Məhkəmə qərarları › İş №2(107)-567/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-567/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-567/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsindən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsi ilə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarısında 513,02 (beş yüz on üç manat iki qəpik) manat məbləğində 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 04.06.2017-ci il tarixdən 25.01.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 885,30 (səkkiz yüz səksən beş manat otuz qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manat Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. İşin halları İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya «xxxx» ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1) 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı “xxxx” qarısında 513,02 (beş yüz on üç manat iki qəpik) manat məbləğində 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 04.06.2017-ci il tarixdən 25.01.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (in səkkiz faiz) dərəcəsi ilə hesablanmış 885,30 (səkkiz yüz səksən beş manat otuz qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manatın Cavabdeh iddiaçı ASC “xxxx”ının xeyrinə tutulmasını, 2) iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsinə (bundan sonra-“Kredit müqaviləsi”) əsasən iddiaçı tərəfindən cavabdehə 45BH-499 dövlət qeydiyyat nişanlı, «CHEVROLET CRUZE” markalı, buraxılışı 2012-ci il, ban nömrəsi KL1JF68E9CK745471, rəngi – ağ, tip-Xetçbek olan avtomobilinin (Avtomobil) alınması məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərti ilə, 13999 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh ilə iddiaçı arasında 04.05.2013cü il tarixli **********89313 №li kredit müqaviləsinə 30.12.2014-cü il tarixli 01 saylı əlavə saziş (bundan sonra birlikdə “kredit müqaviləsi” adlandırılacaq) bağlanmaqla kreditləşdirmə müddəti 12 ay müddətinə, yəni 05.06.2017-ci il tarixədək uzadılmışdır. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili 04.06.2013-cü il tarixdə **********89313/1AV №-li ipoteka müqavləsi üzrə (həmin müqaviləyə 30.12.2014-cü il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) Banka ipotekaya qoyulmuşdur. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 aprel 2017-ci il tarixli 2(051)-74/2017 №-li qətnaməsi ilə ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5500 manat məbləğində əsas borcun, 370,70 manat məbləğində faiz borcunun, 10 manat cərimə borcu olmaqla, cəmi 5880,70 manat borcun tutulub ASC “Xalq” Bankına verilməsi, borcun ödənilməsi üçün ipotekaya qoyulmuş, Cavabdeh məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı, buraxılış 2012-ci il, Ban nömrəsi KL1JF68E9CK745471, rəngi ağ olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh Banka olan borcunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun cavabdehdən tutulub ASC “Xalq” Bankına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyinə əsasən 9000 manat müəyyən edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(051)-74/2017 №-li qətnaməsi qəbul edildikdən sonra Borc alan tərəfindən müxtəlif tarixlərdə kredit müqaviləsi üzrə ümumilikdə 5881 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər üçün hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kredit qaytarılma müddətinin bitdiyi 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 513,02 manat adi faiz üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödənilməlidir ki, əsas borcun ödənildiyi 25.01.2019-cu il tarixinə bu məbləğ 1249,11 manat təşkil etmişdir. Qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından bank həmin müddətdə ona qaytarılmali olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çixmiş fayda qismində zərərə uğramişdir. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 04.06.2017-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı 25.01.2019-cu il tarixə kimi faizlər formasında əldə çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Həmin dövr üçün müvafiq məbləğ 885,30 (səkkiz yüz səksən beş manat otuz qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh ilə dəfələrlə əlaqə yaradılaraq borcun ödənilməsinin ondan tələb edilməsinə baxmayaraq onun tərəfindən qalıq borc ödənilməmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsindən iddiaçı «xxxx» ASC apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli 2(107)- 101/2020 nömrəli qətnaməsi ilə iddiaçı «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsi iddia ərizəsinin əsas borca aid hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh əsas kredit borcuna görə 371.91 manat borc alınaraq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 72.5 manatının iddiaçı ASC “Xalq” Bankından, 72.5 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 20 manatının iddiaçı ASC “Xalq” Bankından, 10 manatının isə Cavabdeh tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, 2(107)- 101/2020 nömrəli qətnaməsindən iddiaçı «xxxx» ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(102)-5041/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, 2(107)-101/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi əsassız, ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi Konstitutsiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarını hazırki iş üzrə tətbiq etməli deyildi. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu tarixli qərarının yuxarıda göstərilən müddəaları hazırkı işə tətbiq edilməli deyil və buna görə də, birinci instansiya məhkəməsinin mövqeyi hər hansı hüquqi əsası olmayan, subyektiv xarakterli fikirlərdən ibarətdir. Belə ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını səhv təfsir edərək, iddiaçının Cavabdeh tələb etdiyi 513,02 manat məbləğində adi faizləri və 885,30 manat məbləğində əldən çıxmış fayda şəklində zərəri maliyyə sanksiyası kimi qiymətləndirmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009- il tarixli və 24 dekabr 2014-cü il tarixli qərarlarında faiz və əldən çıxmış fayda şəklində zərər maliyyə sanksiyası hesab edilmir. Həmin qərarlara görə, maliyyə sanksiyası dedikdə, Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən faizlər və dəbbə pulu başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına görə MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır ”. Həmin qərarda həmçinin qeyd olunur ki, “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusiyyətlərindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir.” Bundan əlavə, həmin qərara əsasən “...banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nədərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur’’, “kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə olma bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir... ” Apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılır ki, MM-nin 21.2-ci maddəsinə əsasən kreditdən istifadə edilməsinə görə hesablanmış, lakin ödənilməmiş faizlər zərər hesab olunur. Zərərin əvəzinin ödənilməsi dedikdə, kreditorun (borc verənin) faktiki itkilərinin bərpası) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsi kreditora dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında tələb edilə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi -əlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. İstinad edilən Qərarda «mücərrəd qaydada hesablama» anlayışının mahiyyətinə də aydınlıq gətirilmişdir. Qərarda deyilir: «Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərmiş. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Konstitusiya məhkəməsinin həmin Qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsinin qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi faizlərin və penyanın hesablanmalı olduğu göstərilməlidir. Eyni yanaşma Mülki Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Lakin Mingəçevir Şəhər Məhkəməsi iş materiallarım ətraflı araşdırmamış, iddiaçı tərəfindən tələbinin əsaslılığım təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, Bankın iddiasını təmin etməmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tam təmin edilməli, həmçinin apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(102)-5041/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, 2(107)-101/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 445.2.1, 448.1, 449.1-ci maddələrini sadalayaraq, həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarına da istinad etsə də, iddia tələblərinin hər birinə ayrılıqda hüquqi qiymət verməyərək Cavabdeh əsas kredit borcuna görə 371.91 manat borcun olmasına dair özünün təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 18 mart 2020-ci il tarixli rəyi əsasında cavabdehdən iddiaçının xeyrinə yalnız borclu qaldığı əsas borcun tutulmalı olması nəticəsinə gəlmiş, lakin bu zaman nəzərə almamışdır ki, iddiaçının cavabdehdən əsas borca görə tələbi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmış, bu çıxmanın müstəsnalığının nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyinə Azərbaycan Respublikasının MPM-nin 101.3 və 103.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin normalara əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın və həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olması üçün kifayət qədər əsas olsun. İşin materiallarından görünür ki, iddiaçı tərəf göstərilən halların ekspert tərəfindən nəzərə alınaraq yenidən hesablama aparılması üçün apellyasiya instansiyası məhkəməsindən təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə verilən ekspert rəyinin iddia ərizəsinə uyğun olması, iddiasının bu rəyin əsassız olmasına dair heç bir sübut təqdim edilməməsi əsası ilə rədd etməkdə haqlı olmamışdır. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəf ekspertiza rəyi ilə bağlı təqdim etdiyi etirazında rəydə göstərilən məbləğlərlə Bankın təqdim etdiyi maliyyə sənədlərində göstərilən məbləğlərin hansı səbəblərdən bir-birinə uyğun gəlmədiyini izah etməyə çalışmasına diqqət yetirməmişdir. Digər tərəfdən də məhkəmə vəsatətin əsasını ekspert tərəfindən hesablamaların kredit müqaviləsinin şərtlərinin nəzərə alınmadan aparılmasını təşkil etməsinə qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutları iş materiallarına əlavə etməməsinə dair qənaətini də tam əsaslandırmamışdır. Halbuki, işin materiallarından görünür ki, bank tərəfindən tələbinin əsası kimi istinad etdiyi, sübut əhəmiyyətli hesab etdiyi sənədlər (kredit müqaviləsi, borc arayışı, mücərrəd qaydada zərərin hesablanması üçün faiz dərəcəsini müəyyən edən statistik arayış və s.) iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi faiz, əldən çıxan fayda məbləğlərinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarının tələbləri baxımından ətraflı araşdıraraq, həmin tələblərə əsaslandırılmış hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələblərindən 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manat cərimə məbləğinin Mingəçevir şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(051)-74/2017 №-li Qətnaməsi qəbul edilərkən iddia edilən cərimə məbləğinə aid olub-olmamasını yoxlamamış, həmin tələbə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.2.1-ci mаddəsinə əsasən, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, оnu qаytаrmаqdаn bоyun qаçırmаqlа, оnun ödənilməsini digər şəkildə gecikdirməklə və yа tоplаmаqlа оndаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа оnun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçоt dərəcəsi ilə müəyyənləşdirilir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. İddia ərizəsinə əlavə olunmuş 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən Cavabdeh avtomobil alınması məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərti ilə, 13999 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 04.05.2013-cü il tarixli **********89313 №li kredit müqaviləsinə 30.12.2014-cü il tarixli 01 saylı əlavə sazişdən görünür ki, Cavabdeh ilə iddiaçı arasında kreditləşdirmə müddəti 12 ay müddətinə, yəni 05.06.2017-ci il tarixədək uzadılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(051)-74 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 5500 manat məbləğdə əsas borc, 370,70 manat məbləğində faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5880,70 manat borc tutulub «xxxx» ASC-nə verilsin. Borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, «CHEVROLET CRUZE” markalı, buraxılış 2012-ci il, ban nömrəsi KL1JF68E9CK745471, rəngi ağ olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun cavabdehdən umumi qaydada tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyinə uyğun 9000 manat qiymətləndirilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulub «xxxx» ASC-nə ödənilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(051)-2772 saylı qərardadı məhkəmə aktının icrasınadək qüvvəsində saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyasının 25.02.2021-ci il tarixli qərardadı ilə ASC “Xalq” Bankının nümayəndəsinin vəsatəti təmin edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Rəyin tədqiqat hissələrində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş 30 dekabr 2014-cü il tarixli sazişin şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı ASC “Xalq” Bankına 513.02 manat faiz borcu, 1249.11 manat isə cərimə (penya) borcu vardır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı ASC “xxxxı” tərəfindən müəyyən edilmiş 1249.11 manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 50 manat məbləğində saxlanılması daha məqsədə uyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Ali Məhkəməni qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərindən 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 manat cərimə məbləğinin Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(051)-74/2017 №li qətnaməsi qəbul edilərkən iddia edilən cərimə məbləğinə aid olub-olmamasını yoxlamamış, həmin tələbə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(051)-74/2017 saylı qətnaməsindən görünür ki, həmin mülki işdə iddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə 01.06.2016-cı il tarixə qədər olan dövrə hesablanmış 78.18 manat məbləğində cərimə tələb edilmiş, qətnamə ilə 10 manat məbləğində cərimənin tutulması qət edilmişdir. Hazırda baxılan mübahisə üzrə isə 04.06.2017-ci il tarixdən 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış 1249.11 manat məbləğdə cərimə (dəbbə pulu) tələb olunur. Göründüyü kimi, hazırda baxılan mülki iş üzrə tələb olunan cərimə (dəbbə pulu), Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi qəbul edilərkən iddia edilən cərimə məbləğinə aid deyildir. Bundan əlavə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, borc məbləğləri müəyyən edilərəkən əldən çıxmış faydaya görə illik 18% zərər məbləği də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh faiz borcuna görə 513.02 manat, əldən çıxmış faydaya görə 885.3 manat, cərimə (penya) borcuna görə 50 manat olmaqla, cəmi 1448,32 manat borc məbləği alınaraq iddiaçı ASC “Xalq” Bankına verilməli, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin digər hissəsi əsassızdır. Belə ki, iddiaçı tərəf apellyasiya şikayətinin digər dəlillərini təsdiq edəcək sübutlarını təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(102)-5041/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)- 915/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh faiz borcuna görə 513.02 manat, əldən çıxmış faydaya görə 885.3 manat, cərimə (penya) borcuna görə 50 manat olmaqla, cəmi 1448,32 manat borc məbləği alınaraq iddiaçı ASC “Xalq” Bankına verilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2020-ci il tarixli 5395 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat və 28 aprel 2021-ci il tarixli 9/1665 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat, cəmi 295 (iki yüz doxsan beş) manat pulun 147.5 manatı iddiaçı ASC “xxxxı”ndan, 147.5 manatı isə Cavabdeh tutularaq büdcə təsnifatının kodu, 142319. Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (30+15) manat pulun 22.5 manatı iddiaçı ASC “xxxxı”ndan, 22.5 manatı isə Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın və iddia qismən təmin edilsin. Cavabdeh 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsi üzrə, faiz borcuna görə 513.02 (beş yüz on üç manat 02 qəpik) manat, əldən çıxmış faydaya görə 885.30 (səkkiz yüz səksən beş manat 30 qəpik) manat, cərimə (penya) borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 1448,32 (bir min dörd yüz qırx səkkiz manat 32 qəpik) manat borc məbləği alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2020-ci il tarixli 5395 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat və 28 aprel 2021-ci il tarixli 9/1665 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat, cəmi 295 (iki yüz doxsan beş) manat pulun 147.5 manatı iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən, 147.5 manatı isə Cavabdeh tutularaq Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (30+15) manat pulun 22.5 manatı iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən, 22.5 manatı isə Cavabdeh tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar