Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-564/2025 26.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(054)-6/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 15000 USD məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərlə kreditin qalıq məbləği restrukturizasiya edilmişdir. Həmin tarixlərdə, həmçinin, zaminlik müqaviləsinə də eyni şərtlərlə əlavə sazişlər bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mətndə cavabdehlər) qarşı cavabdehlərdən müştərək qaydada 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun, 225,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir.Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı məqsədilə digər cavabdehlərlə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14432,80 ABŞ dolları təşkil etmişdir. Həmin sazişlərlə kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 19350,37 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin sazişə əsasən borcalan tərəfindən illik 8 faiz ödənilməli idi. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, kredit borcunun ödənişini həyata keçirməmişlər. Hazırda cavabdehlərin iddiaçıya 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları borcu yaranmışır. Qeyd edilən borc məbləğinin və ödənilmiş 225,15 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 15000 USD məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərlə kreditin qalıq məbləği restrukturizasiya edilmiş, ödəniş müddətləri uzadılmışdır. Həmin tarixlərdə həmçinin zaminlik müqaviləsinə də eyni şərtlərlə əlavə sazişlər bağlanmışdır. Sonuncu sazişə uyğun olaraq qalıq kredit məbləğinin ödənilməsinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir
5. Məhkəmə icraatı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrinin imzalanmasını etiraf etsələr də, xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişləri imzalamadıqlarını bildirdiyindən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərin həm əsas borclu Cavabdeh1, həm də zamin Cavabdeh2 tərəfindən imzalandığı təsdiq edilmişdir. Həmin ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli və xx.xx.2017- ci il tarixli əlavə sazişlərdəki imzaların hazırda ölkə xaricində olduğu güman edilən Cavabdeh3 tərəfindən imzalanmadığı təsdiq olunmuşdur.
6. Sözügedən ekspert rəyinin nəticələri məlum olduqdan sonra Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə tələb edilən borc məbləğinin şişirdilmiş olduğunu bildirərək məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmiş, obyektiv qərarın qəbul edilməsinin təmin olunması məqsədilə məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmişdir. Mühasibatlıq ekspertizasının nəticələrinə görə xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsi və əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2022-ci il tarixə banka olan borcu 12045,16 ABŞ dolları əsas, 4822,50 ABŞ dolları faiz, maliyyə arayışı tarixinə illik 5 faiz hesablanmaqla 665,83 ABŞ dolları faiz məbləğində müəyyən edilmişdir.
7. Sözügedən ekspert rəyi ilə bildirilmişdir ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi və əlavə sazişlərdə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün müqavilə müddətinə (xx.xx.2022) və ya maliyyə arayışı tarixinə, yəni xx.xx.2023-cü il tarixə cərimə borcu hesablanmamışdır.
8. Cavabdeh-əsas borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi etiraz qeydlərində digər hallarla birgə həmçinin iddia müddətinin ötürüldüyü əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh və onun hüquqlarını müdafiə edən vəkil hazırda da bu arqumenti müdafiə edir və iddia tələbinin həmçinin bu əsasla rədd edilməsini xahiş edirlər.
9. Məhkəmə cavabdehin bu arqumentinə münasibət olaraq bildirir ki, qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İş materiallarına əsasən xx.xx.2017-ci il tarixli sazişə uyğun olaraq razılaşdırılmış və imzalanmış ödəniş cədvəlinə əsasən müqavilə üzrə borcun son ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olduğundan, iddia müddətinin son tarixi isə xx.xx.2025-ci il olduğundan məhkəmə hesab edir ki, iddia müddətinin ötürüldüyünü güman etməyə heç bir əsas olmadığından, cavabdeh tərəf isə müddətin ötürüldüyündə israr etsə də, buna dair sübut təqdim edə bilmədiyindən cavabdehin bu tələbi əsaslı sayıla bilməz.
10. Mətndə göstərildiyi kimi məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən mübahisələndirilən bank sənədlərinin cavabdehlər-əsas borclu Cavabdeh1, həm də zamin Cavabdeh2 tərəfindən imzalandığı təsbit edilmiş, digər Cavabdeh3 kredit sazişlərini imzalaması istisna edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməklə Cavabdeh3 hazırki iddia tələbi üzrə cavabdehliyi istisna edildiyindən tələb ona münasibətdə rədd edilməlidir.
11. Məhkəmə-mühasibatlıq ekspertizası ilə cavabdehlərin xx.xx.2022-ci il tarixə banka olan borcu 12045,16 ABŞ dolları əsas, 4822,50 ABŞ dolları faiz, maliyyə arayışı tarixinə illik 5 faiz hesablanmaqla 665,83 ABŞ dolları faiz məbləğində müəyyən edilsə də, məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun tutulmasını tələb etdiyini nəzərə alaraq və mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını rəhbər tutmaqla ekspert rəyinin nəticələrini qismən qəbul etməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12045,16 ABŞ dolları əsas borc, 4801,68 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditin bitmə müddətindən sonra 5 faizlə hesablanmış 665,83 ABŞ dolları faiz borcu, cəmi 17512,67 ABŞ dolları kredit borcu iddiaçının xeyrinə tutulmalıdır.
12. İddia tələbinə əsasən cavabdehlərdən həmçinin 8978,22 ABŞ dolları məbləğində cərimə borcunun tutulması xahiş edilmiş, ekspert rəyi ilə ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi və əlavə sazişlərdə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün müqavilə müddətinə (xx.xx.2022) və ya maliyyə arayışı tarixinə, yəni xx.xx.2023-cü il tarixə cərimə borcunun hesablanmadığı bildirilmişdir.
13. Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(054)-6/2025 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia qismən təmin olunmuş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12045,16 ABŞ dolları əsas borc, 4801,68 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 665,83 ABŞ dolları faiz borcu, cəmi 17512,67 (on yeddi min beş yüz on iki dollar altmış yeddi sent) ABŞ dolları kredit borcunun milli manat ekvivalentində və 179,32 (bir yüz yetmiş doqquz manat otuz iki qəpik) manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin 8978,22 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 8,85 manat faiz borcu, 45,83 manat dövlət rüsumu hissəsində, həmçinin Cavabdeh3 münasibətdə təmin edilməməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan cəmi 240 manat ekspertiza xərcinin 81,60 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 158,40 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 380, 385, 386, 442, 443, 448, 449, 470, 472 və 739cu maddələrinə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli ödəniş cədvəli xx.xx.2015-ci il tarixli, 1/17/79711172 saylı kassa məxaric order xx.xx.2015-ci il tarixli, 90004986/ZM saylı zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 142/15 saylı və zaminlik müqaviləsinə həmin tarixli, 142/15/Z saylı əlavə sazişlər xx.xx.2015-ci il tarixli ödəniş cədvəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli və zaminlik müqaviləsinə həmin tarixli, 1 saylı əlavə sazişlər xx.xx.2017-ci il tarixli ödəniş cədvəli xx.xx.2023-cü il tarixli, **********300 saylı bildiriş xx.xx.2023-cü il tarixli, **********040 saylı maliyyə arayışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan xx.xx.2024-cü il tarixli, 4/774 saylı ekspert rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan xx.xx.2024-cü il tarixli, 9/8999 saylı ekspert rəyi
16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2(054)-6/2025 nömrəli Qətnaməsi ümumiyyətlə heç bir araşdırma aparılmadan mülahizələrlə əsaslandırılmışdır. Məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır.
18. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə vəsatətə də qiymət verməmişdir.
19. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(054)- 6/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin vaxt qüvvədə olan 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh1 Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(054)-6/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, həmçinin, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh1 münasibətdə iddianın həm təmin, həm də rədd edilmiş hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən Cavabdeh1 münasibətdə iddianın həm təmin, həm də rədd edilmiş hissələrində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Birinci instansiya məhkəməsi bu qətnamənin 4-12-ci bəndlərində göstərilmiş dəlillərlə gəldiyi qənaəti lazımi şəkildə əsaslandırmışdır. Belə ki, məhkəmə cavabdehin borc məbləğini mübahisələndirməsini nəzərə alaraq ekspertiza təyin etmiş və əsas borc və 5%-lə hesablanmış faiz borcuna münasibətdə ekspert rəyinə əsasən müəyyən edilən məbləğ iddia ərizəsində tələb ediləndən daha az olduğundan ekspert rəyinə əsasən qərar qəbul etmişdir. Müqavilə üzrə hesablanmış faiz borcuna münasibətydə isə ekspert rəyi ilə müəyyən edilmiş məbləğ iddia ərizəsi ilə tələb ediləndən daha artıq olduğundan, MPM-in 218.3-cü maddəsinə əsasən həmin hissədə iddia ərizəsini əsas götürmüşdür. Apellyator iş materiallarında sübutları olduğunu bildirsə də, ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğlərinin həqiqətəuyğun olmadığı barədə heç bir dəlil göstərməmişdir.
29. Apelylator şikayətində həmçinin birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədiyini göstərmişdir. Halbuki, birinci instansiya məhkəməsi həmin ərizəyə qətnamədə münasibət bildirmiş və qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İş materiallarına əsasən xx.xx.2017-ci il tarixli sazişə uyğun olaraq razılaşdırılmış və imzalanmış ödəniş cədvəlinə əsasən müqavilə üzrə borcun son ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olduğundan, iddia müddətinin son tarixi isə xx.xx.2025-ci il olduğundan məhkəmə hesab etmişdir ki, iddia müddətinin ötürüldüyünü güman etməyə heç bir əsas yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə dəbbə pulunu azaltmaq səlahiyyəti verməklə, dəbbə pulunu tamamilə təmin etməmə səlahiyyəti vermədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi müqaviləyə əsasən hesablanmış dəbbə pulu (cərimə) tələbini tamamilə təmin etməmişdir. Lakin, iddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verməməklə bu halı mübahisələndirmədiyindən, kollegiya həmin hissədə araşdırma aparmamışdır.
32. Bundan başqa, zamin olan Cavabdeh2 münasibətdə birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Lakin, zamin olan Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməməklə bu halı mübahisələndirmədiyindən, kollegiya həmin hissədə araşdırma aparmamışdır.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən Cavabdeh1 münasibətdə iddianın həm təmin, həm də rədd edilmiş hissələrində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(054)-6/2025 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(054)-6/2025 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.