Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-568/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi üzrə faizlərin hesablanması müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zərdab Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(035)-80/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehlərdən müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41268,31 ABŞ dolları, faiz borcuna görə 18672,99 ABŞ dolları və cərimə borcuna görə 29327,76 ABŞ dolları, cəmi 89269,06 ABŞ dolları borcun, dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102,1 m2 yaşayış, 42,8 m2 köməkçi, 144,9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə, Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh2 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54,2 m2 yaşayış, 85,4 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və ümumilikdə 89269,06 ABŞ dolları borcun, dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulması, Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh5 və Mustafayeva Möhübbət qızının ümumi birgə mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102,1 m2 yaşayış, 42,8 m2 köməkçi, 144,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh2 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54,2 m2 yaşayış, 85,4 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və X4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsinin təmin edilməsinə dair tələbini təmin etməmişdir. Həmin hissəsdə tələblərinin təmin edilməsi qanuni və əsaslıdır çünki cavabdehlər bu barədə yazılı öhdəlik götürmüşlər. Ona görə də qətnamənin həmin hissədə ləğv edilərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərini belə əsaslandırmışlar ki, hazırkı iş üzrə iddiaçı və Cavabdeh1 arasında bağlanmış müqavilə sahibkarlıq fəaliyyəti subyektlərinin bağladığı müqavilə olduğundan hazırkı işə inzibati– iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Bundan əlavə tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə ipoteka müqaviləsi kredit xətt müqaviləsinin təmini üçün bağlanmışdır. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31.05.2018-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik aktlarının tələblərinə diqqət yetriməyərək cavabdehlərin yeganə yaşayış yeri olan ipoteka predmeti olan evdən çıxarılmaları barədə qətnamə qəbul etməsi qanuni hesab edilə bilməz. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 31.07.2019-cu il tarixli 2(035)- 80/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin (bundan sonar mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiаsı qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştəral qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41268.31 ABŞ dolları, faizə görə 18672.99 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə), iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi; tələb ipoteka predmeti olan X1, X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılması, - İpoteka obyekti olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 (əlli min) manat, Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməsi, Tələb ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması; -İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət оlunmuşdur. Həmin qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və İddiaçı QSC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasov və V.Məlikovdan ibarət tərkibdə iş № 2(107)-360/2020) Zərdab Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(035)-80/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanmış, onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-360/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı X10 tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26.10.2020-ci il tarixli, 2(102)-4561/2020 nömrəli qərarı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-360/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi qismən – 015R********** saylı kredit razılaşması üzrə faizə görə 18672.99 ABŞ dolları tutulması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 31.07.2019-cu il tarixli 2(035)- 80/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin (bundan sonar mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiаsı qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41268.31 ABŞ dolları, faizə görə 18672.99 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə), iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi; tələb ipoteka predmeti olan X1, X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılması, - İpoteka obyekti olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 (əlli min) manat, Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməsi, Tələb ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması; -İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət оlunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2012-ci il tarixli 15L000001738 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 22.10.2014-cü il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə təmin tədbiri kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə Bank arasında zaminlik müqavilələri bağlanmış və onlar Cavabdeh1 öhdəliklərinin icrasına görə bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqlarını öz üzərlərinə götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə əlavə təmin tədbiri kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında 16.08.2012-ci il tarixli 15M000000440 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə əlavə təmin tədbiri kimi iddiaçı ilə Cavabdeh2 arasında 16.10.2014-cü il tarixli 15M**********01 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir Nəticədə onun iddiaçıya borcu yaranmışdır. İddiaçı həmin borcun könüllü ödənişini tələb etsə də, cavabdeh X2 borcun könüllü ödənişini :əmin etməmişdir. İddia ərizəsində olduğu kini məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 5192 saylı, 19.06.2019-cu il tarixli rəyi ilə cavabdehin kredit razılaşması üzrə əsas borca görə 41268.31 ABŞ dolları, faiz borcuna görə 18672.99 ABŞ dolları borcu olması müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçının nümayəndəsinin izahatına, tərəflər arasında bağlanmış 1.08.2012-ci il tarixli 15L000001738 saylı kredit xətti müqaviləsinə, 22.10.2014-cü il tarixli 5R********** saylı kredit razılaşması müqaviləsinə, 16.08.2012-ci il tarixli, ********** saylı, 15S000002983, 15S000002980, və 15S000002982 saylı zaminlik müqavilələrinə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 5192 saylı, 19.06.2019-cu il tarixli rəyinə və işdə olan digər sənədlərə məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia əsas borc və faiz borcu tələbinə dair hissədə tam, dəbbə puluna dair hissədə qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və ödənilməsi qət edilən məbləğ onlardan müştərək qaydada tutulmalıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi ipoteka ilə təmin edildiyindən tələb ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, habelə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli və həmin evlər açıq hərracda satılmalıdır. İpoteka obyekti olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 50.000 manat, Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış eviisə 45.000 manat məbləğində qiymətləndirdiyi üçün ipoteka obyekti olan evlərin ilkin satış qiyməti müvafiq olaraq həmin məbləğdə müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmeti olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və hamin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 eləcədə digər evə münasibətdə Cavabdeh2 və X4 həmin evə istifadə hüququnun itirilməsi hissəsinə gəlincə məhkəmə hesab edir ki, iddiaçının hazırda belə bir subyektiv hüququ yoxdur. İddiaçı QSC ipoteka predmeti olan sözügedən mənzilin onun mülkiyyətində olmasına dair məhkəməyə hər hansı bir übut təqdim etməmişdir. Sözügedən mənzilin ipoteka ilə yüklü edilməsi hüququn yüklülüyünü təsdiq etsə də, mülkiyyət hüququnun iddiaçıya keçməsi demək deyildir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir Məhkəmə iddiaçıya ödənilməli olan pulun ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, tərəflər arasında yaranmış debitor-kreditor hüquq münasibətləri ABŞ dollar ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3- hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərir ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcədə Azərbaycan Respublika MM-nin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna gör cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan pul vəsaiti ödənildiyi anda Azərbayc Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyy; edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 390-cı, 399.1-ci, 470-ci, 472-ci, 443.1, 448.1. 467.1, 739.1-ci maddələri, “İpoteka haqqında” Azərbaycan RespublikasıNİN Qanununun 33-cü, 34-cü, 39.1-ci, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apelyasiya şikayətlərini belə əsaslandırmışlar ki, hazırkı iş üzrə iddiaçı və Cavabdeh1 arasında bağlanmış müqavilə sahibkarlıq fəaliyyəti subyektlərinin bağladığı müqavilə olduğundan hazırkı işə inzibati–iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Bundan əlavə tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə ipoteka müqaviləsi kredit xətt müqaviləsinin təmini üçün bağlanmışdır. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31.05.2018-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.Birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik aktlarının tələblərinə diqqət yetriməyərək cavabdehlərin yeganə yaşayış yeri olan ipoteka predmeti olan evdən çıxarılmaları barədə qətnamə qəbul etməsi qanuni hesab edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaşırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Kollegiya hesab edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını faizə aid hissəsinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26.10.2020-ci il tarixli, 2(102)-4561/2020 nömrəli qərarı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-360/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi qismən – 015R********** saylı kredit razılaşması üzrə faizə görə 18672.99 ABŞ dolları tutulması hissəsində ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, eyni zamanda Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarının qanuni göstərişlərini nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin faiz puluna aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin faizə aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(035)- 80/2019 saylı qətnaməsi cavabdehlərdən tutulan faiz puluna aid hissədə dəyişdirilməli, cavabdehlərdən tutulan faiz pulunun məbləği 14274,13 ABŞ dolları müəyyən edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2012-ci il tarixli 15L000001738 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 22.10.2014-cü il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlərin faiz borcuna görə 14274,13 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faiz pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə cavabdehin faiz borcuna görə 14274,13 ABŞ dolları borcu qaldığı müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə qismən əsaslı olduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(035)- 80/2019 saylı qətnaməsi cavabdehlərdən tutulan faiz puluna aid hissədə dəyişdirilməli, cavabdehlərdən tutulan faiz pulunun məbləği 14274,13 ABŞ dolları müəyyən edilməlidir. Ekspertiza xərci olan 145 manatın 45 manatı iddiaçıdan, 100 manatı isə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-nin hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli 2(035)- 80/2019 saylı qətnaməsi cavabdehlərdən tutulan faiz puluna aid hissədə dəyişdirilsin. Cavabdehlərdən tutulan faiz pulunun məbləği 14274,13 ABŞ dolları müəyyən edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 145 (yüz qırx beş) manatın 45 (qırx beş) manatı iddiaçıdan, 100 (yüz) manatı isə cavabdehlərdən müştərək qaydada, tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-568/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-568/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver