Məhkəmə qərarları › İş №2(107)-556/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-556/2023

09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-556/2023 09.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının ayrılması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən payın ayrılması) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının ayrılması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170-2018 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, «Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2048 nömrəli protokola əsasən, 2000ci ildə özəlləşdirilən torpaqlardan atasına, anasına və ona, hər birinə 30 sot (0,3 ha) olmaqla pay torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsisini 2008-ci ilə kimi o valideynləri ilə birlikdə əkib-becərmişlər. 2008-ci ildən hal-hazırkı dövrə kimi ona məxsus 30 sot torpaq sahəsini Cavabdeh1 zəbt edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 216-cı maddəsininin mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür tələblərini kobud surətdə pozaraq, ona məxsus gəliri mənimsəmişdir və hal hazıra kimi də mənimsəyirlər. 2012-ci ildə atasına və anasına məxsus payları RX № ******* çıxarışla oğlu Cavabdeh2nın adına rəsmiləşdirilmişdir. Həmin çıxarışa əsasən ümumi payın 2/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə ona məxsusdur. Tələblərinə uyğun olaraq dəfələrlə etdiyi şifahi müraciətlərə nə Cavabdeh1, nə də Cavabdeh2 tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Belə olan halda o Azərbaycan Respublikasının Torpaq Məcəlləsininin 130.1 -ci maddəsininin tələblərinə uyğun olaraq ona məxsus paylı mülkiyyətin ümumi mülkiyyətdən ayrılaraq ona təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 18 saylı ərazi idarəsinə və Balakən rayonu Katex kənd bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciət etdiyi orqanlar, ona məxsus paylı mülkiyyətin ümumi mülkiyyətdən ayrılması və onların təqdim edilməsi səlahiyyətlərindən kənar olduğunu bildirmişlər. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli, 2(019)-170/2018 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 1988 (bir min doqquz yüz səksən səkkiz ) manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatı İddiaçı, 30 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməsi və 210 manat ekspertiza xərcinin 105 manatı İddiaçı , 105 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyesitri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsinin 1/3 hissəsi X2, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyeystrində 16 nömrəli reyestr kitabının 74 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsindən payının naturada ayrılmasını və 9 il həmin torpaq sahəsindən istifadə edə bilməməsinə görə vurulmuş zərər üçün 68500 manatın cavabdehlərdən alınıb ona verilməsini tələb edir.

5. Həmçinin ekspert rəyinin tədqiqi əsasında Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin naturada ölçüləri 0.7771 hektardır və bu səbəbdən həmin torpaq sahəsinin iddiaçının payının naturada ayrılması mümkün deyildir. Həmin torpaq sahəsindən götürüləcək məhsulun orta bazar qiyməti ildə təxminən 1988,00 manat, eyni məhsuldarlıq olduğu halda 10 ildə 19880,00 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə işin hallarını, ekspert rəyinə əsasən iddiaçının payının naturada ayrılmasının mümkün olmamasını, maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi torpaq sahəsindən payın naturada ayrılmasına aid hissədə təmin edilməməlidir.

7. Məhkəmə işin hallarını, torpaq sahəsinin tərəflərin paylı mülkiyyətində olmasını, həmin torpaq sahəsindən ildə 1988 manat gəlir əldə edilə bilməsini, iddiaçının payının 1/3 hissə olmasını, iddiaçının son üç ilə görə ziyan tələb edə bilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 1988 manata aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 1988 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

8. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə uyğun olaraq 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatı İddiaçı, 30 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməlidir. 210 manat ekspertiza xərcinin 105 manatı İddiaçı , 105 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 213, 216, 1096 və 1097-ci maddələri ilə əsaslandırmışdır.

10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3/2022-ci il tarixli, 2(107)-3/2022 saylı qətnaməsi ilə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170-2018 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi tələbinin qismən - RX №:0053871 nömrəli çıxarışa əsasən 1/3 hissəsi X2, 2/3 hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 payın ayrılması hissəsində təmin edilməsi, ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 10 may tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatlarının (1) X 627950.63 Y 4610482.42, (2) X 627973.22 Y 4610468.50, (3) X 627928.93 Y 4610366.29, (4) X 627905.16 Y 4610380.78; döngə nöqtələri 1-2 arası məsafə 26.5 metr, 2-3 arası məsafə 111.4 metr, 3-4 arası məsafə 27.8 metr, 4-1 arası məsafə 111.3 metr müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına keçirilməsi, 60 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərcin 30 manatının İddiaçı, 30 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba ödənilməsi, 210 manat ekspertiza xərcinin 105 manatının İddiaçı , 105 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3/2022-ci il tarixli, 2(107)-3/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-334/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-3/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsinin qismən, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 1/3 hissə payın ayrılması hissəsində ləğv edilməsi və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-334/2023 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən torpaq sahəsinin naturada bölünməsi tələbi hissəsində işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilməmişdir.

15. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmətikinti texniki ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3601 saylı rəydə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİnin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə istinadən mübahisəli torpaq sahəsinin naturada bölgüsünə dair 2 və 3 saylı iki yerquruluşu planı üzrə bölgünün mümkün olduğu göstərilmişdir.

16. Apellyasiya məhkəməsi həmin rəyə istinad etməklə təklif edilmiş 2 saylı yerquruluşu planı üzrə torpaq sahəsinin naturada bölünməsini təmin etmiş, lakin bu zaman ekspert rəyi ilə bağlı tərəflərin mövqeyini, təklif edilən 2 plandan hansı üzrə bölgünün daha uyğun olması, yola çıxışının əlverişli olub-olmamasını araşırmamış həmin bölgüyə dair 3 saylı plan üzrə bölgünü hansı səbəbdən seçməməsini qətnamədə əsaslandırmamışdır. İddiaçı kassasiya şikayətinə əlavə etdiyi fotoşəkillərə istinad edərək 2 saylı bölgü sxemi üzrə ayrılan torpaq sahəsindən küçəyə çıxışa manelər olduğuna göstərmişdir.

17. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

18. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya məhkəməsi ekspertiza rəyi ilə təklif edilən bölgü planlarının hansının daha əlverişli olduğunu, küçəyə gediş-gəliş yolunun mümkünlüyünü tərəflərlə müzakirə etməklə, yerində müayinə keçirməklə araşdırmalı olsa da bunları etməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

20. Lakin məhkəmə kollegiyası iddianın maddi ziyan tələbinə dair hissəsinin rədd edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, qətnamə bu hissədə əsaslıdır. İddiaçı həmin torpaq sahəsinə hər hansı aqrotexniki qulluq edilməklə, məhsul əldə edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanuna uyğun olaraq, 2048 saylı protokola əsasən, 2000-ci ildə, özəlləşdirilən torpaqlardan onun atasına, anasına və ona, hər birinə 30 sot (0,3 ha.) pay torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsini 2008-ci ilə kimi o, valideyinlərilə birlikdə əkib becərmişlər. 2008-ci ildən hal-hazırkı dövrə kimi (11 il) ona məxsus 30 sot torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilərək Azərbaycan Respublikasının Mülki məcəlləsinin 216-cı madəsinin tələblərini kobud surətdə pozaraq, ona məxsus gəliri mənimsəmişdir və bu günkü günə kimi də mənimsəyir.

22. 2012-ci ildə isə Cavabdeh1 atasına və anasına məxsus payları RX N:0053871 saylı ÇİXARİŞla oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Həmin çıxarışa əsasən ümumi payın 2/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə ona məxsusdur.

23. Balakən rayon məhkəməsi xx.xx.2018-ci il tarixdə qəbul etdiyi qətnamədə onun iddiasının, 1/3 payın ayrılması hissəsində, Azərbaycan Respublikası Balakən rayon məhkəməsinin 02 oktyabr 2017-ci il 2(019)-1504/2017 N°-li məktubuna cavab olaraq 18 saylı Zaqatala Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyində və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsi yanında Daşınmaz əmlakın kadastrı və Ünvan reyestri xidmətinin rəis müavini Məmməd Həsənovun imzaladığı 12 yanvar 2018-ci il tarixli **********09 saylı məktubunda hüquqmüəyyənedici sənəddə göstərilən torpaq sahəsindən iddiaçının 1/3 hissə payınnın ekspert tərəfindən naturada ayrılmasının məqsədə-müvafiq olması barədə münsibət bildirilsə də təmin edilməmiş, dəymiş ziyanın ödənilməsi hissəsində isə qismən təmin edilmişdir.

24. Ona görə də, Balakən rayon məhkəməsinin 18 oktyabr 2018- ci il tarixdə 2(019)- 170/2018 saylı iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi barədə və RX N:0053871 saylı ÇİXARİŞla paylı mülkiyyətdən ona məxsus 1/3 hissə payın ayrılması və Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008- ci ildən hazırkı dövrə qədər (11 il) zəbt edərək ona məxsus torpaq sahəsində yerləşən məhsuldar ağaclardan ona çatacaq gəliri mənimsəməklə, ona vurulmuş 68500 (alt-mış səkkiz min beş yüz) AZN həcmində zərərin ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ƏMDK Yanında DƏDRX-nin Zakatala Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın əmlakın dövlət reystrindən cıxarışa əsasən mübahisəli torpaq sahəsinin 1\3 hissəsi iddiaçının, 2\3 hissəsi isə oğlu Cavabdeh2 paylı mülkiyyətidir. Paylı mülkiyyətçi Cavabdeh2 məhkəmə işə başlayarkən və hazırda AR Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub və hal nazırdada hərbi xidmətdədir. Belə olan halda məhkəmənin iş üzrə icraatı dayandırmaq vəzifəsi idi.

26. Düzdür, bir il o, yay vaxtı həmin bağın fıdıgını yığmaq ücün Bakıdan yay ayı Katex kəndinə gəlmişdir. Həmin ili hər bir fındıq ağacının dibini və ətrafını kol kosdan otdan təmizləmək ücün 2 manat pul, hər bir ağacın budaqlarını fındığın tökülməsi ücün silkələməyə 1 manat pul bir gündə səhərdən axşamadək fıdıgı yığmaq ücün gətirdiyi 3 qadın və kişiyə gündə 20 manat pul vermişdir. Bundan əlavə həmin torpaq sahəsini suvarmaq ücün yay aylarında həmin baga baxan bağbana da günə bir manat pul vermişdir. Həmin 1 ildən sonra və əvvəl o, həmin bağdan 1 ədəd də olsun fıdıq yığmamış və gəlir əldə etmək fikri olmamışdır. Həmin ili görüb ki bağın gəliri onun xərcini ödəmir həmin ildən sonra bağbana tapşırmışdır ki baga bax fıdıgını da yıg ağacları suvar qurumasın kol kosunu təmizlə. Nə vaxt Bakıdan kəndə daimi yaşamaq ücün köçərsə onda qaytarsın ona. Sahə suvarılan sahə olduğundan yay ayları da hər gün suvarılmasa bu ağaclar quruya bilər. Bunu Balakən Rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik sektorun Baş məsləhətçisi Mamedov Sadnusun çagırılıb araşdırılmasını xahiş edir.

27. Bundan başqa 5 yaxud 3 kq fındıq olması rəyi ilə də razı deyil. Həmin nəticəni peyin kübrə verməklə qulluq olunan bağ verə bilər, bundan əlavə iddiaçını bagı zəbt edib baga keçəməyə qoymamışsa ekspert gələndə necə keçib. İddiaçı da, onlar da daimi Bakı şəhərində yaşayırlar. O da bir dəfə həmin bağdan məhsul yıgmaga oğlunun həyətyanı sahədən keçməyə cəhd edib, düzdü, həyətyanı sahədən keçməyə qoymamışlar. Demişlər ki, ümumi istifadədə olan bələdiyə mülkiyyəti olan yol var, həmin yoldan get yığ. Həmin yol bir az uzaq olduğuna görə və onlarla qərəzli olduğuna görə, istəyir ki həyətyanı sahədən keçib yığsın.

28. Əgər onlar mane olmuşlarsa, hara nə vaxt şikayət edib. O da bilir ki, həmin bağın fındığın gəliri xərci ödəmir. Ona görə də yıgmir. O sübut etsin nə vaxt bagı sulayıb nə vaxt bagı təmizləyib baga gözətçi qoyubmu sahibsiz qoyulan qulluq olunmayan ağacda fıdıq əmələ gəlirmi fındığı it yeyir çaqqal yeyir induşka yeyir sahibsiz yerdən camaat oğurlayır. Ümumi 123 ağacdan ona 41 agac düşür. O bağbana tapşıracaq ona düşən 41 fıdıq ağacı sulamasın fıdıgı da yığmasın nə də altını kol kosdan təmizləməsin gəlib o bu qurumuş ağaclardan fıdıgı yığsın.

29. O, ekspert rəyindən də narazıdır. Belə ki, AR ƏMDK X9 və Ünvan Rteystri xidmətinin 18 saylı Zaqatala Layihə Tədqiqat İdarəsinin mütəxəsisi E Hasilov xx.xx.2017 ci il tarixli 170 ********* saylı rəyində 0,90 ha torpaq sahəsinin naturada ölçüləri 07771 ha olması səbəbindən torpaq səhəsinin bölgüsü aparılması üzrə tədqiqat aparılmadıgı qeyd edilir. Mütəxəsis qarşında torpağ sahəsinin ölçülərin hüquqmüəyyənedici sənədə uyğun olub olmaması sənəddə göstərilən sahənin 1\3 hissə payın naturada ayrılması mümkündürmü mümkündürsə hansı qaydada mümkündür sualı qoyulub DƏDR-dən çıxarış verilərkən də DƏDRX-nin mütəxəsisi həmin sahəni ölçüb DƏDRX-dən çıxarış verib. Belə halda bu ziddiyyəti araşdırmaq üçün məhkəmə hər iki mütəxəssisi çağırıb dindirməli ziddiyyəti aradan qaldırması üçün tədbirlər görməli idi.

30. Yaxud da əlavə yaxud təkrar ekspertiza təyin etməli idi. Yalan rəy verən mütəxəsis barədə qanuni tədbir görməli idi. Həqiqətə nail olmaq ücün məhkəmə hansı araşdırmanı aparıb? Razıdır ki, faktiki mövcud olan torpaq sahəsinin 2\3 hissəsini bölüb onlara versinlər. Çünki torpaq paylanıb bir qarışının da sahibi var. İslahatdan 20 ildən cox vaxt keçib. Torpağı azlığından o vaxt şikayət oluna bilərdi.

31. Xahişi məhkəmədən ondan ibarətdir ki iş üzrə hər iki mütəxəsis çağırılıb dindirilsin və təkrar ekspertiza təyin edilsin Ekspert qarşısına faktiki mövcud olan sahənin 1\3 və 2\3 hissəyə bölmək mümkün olub olmaması sualı qoyulsun. Bu hər hansı ev yaxud tikili deyil ki paylara uyğun bölmək mükün olmasın.

32. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

33. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 nümayəndəsi olduğu İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixdə 2(019)-170/2018 saylı qətnaməsinin iddianın rədd edilmiş torpaq sahəsindən 1/3 payın ayrılmasına dair hissəsində ləğv edilməsi, İddiaçı Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 payın ayrılmasına dair iddiasının təmin edilməsini xahiş etmişdir. O həmçinin izahatında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisinin tərtib etdiyi 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun şəkildə iddiaçıya torpaq sahəsinin ayrılacağı təqdirdə torpaq sahəsinin qarşısında yerləşən daş hasarın və onun qarşısından keçən qaz borusunun iddiaçının torpaq sahəsinə daxil olmasına maneçilik törədəcəyini, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisinin tərtib etdiyi 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı yerquruluşu planında göstərilənlərə uyğun şəkildə torpaq sahəsinin veriləcəyi təqdirdə torpaq sahəsinin qarşısında dəmir darvazanın da olduğu dəmir çubuqlardan olan hasarın iddiaçının torpaq sahəsinə daxil olmasına heç bir maneçilik törətməyəcəyini bildirmiş, həmin hissədə torpaq sahəsinə daxil olmasına qaz boru xətti maneçilik törətmədiyindən, həmin ərazidə torpağa daxil olmaq üçün 5 metrlik bir yol sahəsi olduğundan, Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisinin tərtib etdiyi 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı yerquruluşu planında göstərilənlərə uyğun şəkildə iddiaçıya aid torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. O, 3 saylı yerquruluşu planında göstərilənlərə uyğun şəkildə torpaq sahəsinin veriləcəyi təqdirdə orada yerləşən arteziana dair iddiaçının heç bir iddiasının və tələbinin olmadığını bildirmişdir. O, əlavə olaraq 2 saylı yerquruluşu planında göstərilən torpaq sahəsinin qonşu tərəfə daş hasarın qurtardığı hissədən sonra da qısa bir məsafədə davam etməsinə, həmin hissədə torpaq sahəsinə giriş üçün daş hasarın olmamasına baxmayaraq, qeyd edilən ərazidən keçən qaz borusunun yoldan torpaq sahəsinə daxil olmağa maneçilik törətdiyini göstərmişdir.

35. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil4 nümayəndəsi olduğu Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçıya aid torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisinin tərtib etdiyi 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun şəkildə verilməsini, bu zaman torpaq sahəsinə daxil olmaq üçün maneə olan daş hasardan yolun açılmasının, yolun qarşısından keçən hissədən qaz borusunun götürülməsinin, torpaq sahəsinin həmin plan üzrə qonşu sahəyə doğru uzanan hissəsində müəyyən məsafədə daş hasar olmasa da həmin hissədə də torpaq sahəsinin qarşısından keçən qaz borusunun torpaq sahəsinə daxil olmaq üçün nəzərdə tutulacaq yolun qarşısından götürülməsinin mümkün olduğunu, lakin bununla bağlı iddiaçı tərəflə razılığın əldə edilmədiyini göstərmişdir. Bundan başqa o, torpaq sahəsinin 3 saylı yerquruluşu planında artezianın olmasını nəzərə alaraq iddiaçıya həmin ərazidən torpaq sahəsinin ayrılmasının məqsədə müvafiq olmadığını göstərmişdir.

36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1, iddiaçının vəkili Nümayəndə3 və cavabdehlərin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1 -ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşva mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

38. Qərar: “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-334/2023 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi qismən, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 1/3 hissə payın ayrılması hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır.

45. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170/2018 nömrəli qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş torpaq sahəsindən 1/3 payın ayrılmasına dair hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahəsindən payının ayrılması hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq həmin hissədə rədd etmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-334/2023 saylı qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan və mübahisələndirilən yəni, “torpaq sahəsindən payının ayrılmasına dair hissəsinə qiymət verilməsi zəruridir.

48. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X2, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyeystrində 16 nömrəli reyestr kitabının 74 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.

49. Hazırki iş üzrə iddiaçı paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılmasını tələb edir.

50. Birinci instansiya məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi E.Həsilov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2017-ci il tarixli 23934 nömrəli ekspert rəyinə əsaslanaraq mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkün olmadığı gənaətinə gəlmiş və iddianı həmin hissədə rədd etmişdir.

51. İşdə olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3601 saylı rəydə göstərilmişdir:

52. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİnin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, ölçüləri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1-də göstərilmişdir.

2. Həmin koordinatlarda yerləşən torpaq sahəsinin ölçüləri 0.90 hektardır.

3. Həmin torpaq sahəsinin sənəd üzrə naturada bölgüsü mümkündür.

4. Mübahisəli torpaq sahəsinin sənəd üzrə bölgüsü tərtib edilmiş yerquruluşu planı-2 də və yerquruluşu planı-3 də göstərilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

54. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

55. Lakin ekspert rəyində torpaq sahəsinin bölgüsünün həm 2 saylı, həm 3 saylı, yəni iki yerquruluşu planı üzrə aparılmasının mümkünlüyü göstərilmişdir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-334/2023 saylı qərarında əks olunan göstərişini nəzərə alan məhkəmə kollegiyası mübahisəli torpaq sahəsi üzərində bölgünün hansı plan üzrə aparılmasının müəyyən edilməsi məqsədi ilə, həmin əraziyə yerində baxış keçirmişdir.

57. Baxış zamanı müəyyən edilmişdir ki, 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilən torpaq sahəsinin yol tərəfdən qarşısında daş hasar çəkilmiş, daş hasarın qarşısında və davamı olaraq, yolun kənarında, nəqliyyat vasitəsinin və piyadanın torpaq sahəsinə daxil olmasına maneçilik törədəcək qaz xətti yerləşir.

58. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı yerquruluşu planında göstərilən torpaq sahəsinin yol tərəfdən qarşısında dəmir çubuqlardan düzəldilmiş, açılıb-bağlanan darvaza və dəmir çubuqlardan hazırlanmış hasar yerləşir. Həmin darvazanın və hasarın qarşısında torpaq sahəsinə daxil olmaq üçün maneə törədəcək qaz borusu və yaxud götürülməsi tələb edilən digər hər hansı bir maneə mövcud deyildir. Belə ki, darvazanı açmaqla 3 saylı yerquruluşu planında göstərilən torpaq sahəsinə maneəsiz daxil olmaq imkanı mövcuddur.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilən şəkildə torpaq sahəsinin ayrılacağı təqdirdə iddiaçı mülkiyyəti üzərində öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə maneələrlə üzləşəcəkdir. Hansı ki, 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı yerquruluşu planında göstərilən şəkildə torpaq sahəsinin ayrılacağı təqdirdə bu kimi maneələrin olması istisna edilir və 3 saylı yerquruluşu planında göstərilən şəkildə torpaq sahəsinin ayrılmasının cavabdeh tərəfin öz hüquqlarını həyata keçirtməsinə hər hansı bir maneçilik törətməsi halı müəyyən edilməmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1/3 hissə paylı mülkiyyətində olan torpaq sahəsindən küçəyə gediş-gəliş yolunun müzakirəsi zamanı cavabdeh tərəf iddiaçıya 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı deyil, 2 saylı yerquruluşu planında göstərilən torpaq sahəsinin ayrılmasında israr etsə də 2 saylı yerquruluşu planında göstərilən torpaq sahəsindən küçəyə maneəsiz yolun olmamasını diqqətə almamışdır.

62. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin torpaq sahəsindən payının ayrılması hissəsinə münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170/2018 nömrəli qətnaməsi iddianın rədd edilmiş torpaq sahəsindən 1/3 payın ayrılmasına dair hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RX №:0053871 nömrəli çıxarışa əsasən 1/3 hissəsi X2, 2/3 hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 payın ayrılmasına dair iddiası təmin edilməli, RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsindən İddiaçı məxsus 1/3 payı ayrılmalı, ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 628018,97 Y 4610440.29, (2) X 628035.83 Y 4610429.90, (3) X 627977.21 Y 4610336.85, (4) X 627949.93 Y 4610353.48; (5) X 627983.58 Y 4610410.43, (6) X 627987.29 Y 4610408.14; (7) X 627997.26 Y 4610402.08; döngə nöqtələri 1-2 arası məsafə 19.8 metr, 2-3 arası məsafə 110.0 metr, 3-4 arası məsafə 32.0 metr, 4-5 arası məsafə 66.1 metr, 5-6 arası məsafə 4.4 metr, 6-7 arası məsafə 11.7 metr, 7-1 arası məsafə 43.9 metr müəyyən edilməlidir.

63. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Torpaq sahəsinin ayrılmasına dair hissədə iddia tələbi təmin edildiyindən, maddi ziyanın ödənilməsinə dair hissəyə isə əvvəlki məhkəmə icraatı dövründə hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahələrinin inventarlaşdırılmasına dair 60 manat xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba, kompleks məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 160 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir..

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ:

İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tаrixli 2(019)-170/2018 nömrəli qətnaməsi iddianın rədd edilmiş torpaq sahəsindən 1/3 payın ayrılmasına dair hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı RX №:0053871 nömrəli çıxarışa əsasən 1/3 hissəsi X2, 2/3 hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 payın ayrılmasına dair iddiası təmin edilsin. RX №:0053871 nömrəli çıxarışa əsasən 1/3 hissəsi X2, 2/3 hissəsi isə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinaitlı torpaq sahəsindən İddiaçı məxsus 1/3 payı ayrılsın. Ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 10 may 10 may 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 3 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 628018,97 Y 4610440.29, (2) X 628035.83 Y 4610429.90, (3) X 627977.21 Y 4610336.85, (4) X 627949.93 Y 4610353.48; (5) X 627983.58 Y 4610410.43, (6) X 627987.29 Y 4610408.14; (7) X 627997.26 Y 4610402.08; döngə nöqtələri 1-2 arası məsafə 19.8 metr, 2-3 arası məsafə 110.0 metr, 3-4 arası məsafə 32.0 metr, 4-5 arası məsafə 66.1 metr, 5-6 arası məsafə 4.4 metr, 6-7 arası məsafə 11.7 metr, 7-1 arası məsafə 43.9 metr müəyyən edilsin. Torpaq sahələrinin inventarlaşdırılmasına dair 60 manat xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SMİFT: AİİBAZ2X.Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesabına ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Kompleks məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 160 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar