Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-577/2025 16.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı xxxxnın Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair 2(033)-780/2017 nömrəli mülki iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780/2017 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(033)-780/2017 nömrəli qətnaməsi ilə iddiaçı xxxxnın Cavabdeh qarşı “bank krediti müqaviləsindən yaranmış vaxtı keçmiş əsas kredit borcunun, kreditdən istifadəyə görə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış penyanın, iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borca hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, hesablanan penyanın və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin Qətnamə qanuni qüvvəsini alaraq, müvafiq qaydada icraya yönəldilmiş və Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2018-ci il tarixli qərarla Zaqatala Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(033)-780/2017 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır (iş vərəqi: 55). Zaqatala Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(033)-780/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 18 mart 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780/2017 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(033)-780/2017 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardadda birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması - apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün müvafiq vəsatətin verilməməsi ilə əsaslandırılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780\2017 nömrəli qərardadını ləğv edib, apellyasiya şikayətinin mümkün hesab olunmasını, əks halda şikayətin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780\2017 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780\2017 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)- 780\2017 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, 2(033)-780/2017 nömrəli mülki işin materialları ilə müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(033)-780/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq, müvafiq qaydada icraya yönəldilmiş və Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2018-ci il tarixli qərarla həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır (iş vərəqi: 55). Cavabdeh tərəfindən həmin Qətnamədən apellyasiya şikayəti isə 18 mart 2025-ci il tarixdə, yəni qətnamə qəbulundan təxminən 8 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Lakin, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün müvafiq vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü Mülki-Prosessual Məcəllədə bir aylıq müddət müəyyən olunmuş (maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda isə, onun məhkəmə qaydasında bərpa edilməsi imkanları da nəzərdə tutulmuşdur (maddə 133). Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780\2017 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(033)-780\2017 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-577/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-577/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver