Məhkəmə qərarları › İş №2(107)-56/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-56/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-56/2022 06.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «borc» tələbinədair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(075)-1448/2020 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz və 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11595.18 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) İddiaçı-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumunun tutularaq onun 20 manatı İddiaçı-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: Kreditor İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz, 1770.1 ABŞ dolları cərimə olmaqla, cəmi 13295.28 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə 21 avqust 2015-ci il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə 2(075)4671/2015 saylı məhkəmə əmri çıxarılmışdır. Cavabdeh1 məhkəmə əmrinə etiraz təqdim etdiyindən 21 avqust 2015-ci il tarixli 2(075)-4671/2015 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 30 aprel 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında 30 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını bu günədək təmin etməmişlər. Hazırda cavabdehlərin İddiaçı-yə 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz, 1770.1 ABŞ dolları cərimə borcları vardır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsirə altına düşməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasınagəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə, 12750 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan, 30 aprel 2014-cü il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh1 İddiaçı-dən 12750 ABŞ dolları (4750+8000) pulu həmin tarixdə qəbzlərə imza etməklə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 12750 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə 36 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan, 30 aprel 2014-cü il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 İddiaçı qarşısındakı 30 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı iləCavabdeh1 arasında 30 aprel 2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasənCavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə12750 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(075)-1448/2020 nömrəli qətnaməsinin əsas və faiz ilə bağlı hissədə ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(075)-1448/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cəmi borc hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 30 aprel 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 kredit təşkilatı qarşısında 30 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(075)-1448/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10402.78 ABŞ dolları əsas, 1122.40 ABŞ dolları faiz və 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11595.18 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşıdğından apellyasiya şikayəti verilməmişdir. Lakin Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(075)-1448/2020 nömrəli qətnaməsinin əsas və faiz ilə bağlı hissədə ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ona görə hesab edir ki, həmin qətnamədən apellyasiya şikayətinin dəlilləri əsasında hüquqi qiymətləndirilmə aparılmalıdır. Cavabdeh apellyasiya şikayətində ekspertizanın keçirilməsinə əsas olan olan heç bir sənədi məhkəməyə təqdim etməsə də, apellyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 9/7996 nömrəli rəydən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 09.10.2017- ci il tarixdən 27.08.2020-ci il tarixədək olan müddətdə 1367,42 ABŞ dolları məbləğində ödəniş aparılmış, aparılmış ödənişlər əsas borcdan silinmişdir. Qeyd olunan ödəniş nəzərə alındıqda Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 14.566,07 ABŞ dolları məbləğində müəyyən edilmiş və o, cümlədən: əsas borc üzrə - 9035,36 (10402,78-1367,42) ABŞ dolları, faiz borcu üzrə - 5530,71 ABŞ dolları. Goründüyü kimi ekspert tərəfindən iddia qaldırılarkən cavabdehlərdən tələb olunan faiz borcu tələb olunan məbləğdən artıq hesablanmışdır. Ekspertiza rəyinə görə kimi hazırki iş üzrə cavabdehin kredit qarşısında olan əsas borc 9035,36 ABŞ dollarıdır. Məhkəmə kollegiyası məhkəmə-mühasibastlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş 5530,71 ABŞ dolları faiz borcu ilə bağlı bildirir ki, iddiaçı tərəf öz iddia tələbində cavabdehdən 1122,40 ABŞ dollar tələb etmiş, məhkəmə isə həmin tələbi tam təmin etmiş, iddiaçı həmin qətnamənin həmin hissəsi ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cÜ maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, həmin ekspertiza rəyi ilə təyin edilmiş 9035,36 ABŞ dolları məbləğində əsas borc 1122,40 ABŞ dollar faiz borcu və 70 ABŞ dolları məbləğində cərimə borcu ilə toplamaqla cəmi borcun 10227,76 ABŞ dolların olması müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz və cəmi borca münasibətdə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin 150 manat tərəflər arasında bərabər şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyinə uyğun olaraq əsas borcuna, o cümlədən cəmi borca münasibətdə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanımalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maadəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(075)-1448/2020 nömrəli qətnaməsi əsas və cəmi borc məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 9035,36 ABŞ dollar, cəmi borc 10227,76 ABŞ dollar müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 75 manatı isə İddiaçı-dən alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar