Məhkəmə qərarları › İş №2(107)-561/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-561/2020

25.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-561/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı və cаvаbdeh Cavabdeh Misir oğlunun iştirakı ilə İddiaçı cаvаbdeh Cavabdeh Misir oğluna qarşı «vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1732/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh Misir oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cаvаbdeh Cavabdeh Misir oğluna qarşı «vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Misir oğlu tərəfindən ona dəymiş 570 manat dəyərində ziyanın əvəzinin və dövlət rüsumu hesabına ödənilmiş 30 manat məhkəmə rüsumunun, cəmi 600 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1732/2019 nömrəli(hakim N.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Misir oğlundan 570 manat məbləğində ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 600 manat pul alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Misir oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Misir oğlu onun həmkəndlisidir, münasibtləri normal olmuş, lakin son zamanlarda aralarında söz- söhbətlər baş vermişdir. Buna səbəb onun qanunsuz hərəkətləri olmuşdur. Belə ki, Ağdaş rayonu X2 xx xxxxxx 1998-ci il tarixli 21 saylı qərarı ilə onun ailəsinə 2.12 hektar ölçüdə pay torpağı verilmişdir, həmin sahədə onlar yonca əkib becərmişlər. Cavabdeh bir neçə dəfə həmin sahədə özünə məxsus olan mal-qarasını otarmış və o hər dəfə ona xəbərdarlıq etmişdir ki, belə hərəkət etməsin. Lakin xx xxxxxx 2019-cu il tarixdə səhər saat 05 radələrində qardaşı X1 onların sahəsinə gedərkən Cavabdeh yonca sahəsində 40 baş qoyunlarını otardığını görmüş, sonradan 102 saylı polisin qaynar xəttinə zəng vurub məlumat vermişdir.Polis araşdırması aparılarkən onlar Ağdaş Dövlət İnkişaf Bitkiçilik mütəxəsislərinin iştirakı ilə onlara vurulmuş ziyan müəyyən edilmiş və xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, cavabdeh 1 hektar ölçüdə torpaq sahəsinə ziyan vurmuşdur.Ağdaş Dövlət X5 rəyindən görünür ki, Vəliyev 190 ədəd yonca bağlaması (pres) zay etmiş, yəni onlara 570 manat məbləğində cavabdeh maddi ziyan vurmuşdur. Cavabdeh Misir oğlunun qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulmuş və bu səbəbdən o məhkəmyə müraciət edərək, 570 manat vurulmuş ziyanı və 30 manat tərəfindən ödənilmiş məhkəmə rüsumunu, cəmi 600 manat pulu tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Misir oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Xosrov kəndində yaşayır. Həqiqətəndə təsərrüfatla məşğul olur və özünün və qonşularının qoyunlarını otarır. Həmin qoyunlar onun özünün olmadığı vaxt cəmisi yarım saat ərzində Könülə məxsus yonca sahəsinə girmişdir. Nəbiyev Könül Ərrəhman qızına məxsus yonca sahəsinə dəymiş ziyanın qarşılığını ödəməyə hazırdır. Lakin ziyanın məbləği ilə razı deyildir. Həmin məbləğ 60 manatdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh Misir oğlu apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ona məxsus olan heyvanlar nəzarətsiz olduğundan həqiqətən də iddiaçının torpaq (yonca) sahəsinə keçmişdir. Lakin hesab edir ki, vurulmuş zərərin məbləği iddia olunan qədər deyil. O, bu barədə iddiaçı ilə qarşılıqlı razılıq əldə etmək istəsə də, qarşı tərəf onunla razılıq əldə etmək istəmir. Ona görə də məhkəmə kollegiyasından köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlara məxsus olan torpaq sahəsi yaşadıqları ərazidən xeyli kənardadır. Hər dəfə həmin torpaq sahəsinə baxmağa gedəndə, yonca sahəsinin mal-qara tərəfindən otlandığının şahidi olmuşdur. Onlar hər dəfə cavabdehi xəbərdarlıq etsələr də, cavabdeh buna məhəl qoymamışdır. Lakin sonuncu dəfə qardaşı Təvəkkül səhər tezdən sahəyə getmiş və yenə də cavabdehə məxsus olan heyvanların orada otlamasını görmüşdür. Apelyasiya şikayətini qəbul etmir və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1732/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli D/132- 15794-1219 saylı İddiaçı müraciəti əsasında toplanmış materialdan görünür ki, İddiaçı məxsus olan 2 ha yonca sahəsinə Cavabdeh məxsus 23 baş qoyunun girərək ziyan vurması Cavabdeh Misir oğlunun izahatı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Torpaq Mülkiyyət hüququna dair JN-222 (KOD 90317018) saylı dövlət aktından məlum olur ki, İddiaçı məxsus Ağdaş rayonu, Xosrov kəndində 2.12 ha torpaq sahəsi vardır. Dövlət aktı qeydiyyatı kitabında 9784 nömrə ilə qeydiyyata alınıb. Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 35/132- 1296 9-1219 saylı məktubundan görünür ki, İddiaçı yonca sahəsinə vurulan maddi ziyanla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş Dövlət X5 mütəxəsisi tərəfindən İddiaçı dəymiş ziyanın müəyyən edilməsinə dair rəydən məlum olur ki, İddiaçı əkin sahəsinə baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus JN:2xx xxx 90317018 saylı Torpaq mülkiyyət hüququna dair Dövlət aktına əsasən Xosrov kəndidə yerləşən 2.12 ha pay torpaq sahəsini yonca əkini üçün istifadə etmişdir. ölçmələrə əsasən 2.12 ha yonca sahəsinin 1 ha hissəsinin xırdabuynuzlu mal-qara tərəfindən tələf olunduğu müəyyən olunmuşdur. Rayon üzrə yonca bağlamasının (presin) satış qiymətinin 3(üç) manat olduğu nəzərə alınsa, vətəndaşa 570 manat maddi ziyanlıq dəymişdir. xx xxxxxx 2019-cu il tarixli aktın surətindən məlum olur ki, İddiaçı məxsus 2.12 ha yonca sahəsinin 1 hektarına Cavabdeh Misir oğluna məxsus xırda buynuzlu mal-qara tərəfindən ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçıya məxsus olan sahəyə mal-qara saldığını etiraf etsə də, vurulmuş ziyanın az olması qənətində olduğunu bildirir. Lakin məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh həmin məbləğin nə qədər olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, apelyasiya şikayətinin bu dəlilini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəfin özünün izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, apelyasiya şikayətini də yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı Ağdaş rayonu, Xosrov kəndində 2.12 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinə yonca bitkisi əkmişdir. Cavabdeh Misir oğluna məxsus 23 baş xırda buynuzlu malları iddiaçının yonca sahəsinə girmiş və həmin torpaq sahəsinin 1.0 ha hissəsini otlayaraq məhv etmişdir. Ağdaş rayon Kənd Təsərrüfatı idarəsinin rəyi ilə müəyyn edilir ki, iddiaçıya 570 manat maddi ziyan dəymişdir. Ona görə də İddiaçı Cavabdeh Misir oğlundan 570 manat məbləğində ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 600 manat pul tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Misir oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1732/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar