Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-573/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)-125/2024 nömrəli qətnaməsindən iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh 22 fevral 2019-cu il tarixdən “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialında 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə əsasən direktor müavini vəzifəsində əmək fəaliyyətinə başlamış, cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, 08 oktyabr 2019-cu il tarixdən isə X14 və Emalı Zavodu filialında boş olan direktor vəzifəsinin icrası cavabdehə həvalə edilmişdir. 2020-2021-ci mövsüm illəri üzrə X14 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, ümumilikdə 491182,83 (dörd yüz doxsan bir min yüz səksən iki, 83) manat dəyərində ziyan məbləği müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin və 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə baxışı iclasında iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 22 fevral 2019-cu il tarixdən “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialında 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə əsasən direktor müavini vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 08 oktyabr 2019-cu il tarixdən isə X14 və Emalı Zavodu filialında boş olan direktor vəzifəsinin icrası cavabdehə həvalə edilmişdir. Cavabdeh vəzifə təlimatına imza ataraq 22 fevral 2019-cu il tarixdə direktorun vəzifələrinin və səlahiyyətlərinin, eləcə də, məsuliyyətlərinin qəbul edilməsini təsdiq etmişdir. Bununla yanaşı cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlaması üzrə “Caspian Consulting and Partners” kənar audit şirkəti tərəfindən X14 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X14 və Emalı Zavodu filialında 2020-ci il mövsüm ili üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlamalarına əsaslanaraq “Caspian Consulting and Partners” kənar audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X14 və Emalı Zavodu filialında 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020-ci mövsüm ili üzrə xampambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə X14 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat ümumilikdə 491182,83 (dörd yüz doxsan bir min yüz səksən iki, 83) manat dəyərində ziyan dəymişdir. Müəssisəyə ziyan vurulması ilə bağlı rəyin iddiaçı tərfindən “Caspian Consulting and Partners” kənar audit şirkətindən 2023-cü ilin sentyabr ayında təhvil alındığından cavabdehin iddia müddəti tətbiq edilməsi barədə müraciətinin əsassız olduğunu bildirmiş, cavabdeh tərəfin istinad etdiyi normativlərin olmamasının hazırki iddia tələbi üzrə müəssisəyə ziyan vurulmamasına dəlalət etmədiyini qeyd etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin və 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh 22 fevral 2019-cu il tarixdən “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialında 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə əsasən direktor müavini vəzifəsində əmək fəaliyyətinə başlamış, cavabdehlə həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, 08 oktyabr 2019-cu il tarixdən isə X14 və Emalı Zavodu filialında boş olan direktor vəzifəsinin icrası cavabdehə həvalə edilmişdir. “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlaması üzrə “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən 06 may 2022-ci il tarixdə X14 və Emalı Zavodu filialında istehsalatda aşkarlanan kənarlaşmaların auditi aparılmışdır. X14 və Emalı Zavodu filialında 2020-2021-ci il mövsüm ili üzrə maliyyətəsərrüfat fəaliyyəti araşdırılmış, “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin daxili audit yoxlamalarına əsaslanaraq “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən müvafiq rəy verilərək məsul şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş zərər müəyyən edilmişdir. Həmin rəydə göstərilmişdir ki, X14 və Emalı Zavodu filialında 2020-ci mövsüm ili üzrə avans vəsaitindən borc qalığı 53.580,84 manat, 2020-ci mövsüm ili üzrə xam pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xampambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat, 2020-ci mövsüm ili üzrə aqrotexniki vasitələrin işlənməsi üçün mexanizatorlara verilmiş dizel yanacağından onların hesabında qalan 76910,40 manat, 2021-ci mövsüm ili üzrə isə 8102,40 manat, mal-materialların əskik gəlməsinə görə 12740,50 manat, cəmi ziyan məbləği 629 776,47 manat təşkil edir. Beləliklə, 2020-2021-ci mövsüm illəri üzrə X14 və Emalı Zavodu filialının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılıb, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalı zamanı pambıq mahlıcının çıxımının təsdiq edilmiş normativdən aşağı faizlə sənədləşməklə istehsalata 667 083 kq kondisiya çəkidə xam pambıq normadan artıq silindiyinə görə 423 889,13 manat, 2020-ci mövsüm ili üzrə xam-pambığın emalından alınmış texniki çiyidin 272 766 kq əskik gəlməsindən 54553,20 manat ümumilikdə 491182,83 (dörd yüz doxsan bir min yüz səksən iki, 83) manat dəyərində ziyan məbləği müəyyən edilmişdir.
5. İddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu çatışmazlıqların zavodun direktor müavini, həmçinin də maddi məsul şəxs olan Cavabdeh qanunsuz hərəkətlərinə görə baş verdiyi qənaətinə gələrək cavabdehə qarşı dəymiş ziyan tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbüsü ilə həyata keçirilmiş audit yoxlamalarında ziyan məbləği müəyyən olunmuşdur. Lakin həmin ziyanın Cavabdeh təqsirinə görə baş verməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, 2020-ci il mövsümündə “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialında təchizatla bağlı bütün sahələrdə problemlər olmuşdur. Qəbul edilmiş xam pambıqda əskiklik müəyyən edilməmiş, məhkəməyə təqdim edilmiş normativin qanunauyğunluğu və qeyd edilən normativin Bərdə PİEZ filialına rəsmi təqdim edilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.
7. Bundan başqa, Cavabdeh 22 fevral 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci hissəsinin “b” bəndinə əsasən öz vəzifəsini yerinə yetirərək iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə Filialda pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmadığı, tayaların asfalt örtüyün deyil, torpağın üzərində olduğu, kabel və brezent örtüklərlə zavodun tam təmin edilmədiyi, məntəqədə tərəzinin işləmədiyi, emal sahəsində çatışmayan avadanlıqların təmin edilməməsi barədə müraciətlər etmişdir. Eyni zamanda çiyidin vəziyyəti ilə bağlı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciətlər göndərilmişdir
8. Bu barədə xx.xx.2021-ci il tarixli 126 saylı, xx.xx.2021-ci il tarixli 143 saylı, xx.xx.2021-ci il tarixli 210 saylı, xx.xx.2021-ci il tarixli 247 saylı, xx.xx.2021-ci il tarixli 250 saylı, xx.xx.2021-ci il tarixli 332 saylı, xx.xx.2021-ci il tarixli 448 saylı yazılı məktublarla, habelə X14 və Emalı Zavodunun fəaliyyətinin monitorinqi nəticəsində "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışda məlumatlar verilmişdir. Buradan da görünür ki, X14 və Emalı Zavodu filialında aşkar edilmiş maddi ziyan, yəni iddiaçı hüquqi şəxsə dəymiş ziyan Cavabdeh rəhbər olduğu zavodun təminat məsələlərində olan problemlərlə (inventar, mal, material, avadanlıq, ehtiyat hissələri çatışmazlığı ilə və s.) əlaqədar olmuşdur.
9. Bu hal məhkəmə iclasında iş materiallarına əlavə edilmiş fotoşəkillər tədqiqi zamanı bir daha sübut olunmuşdur. Belə ki, fotoşəkillərə baxış keçirilərkən məlum oldu ki, torpaq səthin üstündə qurulmuş və standartlara cavab verməyən pambıq tayaları yağış və qar sularının və palçığın içərisində qalmışdır.
10. Hazırda da, cavabdeh qeyd edilən problemlərdən (inventar çatışmazlığından və s.) dolayı onun təqsiri olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında göstərdikləri onun tələbdən yayınması halı kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh, iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən 2 il əvvəl lazımı qaydada tədbir görülməsi üçün iddiaçı “X13 X5 Cəmiyyətinə müraciət etmişdir (müraciətlərin edildiyi monitoriq Arayışı ilə və yuxarıda istinad edilən məktublarla sübut olunur).
11. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə (cavabdehin qanunsuz hərəkətləri ilə ziyan vurulması) razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim edilmiş 23 dekabr 2021-ci il tarixli akt və 06 may 2022-ci il tarixli auditor rəyi isə sadəcə dəymiş ziyanın məbləği ilə bağlı hesablamalardan ibarət olduğundan məhkəmə həmin sənədləri ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübut kimi qəbul etmir. X14 və Emalı Zavodunun əmtəəşünası X8 və baş laborantı X1 “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yoxlama kommissiyasına ünvanladığı xx.xx.2021-ci il tarixli izahatlarla, xam pamblğın 2020-ci ilin mövsümünda qəbulu zamanı taya yerləri olmadığı üçün Zavodda 5 (beş) ədədi Cəyirli məntəqəsində 24 (iyirmi dörd) ədəd cəmi 29 (iyirmi doqquz) ədəd yerdən taya yeri (bunt) düzəltməklə xam pambığı yerdən yığmağa məcbur olduqlarını, Zavodda 5 (beş) ədəd, Cəyirli məntəqəsində 12 (on iki) ədəd, cəmi 17 (on yeddi) ədəd xam pambıq yığılmış tayanın (buntun) çadır olmadığı üçün üstləri uzun müddət günlü va yağışlı havalarda açıq qaldığını, bunun nəticələrində xam pambığın aşağı (alt) torpağa yığılan hissəsi va üst (yuxarı hissədə yağışın yağmasından nəm qalmaqla keyfiyyətini itirməklə müəyyən qədər xarab olduğunu, fermerlərdən qəbul edilmiş 3-4 min tona yaxın maşınla yığılan xam pambıqların gecə çox nəmli (şehli) va pambıq kollarının dərmanlanmasından az müddət keçəndən sonra yarpaqlar yaxşı tökülməmiş yığılaraq birlikdə va maşınla yığılacaq sahələrin hazırlanması aparılmadan, yani alaqları təmizlənməmiş alaq otları ila birlikdə yığılaraq qebul etdiklərindən xam pambığın keyfiyyatli saxlanmamasına va tayada xarab olmasına səbəb olduğunu bildirmişdir. O, həmin izahatında eyni zamanda müharibə vaxtı xam pambığın qəbulunda çox çətinlik olduğunu, fermerlərdən xam pambığı qəbul etmədikda onlar xam pambığı çox pis yığılmış alaqlı, qərzəkli, sulu gətirdiklərini, həmin xam pambığın saxlanmasında problemler yarandığından keyfiyyətli saxlamaq olmadığını, keyfiyyətini itirdiyini, yerdən yığılmış xam pambıqların xarab olaraq çürüdüyünü, yerdən yığılmış tayaların (buntların) yağış yağan vaxtı alt (aşağı) hissələrinə yağış suları keçdiyini, üst (yuxarı) hissələrin də yağış sularında islandığını, nəm halda qalaraq qaraldığından xam pambıq emala verildikdə istehsalat tapşırıqlarının yazılmasında olan çəkilər, xam pambığın bunt üzrə olan çəkisi ilə, yəni fermerlərdən qəbul olunmuş fiziki va kondisiya çəkiyə əsaslanaraq yazılmaqla emaldan alınan məhsulların çıxım faizlərinin hesablandığını bildirmişlər. Bu hal da, maddi ziyanla bağlı cavabdehin təqsirinin olmadığı bir daha sübut edir. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23 avqust 2007- ci il tarixli əmri ilə təsdiq edilmiş “Xam-pambığın yığılması və Tədarükünə dair” Təlimatın 18.4.4. bəndinə əsasən zavodda koplektləşdirilmiş pambıq dəstləri istehsalata 28-XL formalı istehsalat tapşırıqları əsasında silinir.
12. İş materialları araşdırılarkən həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsinə, 22 fevral 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına uyğun olaraq Cavabdeh işəgötürəni, yəni iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətini himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi, pambığın keyfiyyətli qəbulu və tayalara yığılıb saxlanılması üçün lazımı tədbirlər görülməsi barədə məlumatlandırmış, qanunsuz olaraq himayəsində olan maddi dəyərlilərə ziyan gətirməmiş, avadanlıqların və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini təşkil etmək üçün tədbirlər görmüşdür. Cavabdeh göstərilənlər barədə iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat versə də, iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Buradan da, görünür ki, iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan dəyməsində Cavabdeh təqsiri yoxdur və iddiaçı təşkilata dəymiş ziyan cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməmişdir.
13. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır.
14. İş materiallarından bəlli olmuşdur ki, iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona ziyan vurulmasını iki ilə yaxın müddətdir ki, aşkar etmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar iddiaçı təşkilata ziyanın vurulması haqqında iddiaçı təşkilat tərəfindən 23 dekabr 2021-ci il tarixli akt tərtib edilmiş və 06 may 2022-ci il tarixli auditor rəyi (rəy iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir), 19 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış alınmış, lakin iddia müddətini ötürdükdən sonra, yəni 19 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)-125/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia rədd olunmuş, iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 2020 və 2021-ci mövsüm illəri üzrə ümumilikdə 491.182 (dörd yüz doxsan bir min yüz səksən iki) manat 83 (səksən üç) qəpik zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, mülki işə baxarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1348 (bir min üç yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumunun iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə istinad etmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 22 fevral 2019-cu il tarixli 013/F saylı əmək müqaviləsi 22 fevral 2019-cu il tarixli xxxxxxx000300 №-li Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişi 22 fevral 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə 13 aprel 2022-ci il tarixli xxxxxxx0003X0 №-li Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi 0454167 saylı Əmək kitabçasının surəti 23 dekabr 2021-ci il tarixli akt “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialında məsul şəxslərin hərəkət və hərəkətsizliyi ilə dəymiş zərərin müəyyən edilməsi haqqında “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən aparılmış audit yoxlaması üzrə 06 may 2022-ci il tarixli rəylər X14 və Emalı Zavodunun işçilərinin “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yoxlama Komissiyasına ünvanladığı izahatlar "xxxx" ASC-nin törəmə müəssisəsi olan “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialında aparılmış monitorinqin nəticələri barədə xx.xx.2021-ci il tarixli arayış "xxxx" ASC-nin maliyyə nəzarəti şöbəsinin aparıcı mütəxəssisi Hatəm İbayev, “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun nümayəndəsi Rasim Rəsulov, X14 və Emalı Zavodu filialının əməkdaşları Vüqar Ağayev, Şəmil Əhmədov və Solmaz İmamverdiyeva tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlar “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X14 və Emalı Zavodu filialının direktor vəzifəsini icra edən Cavabdeh, baş mühasib V.Ağayev, əmtəəşünas M.Əsgərovun “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəhruz Camalova ünvanladığı xx.xx.2021-ci il tarixli 126 saylı, xx.xx.2021-ci il tarixli 143 saylı, xx.xx.2021-ci il tarixli 210 saylı, xx.xx.2021-ci il tarixli 247 saylı, xx.xx.2021-ci il tarixli 250 saylı, xx.xx.2021-ci il tarixli 332 saylı, xx.xx.2021-ci il tarixli 448 saylı məktublar “X13 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalovun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X12 Mühafizə və X16-Tədqiqat İnstitutunun rəhbərliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli 687/19 saylı məktub Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X12 Mühafizə və X16-Tədqiqat İnstitutunun rəhbərliyinin “X13 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalova ünvanladığı xx.xx.2019-cu il tarixli 08-372 saylı məktub X14 və Emalı Zavodunun əmtəəşünası X4 “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yoxlama kommissiyasına ünvanladığı xx.xx.2021-ci il tarixli izahatlar “AF Audit” şirkəti tərəfindən aparılmış 12 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəy "xxxx" MMC-nin direktor müavini A.Qədirovun və Baş mühəndisi H.Qafarovun iştirakı ilə tərtib olunmuş 06 noyabr 2020-ci il tarixli aktdan və bu aktla bağlı Filialda əmtəəşünas işləmiş M.Əsgərov tərəfindən xx.xx.2023-cü il tarixdə “AF Audit” şirkətinə verilmiş izahat “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış
18. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə təqdim edilmiş materiallardan görünür ki, cavabdeh əmək fəaliyyəti dövründəki hərəkət və ya hərəkətsizliyi nəticəsində cəmiyyətə ziyan vurmuşdur. Ziyanın vurulmasını təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə öz qətnaməsində ziyanın vurulmadığını qeyd etmişdir. Cavabdeh zərərin vurulmamasının təsdiqi olaraq, pambığın ilkin kondisiya çəkisinin düzgün hesablanmadığını bildirmiş və “AF Audit” şirkəti tərəfindən aparılmış 12 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatını təqdim etmişdir. Halbuki, pambığın ilkin kondisiya çəkisi "X13 Kompleksi" MMC-nin normativlərinə əsasən hesablanmışdır. Açıq-aşkar xüsusi bilik tələb edən məsələdə məhkəmənin ekspertiza təyin etmədən qərar verməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə dəfələrlə vəsatət verməyinə baxmayaraq, pambıq mahlıcının çıxım faizinin, çiyidin çəkisinin hesablanmasına dair nə ekspertiza təyin etmiş, nə mütəxəssis rəyi almışdır, nəticədə də, nəticə üçün əhəmiyyətli olan hal tam araşdırılmamış və xüsusi bilik tələb edən mövzuda bir-birinə zidd iki auditor rəyinin hansının daha düzgün olmasına dair məhkəmə öz mülahizəsinə uyğun qərar vermişdir.
20. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)- 125/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulmuş 491.182,83 (dörd yüz doxsan bir min yüzsəksən iki, 83) manat zərərin əvəzinin və 1348,49 (bir min üç yüz qırx səkkiz, 49) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin əməllərində cinayətin əlamətlərinin mövcud olması səbəbindən bu barədə xüsusi qərardad qəbul edilməsinə dair barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)-125/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 3-cü maddəsinin 9-cu bəndinə görə əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10-cu maddəsində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələri sırasındadadır (“a” bəndi). 43-cü maddəsinə görə işçinin əmək funksiyası əmək müqaviləsində mütləq göstərilməlidir. 44-cü maddəsinə əsasən isə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. İddiaçı Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)-125/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2021-ci il tarixli 126 saylı, xx.xx.2021-ci il tarixli 143 saylı, xx.xx.2021-ci il tarixli 210 saylı, xx.xx.2021-ci il tarixli 247 saylı, xx.xx.2021-ci il tarixli 250 saylı, xx.xx.2021-ci il tarixli 332 saylı, xx.xx.2021-ci il tarixli 448 saylı yazılı məktublarla, habelə X14 və Emalı Zavodunun fəaliyyətinin monitorinqi nəticəsində "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışda Cavabdeh tərəfindən iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə filialda pambıq tayaları qurulması üçün kifayət qədər standartlara cavab verən taya yerlərinin olmadığı, tayaların asfalt örtüyün deyil, torpağın üzərində olduğu, kabel və brezent örtüklərlə zavodun tam təmin edilmədiyi, məntəqədə tərəzinin işləmədiyi, emal sahəsində çatışmayan avadanlıqların təmin edilməməsi barədə müraciətlər edilmişdir. Kollegiya bildirir ki, baxılan mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən cavabdehin iddiaçı ilə bağladığı müqavilədə müəyyən olunaraq icrası ona həvalə edilmiş öhdəlikləri lazımınca icra etmişdir. Göründüyü kimi, “X13 Kompleksi” MMC və Cavabdeh arasında bağlanmış 22 fevral 2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin “b” bəndinə uyğun olaraq cavabdeh öz vəzifəsini yerinə yetirərək işəgötürənə dəfələrlə rəsmi şəkildə məlumat vermişdir. Belə ki, X14 və Emalı zavodundakı problemlərin aradan qaldırılması üçün onun zəruri olan avadanlıqlarla təmin edilməsi xahiş edilmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Lakin, məhkəməyə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktub göndərilərək göstərilmişdir ki, mütəxəssis tərəfindən məhkəmənin qərardadında göstərilən sualların spesifik xarakterli olduğu, yəni sırf auditin işi olduğu, o cümlədən kənd təsərrüfatı-bitkiçilik sahəsində fəaliyyət göstərən mütəxəssisə aidiyyəti olmadığı qənaətinə gəlinməklə, məhkəmənin qərardadında göstərilən sualların cavablandırılması ilə bağlı mütəxəssis rəyinin təqdim edilməsinin mümkün olmayacağı bildirildi. Mülki işin materiallarının 1-ci cildinin 19-27-ci vərəqlərində “Caspian Consulting and Partners” audit şirkəti tərəfindən verilmiş 06 may 2022-ci il tarixli Auditor Rəyi (Hesabatı) və işin materiallarının 2-ci cildinin 38-44-cü vərəqlərində “AF Audit” şirkəti tərəfindən aparılmış 12 oktyabr 2023-cü il tarixli müstəqil audit hesabatı üzrə rəy yer alır. Göründüyü kimi, ekspert rəyi alınması üçün qoyulan sualların cavabları qeyd olunan audit hesabatlarında mövcuddur.
31. Qeyd edilənlərlə yanaşı, kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnamədə eyni zamanda göstərmişdir ki, iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona ziyan vurulmasını iki ilə yaxın müddətdir ki, aşkar etmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar iddiaçı təşkilata ziyanın vurulması haqqında iddiaçı təşkilat tərəfindən 23 dekabr 2021-ci il tarixli akt tərtib edilmiş və 06 may 2022-ci il tarixli auditor rəyi (rəy iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir), 19 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış alınmış, lakin iddia müddətini ötürdükdən sonra, yəni 19 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür. Bununla əlaqədar kollegiya qeyd edir ki, məhkəmə iddia müddətinin ötürülməsini göstərsə də, iddia tələbini idddia müddəti tətbiq etməklə rədd etməsini göstərməmişdir. Kollegiya hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq yekunda düzgün qətnamə qəbul edilmişdir ki, formal əsaslarla qətnamənin ləğv edilməsi doğru olmazdı. Qətnamənin ləğvi həm də qənaətçilik baxımından düzgün sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir.
32. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)-125/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tаrixli 2(039)-125/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.