Məhkəmə qərarları › İş №2(107)-58/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-58/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-58/2022 03.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(039)–695/2021 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı "BOKT "xxxx" MMC ilə Cavabdeh1 Tanrıverdi oğlu arasında 07 avqust 2014cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 29% ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmiş, Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 ilə bank arasında həmin müqavilə üzrə 07 avqust 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "BOKT "xxxx" MMC-nin nümayəndəsi X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 Tanrıverdi oğlundan və Cavabdeh3 2041.77 AZN əsas, 1268.81 AZN manat faiz, cəmi 3310.58 AZN borcun və 20 (iyirmi manat 40 qəpik nəbləğində dövlət rüsumunun müştərək qaydada alınaraq bankın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli məhkəmə əmri ilə ərizəçi "xxxx" MMC-nin tələbi təmin edilmişdir. Cavabdeh1 Tanrıverdi oğlu məhkəməyə etiraz ərizəsi verərək, 19 yanvar 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərarı ilə həmin məhkəmə əmri ləğv edilmiş və ərizə mahiyyəti üzrə işə baxılması üçün təyin edilmişdir. Cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlu, Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin mülahizəsini nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçi "BOKT "xxxx" MMC-nin nümayəndəsi Fəqan Səlimov ərizəni müdafiə edərək bildirdi ki, iddiaçı "BOKT "xxxx" MMC ilə Cavabdeh1 Tanrıverdi oğlu arasında 07 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 29 % ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmiş, Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 ilə bank arasında həmin müqavilə üzrə 07 avqust 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu Cavabdeh1 Tanrıverdi oğlu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 Tanrıverdi oğlunun 07 avqust 2014-cü il tarixə kredit müqaviləsi üzrə 2041.77 AZN əsas, 1268.81 AZN manat faiz, cəmi 3310.58 AZN borcu yaranmışdır. "BOKT "xxxx" MMC-nin kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin Cavabdeh1 Tanrıverdi oğlu, Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Onlara bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişlər. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 Tanrıverdi oğlu arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Tanrıverdi oğluna 18 ay müddətinə illik 29 % ödəmək şərti ilə 4500 AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 ilə bank arasında 07 avqust 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu Cavabdeh1 Tanrıverdi oğlu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 Tanrıverdi oğlunun 07 avqust 2014-cü il tarixə kredit müqaviləsi üzrə 2041.77 AZN əsas, 1268.81 AZN manat faiz, cəmi 3310.58 AZN borcu yaranmışdır. BOKT "xxxx" MMC-nin kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlu, Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Onlara bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişlər. Göründüyü kimi Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu bardədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Belə olan halda zamin, yəni digər Cavabdeh1 Tanrıverdi oğlu ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 Tanrıverdi oğlundan və..-Cavabdeh3 2041.77 AZN əsas, 1268.81 AZN manat faiz, cəmi 3310.58 AZN məbləğində borc və 20 (iyirmi) manat məbləğində rüsum xərci müştərək qaydada alınaraq iddiaçı "BOKT "xxxx" MMC-nin xeyrinə verilməlidir. Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(039)–695/2021 nömrəli qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddianın əsaslı olduğundan təmin edilməsi, cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 Tanrıverdi oğlundan və Cavabdeh3 2041.77 AZN əsas, 1268.81 AZN manat faiz, cəmi 3310.58 AZN məbləğində borc və 20 (iyirmi) manat məbləğində rüsum xərcinin müştərək qaydada alınaraq iddiaçı "BOKT "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 445, 448, 470, 472 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 07 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "BOKT "xxxx" MMC-nin ilə Cavabdeh1 Tanrıverdi oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 29 % dərəcəsi ilə 4500 AZN məbləğində kredit verilmişdir. İşdə olan 07 avqust 2014-cü il tarixli Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 ilə "BOKT "xxxx" MMC-nin arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Tanrıverdi oğlu bank qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi halda məsuliyyəti Cavabdeh2 Tanrıverdi oğlu və Cavabdeh3 öz üzərinə götürmüşdür. İşdə olan 01 iyul 2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəf 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qətnamədən narazı olan cavabdeh X3 apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni 18 mart 2021-ci il tarixdə məhkəmədə qəbzə imza etməklə almışdır. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Prezidentinin fərmanının və AR MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyriobyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh1 07 avqust 2014-cü ildə BOKT "xxxx" MMC ilə kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 4500 manat məbləğdə kredit götürmüşdür. Eyni zamanda həmin vaxt onunla zaminlik, Cavabdeh3 ilə birgə borcluluq müqavilələri bağlanmışdır. İlk vaxtlar Cavabdeh1 götürdüyü krediti vaxtı-vaxtında ödəmiş, lakin sonradan maddi imkanı aşağı səviyyədə olduğu üçün banka olan borcunu lazımi qaydada ödəyə bilməmişdir. Eyni zamanda da Cavabdeh1 19 dekabr 2019-cu ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsi işə baxarkən ona məhkəmə bildirişi göndərməmiş və onun məhkəmədən xəbəri olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(039)– 695/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 hüquqi varisləri, o cümlədən hazırki iş üzrə cavabdeh olan arvadı Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı keçikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı keçikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsain kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(039)–695/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasız olması və bunun da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı 28 fevral 2019-cu il tarixdə qəbul olunmuşdur. Hazırki iş üzrə mübahisəli münasibətlər 07 avqust 2014-cü il tarixdə yaranmış, məhkəmə qətnaməsi isə 16 oktyabr 2017-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi hazırki iş üzrə nə mübahisəli hüquq münasibətinin yarandığı vaxt, nə də hazırda mübahisələndirilən məhkəmə qətnaməsi qəbul olunduğu vaxt qeyd edilən fərman mövcud olmamışdır. Ona görə də, hazırki iş üzrə mübahisəli kredit həmin fərmanın əhatə dairəsinə düşmür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin işə baxarkən ona məhkəmə bildirişi göndərməməsi və onun məhkəmədən xəbəri olmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya məhkəməsinin iclasında verdiyi izahatdan, həmçinin, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(039)–695/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(039)–695/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar