Məhkəmə qərarları › İş №2(107)-551/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-551/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-551/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Soltanov Ramil Rahib oğlunun və cavabdeh Həsənov Şahin Əliheydər oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Həsənov Şahin Əliheydər oğluna qarşı “borc” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-666/2019 nömrəli qətnaməsindən cavabdeh Həsənov Şahin Əliheydər oğlu tərəfindən verilmişapelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-666/2019 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Həsənov Şahin Əliheydər oğlundan əsas borca görə 833 (səkkiz yüz otuz üç) manat 38 (otuz səkkiz) qəpik, cəriməyə görə 70 (yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 933 (doqquz yüz otuz üç) manat 38 (otuz səkkiz) qəpik məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı borc tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək əsas borca görə 833,38 manat, cərimə borcuna görə 704,91 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1568,29 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin “MKT-Ucar” filialı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 6.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 12,0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3376,72 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 2459,34 manat məbləğində 4950,89 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Qeyd etmək lazımdır ki, cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 84 manat dəyərində vəsaitləri iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 833,38 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ucar” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 704,91 manat təşkil edir. Müqavilə üzrə 12,0 ton təhvil verilməli idi, lakin 4950,89 kq verilmişdir; (12,0 t – 4950,89 kq) ×500 manat = 3524,55 manat × 20 faiz = 704,91 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Cavabdeh 833,38 manat əsas borcdan əlavə 704,91 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 1538,29 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan cavabdeh Həsənov Şahin Əliheydər oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Həsənov Şahin Əliheydər oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Ucar rayon Məhkəməsi iddiaçının mövqeyini açıq-aşkar müdafiə etmiş, heç bır araşdırma aparmadan ədalətsiz qətnamə çıxarmışdır. Hansı ki, məhkəmə iclaslarında təqdim etdiyi vəsatətlərin təmin edilib araşdırılmasına zərurət olsa da hakim öz maraqlarını ali tutub işə bir tərəfli baxaraq qanunsuz qətnamə çıxartdı. Belə ki, "xxxx” MMC ilə xx xxxxxx 2016-cı il tarixdə müqavilə bağlayıb Qazyan kəndində pambıq əkmişlər. Özü və ailə üzvüləri bir neçə ay pambığın əkilib-becərilməsinə görə qul kimi işləmişlər. Pambığın suvarılmasına problem yarandığı üçün məhsuldarlıq aşağı olmuşdur. Belə ki, pambıq əkilmiş sahə cəmi 1 dəfə suvarılmışdır. Hansı ki, aqro texniki qaydalara əsasən pambıq bitkisi əkildikdən sonra 4 dəfə suvanmalıdır. Ancaq həmin vaxt su problemi yaşandığı üçün əkdiyi pambığı bir dəfə suvarmışdır. Problemin aradan qaldırılması üçün “xxxx” MMC-yə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, Ucar rayon İcra Hakmiyyətinə, Ucar rayon Suvarma Sistemləri İdarəsinə, Qazyan Bələdiyyəsinin sədrinə müraciət edib məlumat vermişdir. Həmçinin Azərbaycan Respublikasının prezidenti cənab ilham Əliyevə 2 dəfə teleqram göndərib problemin həll edilməsində köməklik göstərməsini xahiş etmişdir. Bunu təsdiq edən poçt qəbzləridə var.Ancaq heç bir tədbir görülməyib su problemi aradan qaldırılmayıb. Nəticədə də əkdiyi pambığın məhsuldarlığı aşağı olub. Buna görə eksterimal şəraitlə əlaqədar olaraq müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilməmişdir. Düz 8 ay özü və ailə üzvüləri qul kimi gecə-gündüz işləyib pambıq əkib becərmişlər. “xxxx” MMC-nin laqeyidliyi nəticəsində su olmadığı üçün məhsuldarlıq olmadı. Həmçinin pambığın becərilməsi üçün 900 manat öz vəsaitindən pul xərcləmişdir. “xxxx” MMC tərəfindən pambığın becərilməsi üçün verilən gübrələr şişirdilmiş qiymətlərlə hesablanıb onlara verilib, şum və digər işlər şişirdilmiş qiymətə görülüb. Bunları təsdiq edən subutlar və şahidlər var. Susuz sahədə əkin bitməz, bu dünyada qəbul olmuş təbiət qanunudur. O, həmin vaxtı su olmaması barədə məlumat versə də “xxxx" MMC-nin rəhbərliyi və digər aidiyyəti orqanlar heç bir tədbir görmədilər. İndi o, “xxxx” MMC-nin yaramazlığı nəticəsində borca düşmüşdür. Bu faktların obyektiv araşdırılmasını Ucar Rayon Məhkəməsindən xahiş etsə də təmin etmədi. Çünki Ucar Rayon Məhkəməsi "xxxx” MMC ilə sövdləşməyə getdiyi üçün onun iddiasını açıq aşkar müdafiə edirdi. Ona görə də Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-666/2019 nömrəli qətnaməsi əsassız olduğu üçün ləğv edib iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Həsənov Şahin Əliheydər oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Soltanov Ramil Rahib oğlu izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-666/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıxahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Həsənov Şahin Əliheydər oğlunun apelyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)- 666/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli, ********* nömrəli müqavilədən görünür ki, cavabdeh öz mülkiyyətində olan 1,30 ha torpağı girov qoyaraq 6,00 ha sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və təlimatın tələbinə əsasən müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilə şərtlərinə əsasən cavabdeh tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı alıcıya xampambıq verməklə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə, onda təhvil verilməyən xam pambığın dəyərinin 20 faizi miqdarında (birinci növ qiyməti ilə) alıcıya cərimə ödəməsi göstərilmişdir. İşdə olan xx xxxxx 2019-cu il tarixli, 47 nömrəli pretenziyadan görünür ki, cavabdehdən pretenziyanı aldığı vaxtdan 10 gün müddətində borcun ödənilməsini təmin etməsi xahiş olunmuş, əks halda qeyd edilən borcu və müqavilə öhdəliyini yerinə yetirmərdiyi üçün müqavilədə nəzərdə tutulan cərimə faizi tətbiq etməklə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 442, 448.1, 462.1 və 467-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə xam-pambığın alqısatqısına dair müqavilə bağlanmış, cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin izahatına və tərəflər arasında bağlanmış 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair xx xxxxxx 2016-cı il tarixli, ********* nömrəli müqaviləyə və işdə olan digər sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, müqavilə üzrə əsas borca görə 833,38 manat pulun tutulmasına dair hissədə iddia əsaslıdır və ona görə də təmin edilməlidir, eyni zamanda, məhkəmə bu nəticəyə gəlir ki, müqavilədən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçı cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh iddiaya qarşı etirazında su problemi yarandığı üçün məhsuldarlığın aşağı olduğunu, verilmiş gübrələrin şişirdilmiş qiymətlərlə hesablandığını, şum və digər işlərin şişirdilmiş qiymətə görüldüyünü, habelə müqavilənin bir neçə ay sonra ona təqdim edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi, cavabdehin etirazı ilə bağlı qeyd edir ki, tərəflər azad surətdə şərtlərini müəyyənləşdirməklə müqavilə bağlamışlar, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməmişdir, buna görə də məhkəmə cavabdehin etirazını əsaslı hesab etmir və bu nəticəyə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qisməntəmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qisməntəmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Həsənov Şahin Əliheydər oğlu tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-666/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsiqətnаmənidəyişdirmədən, apelyasiyaşikаyətiniisətəminetmədənsаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-666/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Həsənov Şahin Əliheydər oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar