Məhkəmə qərarları › İş №2(107)-560/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-560/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-560/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(039)- 2218/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və ona dəymiş 9.740 manat məbləğində ziyanın ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı X5 Cavabdeh qarşı müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən tərəfindən ona 2010-cu il buraxılışlı “Toyota Prius” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumilikdə 32400 (otuz iki min dörd yüz) manat məbləğində 36 ay müddətində hər ay 900 manat pulun ödənilməsi şərti ilə satılmış, lakin ödənişin iki aylıq hissəsi ödənilsə də, yeddi aylıq hissəsi ödənilməmişdir. Beləliklə də, aralarında razılaşdırılmış şərtlər pozulmaqla müqavilə öhdəliyi cavabdeh tərəfindən icra edilməmiş, eyni zamanda nəqliyyat vasitəsinin cavabdehdə olduğu yeddi ay müddətində ödənilməyən 6300 (altı min üç yüz) manat borc məbləği ödənilmədən qalmışdır (7x900=6300). Habelə, nəqliyyat vasitəsinin cavabdehdə olduğu müddətdə onun düzgün istismar olunmaması ilə bağlı nəqliyyat vasitəsinin 2550 (iki min beş yüz əlli) manat təmir xərcləri yaranmış, eyni zamanda müxtəlif vaxtlarda həmin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğu üçün cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin müxtəlif maddələri ilə inzibati təndeh vermə haqqında qərar qəbul edilmiş və ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində cərimə ödənilməmişdir. Nəqliyyat vasitəsi müvəqqəti duracağa aparıldığı üçün məcburiyyət qarşısında qalaraq sözügedən cərimələr də onun (iddiaçı) tərəfindən ödənilmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqısatqı müqaviləsinin ləğv edilməsi və ona dəymiş 9.740 manat məbləğində ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış və Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M-407 saylı nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BA252841 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı və Cavabdeh həmin Müqavilədə müəyyən edilmiş şərtlərlə iddiaçıya məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, buraxılış ili 2010-cu il, dövlət nömrə nişanı ** FF *** olan avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Tərəflər arasında avtomobilin ilkin satış qiyməti 34400 (otuz dörd min dörd yüz) manat müəyyən edilmiş, cavabdeh tərəfindən həmin pulun 2000 (iki min) manatı müqavilə bağlandığı anda iddiaçıya ödənilmiş, qalan 32400 (otuz iki min dörd yüz) manatı isə bu müqavilə hər ay 900 (doqquz yüz) manat olmaqla 36 ay ərzində iddiaçıya ödəməyi öhədəsinə götürmüşdür. Cavabdeh tərəfindən iki ay ödəniş edilsə də, sonradan o müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəqliyyat vasitəsi onun istifadəsində olduğu müddət üçün iddiaçıya yeddi ay üçün 6300 (altı min üç yüz) manat borcu yaranmışdır. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi cavabdehin istifadəsində olduğu müddətdə o dəfələrlə yol hərəkəti qaydalarını pozmuş və barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsasında müəyyən edilmiş cərimələr, yəni cəmi 851.2 (səkkiz yüz əlli bir manat iyirmi qəpik) manat cərimə İddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, istifadəsində olduğu müddətdə cavabdeh iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə maddi ziyan vurmuş və həmin ziyanın aradan qaldırılması üçün 2550 (iki min beş yüz əlli) manat vəsait tələb edilir.

5. Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(039)-2218/2024 nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia qismən təmin olunmuş, iddiaçı X5 ilə Cavabdeh arasında Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-407 saylı nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmi 9701.2 (doqquz min yeddi yüz bir manat iyirmi qəpik) manat pul və 117.4 (bir yüz on yeddi manat qırx qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı X3 verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 324.1, 329.2, 390.1, 421.1, 421.2, 425.1, 442 və 443.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M-407 saylı nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı İddiaçı və gələcəkdə alıcı Cavabdeh bu Müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2023-cü il tarixdi BA252841 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən satıcıya məxsus olan “Toyota Prius (Hibrid)” minik markalı, buraxılış ili 2010-cu il, dövlət nömrə nişanı ** FF *** olan avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Həmin müqavilənin 1.2-ci bəndində görünür ki, avtomobilin ilkin satış qiyməti 34400 (otuz dörd min dörd yüz) manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, alıcı 1.2-ci bənddə müəyyən edilən pulun 2000 (iki min) manatı müqavilə bağlandığı anında, qalan 32400 (otuz iki min dörd yüz) manatı bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş qaydada ödəməlidir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, alıcı bu müqavilə qüvvəyə mindiyi andan borclu olduğu 32400 (otuz iki min dörd yüz) manat məbləği hər ay 900 (doqquz yüz) manat olmaqla 36 ay ərzində satıcıya tam ödədikdən sonra satıcı AR DİN DYPİ tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışı alaraq avtomobili alıcıya satmağı, sas (alqı-satqı) müqaviləni bağlamağı və avtomobili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, alıcı bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan müddətdə satıcıya avtomobilin bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan qiymətinin qalan məbləğini ödəməklə əsas (alqı-satqı) müqaviləni bağlamağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndindən görünür ki, üzürsüz səbəbdən ödəmələr dayanarsa avtomaşın mülkiyyətçiyə qaytarılır və ödənmiş məbləğlər mülkiyyətçidə qalır. Həmin müqavilənin 2.5-ci bəndindən görünür ki, Cavabdeh tərəfindən ödəmələr 10 gündən artıq gecikdirilərsə nəqliyyat vasitəsi geri qayıdır və ödənilmiş məbləğlər mülkiyyətçidə qalır. İşdə olan xx.xx.2024-cü il tarixli ziyan aktından göürünr ki, “Toyota Prius (Hibrid” minik markalı, ** FF *** qeydiyyat nişanı nəqliyyat vasitəsinə dəymiş zərər 2550 (iki min beş yüz əlli) manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi barədə pretenziyadan görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, ona (iddiaçıya) dəymiş ümumilikdə 9740 (doqquz min yeddi yüz qırx) manat məbləğində ziyanın 20 gün müddətində ödənilməsinə münasibət bildirilməsi Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət edicəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2001-********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən EQ 18118790, EQ 18156899, EQ 18169411, EQ 18196470, EQ 18266935, EQ 18450238, EQ 18698928, EQ 18760515 saylı elektron qərarlar üzrə cəmi 192 (bir yüz doxsan iki) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2001-********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən EQ 20798301, EQ 20908375, EQ 20920588, EQ 20989028, EQ **********, EQ 21012235, EQ 21098810, EQ 21118631 saylı elektron qərarlar üzrə cəmi 101.2 (bir yüz bir manat iyirmi qəpik) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2001-********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən EQ 21236234, EQ 201251045, EQ 21287228, EQ 21341455, EQ 214411839, EQ 17725217, EQ 18055494 saylı elektron qərarlar üzrə cəmi 197 (bir yüz doxsan yeddi) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2001-********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən EQ 19092831, EQ 19317983, İXP 6092141, EQ 20046670, EQ 20219758, EQ 20437711, EQ 20481175, EQ 20765592 saylı elektron qərarlar üzrə İddiaçı tərəfindən cəmi 352 (üç yüz əlli iki) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən EQ 21466027 saylı qərar üzrə 9 (doqquz) manat ödəniş edilmişdir.

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, sözügedən qətnamədən narazıdır. Belə ki, məhkəmə yalnız iddiaçının iddia ərizəsində yazdıqlarını əsas gətirərək həmin avtomaşınla tərəfindən cərimələr etdiyini göstərmiş, lakin bununla bağlı hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmədə iştirakı təmin edilməmişdir. məhkəmə qətnaməsinin çıxmasını icra və probasiya şöbəsinin əməkdaşları onunla əlaqə saxladıqda məlumatlı olmuşdur. Daha sonra Yevlax Rayon Məhkəməsinə gedərək 19 fevral 2025-ci il tarixdə qətnaməni rəsmi qaydada almışdır. İddiaçının ziyan aktında göstərdikləri də şişirdilmiş məbləğdir. Məhkəmə burda da iddiaçının sözünə inanmış, onun dediklərinə əsasən qətnamə çıxarmışdır. İş üzrə tam və hər tərəfli araşdırma aparmamış sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə təqdim etdiyi sübutlara hər tərəfli qiymət verməməklə sözü gedən maddələrin tələblərini pozmuşdur.

10. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(039)- 2218/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə obyektiv və hərtərəfli araşdırma apararaq onun xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. İddiaçı X5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 387.1-ci mаddələrinə əsаsən prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 387.2.2--ci mаddələrinə əsаsən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

17. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(039)- 2218/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı Cavabdeh aid hissədə qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

19. Mülki işin materiallarından görünür ki, iş üzrə 17 sentyabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası barədə tərəflərə məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh adına ünvan 1 ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra 17 sentyabr 2024-cü ildə məhkəmə hazırlıq iclası baş tutmuş, məhkəmə hazırlıq iclası 08 oktyabr 2024-cü il tarixə təxirə salınmış və yenidən tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh adına ünvan 1 ünvanda yaşamadığı əsası ilə yenidən məhkəməyə geri qaytarılmışdır. 08 oktyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclası keçirilərək 05 noyabr 2024-cü il tarixə məhkəmə baxışı təyin edilmişdir. İş materiallarından göründüyü kimi bütün məhkəmə baxış iclaslarının yeri və vaxtı barəsində Cavabdeh adına ünvan 1 ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır.

20. Nəticədə 19 dekabr 2024-cü ildə yekun məhkəmə baxışı keçirilmiş və Cavabdeh məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir.

21. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

22. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti Cavabdeh tərəfindən verilmiş və o qətamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 372.6-cı maddəsinə əsasən tam yoxlanılmalıdır.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh aid hissədə qismən təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(039)-2218/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X2 Cavabdeh qarşı müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia qismən təmin edilməli, iddiaçı X5 ilə Cavabdeh arasında Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-407 saylı nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh cəmi 9701.2 (doqquz min yeddi yüz bir manat iyirmi qəpik) manat pul və 117.4 (bir yüz on yeddi manat qırx qəpik) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(039)-2218/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X2 Cavabdeh qarşı müqavilənin ləğvi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı X5 ilə Cavabdeh arasında Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-407 saylı nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh cəmi 9701.2 (doqquz min yeddi yüz bir manat iyirmi qəpik) manat pul və 117.4 (bir yüz on yeddi manat qırx qəpik) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar