Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-554/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)-119/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı1 və Cavabdeh qardaşdırlar. X5 08 dekabr 2006-cı il tarixli müqavilə ilə ünvan 1 ünvanında 0.005 ha torpaq sahəsində yerləşən 34 kv.m yaşayış sahəsi, 29.1 kv.m köməkçi sahəsi, 63.2 kv.m ümumi sahəsi olan 04 saylı fərdi yaşayış evini X8 1500 manat məbləğə satmışdır. Həmin fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehin mərhum anaları X6 adına qeydiyyata alınmışdır. 27 noyabr 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3 şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin adına 12 dekabr 2008-ci il tarixli MH ******* nömrəli çıxarış verilmişdir. İddiaçılar mübahisələndirilən həmin fərdi yaşayış evində yaşamışlar. Sonradan iddiaçı 2018-ci ildə işləmək üçün Bakı şəhərinə getmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X11 və X10 istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o və ailə üzvüləri, o cümlədən, valideynləri daim bir yerdə yaşamışdır. Uzun illər əvvəl köhnə evlərini satıb Şəki şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli evi almışlar. Həmin ev anaları X6 adına qeydə alınaraq ona DƏDRX-dən qeydiyyat nömrəsi 300700216, qeydiyyat tarixi xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. O, anası, atası, qardaşı, yəni Cavabdeh bu evdə yaşamışlar. Sonradan anaları həmin evi 4Ə- 2/526 saylı, xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh adına keçirmişdir. Bundan sonra onun adına DƏDRX-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Həmin vaxtdan bu günə kimi mübahisəli ev cavabdehin adına olmuşdur. Bildirmişdir ki, həmin ev onun mərhum atası tərəfindən 2000ci ildə tikilmişdir. Sonradan həmin mübahisəli ev ƏMDK yanında DƏDRX-də mərhum anası X6 adına 2007-ci ildə qeydiyyata alınmışdır. Anası öz sağlığında həmin evi satıb onunla qardaşı arasında böləcəyini bildirmişdir. Sonradan anası 2008-ci ildə bağışlama müqaviləsi əsasında həmin evi qardaşı Cavabdeh bağışlamışdır. Göstərmişdir ki, o, 2016cı ildə İddiaçı2 ilə ailə həyatı qurmuşdur. Ailəsi və uşaqları ilə birlikdə 2019-cu ilə kimi həmin evdə yaşamışlar. 2018-ci ildə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakıda olduğu müddətdə də tez-tez həmin evə gəlib getmişdir. Lakin sonradan anaları rəhmətə getdiyi üçün onunla qardaşı arasında məhkəmə mübahisələri düşmüş və Cavabdeh ilk əvvəl Şəki İnzibati Məhkəməsinin qərarı ilə onu, daha sonra onun həyat yoldaşı İddiaçı2 həmin mənzildən pasport qeydiyyatından çıxartmışdır. Daha sonra cavabdeh Şəki Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin qətnaməsi ilə onun həyat yoldaşı İddiaçı2 məxsus ev əşyalarının çıxarılmasına nail olmuşdur. Mübahisələndirilən həmin fərdi yaşayış evini onun mərhum atası tikmiş, onun da həmin evin tikilməsində əməyi çox olmuşdur. Lakin qardaşı Cavabdeh evin tikilməsində hər hansı yardım etməmişdir. Göstərmişdir ki, hal-hazırda onlar kirayə evdə yaşamaq məcburiyyətində qalmışlar. Kirayə haqqını ödəyə bilmirlər. Məhz buna görə də, mübahisəli evə istifadə hüququnun tanınması və evə köçürülməsini tələb etmək məcburiyyətində qalmışlar. Onların mübahisəli mənzilə istifadə hüquqarı mövcuddur və buna görədə həmin mənzilə uşaqları ilə birlikdə köçürülməlidirlər. Belə ki, iş üzrə mübahisəli mənzil 2007-ci ildə onların anası Sədaqət Məmmədovanın adına qeydə alınmış və həmin mənzildə onlar ailə üzvləri ilə birlikdə yaşamışdır. Onun həmin mənzildən istifadə hüququ vardır. Artıq həmin mənzilin mülkiyyətçisinin dəyişməsi onun hüquqlarının xitamına səbəb ola bilməz. Eyni zamanda onun həyat yoldaşı İddiaçı2da digər ailə üzvü kimi istifadə hüququ mövcuddur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir
4. İddiaçı2 nümayəndəsi X7 məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat vermiş, həmçinin bildirmişdir ki, İddiaçı1 ailəsi ilə birlikdə uzun müddət həmin evdə yaşamışlar. Anası öz sağlığında evi satıb iki qardaş arasında böləcəyini bildirmişdir. Həmin evdən hər iki qardaşa pay düşməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir
5. Məhkəmə iclasında Cavabdeh namayəndəsi (vəkili) Vəkil2 izahat verərək göstərdi ki, ünvan 4 saylı fərdi yaşayış evi MH ******* nömrəli xx.xx.2008-ci il tarixli ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh məxsusdur. Hesab edir ki, iddiaçıların hazırki iddiaları əsassızdır. Belə ki, Cavabdeh iddiaçıların həmin evdən paport qeydiyyat çıxarılmaları üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin qətnaməsinə əsasən əvvəlcə İddiaçı1 həmin evdən pasport qeydiyyatdan çıxarılması qət edilmişdir. X20 “Asan Xidmət” mərkəzində həmin evdə iddiaçıların uşaqlarınında qeydiyyatda olması məlum olmuş, Cavabdeh ikinci dəfə uşaqların həmin evdən qeydiyyatdan çıxarılması üçün Şəki İnzibati Məhkəməsinə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh iddiası təmin olunmuş iddiaçıların uşaqların mübahisələndirilən evdən qeydiyyatdan çıxarılmışdırlar. Bundan sonra Cavabdeh İddiaçı2 qeyd olunan evdə qalmış əmlaklarının çıxarılması tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 əmlaklarının Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddianı qəbul etmir və iddianın rədd edilməsi brədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və Cavabdeh atası Şəki şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evini 2000-ci ildə tikdirmişdir. Həmin fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehin mərhum anaları X6 adına qeydiyyata alınmışdır. 27 noyabr 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3 şəhəri Novruz küçəsi dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin adına 12 dekabr 2008-ci il tarixli MH ******* nömrəli çıxarış verilmişdir. İddiaçılar mübahisələndirilən həmin fərdi yaşayış evində uzun illər birlikdə yaşamışlar. Sonradan iddiaçı 2018-ci ildə işləmək üçün Bakı şəhərinə getmişdir. Bu müddət ərzində Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı1 pasport qeydiyyatdan çıxarılması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur. Bundan sonra Cavabdeh yenidən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən X11, X14 və X4 pasport qeydiyyatından çıxarılması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X11, X14 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur. Həmçinin Cavabdeh İddiaçı2 qarşı mülkiyyətində olan fərdi yaşayış evindən əmlakın çıxarılması tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 məxsus olan əmlakların Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Mülki iş üzrə iddiaçılar hazırki iddia ərizəsi ilə cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmələri və hüquqlarının tanınması tələbi ilə bağlı məhkəəyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir.
7. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda, öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər.
8. Göründüyü kimi, iddiaçılar ailə üzvləri ilə birlikdə uzun müddət 2018-ci ilə kimi cavabdehə məxsus evdə yaşasalar da, sonradan mübahisələndirilən evdən çıxmış və Bakı şəhərinə getmişlər. Həmçinin qanuni qüvvəsini almış Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1267/2020 nömrəli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. Bundan başqa qanuni qüvvəsini almış Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1207/2021 nömrəli qərarına əsasən cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X11, X14 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. İddiaçılar cavabdehlə birgə yaşadıqları mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən 4 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh mülkiyyətçi Cavabdeh arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır. İddiaçılar mübahisəli evə onların uşaqları ilə birlikdə köçürülməsini göstərsə də, həmin evdə yaşamalarını, yaşadığı halda belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlandığını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə hesab edir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X11 və X10 istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməməlidir.
10. Göründüyü kimi mübahisələndirilən fərdi yaşayış evi İddiaçı1 və Cavabdeh mərhum analarına məxsus olmuşdur. Sonradan bağışlama müqaviləsi əsasında həmin ev Cavabdeh bağışlanmış və həmin müqaviləyə əsasən cavabdehə ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. İddiaçılar və cavabdeh həmin evdə uzun illər yaşasalar da, iddiaçılar ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmamaqla, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə istifadə etmək hüququ əldə etməmişlər.
11. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X11 və X10 istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməməlidir.
12. Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)-119/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yeləşən Cavabdeh adına qeydə alınan yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, onların birgə nikahından dünyaya gəlmiş uşaqları X11 və X10 istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci il tarixli redaksiyada) 53, 60 və 87-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 12 dekabr 2008-ci il tarixli, 10396 invertar nömrəli, **********45-10301 reyestr nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır.
15. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş 12 dekabr 2008-ci il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 8 ünvanında istifadədə olan 0.005 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34.0 kv.m yaşayış, 29.1 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır.
16. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 27 noyabr 2008-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X3 şəhəri, Novruz küçəsi, dalan 1 ünvanında 0.0421 ha torpaq sahəsində yerləşən iki otaqlı, yaşayış sahəsi 34 kv.m, köməkçi sahəsi 29.1 kv.m ümumi sahəsi 63.2 kv.m olan 04 saylı fərdi yaşayış evini Cavabdeh bağışlamışdır.
17. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş 16 fevral 2007-ci il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 8 ünvanında istifadədə olan 0.005 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34.0 kv.m yaşayış, 29.1 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır.
18. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 08 dekabr 2006-cı il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri, Novruz küçəsi, dalan 1 ev 4 ünvanında 0.005 ha torpaq sahəsində yerləşən 34 kv.m yaşayış sahəsi, 29.1 kv.m köməkçi sahəsi, 63.2 kv.m ümumi sahəsi olan 04 saylı fərdi yaşayış evini X8 1500 manat məbləğə satmışdır.
19. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 22 dekabr 1995-ci il tarixli, 10396 nömrəli qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, 18-ci rayon, Novruz küçəsi, dalan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur.
20. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki şəhər İHB-nin 06 dekabr 1995-ci il tarixli 1/571 nömrəli Sərəncamından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 9 ünvanında X2 1985-ci ildə tikib istifadə etdiyi sahəsi 34 kv.metr olan iki otaqlı ev X2 adına qeydiyyata alınmışdır.
21. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 oktyabr 2006-cı il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır.
22. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(075)- 904/2022 nömrəli qətnaməsindən görünür ki, Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızına məxsus əşyaların Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
23. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2- 1(116)-1267/2020 nömrəli qərarından görünür ki, cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə üçüncü şəxs İddiaçı1 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır.
24. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1207/2021 nömrəli qərarından görünür ki, cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X11, X14 və X4 qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır.
25. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülkiyyətçinin dəyişməsi mənzilə yaranmış istifadə hüquqlarının xitamına səbəb ola bilməz. Mülki Məcəllənin 228.4-ci maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.
27. İddiaçı1 digər ailə üzvü kimi mülkiyyətçi ilə razılığı olmalı idi. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. İddiaçı1 birinci dərəcəli ailə üzvü olmuşdur. Yəni mülkiyyətçi Sədaqət Məmmədovanın oğludur. İddiaçı1 istifadə hüququ artıq 2007-ci ildə yaranmışdır. Sonradan mənzil qardaşına bağışlanma müqaviləsi ilə keçmişdir. Bu hal onun istifadə hüququnun itirilməsinə səbəb deyildir. İddiaçı Elmar Məmmədov mənzilin qardaşının adına keçdikdən sonra da 2019-cu ilə kimi həmin mənzildə yaşamışdır. Sonradan işləmək üçün Bakı şəhərinə getmişdir. Onun işləmək üçün Bakı şəhərinə getməsi onun həmin evdən köçməsi anlamına gəlmir. Məhz buna görə də hesab edir ki, iddiaçının həmin mənzildən istifadə hüququ vardır və bu əsasla iddiaçı həmin mənzilə küçürülməli və onun istifadə hüquqları təmin edilməldir.
28. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)- 119/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)-119/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
33. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
36. İddiaçı Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)-119/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
38. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır.
39. Belə ki, mübahisəli fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehin mərhum anaları X6 adına qeydiyyata alınmışdır. Hazırki iddiaçı evin həmin vaxtki mülkiyyətçisi X6 ailə üzvü – oğlu olaraq Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından həmin fərdi yaşayış evinə istifadə hüququ əldə etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ididaçının mübahisəli evə 2007-ci ildə istifadə hüququ əldə etməsi ilə bağlı hissədə əsaslı olsa da, bu dəlillər hazırki qətnamənin ləğv edilməsi üçün əsas deyil. Çünki, 2018-ci ildə iddiaçı Bakı şəhərinə yaşayaraq işləməyə getmək məqsədilə həmin evdən köçmüşdür. İddiaçılar hal-hazırda da mübahisəli fərdi yaşayış evində yaşamır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262-ci maddəsində sadalanan servituta xitam verilməsinin əsasları sırasında bəzi xarici ölkələrin qanunvericilik təcrübəsindən (Fransa Mülki Məcəlləsinin 706-cı maddəsi; Kanada Kvebek vilayətinin Mülki Məcəlləsinin 1191-ci maddəsi; Polşa Mülki Məcəlləsinin 293-cü maddəsi; Ukrayna Mülki Məcəlləsinin 406-cı maddəsi) fərqli olaraq, uzun müddət istifadə etməmə nəticəsində bu hüququn xitamı nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.”
41. Hazırki halda, iddiaçının mübahisəli fərdi yaşayış evindən 2018-ci ildə köçüb getməsi, hal-hazıradək və hal-hazırda həmin evdə yaşamaması, bu qətnamənin 22-24-cü bəndlərində göstərilmiş məhkəmə qərarları ilə iddiaçının və onun ailə üzvlərinin həmin evdən qeydiyyatdan çıxarılmaları və ikinci İddiaçı2 məxsus əşyaların həmin evdən çıxarılmış olması servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün yetərli hesab edilməlidir.
42. Belə olan halda, hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur və qətnamənin ləğvi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci mаddəsində qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğu göstərildiyi halda, birinci instansiya məhkəməsi ikinci İddiaçı2 mübahisəli evə istifadə hüququnun olmaması ilə bağlı gəldiyi nəticəni onun mübahisəli evə köçdüyü vaxt, yəni 2016-cı ildə qüvvədə olmuş Mənzil Məcəllənin 30-cu maddəsi ilə əsaslandırmalı olduğu halda, Mülki Məcəllənin 228.5-ci maddəsi ilə əsaslandırmış olsa da, ikinci İddiaçı2 həmin hissədən apellyasiya şikayəti verməklə qətnaməni mübahisələndirmədiyindən kollegiya həmin hissədə araşdırma aparmamışdır.
44. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)-119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(075)-119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.