Məhkəmə qərarları › İş №2(107)-546/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-546/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-546/2025 22.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə BPM**********17 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10.633,18 manat əsas borc, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və BPM**********32 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1.800 manat əsas borc, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat borc, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddaçı ilə Rəhimov Məmmədxan Məhəmməd oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı kredit müqaviləsinə əsasən Rəhimov Məmmədxan Məhəmməd oğluna 48 ay müddətinə illik 20 faiz olmaqla 13.000 manat məbləğində nağd kredit və xx.xx.2022-ci il tarixli BPM**********32 saylı tam kart müqaviləsinə əsasən 36 ay müddətinə illik 22 faiz olmaqla 1.800 manat məbləğində kart kredit limiti verilmişdir. Borclu Rəhimov Məmmədxan Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 308 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2024- cü il tarixli, 48 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Rəhimov Məmmədxan Məhəmməd oğlunun xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.633,18 manat əsas borc və 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli BPM**********32 saylı tam kart müqaviləsinəəsasən kart kredit limiti üzrə 1.800 manat əsas borc və 42,09 manat faiz borcu olmaqla cəmi 1.842,09 manat məbləğində borcu qalmışdır. Cavabdehlər mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras qalmış əmlakı qəbul etdikləri həddə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.633,18 manat əsas, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.800 manat əsas, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat məbləğində kredit borcu, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

4. Mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2023-cü il tarixdə öldüyündən, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1964-cü il təvəllüdlü Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına Ağsu rayon notariat ofisində 48 reyestr nömrəli xx.xx.2024-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qəbul etdiyindən, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır.

5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739.2, 1146, 1255 və 1306.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini şərtli formada (qeyri dəqiq) təmin etmişdir. İddiaçı tərəfindən mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun vərəsələri barədəməlumat verilməsi üçün Ağsu rayon Notariat Ofisininə müraciət edilmiş və Ağsurayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 308 saylıməktubu ilə müəyyən edilmişdir ki, mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3, RəhimovFərid Məmmədxan oğlu və Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 48 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Lakin mirasın həcmi ilə bağlı heç bir məlumat təqdim edilməmişdir. Bundan sonra tərəfimizdən mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair müraciət edilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun tam ödəməsi xahiş olunmuş, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Müvafiq xəbərdarlığı qəbul etdikdən sonra mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun vərəsələri RəhimovaƏminə Qüddəsər qızı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 öz öhdəliyini yetirməmişdir. Bundan sonra tərəfimizdən mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair iddia tələbi qanunvericiliyin tələblərinə əsasən verilmişdir. Məhkəmə prosesi zamanı iş üzrə miras əmlakın həcmi məlum olmadığı üçün tərəfimizdən işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına açılmış vərəsəlik işinin təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Ağsu rayon notariat ofisinə sorğu ünvanlanması barədə xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən vəsatətimiz təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Hazırkı mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən tam hər tərəfli araşdırmamış və nəticədə qəbul edilmiş qətnamənin hissəvi ləğvini şərtləndirən maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2024-cü iltarixli 308 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 48 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər, yəni mirasdan tam şəkildə pay almışlar. Cavabdehlər miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda, hazırki mübahisədə mirasın notarius tərəfindən siyahıya alınmamışdır. Belə olan halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir ki, cavabdehlər bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Hər nə qədər cavabdehlər miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilmirsə, bunun əksi, yəni mirasın borcdan artıq olması öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasını mübahisəyə təqdim etməmiş, sübutetmə yükünü düzgün qiymətləndirmədən yalnış nəticəyə gəlmişdir.

7. Odur ki, Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsinin şərtli (qeyri dəqiq) hissəsi ləğv edilərək, Rəhimov Məmmədxan Məhəmməd oğlunun mirası qəbul etmiş vərəsələri - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.633,18 manat əsas, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.800 manat əsas, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat məbləğində kredit borcu, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsinin şərtli (qeyri dəqiq) hissəsinin ləğv edilməsini, Rəhimov Məmmədxan Məhəmməd oğlunun mirası qəbul etmiş vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.633,18 manat əsas, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.800 manat əsas, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat məbləğində kredit borcu, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin şərtli (qeyri dəqiq) hissəsinin ləğv edilməsini, Rəhimov Məmmədxan Məhəmməd oğlunun mirası qəbul etmiş vərəsələri - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.633,18 manat əsas, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.800 manat əsas, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat məbləğində kredit borcu, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

17. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. İddiaçı "xxxx" ASC Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e- 2(016)-179/2025 nömrəli qətnaməsinin şərtli (qeyri dəqiq) hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e- 2(016)-179/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Belə ki, işdə olan BPM**********17 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Rəhimov Məmmədxan Məhəmməd oğluna 48 ay müddətinə, illik 20 faiz olmaqla 13.000 manat məbləğində kredit verilmişdir.

24. İşdə olan BPM**********32 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Rəhimov Məmmədxan Məhəmməd oğluna 36 ay müddətinə, illik 22 faiz olmaqla 1.800 manat məbləğində kredit verilmişdir.

25. İşdə olan Maliyyə arayışlarından görünür ki, Rəhimov Məmmədxan Məhəmməd oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10.633,18 manat əsas borc, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1.800 manat əsas borc, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat borcu vardır.

26. İşdə olan AZ-İİ seriyalı 372810 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rəhimov Məmmədxan Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin noyabr ayının 01-də, 330 nömrə ilə qeyd edilmişdir.

27. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqavilələri üzrə yaranmış borcun 5 işi günü ərzində ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq edilmişdir.

28. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu rayon Notariat Ofisinin xx.xx.2024- cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1964-cü il təvəllüdlü Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına Ağsu rayon Notariat Ofisində 48 reyestr nömrəli xx.xx.2024-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur.

29. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 127,51 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir.

30. Bundan başqa MM-in 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar