Məhkəmə qərarları › İş №2(107)-564/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-564/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-564/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair» iddiası təmin edilmiş, xx xxxxxx 2009-cu il tarixli **********0909 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı ASC “xxxx” Bankı qarşısında 5824 manat məbləğində vaxtı keçmiş əsas borc məbləği, 3808,94 manat məbləğində kreditə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx xxxx 2014-cü il tarixə kimi 972,89 manat məbləğində hesablanmış cərimə faizləri olmaqla cəmi 10605,83 manat kredit borcunun, habelə xx xxxx 2014-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki ödəniləcəyi tarixə qədər əsas borc məbləğinin illik 26% dərəcəsi ilə hesablanan adi faizləri, illik 15% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,20 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 45 manat məbləğində çəkilmiş xərclərin, eləcə də iddiaçı tərəfindən ödənilmiş 30,20 manat məbləğində dövlət rüsumu əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2009-cu il tarixli **********0909 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti olub cavadeh Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri E.Ağayev küçəsi, 2-ci döngə ünvanında 0.045 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 51.43 kv.m yaşayış, 50.01 kv.m köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti müəyyən edilməklə yönədilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə həmin Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Cavabdeh1 qaytarılmışdır. Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadından şikаyət verərək həmin qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddət bərpa edilməklə apellysiya şikayətinin aidiyyati üzrə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)- 632/2015 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli sorğusunun cavabında Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən bildirilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılması üçün xx xxx 2015-ci il tarixdə hərrac mərkəzinə sifariş göndərilmişdir. Hərracın yekun nəticəsinə əsasən qeyd olunan fərdi yaşayış evi tələbkar “xxxx” ASC tərəfindən alındığı üçün “xxxx” ASC xx xxxxxx 2016-cı il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi üçün xx xxxxxx 2016-cı il tarixdə Yevlax Rayon Məhkəməsinə təqdimat verilmiş və Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 8(039)-04/2017 nömrəli qərardadına əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli icra vərəqəsinin icraatına xitam verilmişdir. İş materialları ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsi icra ediləndən sonra iddiaçı «xxxx» Bankı ASC məhkəmədə Cavabdeh1 və qeyrilərinə (ailə üzvlərinə) qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair” iddia qaldırmış, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-326/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, Musayeva Nərmin Rövşən qızı, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay müddətində iddiaçıya (banka) məxsus Yevlax şəhəri E.Ağayev küçəsi, 2-ci döngə ünvanında 0.045 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 101.4 kv.m olan 136 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı «xxxx» Bankı ASC-yə verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-326/2017 nömrəli qətnaməsindən cavabdehlər apellyasiya və kassasiya şikayətləri vermiş, həmin şikayətlər təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-326/2017 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(107)-1245/2018 nömrəli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(102)- 6451/2018 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı «xxxx» Bankı ASC Cavabdeh1 qarşı “qalıq borcun tutulması tələbinə dair” iddia ilə məhkəməyə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-903/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra, borclu (cavabdeh) Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-326/2017 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-22/2020 nömrəli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Bunlardan sonra Cavabdeh1 əvvələ qayıdaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 iddia edir ki, o, sözügedən qətnaməni xx.xx.2020-ci il tarixdə almış və həmin qətnamə ilə razılaşmadığına görə müddəti ötürmədən ondan apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsindən daha əvvəllər xəbəri olmuş, lakin həmin qətnamədən apellyasiya şikayəti verməyə vaxtında təşəbbüs göstərməmiş və apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 6 ilə yaxın müddət keçəndən sonra apellyasiya şikayəti vermək istədiyi Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsi tərəflərə aid yuxarıda sadalanan sonrakı məhkəmə aktlarının qəbul edilməsi üçün əsas olmuş və preyudisial xarakter daşımış, bu məhkəmə aktlarında həmin qətnaməyə istinad edilmişdir. Tərəflər arasındakı sonrakı məhkəmə işlərində cavabdeh iştirak etsə də, həmin işlərin Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsi ilə təmin olunmuş tələblər və bu qətnamənin icrası ilə bağlı olmasına baxmayaraq, sözügedən qətnamədən apellyasiya şikayəti vermək niyyətini ifadə etməmişdir. Dolayısı ilə Cavabdeh1 davranışı onun Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsi ilə razılaşması kimi təzahür etmişdir. İşin hallarından aydın olur ki, Cavabdeh1 onun və ailə üzvlərinin ipoteka predmeti olmuş yaşayış evindən çıxarılmalarına dair qanuni qüvvəyə minmiş Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-326/2017 nömrəli qətnaməsinin icrasına mane olmaq məqsədilə həmin Məhkəmənin qanuni qüvvəyə minmiş və hətta, icra olunmuş xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsini mübahisələndirməyə cəhd göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, kifayət qədər üzrlü səbəb olmadan və həddən artıq uzun dövr ərzində buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Avropа İnsаn Hüquqları Məhkəməsi “Miraqаll Eskolаno və digərləri İspаniyаyа qаrşı” iş üzrə 25 yаnvаr 2000-ci il tаrixli Qərаrındа qeyd etmişdir ki, аtılmаlı olаn formаl аddımlаrı və şikаyətlərin verilməsi üçün riаyət edilməli olаn müddət məhdudiyyətlərini tənzimləyən normalаr ədаlət mühаkiməsinin lаzımi qаydаdа həyаtа keçirilməsinin və xüsusilə, hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dаşıyır. Məhkəmə mübаhisəsi üzrə tərəflər bu qаydаlаrın tətbiqinin məcburiliyini nəzərə аlmаlıdırlаr. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(039)-632/2015 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətini üzrsüz səbəbdən ötürmüş və bundan 6 ilə yaxın vaxt keçmişdir. Cavabdehin həmin prosessual müddəti ötürmədiyi barədə dəlilləri qəbuledilməzdir. Yevlax Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur və Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 397, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-632/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar