Məhkəmə qərarları › İş №2(107)-57/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-57/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-57/2023 06.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(037)-568/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil birinci iddiaçıya məxsusdur. Qeyd olunan avtomobil etibarnamə əsasında ikinci iddiaçının istifadəsində olmuşdur. Cavabdeh idarə etdiyi “X11“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən asfalt yola çıxarkən etibarnamə əsasında ikinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı1 MMC (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 5326 manat tutularaq İddiaçı1 MMC-nin hesabına ödənilməsi, dəymiş zərərin əvəzi olaraq 4085 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombarda ödənilmiş pulların faizləri 1280 manat, ödənişin gecikdirildiyi hər gün üçün 0,1 faiz hesablamaqla 680 manat, 100 manat dövlət rüsumu - cəmi 11455 manat tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdırlar ki, 27 dekabr 2017-ci il tarixli AD130652 nömrəli şəhadətnaməyə əsasən, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 MMC-yə məxsusdur. 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən cavabdeh idarə etdiyi “X11“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə qəfil asfalt yola çıxarkən İddiaçı1 MMC-yə məxsus avtomobilə çırpılmışdır. Hadisə zamanı İddiaçı1 MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitəsinə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə zamanı qeyd olunan avtomobil lizinq yolu ilə etibarnamə əsasında ikinci iddiaçının sahibliyində olmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Baş vermiş qəza nəticəsində cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İkinci iddiaçı fərdi sahibkardır. İkinci iddiaçı lizinq vasitəsi ilə sahibliyində olan avtomobillə sahibkarlıq fəaliyyətini yerinə yetirir və dövlət büdcəsinə vaxtı-vaxtında vergi ödənişləri edir. İkinci iddiaçı həmin avtomobil üçün qəzalı olsa da, aylıq kredit ödənişini də etmək məcburiyyətində qalmışdır. Zərərə uğramış avtomobilin mülkiyyətçisi birinci iddiaçı və faktiki lizinq vasitəsi ilə avtomobilə sahiblik edən ikinci iddiaçı həmin avtomobilə dəymiş zərərin qalan hissəsinin ödənilməsi üçün cavabdehə yazılı və şifahi müraciət etmişlər. Bundan başqa, 08 iyun 2021-ci il tarixli 0140/21 nömrəli pretenziya məktubu da cavabdehə ünvanlanmışdır. Lakin cavabdeh bütün bu müraciətlərə məhəl qoymamış və vurduğu ziyanı ödəməkdən yayınmışdır. Qeyd olunan avtomobil icbari sığortalı olduğundan icbari sığorta üzrə “Kia Servis” avtomobil təmir mərkəzinə 5000 manat ödəniş edilmişdir. “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 14411 manat maddi ziyan dəymişdir. Avtomobilin təmiri üçün qalan 9411 manat vurulmuş ziyanın 5326 manatını birinci iddiaçı tərəfindən təmir servisinə ödənilmişdir. Bundan sonra yerdə qalan 4085 manat pulu ödəmək üçün ikinci iddiaçı həyat yoldaşının zinyət əşyalarını girov qoyaraq yüksək faizlə kredit götürərək sahibliyində olan avtomobili təmir etdirmək məcburiyyətində qalmışdır. İkinci iddiaçı həmin avtomobili tam təmir etdirmək üçün lombardlardan götürülən pullara faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla 680 manat maddi ziyan çəkmişdir. Bundan başqa, avtomobil təmirdə olduğu müddətdə ikinci iddiaçı iş yerinə və sahibkarlıq fəaliyyətini davam etdirmək üçün 173 gün taksi sifariş etmiş və hər günə 30 manat ödəməklə 5190 manat və məhkəməyə gəlibgetmək üçün 120 manat xərc çəkmişdir. Cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 5326 manat tutularaq birinci iddiaçının hesabına ödənilməsini, dəymiş zərərin əvəzi olaraq 4085 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombarda ödənilmiş pulların faizləri 1280 manat, ödənişin gecikdirildiyi hər gün üçün 0,1 faiz hesablamaqla 680 manat, 100 manat dövlət rüsumu - cəmi 11455 manat tutularaq ikinci iddiaçıya ödənilməsini tələb edirlər və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

4. Birinci iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə birinci iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır.

5. İkinci iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil birinci iddiaçıya məxsusdur. Qeyd olunan avtomobil lizinq yolu ilə etibarnamə əsasında ikinci iddiaçının sahibliyində olmuşdur. Cavabdeh idarə etdiyi “X11“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən asfalt yola çıxarkən etibarnamə əsasında ikinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş qəza nəticəsində cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İkinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 14411 manat maddi ziyan dəymişdir. Həmin məbləğin 5000 manatını icbari sığorta üzrə “Atəşgah Sığorta Şirkəti“ ASC tərəfindən “Kia Servis“ avtomobil təmiri mərkəzinə ödənilmişdir. Birinci iddiaçı cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 5326 manat tutularaq onun hesabına ödənilməsini tələb edir. İkinci iddiaçı cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 4085 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombarda ödənilmiş pulların faizləri 1280 manat, ödənişin gecikdirildiyi hər gün üçün bir faiz hesablamaqla 680 manat, 100 manat dövlət rüsumu - cəmi 11455 manat tutularaq ona ödənilməsini tələb edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir.

7. Məhkəmə iddia tələbinin avtomobilə dəymiş zərərə görə tələb olunan 9411 manat hissəsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş qüsur aktına və ekspert rəyinə əsasən “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ümumilikdə 14411 manat məbləğində olmasını qəbul edir. Həmin məbləğin 5000 manatını sığorta şirkəti ödəmişdir. Məhkəmə qərara gəlir ki, 9411 manat dəymiş zərər məbləğinin 5326 manatı cavabdehdən tutularaq İddiaçı1 MMC-nin hesabına, 4085 manatı isə İddiaçı2 ödənilməlidir.

8. Məhkəmə iddia tələbinin gündəlik taksi xərcləri 5190 manatın və Bakı-İsmayıllı yol xərcləri 120 manatın cavabdehdən alınaraq ikinci iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, ikinci iddiaçının məhkəməyə təqdim etdiyi 25 may 2021-ci il tarixli 01 nömrəli avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi haqqında müqavilədən və əlavə qiymət razılaşmasından görünür ki, fiziki şəxs X8 ilə İddiaçı2 arasında hər ay üçün 700 manat olmaqla, 6 ay müddətinə avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Bundan əlavə ikinci iddiaçı keçirilmiş məhkəmə prosesləri ilə əlaqədar olaraq bir neçə dəfə İsmayıllı şəhərinə gəlmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən – 2500 manat gündəlik taksi xərcləri və 120 manat Bakı-İsmayıllı yol xərcləri hissəsində təmin edilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi gündəlik taksi xərcləri 5190 manat və Bakı-İsmayıllı yol xərcləri 120 manat hissəsində qismən - gündəlik taksi xərcləri 2500 manat və Bakı-İsmayıllı yol xərcləri 120 manat məbləğində təmin edilməlidir.

9. Məhkəmə iddia tələbinin avtomobilin təmiri üçün lombardlardan götürülmüş pula görə ödədiyi 1280 manat faizin cavabdehdən alınaraq ikinci iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, ikinci iddiaçı lombarddan götürdüyü pulun məhz avtomobilin təmiri üçün xərcləndiyini qeyd etsə də, bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi avtomobilin təmiri üçün lombardlardan götürülmüş pula görə ödədiyi 1280 manat faiz hissəsində rədd edilməlidir.

10. Məhkəmə iddia tələbinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manatın cavabdehdən alınaraq ikinci iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, ikinci iddiaçı cavabdehdən ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat tələb etsə də, tərəflər arasında belə bir razılaşmanın (müqavilənin) olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Bu fakt məhkəmə iclasında da öz təsdiqini tapmadı. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat hissəsində də rədd edilməlidir.

11. İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(037)-568/2022 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5326 (beş min üç yüz iyirmi altı) manat dəymiş zərər məbləği tutularaq İddiaçı1 MMC-nin hesabına ödənilməsi, Cavabdeh 4085 manat dəymiş zərər, 2500 manat gündəlik taksi xərcləri, 120 manat yol xərcləri və 100 manat ödənilmiş dövlət rüsumu – cəmi 6805 (altı min səkkiz yüz beş) manatın tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1108-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. 27 dekabr 2017-ci il tarixli AD 130652 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, ** PN *** dövlət qeydiyyat nişanlı “Kia Cadenza” markalı avtomaşın İddiaçı1 MMC-nin adına qeydə alınmışdır.

14. 24 fevral 2020-ci il tarixli AD 739141 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2009-cu il buraxılışlı, ** HM *** dövlət qeydiyyat nişanlı “X11115 CDİ” markalı avtomaşın Cavabdeh adına qeydə alınmışdır

15. 29 aprel 2021-ci il tarixli P8656/21 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1 MMC tərəfindən “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün 29 may 2021-ci il tarixədək İddiaçı2 etibarnamə verilmişdir.

16. 25 may 2021-ci il tarixli 01 nömrəli avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi haqqında müqavilədən və əlavə qiymət razılaşmasından görünür ki, fiziki şəxs X8 ilə İddiaçı2 arasında hər ay üçün 700 manat olmaqla, 6 ay müddətinə avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır

17. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir

18. Mülki işin 31-ci vərəqində olan 01 iyun 2021-ci il tarixli VÖEN ********** nömrəli fiziki şəxs X6 tərəfindən tərtib edilmiş “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyat hissələri, onların sayı və qiymətləri və göstərilən xidmətlər barədə aktdan görünür ki, həmin avtomobilin aşağıda göstərilən ehtiyat hissələrinin dəyişdirilməsini vacib hesab edirlər: “sol qanaddakı stop, arxa buferdekı sol işıqeksetdirici, arxa sol qanad, arxa sol brızqovık, arxa sol qanadın salaskası, kapot, sol qabaq qanad, sol qabaq bakovın, kapot petlelerı, sol fara, qabaq bufer, qabaq panele bağlanan nefeslık, sol qabaq qanadaltı, qabaq partpres, patpres rezini, partpres kleyı, dermanı, akkumlyator, akkumlyatorun alt plastması, qabaq sol qanadın salaskası, sol qabaq caska, sol qabaq amortızator, sol qabaq saffa, sol qabaq stupıtsya pocebnıkı, sol qabaq nakonecnık, qabaq travers, arxa travers, sol arxa gitara (uzun qol), sol arxa amortızator, sol arxa razvalnı tyaqa, sol arxa saffa, sol arxa stupıtsya, suretler qutusunun trosu, knopkalar, germetıka – cəmi dəyəri – 11.681 manat” Dəmirçi, boyaçı, armatur, çilingər, elektrik, razval, balans və plastmasçıya cəmi 2730 manat xidmət haqqı ödənilməlidir.

19. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 07 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur.

20. 08 iyun 2021-ci il tarixli 0140/21 nömrəli pretenziyadan görünür ki, İddiaçı1 MMC tərəfindən 9411 manat vurulmuş ziyan məbləği Cavabdeh tələb edilmişdir.

21. Mülki işin 115-116-cı vərəqlərində olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli 9/6056 nömrəli ekspert rəyindən görünür ki, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 14431 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə isə 12155 manat məbləğində zərər dəymişdir. O cümlədən, sol qanaddakı stop, arxa buferdəki sol işığəksetdirici, arxa sol qanad, arxa sol brizqovik, arxa sol qanadın salaskası, kapot, sol qabaq qanad, qol qabaq bakovin, kapot petlələri, sol fara, qabaq bufer, qabaq panelə bağlanan nəfəslik, sol qabaq qanadaltı, qabaq şüşə, akkumlyator, akkumlyatorun alt plastması, qabaq sol qanadın salaskası, sol qabaq çaşka, sol qabaq amortizator, sol qabaq saffa, sol qabaq stupitsiya pocebniki, sol qabaq nakonecnik, qabaq travers, arxa travers, sol arxa qitara (uzun qol), sol arxa amartizator, sol arxa razvalni tyaqa, sol arxa saffa, sol arxa stupitsya, sürətlər qutusunun trosu, knopkalar, germetika – cəmi 11.566 manat Dəmirçi, Rəngsaz, Armatur, çilingər, elektrik və Razval-balansa cəmi 2865 manat xidmət haqqı ödənilməlidir.

22. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə İddiaçı2 Bayram oğluna dəymiş ziyanın məbləğini qiymətləndirərkən iş materiallarında olan tərtib edilmiş qüsur aktına və ekspert rəyinə istinad etmişdir. Apellyaiya şikayətinə əlavə etdiyim foto şəkillərdən açıq-aşkar görünür ki, həmin qüsur aktında yararsız hala düşməsi qeyd olıuıan 3 ehtiyyat hissələrinin bəziləri az zədələnmiş, bəziləri isə ümumiyyətlə zədələnməmişdir. Qüsur aktında dəyişilməsi qeyd olunan elıtiyyat hissələrinin bir çoxu dəyişilməmişdir. Həmin ehtiyyat hissələrinin dəyişilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Məlikəmə isə qanunsuz olaraq zədələnməmiş və dəyişilməmiş ehtiyyat hissələrinə görə cavabdehdən pulun tutulması nəticəsinə gəlmiş, bununla da məlikəmə MM-in 21 və 23 maddələrinin tətbiqində səhvə yol vermişdir.

24. Göründüyü kimi İddiaçı2 Bayram oğlu avtomobilə təmir işlərinin görülməsi üçün və elıtiyyat hissələrinin alınması üçün 14411 manat pul ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

25. Bundan başqa iddia ərizəsində görünür ki, bir biri ilə əlaqəli olmayan "Faktor Lizinq” MMCnin tələbi ilə İddiaçı2 tələbi bir iddia ərizəsində birləşdirilmişdir.

26. Mülki işə baxılarkən birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən cavabdehin izahatını səhv təfsir edərək onların məzmununu iddia tələbinin əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına yönələn xüsusatları isə qanunsuz olaraq iddia tələbinin təmininə yönələn xüsusatlar kimi qiymətləndirmişdir.

27. İşə birinci instansiya məhkəməsində baxılarkən şifahi vəsatətinə əsasən əlavə ekspertiza keçirilərək, qüsur aktrnda göstərilmiş ehtıyyat hissələrinin yararsız hala düşübdüşməməsi müəyyən etməmişdir.

28. Ona görə də, İsmayıllı rayon Məhkəməsinin 2(037)-568/2022-nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 Bayram oğlunun Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(037)-568/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

32. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

"M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(037)- 568/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" MMC-nin iddiasını təmin, İddiaçı2 iddiasını qismən təmin edərkən İddiaçı2 iddiasına aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

38. Cavabdeh apellyasiya şikayətində **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtoqəza nəticəsində dəymiş zərərin məbləğini mübahisələndirdiyindən məhkəmə kollegiyası tərəfindən məhkəmə yol nəqliyyat hadisələri və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 2 fevral 2023-cü il tarixli 9/8834 nömrəli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X6 tərəfindən tərtib edilmiş ziyan aktında (cild i.v 31) məlumatlarına əsasən 2013-cü il buraxılışlı “Kia Cadenza” markalı, mühərrikin iş həcmi 3500 sm3, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 14431,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 11566,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2865,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12155,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 9290.00 manat Təmir- bərpa işlərinin qiyməti – 2865.00 manat Bu qətnamənin 21-ci bəndindən göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən alınmış hazırki ekspert rəyi ilə müəyyən edilmiş zərər məbləği birinci instansiya məhkəməsində icraat zamanı alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli 9/6056 nömrəli ekspert rəyində göstərilmiş zərər məbləği ilə eyniyyət təşkil etdiyindən cavabdehin apellyasiya şikayəti həmin hissədə əsaslı hesab edilməmişdir.

39. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, 27 dekabr 2017-ci il tarixli AD130652 nömrəli şəhadətnaməyə əsasən “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 MMC-yə məxsusdur. 27 dekabr 2017-ci il tarixli A288 nömrəli daxili lizinq müqaviləsi ilə həmin avtomobil İddiaçı1 MMC tərəfindən X4 lizinqə verilmişdir. Həmin tarixli və nömrəli zaminlik müqaviləsi ilə hazırki iş üzrə ikinci İddiaçı2 yuxarıda göstərilən daxili lizinq müqaviləsi ilə əlaqədar olaraq lizinq alan lizinq verən qarşısında öhdəliklərini tam yerinə yetirənədək lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 27 dekabr 2019-cu il tarixli A288 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma ilə müqavilənin bitmə müddəti dəyişdirilərək xx.xx.2021-ci il təyin edilmişdir. 24 iyun 2022-ci il tarixdə X5 **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı hüquqlarını İddiaçı2 etibar etmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iş üzrə ikinci iddiaçı olan İddiaçı2 hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, sonuncu mübahisəli avtomobilin nəinki mülkiyyətçisi olmamış, mülkiyyətçi ilə lizinq hüququ münasibətlərinin tərəfi belə olmamışdır. O, mülkiyyətçi ilə lizinq hüququ münasibətlərinin tərəfi olan X3 zamini olmuş, həmçinin mübahisəli avtomobil ona etibarnamə ilə idarə etmək üçün etibar edilmişdir ki, nə 27 dekabr 2017-ci il tarixli A288 nömrəli zaminlik müqaviləsi, nə də 29 aprel 2021-ci il tarixli etibarnamə ikinci İddiaçı2 həmin avtomobilə dəymiş zərərin əvəzini zərər vurandan tələb etmə hüququ verməmişdir. 24 iyun 2022-ci il tarixli etibarnamədə isə İddiaçı2 həmin avtomobillə bağlı digər şəxslərdən pul aınması hüququ yalnız həmin avtomobillə bağlı bağlanmış əqdlər üzrə etibarnamə verən X4 çatası pulun alınması halında verilmişdir. Göründüyü kimi, hazırki işdə belə bir hal mövcud deyildir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, hazırki halda ikinci İddiaçı2 hazırki iş üzrə Cavabdeh qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir.

40. Məhkəmə kollegiyası ikinci iddiaçının iddia tələbinin təmin edilmiş gündəlik 2500 manat taksi xərclərinin və 120 manat Bakı-İsmayıllı yol xərclərinin cavabdehdən alınaraq ikinci iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, bu qətnamənin 39cu bəndində qeyd olunmuş əsaslarla ikinci iddiaçının hazırki iş üzrə cavabdehdən 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində baş vermiş avto-qəza nəticəsində **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri tələb etməyə subyektiv hüququ olmadığından, həmin avtomobilə avtoqəza nəticəsində dəymiş zərərlə əlaqədar ikinci iddiaçının məruz qaldığı hər hansı əlavə xərcləri də hazırki iş üzrə cavabdehdən tələb etməyə hüququ olmamışdır. Qeyd olunanlar ikinci iddiaçının hazırki iddiasının tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə əsas verir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məghkəməsi ikinci iddiaçının iddia tələbinin rədd olunmuş hissələri ilə bağlı qərar qəbul edərkən mötəbər sübutların məhkəməyə təqdim edilməməsini əsas götürmüşdür. Hazırki halda, ikinci İddiaçı2 hazırki iş üzrə Cavabdeh qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququnun olmadığı müəyyən edildiyindən ikinci iddiaçının iddia tələbinin rədd edilmiş hissələrinin mötəbər sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə rədd olunması əsaslı hesab edilə bilməz. Ona görə də, ikinci iddiaçının iddia tələbinin həmin hissələri də İddiaçı2 həmin tələbləri irəli sürməyə subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MMC-nin iddiasını təmin, İddiaçı2 iddiasını qismən təmin edilməsini qət etməklə İddiaçı2 iddiasına aid hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(037)-568/2022 saylı qətnaməsi qismən - İddiaçı2 iddiasına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı2 Cavabdeh qarşı yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat pul Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE00000 ********** 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22).

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(037)-568/2022 saylı qətnaməsi qismən - İddiaçı2 iddiasına aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat pul Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE00000********** 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar