Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-576/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı cavabdehlər tərəfindən evinə gedən yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1954-cü ildə Ağsu rayonunun Ülgüc kəndində anadan olmuşdur. Uzun illər valideyinləri ilə çiyin-çiyinə Ağsu rayonu M.Qasımov adına kolxozda çalışmışdır. Həmin illərdə, konkret olaraq 1989-cu ildə kolxozun idarə heyətinin qərarı ilə mərhum atasının qonşuluğunda ev tikmək üçün ona topaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Ağsu rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli qərarı ilə 4 nəfərdən ibarət ailə üzvlərinin adına rəsmiləşdirilərək “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Torpağın ayrıldığı 1989cu il tarixdən həmin torpaq sahəsində ev tikib yaşayır. Bu illər ərzində evinə gedib-gəldiyi bir yol olmuşdur ki, həmin vaxtdan bu günə kimi istifadə edir. Bu günlərdə həmin yol bərbad olduğundan, qarlı-yağışlı havalarda palçıq olduğundan və uşaqların məktəbə belə çətinliklə gedib-gəldiklərindən çınqıl tökmək qərarına gəldi. Gözləmədiyi halda bu zaman həmkəndliləri olan cavabdehlərin etirazı ilə qarşılaşdı. Həmin yolun onların pay torpaqlarına aid olduqlarını israr etməklə istifadə etdiyi yolun çınqıl tökərək abadlaşdırılmasina imkan vermədilər. Özü və ətraf camaat bu yoldan istifadə olunan zaman hələ pay torpaqlarının belə bölünmədiyini onlara izah etməyə çalışsa da bunu anlamaq istəmədilər. Hətta onunla və ailəsi ilə mübahisə edərək onları bizi münaqişəyə cəlb etməklə hər iki tərəf Ağsu rayon Polis şöbəsinə müraciət etməli oldu. Ağsu rayon Polis şöbəsində ilkin təhqiqat aparılaraq mübahisənin mülki xarakterli olduğunu nəzərə alaraq aidiyyəti üzrə məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. İddiaçı vəkili Vəkil1 da birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Ağsu Rayon Məhkəməsinin (hаkim Etibar Hümbətov) 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 və X2 İddiaçı evinə gedən yoldan istifadəyə yaradılan maneələri aradan qaldırmaları qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehlər ümumi istifadədə olan 5 metr enində torpaq yoldan istifadəni məhdudlaşdırmaqla iddiaçının hüquqlarını pozduğundan, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilərək, ümumi istifadədə olan torpaq yoldan iddiaçının sərbəst istifadə hüququnun təmin olunması ilə əlaqədar cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.
8. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 18, 20, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 175.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-112/2022 saylı iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2(107)-112/2022 saylı qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən kassasiya şikayəti verilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-452/2023 saylı qərarı ilə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-112/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 452/2023 saylı qərarında göstərilmişdir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti məhz Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəyinin alınmadığı, belə bir rəyin yalnız məhkəmənin sorğusu əsasında alınmasının mümkünlüyü ilə əsaslandırılmış və sonuncu bununla bağlı xərcləri ödəməyə hazır olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı şikayət vermiş şəxs məhkəməyə eyni məzmunlu yazılı vəsatət də təqdim etmişdir.
15. İşin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etməklə, ekspertizanın keçirilməsinə "xxxx" MMC-nin mütəxəssislərini cəlb etmişdir.
16. “X9” MMC-nin 20 yanvar 2022-ci il tarixli, 574 saylı rəyi məhkəməyə daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsi həmin rəyi ekspert rəyinin verilməsi zamanı istifadə olunması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Lakin Mərkəz tərəfindən rəy verilməsindən imtina edilmiş və məhkəməyə ünvanlanmış məktubla bildirilmişdir ki, ekspertizanın aparılmasına cəlb edilmiş “X9” MMC-nin baza məlumatları və koordinatlara çıxışı olmadığından, onun təqdim etdiyi sənəd mötəbər olmayan mənbə hesab olunur. Müqayisəli tədqiqat üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatları təqdim edildiyi halda ekspertizanın aparılması mümkün ola bilər.
17. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının mütəxəssis rəyi üçün tələb olunan pul vəsaitinin ödənilməsinə maddi imkanının olmadığı barədə ərizəsini nəzərə alaraq, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə rəy verilmədən, “X9” MMC-nin rəyi əsasında işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
18. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, yəni mübahisənin mahiyyəti üzrə düzgün həlli üçün xüsusi biliklər tələb olunduğu barədə qənaətə gəlmişsə, səlahiyyətli orqanlar tərəfindən verilmiş belə rəyin alınması mümkün olmadığı halda, məhkəmə mübahisənin həlli ilə bağlı mövqeyini işin hallarına, mübahisəyə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmalıdır.
20. Baxılan iş üzrə məhkəmələr iş üzrə mübahisəli hallara aydınlıq gətirmək üçün mübahisəli torpaq sahələrinin tərəflərin adlarına sənədləşdirilməsi zamanı onun ayırmasına, qeydə alınmasına və bununla bağlı baza məlumatlarının tərtib edilməsinə və qorunmasına məsul olan dövlət orqanlarını işə cəlb etməmiş, tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə işdə olan mübahisəli hallarla bağlı həmin orqanların rəy vermələri üçün prosessual qanunvericiliklə yol verilən zəruri prosessual hərəkətləri etməmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri təkrarlamış, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə səlahiyyətli orqanın rəy verməkdən məhz ekspertizanın aparılmasına cəlb edilmiş “X9” MMC-nin təqdim etdiyi sənədin qeyri-mötəbər olması əsası ilə imtina etməsinə baxmayaraq, mübahisəni həmin MMC-nin verdiyi rəy əsasında həll etmişdir.
22. Qeyd edilənləri nəzərə alaraq, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə tərəfindən iclasın keçirilməsi vaxtı haqqında o, məlumat ala bilmədiyindən iclasda iştirak edə bilməmişdir.
25. Qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. Mübahisəli yol onun və digər pay torpaq qonşularının pay torpaqlarına gedən yoldur. Həmin yolun qarşısına əvvəllər xəndək çəkilərək bağlı olmuş, lakin sonradan onların pay torpaqlarına əkin, biçin üçün selka, kombaynın getməsi üçün hazırda həmin mübahisəli yolu özləri açmışdır, hansı ki, oradan əvvəllər heç bir işlək yol olmamışdır, bu yol birbaşa onların pay torpaq sahələrinin baş tərəfinə girir. Ən əsası budur ki, bu yol onların pay torpaqları ərazilərinə aiddir. Hüseynovların isə əslində həmin yoldan istifadə etməyə hüququ yoxdur. Onların yaşadığı evin həyətinə uzun illərdən bəri birbaşa çınqıl yol salınıb və bu günə qədər həmin yoldan istifadə edilir. İddiaçı oğlunun və özünün evinə gedən yola maneə yaradan öz həyətində tikdiyi tövləsidir.
26. Mübahisəli hala onun və ailə üzvlərinin JN-0088, KOD ********* olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və həmçinin İddiaçı JN-079Q, KOD 40901018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndində göstərilən torpaq sahəsi-Dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri digər göstəriciləri mütəxəssis tərəfindən müəyyən edilməli olduğu halda, bunlar edilmədən bələdiyyənin hansısa əsaslandırılmamış sənədi əsasında qətnamə çıxarılmışdır. Bununla da maddi hüquq normaları pozulmuşdur.
27. Odur ki, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçının tələblərinin rədd edilməsi, Ağsu rayonu Ülgüc kənd sakini İddiaçı ona qarşı qaldırdığı əsassız iddia tələbi nəticəsində ona vurduğu maddi ziyan: 200 manat vəkil xidmətinə ödənişi, ən azı 2 dəfə Şəki Apellyasiya Məhkəməsinə gedib-gəlməyinə çəkəcəyi 200 manat yol xərci, 15 manat dövlət rüsumuna görə ödənişi, cəmi 415 manat və ƏMDX tabeliyində DƏKÜRX və YQLTM MMC-nin mütəxəssisinə çəkəcəyi xərclərin İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı apellyasiya şikayətinə etirazında Cavabdeh1 apellyasiya şikayətini təmin etməyərək, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.3-ci maddəsinə görə, əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1- ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. “X7rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)- 110/2021 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, mübahisənin predmeti bölünməz deyildir və onun digər cavabdehin adından çıxış etməsi üçün müvafiq səlahiyyəti yoxdur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 saylı qətnaməsi qismən, yəni, iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 tərəfindən İddiaçı evinə gedən yoldan istifadəyə yaradılan maneənin aradan qaldırması hissəsində iddia tələbi rədd edilməlidir.
43. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı əsasında İddiaçı və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu rayonu Ülgüc kəndində yerləşən 0.13 ha torpaq sahəsi, həmin torpaq sahəsinə dair isə JN 079Q KOD 40901018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmçinin Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı əsasında Cavabdeh1 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmin torpaq sahəsinə dair isə JN 0088 KOD 40901018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı iddia tələbində mülkiyyətində olan torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulan yoldan istifadəsinə Cavabdeh1 tərəfindən maneçilik törədildiyini göstərsə də məhkəmə kollegiyasının araşdırması zamanı İddiaçı fərdi yaşayış evinə gedən yoldan istifadəsinə Cavabdeh1 tərəfindən maneçilik yaradılması halı müəyyən edilməmişdir.
45. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
46. Belə ki, apellyasiya şikayətinin Dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri digər göstəriciləri mütəxəssis tərəfindən müəyyən edilməli olduğu halda, bunlar edilmədən bələdiyyənin sənədi əsasında qətnamə çıxarılmasına dair dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən İddiaçı evinə gedən yoldan istifadəyə maneələrin yaradılıbyaradılmasının müəyyən edilməsi, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
47. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 10/70593-16-16/2-10/6875 nömrəli ekspert rəyində göstərilir ki: Ağsu rayonu Ülgüc kəndində yerləşən, İddiaçı və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə verilmiş və JN 079Q KOD 40901018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.13 ha torpaq sahəsində yerləşən evinə yol Ağsu rayonu Ülgüc kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsində (DWJ məlumatları - torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə) nəzərdə tutulmuşdur. Lakin elektron baza məlumatlarında mövcud olan Ağsu rayonu Ülgüc kəndinə aid “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada mövcud istifadəçilik arasında uyğunsuzluq olduğundan layihədə nəzərdə tutulmuş yolun naturada yerini dəqiq müəyyən etmək mümkün deyildir;
48. Ağsu rayonu Ülgüc kəndində yerləşən X6 və 2 2 üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarx 09 nömrəli qərarı ilə verilmiş və JN-0088 KOD 40901018 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.05 ha hissəsinin (mübahisəli yolun keçdiyi hissə) elektron məlumat bazasına əsasən yerləşmə mövqeyi və naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlar müəyyən edilmişdir. Elektron məlumat bazasına əsasən mülkiyyətə verilmiş torpaq sahələrinin yerləşmə mövqeyi ilə naturada faktiki istifadəçilik arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Dövlət aktı əsasında mülkiyyətçilərə verilmiş torpaq sahələrini naturaya köçürdükdə torpaq sahələrinin bir hissəsi fərdi yaşayış evlərinin üzərinə və eyni zamanda mübahisəli yolla üst-üstə düşür. Rəyə əlavə olunmuş ortofoto görüntülərində həmin uyğunsuzluqlar öz əksini tapmışdır;
49. İddiaçı açılmasını tələb etdiyi sözügedən yol JN- 0088 KOD 40901018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 və JN- 0091 KOD 40901018 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasında mülkiyyətçilərə verilmiş torpaq sahələrini naturaya köçürdükdə torpaq sahələrinin bir hissəsi fərdi yaşayış evlərinin üzərinə və eyni zamanda mübahisəli yolla üst-üstə düşür. Rəyə əlavə olunmuş ortofoto görüntülərində həmin uyğunsuzluqlar öz əksini tapmışdır. İddiaçı açılmasını tələb etdiyi sözügedən yol naturada mövcuddur;
50. Ağsu rayonu Ülgüc kəndində yerləşən İddiaçı naturada faktiki istifadesindeki fərdi yaşayış evinə gedən yol naturada mövcuddur və cavabdehlər tərəfindən tutulmamışdır.
51. Kollegiya qeyd edir ki, 19 oktyabr 2023-cü il tarixli, 10/70593-16-16/2-10/6875 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı naturada faktiki istifadesindeki fərdi yaşayış evinə gedən yoldan istifadəyə Cavabdeh1 tərəfindən maneə yaradılmamışdır.
52. Bu baxımdan iş materiallarında olan “X9” MMC-nin 20 yanvar 2022-ci il tarixli 574 saylı mütəxəssis rəyində İddiaçı açılmasını tələb etdiyi sözügedən yolun yerləşdiyi ərazinin JN 0088 KOD 40901018 nömrəli Totpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməməsinə dair qeyd edilənlər, məhkəmə kollegiyasının qəbul etdiyi qərarın icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 avqust 2023-cü il tarixli müşaiyət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş mütəxəssis rəyi ilə təkzib edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 10/70593- 16-16/2-10/6875 saylı ekspert rəyi ilə müəyyən edilən hallar da “X9” MMC-nin 20 yanvar 2022-ci il tarixli 574 saylı mütəxəssis rəyində qeyd edilənlərlə deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası “X9” MMC-nin 20 yanvar 2022-ci il tarixli 574 saylı mütəxəssis rəyinə tənqidi yanaşır və mübahisənin həllində həmin rəyə istinad edilməsini mümkün hesab etmir.
53. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 tərəfindən evinə gedən yoldan istifadəyə maneə yaradılması barədə göstərdikləri, digər sübutlarla təsdiqini tapmadığı halda özlüyündə iddianın təmin edilməsi üçün yetərli sayıla bilməz. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 10/70593-16-16/2-10/6875 nömrəli ekspert rəyi ilə iddiaçının istifadəsinə maneələrin aradan qaldırılmasını tələb etdiyi yol sahəsinin Dövlət aktı əsasında Cavabdeh1 digərləri ilə ümumibirgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsi, eyni zamanda Ağsu rayonu Ülgüc kəndində yerləşən İddiaçı naturada faktiki istifadəsindəki fərdi yaşayış evinə gedən yolun naturada mövcud olmaqla Cavabdeh1 tərəfindən tutulmaması müəyyən edilmişdir.
54. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
56. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 10/70593-16-16/2-10/6875 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
58. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddianı Cavabdeh1 yönəlmiş hissədə təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə məhkəmə tərəfindən iclasın keçirilməsi vaxtı haqqında məlumatlandırılmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan məhkəmə bildirişlərindən göründüyü kimi digər proses tərəfləri ilə yanaşı Cavabdeh1 bütün məhkəmə iclasılarının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. Həmçinin işdə olan məhkəmə iclas protokollarından göründüyü kimi Cavabdeh1 birinci instansiya məhkəməsində keçirilən 20 noyabr 2020, 18 fevral 2021, 11 mart 2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak etmiş, 11 mart 2021-ci il tarixdə iş üzrə məhkəmə araşdırması başa çatdıqdan sonra məhkəmə müşavirəyə getmiş və 18 mart 2021-ci il tarixdə məhkəmə müşavirədən qayıtdıqdan sonra qətnamə elan edilmişdir.
60. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələlər də həll edilməlidir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti üçün 15 manat dövlət rüsumunu ödəməsinə baxmayaraq, işə baxılan dövrdə hazırkı iddia tələbi üçün 10 manat dövlət rüsumunun, hazırda isə apellyasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsinə ödənilməsi nəzərdə dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə qanunvericilikdə nəzərdə tutulmuş həddə, yəni 5 manat dövlət rüsumu tutulmalıdır.
62. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətini qismən əsaslı hesab etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində və iddia tələbini Cavabdeh1 qarşı hissədə əsaslı hesab etmədiyindən, apellyasiya şikayətində tələb etməklə bərabər buna dair zəruri sənədlər əlavə etdiyindən 200 manat vəkilə ödənilmiş xərc, apellyasiya şikayəti üçün ödənilmiş 15 manat dövlət rüsumunun 5 manatı İddiaçı tutulub, Cavabdeh1 ödənilməli, iş üzrə məhkəmə kollegiyasının iclasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə xərci olaraq tələb etdiyi Şəki Apellyasiya Məhkəməsinə gedib-gəlməyi ilə bağlı 200 manat yol xərcinə dair məhkəmə kollegiyasına hər hansı bir sənəd, ƏMDX tabeliyində DƏKÜRX və YQLTM MMC-nin mütəxəssisinə məhz hansı məbləğdə çəkdiyi xərci iddiaçıdan tələb etməsinə dair isə məhkəmə kollegiyasına dəqiqləşdirilmiş bir ərizə təqdim etməmişdir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin edilmiş, Cavabdeh1 İddiaçı evinə gedən yoldan istifadəyə yaradılan maneələri aradan qaldırması hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 tərəfindən İddiaçı evinə gedən yoldan istifadəyə yaradılan maneənin aradan qaldırması hissəsində iddia tələbi rədd edilsin. Cavabdeh1 vəkil xidmətinə görə ödədiyi 200 manat və dövlət rüsumuna görə ödənilmiş 5 manat İddiaçı tutulub Cavabdeh1 ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.