Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-570/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh2 və Cavabdeh1) qarşı “borc və bankla aparılmış əməliyyatlar nəticəsində əldə edilmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 1647 (bir min altı yüz qırx yeddi) ABŞ dolları məbləğində borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) və kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 739.92 (yeddi yüz otuz doqquz manat doxsan iki qəpik) manat pul vəsaiti, Cavabdeh2 kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 (yeddi yüz altı manat otuz səkkiz qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 manatı tələb etmədiyinə görə həmin rüsum xərcinin özünə aid edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 2000 (iki min) ABŞ dolları məbləğində borcun və hər iki cavabdehdən onun xeyrinə əlavə olaraq 3600 (üç min altı yüz) manat məbləğində Bankla aparılmış əməliyyatlardan əldə edilmiş pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 2000 (iki min) ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh1 bununla əlaqədar öz xətti ilə iltizam yazaraq bildirmişdir ki, öz borcunu 4 ay müddətində ona geri qaytaracaqdır. Müddət başa çatdıqdan sonra o pulun qaytarılmasını cavabdehdən tələb etsə də, Cavabdeh1 ona bildirmişdir ki, həmin borcu qısa müddətdə ödəyəcəkdir. Cavabdeh1 2000 ABŞ dolları borcundan ancaq 600 manatını ödəmişdir. Qalan borcunu isə ödəməmişdir. O, borcunu qısa müddətdə ödəməsinə söz verməyinə baxmayaraq, buna əməl etməmiş və halhazıradək müxtəlif bəhanələrlə aldadaraq borcunu ödəməmişdir. Bundan başqa hər iki cavabdehin adlarına o, Dəmiryol Bankından və Finexs BOKT-dan onların adına kredit götürmüş və həmin kredit borcunu özü tam ödəmişdir. Bununla əlaqədar özündə bütün çeklər vardır. Bu əməliyyatlar nəticəsində hər iki cavabdehin ona 3600 manat borcu qalmışdır. Lakin cavabdehlər həmin pulları mənimsəyərək ondan gizlətmişlər. Bütün bunlarla əlaqədar onda cavabdehin şəxsi yazısı ilə yazılmış iltizam və başqa bank sənədləri vardır. O, Cavabdeh1 2000 ABŞ dolları və əlavə olaraq ondan və Cavabdeh2 3600 manat borcunu tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində göstərilən tələbi qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq 2000 ABŞ dolları və 3600 manat Bankla aparılmış əməliyyatlarla əldə edilmiş pul tələb edir. O, 2015-ci ilin 20 noyabrında iddiaçıdan 2000 ABŞ dolları borc götürmüş və 4 ay müddətinə qaytaracağına dair iltizam yazıb vermişdir. Həmin pulu götürərkən sosial yardım aldığı kartı ona vermişdir. Uzun müddət o, həmin karta ödənilmiş sosial yardım pullarını almışdır. Sonra həmin pulları götürdüyü 2000 ABŞ dollarının faizi olduğunu bildirmiş və 2000 ABŞ dolları tələb etmişdir. Həmin dövrdə dövlət tərəfindən zəlzələdə zərərçəkmiş şəxslərə evlər tikilib verilmiş və onlara da təzə ev tikilmişdir. İddiaçı onu evini 27000 manata satmağa vadar etmiş və evi satıb onun 2000 ABŞ dollarını qaytarmışdır. Lakin iddiaçı onun əlində evini satıb qalan pul olduğunu görmüş və onunla münasibətini yaxşılaşdırmışdır. Bir müddət sonra onu aldadıb ondan 10000 (on min) manat borc pul götürmüşdür. Pulun məbləği çox olduğuna görə notariusda borc müqaviləsi imzalamaqla pulu iddiaçıya vermişdir. Lakin iddiaçı onu aldatdığına görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qərarı ilə həmin on min pulun Leyladan alınıb ona verilməsinə dair qətnamə çıxarılmışdır. Hazırda qətnamə icra olunur. Onun əmək haqqına yönəlib pul ödənilir. Həmin məhkəmə qərarlarından görünür ki, İddiaçı 2018-ci ilin may ayında məhkəməyə müraciət edərək ona olan borcunu hər ay 300 manat olmaqla ödənilməsinə qərar çıxarılmasını xahiş edir. Əgər ona borcu var idisə, niyə həmin problemi 2018-ci ildə demirdi? Bundan başqa onun tələb etdiyi 3600 manat borcu yoxdur. İddiada yazır ki, guya onun adına kredit götürüb ödəyib. Bu ağ yalandı, çünki heç bir bank başqa şəxsin adına başqa şəxsə kredit vermir. O, bu tələbini məhkəmədə sübut etsin. Kreditləri öz adına götürmüş və özü də ödəmişdir. Ola bilər ki, iddiaçı bankda işlədiyinə görə ödəniş pulunu ona vermiş, o da həmin krediti ödəmişdir. Bu o demək deyildir ki, ona borcu var. Bundan başqa həmin iltizam və pulun iddiaçıdan tərəfindən 2015-ci ilin noyabr ayında götürülməsi və 4 ay müddətinə qaytaracağına öhdəlik götürməsi onu bildirir ki, o həmin pulu 2016-cı ilin mart ayının 20-dək qaytarmalı idi. 2016-cı ilin mart ayından bu günədək isə 3 il müddət keçmişdir. Əgər həmin pulu iddiaçıya qaytarmamış olsaydı, o, indiyədək məhkəməyə müraciət etməli idi. Bundan başqa iddiaçıya necə 2000 ABŞ dolları borcu ola bilər ki, o, xx xxxx 2017-ci il tarixdə iddiaçıya notarial qaydada 10.000 manat məbləğində borc vermişdir. İddiaçının dedikləri heç bir məntiqə sığmır. İddiaçı sadəcə olaraq məhkəmə qərarı məcburi qaydada icra olunduğuna görə belə şikayətlərlə onu incitmək istəyir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 İddiaçı xx xxxxxx 2015-ci il tarixdə 4 ay müddətinə onlara düşən sosial müavinətin İddiaçı tərəfindən alınmaqla geri qaytarılması şərti ilə 2000 ABŞ dolları borc götürmüş və bunun müqabilində sosial müavinət kartını 4 ay müddətinə iddiaçıya təqdim etmişdir. 4 ay müddətində bank kartına yüklənmiş sosial müavinəti İddiaçı 2000 ABŞ dolları borcun əvəzi olaraq almışdır. xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh2 ilə xxxx Açıq Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı arasında kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında Cavabdeh2 2000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 hüquqlarını müdafiə etdiyi Cavabdeh1 həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə xxxx Açıq Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı arasında kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 1620 ABŞ dolları kredit verilmişdir. Hər iki kredit müqavilələri üzrə öhdəliklər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yerinə yetirilmişdir. “xxxx” ASC ilə 2015-ci ildə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinin predmeti kimi Cavabdeh1 məxsus qızıl-zinyət əşyaları çıxış etmişdir. Həmin müqavilə üzrə öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmişdir. Hazırda İddiaçı cavabdehlərə qarşı iddiası əsassızdır, bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)- 1062/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)- 1062/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-5480/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, iddiaçının 2000 ABŞ dolları borc verdiyinə dair məhkəməyə təqdim etdiyi sənəddə yazılmışdır ki, həmin pul 4 ay müddətinə qaytarılmalıdır. Həmin 4 ay xx xxxx 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli, 3 ildən artıq müddət keçmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə həmin ərizəyə qətnaməsində heç bir hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı iddia edir ki, guya o, onların kreditlərini ödəyib və ödənilmiş kreditlər üzrə Prezidentin Problemli kreditlərə dair Fərmanına əsasən kredit götürdükləri bank vasitəsilə onlara qaytarılmış kompensasiya məbləğləri İddiaçı ödənilməlidir. Məhkəmə işin baxılmasını 6 ay müddət ona görə uzatmışdır ki, hər dəfə iddiaçı üçün, iddiaçının məhkəməyə təqdim edə bilmədiyi sübutları zorla da, olsa əldə etməyə çalışmışdır. Buna misal olaraq məhkəmənin xxxx ASC BOKT Zaqatala filialına ünvanlayaraq, oradan əldə etdiyi saxta məktubdur. "xxxx” ASC BOKT Zaqatala filialı tərəfindən verilmiş 727 nömrəli xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, "xxxx” ASC BOKT Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı kredit müqaviləsi bağlanmışdir. Həmin kredit müqavilələri sözügedən şəxslərin adına olmasına baxmayaraq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilmişdir. Kreditlərin hər ikisi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşmüşdür. Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adına olan kredit üçün 706.38 manat kompensasiya məbləği hesablanmışdır. Həmin kompensasiya məbləğləri müştərilərin öz hesablarına köçürülmüşdür. Kreditlər sözügedən şəxslərin adına olsa da kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. xxxx ASC BOKT-dan sözü gedən kreditlərin hər ay kimin tərəfindən ödənilməsinə dair məhkəməyə ödəniş qəbzləri təqdim edilmişdir. Həmin qəbzlərdə ödənişin Arzu və Rəşad tərəfindən ödənildiyi qeyd edilir. Lakin bank məktubunda bunun əksini yazır, biri-birinə zidd olan sübutlardan məktuba üstünlük verməsi məhkəmənin bu işdə olan marağını göstərir. Əgər banka kreditləri Leyla ödəmiş olsa idi, ödəniş və mədaxil qəbzlərində onun adı olardı. Bundan başqa məhkəmənin işi 6 aydan çox müddətdə uzatmasına səbəb o idi ki, iddiaçı Leyla bizdən Dəmirbankdan götürüb ödədikləri kredit pullarını da istəyib və həmin pullar barədə məhkəmənin dəfələrlə Dəmirbanka sorğu göndərməsi və sorğuya cavab gəlməməsi olmuşdur. Onu qeyd etmək istəyir ki, Dəmirbanka göndərilən sorğuların cavabsız qaldığını görən məhkəmə sonuncu məhkəmə iclasında hətta İddiaçı təklif etdi ki, Dəmirbankdan alınmış kreditlər üzrə ödənilmiş kompensasiyanı müəyyən edə bilmədiyindən iddianın həmin hissəsinin baxılmamış saxlanılmasına dair ərizə versin ki, gələcəkdə həmin iddia məhkəmədə baxıla bilsin. Lakin vəkillərinin təkidi əsasında iddianın həmin hissəsinə də yekun qərar qəbul olundu. Ancaq tərəflərindən işə əlavə olunmuş iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, həmin ərizənin “xahiş edirəm” hissəsində onlar iddia müddətini tətbiq etməklə yanaşı Arzunun Leylaya verdiyi sosial kartdan çıxarılmış pulların kim tərəfindən çıxarılmasını müəyyən etmək üçün Kapital banka qərardad göndərilərək həmin şəxsin video görüntülərinin əldə olunması barədə xahiş etmişlər. (2015 noyabr və 2016-cı il üzrə). Lakin məhkəmə işə baxdığı, daha doğrusu iddiaçı üçün sübut toplamağa çalışdığı 6 ay ərzində bir dəfə də olsun onların vəsatətinə baxmadı və sonda qətnaməsində vəsatətlərinə heç bir hüquqi qiymət vermədi. Belə bir məhkəmə prosesini ədalətli hesab etmək olmaz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə yuxarıda qeyd olunan qanunu pozmuşdur. Belə ki, həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh2 ilə bağlı borca münasibət bildirərək qeyd edirlər ki, qətnamə ilə, Cavabdeh2 kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçının izahatından görünür ki, “xxxx” ASC-ə ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə, o, Rəşadın əvəzinə müəyyən məbləğdə banka pul ödəmişdir. İşin hallarından görünür ki, məhkəmə qərarının əsası kimi “xxxx” ASC-nin Zaqatala fılialının xx xxxxxxx 2019-cu il tarixli məktubuna əsaslanmışdır. Həmin məktubda bildirilir ki, Cavabdeh2 əvəzinə xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliyi İddiaçı yerinə yetirmişdir. Hesab edirlər ki, məhkəmə bu sənədə kritik yanaşmalı, bitərəf və maraqlı olmayan təşkilatlara sorğu ilə müraciət etməli idi. Bunu da qeyd edirlər ki, İddiaçı bank işçisidir, bu da öz növbəsində məktuba kritik yanaşma tələb edir. Qəribədir ki, məhkəmə qətnaməsində heç bir dənə də olsa qəbz barədə məlumat yoxdur. Kim ödəyib, nə qədər ödəyib, nə vaxt ödəyib? Məhkəmə yalnız “xxxx” ASC-nin Zaqatala fılialının məktubuna əsaslanır. Görünür bankın müdiri ödənişlər həyata keçirilən zaman kassir vəzifəsini icra etmişdir. Hüquqi həmiyyət kəsb edən qəbzləri bir yana qoyub, subyektiv fıkirə əsaslanmaq olmaz. Hesab edirlər ki, işin obyektiv araşdırılması üçün, “xxxx” ASC-nin Zaqatala fılialının müdiri şahid qismində məhkəməyə dəvət olunmalıdır. Məhkəmədə sual yaranmalı idi: “xxxx” ASC-nin Zaqatala fılialının müdiri, məktubda, xx.xx.2015-ci il tarixli müqavilə üzrə Cavabdeh2 əvəzinə öhdəliyin İddiaçı tərəfındən yetirməsi fıkirini yürüdərkən nəyə əsaslanmışdır? Müşahidə kamerasının göstəricilərinə? Şəxsi müşahidələrə? Məktubu imzalamış şəxs ödənişlər həyata keçirilən zaman kassada və ya terminalın yanında olmuşdur? İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 və Vəkil məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Cavabdeh1 məxsus AZE seriyalı 09378560 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsində əl yazısı ilə icra edilmiş xx xxxxxx 2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 2000 (iki min) ABŞ dolları məbləğində pulu 4 ay müddətə geri qaytarmaq şərti ilə götürdüyünü və öz sosial kartını öz razılığı ilə ona verdiyini qeyd etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra “xxxx” ASC BOKT) Zaqatala filialı ilə Cavabdeh2 arasında bağlanmış 00113/15 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 27 faiz olmaq şərti ilə 12 ay müddətinə 2000 ABŞ dolları “xxxx” ASC BOKT tərəfindən Cavabdeh2 kredit verilmişdir. “xxxx” ASC BOKT ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh1 ilə “xxxx” ASC BOKT arasında imzalanmış xx xxxxxxxx 2015-ci il tarixli 00159/2015 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edir. X1 Palatasından əldə olunmuş Problemli kreditlərin kompensasiyasına dair xx xxx 2019-cu il tarixli sistem çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra ləğv prosesində olan “xxxx” ASC) xarici valyutada olan əsas kredit borcu 2750 manat təşkil edir və həmin tarixə 687,50 manat kompensasiya hesablanmışdır. Həmin sistem çıxarışdan görünür ki, xx xxxxxx 2015-ci il tarixə Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC-nə xarici valyutada olan əsas kredit borcu 1941 manat təşkil edir və həmin tarixə 1164,61 manat kompensasiya hesablanmışdır. Eyni zamanda həmin tarixə Cavabdeh1 “xxxx” ASC BOKT-a xarici valyutada olan əsas kredit borcu 1252,75 manatdır və həmin məbləğə 751,65 manat kompensasiya hesablanmıdır. “xxxx” ASC BOKT Zaqatala filialının 727 nömrəli xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “xxxx” ASC BOKT Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı kredit müqaviləsi bağlanmışdir. Həmin kredit müqavilələri sözügedən şəxslərin adına olmasına baxmayaraq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilmişdir. Kreditlərin hər ikisi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adına olan kredit üçün 706.38 manat kompensasiya məbləği hesablanmışdır. Həmin kompensasiya məbləğləri müştərilərin öz hesablarına köçürülmüşdür. Kreditlər sözügedən şəxslərin adına olsa da, kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. “xxxx” ASC tərəfindən Cavabdeh1 adına açılmış hesabdan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə kredit hesabı açılmış və xx.xx.2016-cı il tarixdə həmin hesab vasitəsi ilə 2294 ABŞ dolları kredit verilmiş və xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixini əhatə edən dövrün sonuna həmin hesab üzrə Cavabdeh1 0,65 ABŞ dolları kredit borcu qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)- 5480/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1062/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “ilk öncə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iddia tələbinin 2000 ABŞ dolları pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair hissəsi üzrə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ünvanlanmış, apellyasiya şikayətində də cavabdeh tərəfindən dəlil olaraq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət göstərilməməsi, iddia müddətinin tətbiq edilməməsi vurğulanmış, lakin apelyasiya kollegiyası qeyd edilən dəlillə bağlı hər hansı yanaşma göstərməmiş, araşdırma aparmamışdır. Halbuki, apelyasiya kollegiyası iddia tələbinin bu hissəsinin tərəflər arasında mövcud olmuş müqavilə üzrə əmələ gəlməsini vurğulamışdır. İş materiallarında olan (səh. 3) şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə yazılmış iltizamdan da görünür ki, iltizam xx.xx.2015-ci il tarixdə verilmiş, öhdəliyin icra müddəti 4 ay müəyyən edilmişdir. Yəni, öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). İddia tələbinin “xxxx” ASC BOKT Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə qeyd edilməlidir ki, kassasiya yoxlaması zamanı müəyyən edilir ki, kasasiya və apelyasiya şikayətində vurğulandığı kimi, həqiqətən də “xxxx” ASC BOKT-nin verdiyi məktub ilə ödəniş qəbzləri arasında ziddiyyət mövcuddur. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən də görünür ki, ödənişlər cavabdehlərin adından həyata keçirilmiş, həmin qəbzlərdə ödənişlərin cavabdehlərin adından iddiaçı tərəfindən həyata keçirilməsi barədə hər hansı qeyd aparılmamışdır. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlili də olmuş bu hala da hər hansı münasibət bildirməmiş yalnız cavabdehlərin əməllərində əsassız varlanma olmasını qeyd etməklə iddia tələbinin bu hissəsinin təmin edilməsi qənaətinə gəlmişdir. Apelyasiya kollegiyası araşdırmamışdır ki, hansı əsaslarla İddiaçı başqasının öhdəliyini icra etmişdir, qeyd edilən öhdəliyin iddiaçı tərəfindən icra edilməsi üçün cavabdeh hansı mövqedə (razı və ya narazı) olmuşdur. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətində, apelyasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1062/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı 2000 ABŞ dolları borc pul alması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 özü etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan müqaviləni o, özü yazaraq imzalamış, həqiqətən 2000 ABŞ dolları pulu iddiaçıdan almışdır. Lakin cavabdeh həmin borc aldığı 2000 ABŞ dolları pulu iddiaçıya qaytardığını bildirir. İddiaçı isə cavabdehin ona olan 2000 ABŞ dolları borcundan yalnız 600 manat məbləğdə hissəsinin qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığını bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin 2000 ABŞ dolları pulun tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 2000 ABŞ dollarının cavabdeh tərəfindən qaytarılmış 600 manat çıxılmaqla qalan borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə daha sonra iddia tələbinin “xxxx” BOKT ASC-in Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının icrası ilə əlaqədar “xxxx” BOKT ASC-in Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı bağlanmış kredit müqavilələri Cavabdeh2 və Cavabdeh1 adına olmasına baxmayaraq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilmişdir. Kreditlərin hər ikisi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanin təsiri altına düşmüşdür. Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün 706.38 manat kompensasiya məbləği hesablanmışdır. Həmin kompensasiya məbləğləri müştərilərin öz hesablarına köçürülmüşdür. Məhkəmə hesab edir ki, kreditlər sözügedən şəxslərin adına olsa da, kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. Ona görə də, Cavabdeh1 adına olan kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün kompensasiya məbləği kimi ödənilmiş 706.38 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin gerçək halları belədir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə müqavilə bağlanmışdır. Belə ki, cavabdehin şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsində əl yazısı ilə icra edilmiş xx xxxxxx 2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 2000 (iki min) ABŞ dolları məbləğində pulu 4 ay müddətə geri qaytarmaq şərti ilə götürdüyünü və bunun müqabilində öz sosial kartını öz razılığı ilə ona verdiyini qeyd etmişdir. Yəni Cavabdeh1 İddiaçı 2000 ABŞ dolları pul götürmüş və həmin pulu verəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı həmin borcun tam ödənilmədiyini bildirir və cavabdehdən 2000 ABŞ dolları məbləğində pul tələb edir. Cavabdeh isə iddiaçıya 2000 ABŞ dolları məbləğində borcunu qaytardığını bildirərək iddianı qəbul etmir. Bununla yanaşı, cavabdeh iddiaçının iddia müddətini ötürdüyünü bildirir və bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Bundan başqa, “xxxx” BOKT ASC-in Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı kredit müqaviləsi bağlanmışdir. Həmin kredit müqavilələri sözügedən şəxslərin adına olmasına baxmayaraq kredit ödənişləri bəzi hallarda İddiaçı tərəfindən həyata keçirilmişdir. Hər iki kredit məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşmüşdür. (Əsas: X1 Palatasından əldə olunmuş Problemli kreditlərin kompensasiyasına dair xx xxx 2019-cu il tarixli sistem çıxarış). Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün 706.38 AZN kompensasiya məbləği hesablanmışdır. İddiaçı həm “xxxx” BOKT ASCin Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulu, həm də xxxxdan cavabdehlərin adına götürülmüş kredit məbləğlərinə münasibətdə ödənilmiş kompensasiyanı cavabdehlərdən tələb edir. Cavabdeh iddianı bu hissədə də qəbul etmir. İşin halından görünür ki, iddia tələbinin 2000 ABŞ dolları pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair hissəsi üzrə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə ünvanlanmış, cavabdeh tərəfindən dəlil olaraq iddia müddətinin tətbiqi barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət göstərilməmiş, bununla bağlı araşdırma aparılmamışdır. Halbuki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinin tərəflər arasında mövcud olmuş müqavilə üzrə əmələ gəlməsini vurğulamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qərarı çıxarılanadək verdiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini nəzərə almamış və ərizəyə münasibət bildirməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə Cavabdeh1 tərəfindən yazılmış iltizamda qeyd edilmişdir ki, “mən Cavabdeh1, İddiaçı 2 min dollar pul götürdüm və öz sosial kartımı öz razılığım ilə verdim. 4 ay müddətinə qaytarmaq şərtilə. 20.2015.11-ci ay” Göründüyü kimi, iltizam xx.xx.2015-ci il tarixdə verilmiş, öhdəliyin icra müddəti 4 ay müəyyən edilmişdir. Yəni öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, İddiaçı isə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, bununla da Mülki Məcəllənin 373.2-ci maddəsi ilə, müqavilə tələbləri üzrə təsbit edilmiş iddia müddətini dörd ay ötürmüşdür. İddiaçı iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin həmin ərizəsinə qiymət verməmişdir. Kollegiya hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı 2000 (iki min) ABŞ dolları məbləğində borc pul tələbinə dair iddiası üzrə iddia müddəti ötürüldüyündən, Cavabdeh1 iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi haqqında ərizəsi nəzərə alınaraq həmin tələbə iddia müddəti tətbiq edilməli və iddia həmin hissədə rədd edilməlidir. Bundan əlavə kollegiya iddia tələbinin “xxxx” BOKT ASC-in Zaqatala filialı tərəfindən cavabdehlərə kompensasiya şəklində verilmiş pulun iddiaçıya ödənilməsi ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətində vurğulandığı kimi, həqiqətən də “xxxx” BOKT ASC-in verdiyi məktub ilə ödəniş qəbzləri arasında ziddiyyət mövcuddur. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən də görünür ki, ödənişlər cavabdehlərin adından həyata keçirilmiş, həmin qəbzlərdə ödənişlərin cavabdehlərin adından iddiaçı tərəfindən həyata keçirilməsi barədə hər hansı qeyd aparılmamışdır. Lakin birinci instansiya məhkəməsi bu hala hər hansı münasibət bildirməmiş, yalnız cavabdehlərin əməllərində əsassız varlanma olmasını qeyd etməklə iddia tələbinin bu hissəsinin təmin edilməsi qənaətinə gəlmişdir. Ancaq birinci instansiya məhkəməsi hansı əsaslarla İddiaçı başqasının öhdəliyini icra etməsini, qeyd edilən öhdəliyin iddiaçı tərəfindən icra edilməsi üçün cavabdehlərin razılığının olub-olmamasını araşdırmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və yə öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “xxxx” BOKT ASC-in Zaqatala filialı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixində 00113/15 saylı və Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli 00159/15 saylı bağlanmış kredit müqavilələrinin hər ikisinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanin təsiri altına düşməsi və Cavabdeh1 adına olan kredit üçün 739.92 manat, Cavabdeh2 adina olan kredit üçün hesablanmış 706.38 manat kompensasiyanın krediti ödəyən İddiaçı çatmalı olması barədə mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia bu hissədə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o, hüquqi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, kreditlər cavabdehlərin adına olsa da, kompensasiya məbləği krediti ödəyən İddiaçı çatmalıdır. Kompensasiyanın iddiaçıya verilməsinin onu əsassız olaraq varlandıra biləcəyi fikri düzgün deyil. Əldə olunanın iddiaçıya verilməsinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) iddiaçı tələb olunan pulu cavabdehin əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya iddiaçıya qanuna əsasən (Fərmana uyğun olaraq) müqavilə tərəfi olaraq hesablanmışdır. Əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını iddiaçının xeyrinə tətbiq etmək üçün əsaslar ümumiyyətlə yoxdur. Çünki iddiaçının həmin vəsaiti alması üçün nə qanuni əsas, nə də müqavilə əsası mövcud olmamış, cavabdeh iddiaçını bu məqsədlə səlahiyyətləndirməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almamış, cavabdeh tərəfi əsassız varlanmış şəxs kimi qiymətləndirmiş və bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(102)-5480/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-48/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Cavabdeh1 “2000 (iki min) ABŞ dolları məbləğində borc pulun ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 bankla aparılmış əməliyyatlar nəticəsində əldə edilmiş kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-570/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-570/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver