınması barədə müraciət etdiyini, hal-hazırda yenə də, devalivasiya nəticəsində onun banka olan kredit öhdəliyinin icra etməsinin onun üçün çox ağır olduğunu, dolların yeni kursu ilə ödəniş etmək qabliyyətinin olmadığını,ödənişlərini əvvəlki qaydada yerinə yetirəcəyini göstərərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 iddiaçı ASC “xxxx” Banka ünvanladığı ərizələrin surətlərindən görünür ki, Cavabdeh2 ərizəsində onun banka bu günədək olan borcunu manata çevirərək ödənişinin manatla həyata keçirilməsini xahiş etmişdir. Cavabdeh2 iddiaçı ASC “xxxx” Banka ünvanladığı ərizənin surətindən görünür ki, Cavabdeh2 ərizəsində ailəsinin gəlirinin nəzərə alınaraq hər ay 600 manat pulun ödənilməsi şərti ilə müqavilədə göstərilən faizin aşağı salınması müddətinin uzadılmasını xahiş etmişdir. Cavabdeh2 iddiaçı ASC “xxxx” Banka ünvanladığı ərizənin surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinə ABŞ dolları göstərilsə də, krediti həmin günü bankın kassasından dolların həmin günü manata olan məzənnəsi ilə manatla aldığını, buna görə də, ondan krediti ABŞ dolları ilə tələb edilməsinidə haqlı olmadığını göstərmişdir. xx xxx 2014-cü il tarixli, 16365655 saylı qəbzin surətindən görünür ki, Cavabdeh2 iddiaçıdan 25.273 ABŞ dolları kredit məbləğini qəbul etməsinə dair imza etmişdir. xx xxx 2014-cü il tarixli, valyuta alışı haqqında arayışın surətindən görünür ki, Cavabdeh2 iddiaçıdan 25.273 ABŞ dolları məbləği əvəzi olaraq 19561.35 manat almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, № 3603 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 ilə ASC “xxxx” Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə borcalanın şərtləri əsas götürülməklə ASC “xxxx” Bankına ödənilməli olan kredit borcu xx.xx.2018-ci il tarixə əsas kredit borcu 16.916, 94 ABŞ dolları, faiz borcu 228.38 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas kredit borcu 15.954, 24 ABŞ dolları, faiz borcu 970.68 ABŞ dolları məbləğində müəyyən edilir. Qeyd edilir ki, ekspert qarşısında qoyulmuş suala əsasən, kredit müqaviləsi üzrə faiz borcu illik 5% dərəcəsi ilə hesablanmışdır. “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, ƏQ- 98/2020 saylı qiymətləndirmə rəyindən görünür ki, Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin likvid dəyəri 38000 (otuz səkkiz min) manat, bazar dəyəri 42000 (qırx iki min) manat təşkil edir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixə iddiaçı ASC “xxxx” Bankına 12417.62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 3140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş) ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 18 884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi borcunun olduğu göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizədən görünür ki, iddia ərizəsində göstərilən tələblərinin birinci bəndinin dəyişdirildiyini və xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2nun iddiaçı ASC “xxxx” Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 3 140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min ikİ yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penya, cəmi 18884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması xahiş edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 (bir yüz) manat təşkil edir. ƏMDK-nin elektron xidmətlər portalından ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətlərin və sənədlərin qəbuluna görə xidmət haqqının ödənilməsinə dair çıxarışdan görünür ki, iddiaçı 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair elektron portladan çıxarışdan görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin gerçək halları ilə müəyyən edilir ki, iddiaçı ASC “xxxx” Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək nəqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 mülkiyyətində olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, buna dair iddiaçının sözügedən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “xxxx” Bankına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Cavabdeh2 kredit müqaviləsinin 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüş, lakin kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğini tam olaraq iddiaçıya ödəməməklə iddiaçı qarşısında kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. ASC «xxxx» Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi əsasında ASC «xxxx» Bankından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh2 ASC «xxxx» Bankından kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. ASC «xxxx» Bankı Cavabdeh2 Bankın xeyrinə xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən İ nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı arşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə-xx.xx.2018-ci il tarixinə qədər 3 140.31 (üç min bir yüz qırx ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1035.63 (bir min otuz beş ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində penya, cəmi 18 884.38 (on səkkiz min səkkiz yüz səksən dörd ABŞ dolları 38 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi yaranmış əsas borc, faiz borcu və cərimənin məbləğinin müəyyən edilməsi üçün Məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə-mühasibalıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, № 3603 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 ilə ASC “xxxx” Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə borcalanın şərtləri əsas götürülməklə ASC “xxxx” Bankına ödənilməli olan kredit borcu xx.xx.2018-ci il tarixə əsas borc 16.916, 94 ABŞ dolları, faiz borcu 228.38 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas kredit borcu 15.954, 24 ABŞ dolları, faiz borcu 970.68 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyində Cavabdeh2 iddiaçıya olan əsas borcunun 15.954.24 ABŞ dolları məbləğində olması göstərilsə də, iddiaçı əsas borca görə 12.417.62 ABŞ dolları tələb etmişdir. Məhkəmə müvafiq ekspert rəyində Cavabdeh2 iddiaçıya olan əsas borcunun 15.954.24 ABŞ dolları məbləğində göstərildiyinə baxmayaraq, iddia tələbində 12.417.62 ABŞ dolları tələb edildiyini, faiz borcunun isə iddia tələbindən fərqli olaraq ekspert rəyinə görə 970.68 ABŞ dolları təşkil etdiyini göstərildiyini nəzərə alaraq hesab edir ki, əsas borc iddia tələbində, faiz borcu isə ekspert rəyində göstərilən qaydada Cavabdeh2 tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır. İddiаçı tərəfindən bоrcаlаnа öhdəliyini ləngitdiyi üçün 2290.82 (iki min iki yüz doxsan ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində dəbbə pulu (cərimə, penyа) hesаblаnmışdır. Аzərbаycаn Respublikаsı MM-in 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, ASC «xxxx» Bankı tərəfindən hesablanmış 2290.82 ABŞ dolları məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (hesablanmış cərimə borcunun) azaldılaraq 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları məbləğində saxlanılması daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bundan başqa ipoteka predmeti olan Cavabdeh1 məxsus olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinin qiymət ilə tərəflər razıdır. Həmin qiyməti tərəflərdən heç biri mübahisələndirməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə görə, ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. 34.1.1-ci maddəsinə əsasən, öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. 36.1-ci maddəsinin tələbinə görə, ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin hərracda satışa çıxarılmaqla satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələblərinin və məhkəmə xərclərinin ödənilməsi, qalan məbləğin isə ipoteka qoyana qaytarılması ilə bağlı qənaəti qanunauyğundur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 məxsus olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiymətini 38000 (otuz səkkiz min) manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində krediti götürdüyü dövrdə dolların manata olan məzənnəsinin 0.78 manat olması, lakin xx xxxxxx 2015-ci il tarixdə və xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının qəbul etdiyi qərarlar ilə ölkədə ABŞ dollarının dəyərinin kəskin olaraq qalxmasını, beləliklə də onun bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını bu Fors major halına görə mümkünsüz olmasını göstərərək məhkəmədən xahiş etmişdir ki, müqavilədə göstərilmiş Fors major halını tətbiq edərək ödədiyi məbləğlər nəzərə alınmaqla müqavilədə qeyd edilmiş əsas məbləğə hesablanmış faizlər, penyalar, əldən çıxmış faydaları icra etmək məsuliyyətindən azad edilməsi barədə qətnamə qəbul olunsun. Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli qərarına istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xariici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.” Qərarda habelə göstərilmişdir ki, “Eyni zamanda qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilib-edilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.” Göründüyü kimi, Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı deyil. Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi iddianın ipoteka predmeti olan Cavabdeh1 məxsus Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil satıldıqdan sonra evdə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvləri və digər şəxslərin mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair hissəsini əsassız hesab edərək təmin etməməklə səhvə yol vermişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzili təhvil verməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Bununla bərabər ipoteka qoyan və onun ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə həmin mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması və ipoteka qoyanın ailə üzvlərinin bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Sözügedən mənzlin Cavabdeh2 kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 Zaqatala rayon X2 ünvanlanmış xx xxx 2014-cü il tarixli ərizələrindən görünür ki, onlar Cavabdeh1 məxsus olan və Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli binanın 11 nömrəli mənzilinin ipotekaya qoyulmasına etiraz etmədiklərini, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini bildirmişlər. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbləri iş materiallarında olan sübutlarla yuxarıda göstərilən qaydada tam olaraq ödənilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsində ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın və ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş ailə üzvlərinin məcburi qaydada çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edildiyi kimi ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və o satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin tələblərinə əməl etməməklə səhv nəticəyə gəlmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsini qət etməklə əsassız və qanuna uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçı ASC “xxxx” Bankı iddia tələbində ipoteka predmet olan mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda, “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə uyğun olaraq həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. Göründüyü kimi, iddianın cavabdehlərin ailə üzvləri və digər şəxslərin mənzildən çıxarılması hissəsi qeyri-dəqiq, mücərrəddir. İddiaçı həmin şəxslərin dairəsini dəqiqləşdirməmiş, onların adlarını göstərməmişdir. İddia tələbi isə aydın, anlaşılan və dəqiq olmalıdır. Ona görə də kollegiyanın mövqeyinə görə, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyasının apellyasiya baxışında iddiaçının apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməlidir. Bununla yanaşı, iddiaçı «xxxx» Bankı ASC-in apellyasiya şikayətində göstərdikləri digər tələblərdə əsaslı olmadığından təmin edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin evdən çıxarılmasına dair hissədə təmin edilməməsini qət edərkən birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən və bununla da qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, iddiaçı «xxxx» Bankı ASC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsi qismən-iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin evdən çıxarılmasına dair hissəsinin təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları qət edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. İddiaçı xxxx tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsi qismən, yəni ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin həmin evdən çıxarılmasına dair tələbin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin tələbə dair hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “xx.xx.2014-cü il tarixli **********63917 saylı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma” tələbinə dair iddiasının Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin açıq hərracdan satılmasından sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması hissəsi təmin edilsin. İpoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslər yaşayış sahəsindən məcburi qaydada çıxarılsınlar. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-544/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-544/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver