Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-58/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdeh Zamin iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(051)-323/2023 nömrəli qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli MF-UN/83 nömrəli kredit müqaviləsinin restrukturizasiyası məqsədilə bağlanmış 27 sentyabr 2019-cu il tarixli, №- MF-FUN/95 nömrəli kredit müqaviləsi ilə Cavabdeh 1% dərəcəsi ilə, 5 il müddətinə 5193 manat məbləğində kredit verilmişdir. Zamin ilə 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli MF- FUN/95 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 5320.10 manat, bundan 5189.44 manat əsas, 130.58 manat faiz və 0.08 manat cərimə borcu və iş üzrə ödənilmiş 73.20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli MF-FUN/95 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 5193 (beş min bir yüz doxsan üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 27 sentyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********562 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5320.10 (beş min üç yüz iyirmi manat, 10 qəpik) manat təşkil edir. Bundan 5189.44 (beş min bir yüz səksən doqquz manat 44 qəpik) manat əsas, 130.58 (bir yüz otuz manat, 58 qəpik) manat faiz və 0.08 (0 manat, 8 qəpik) manat cərimə borcu təşkil edir.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli MF-FUN/95 nömrəli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh və Zamin həmin müqavilə üzrə 5189.44 manat əsas, 130.58 manat faiz və 0.08 manat cərimə borcu, cəmi 5320.10 manat məbləğində borc tutularaq LPO İddiaçı ASC-yə verilməlidir.
5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-323/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli, MFFUN/95 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh və Zamin müştərək qaydada həmin müqavilə üzrə 5189,44 manat əsas, 130,58 manat faiz və 0,08 manat cərimə borcu, cəmi 5320,10 manat məbləğində borcun tutularaq LPO İddiaçı ASC-yə verilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 449, 465, 470 və 472-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 27 sentyabr 2019-cu il tarixli, №-MF-FUN/95 nömrəli kredit müqaviləsi 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi Ödəniş cədvəli 14 oktyabr 2022-ci il tarixli Maliyyə arayışı 09 iyun 2022-ci il tarixli bildiriş
8. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Zamin аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Zamin apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən qətnaməni xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə əldə etmişdir. Onun məhkəmələrdən xəbəri olmamış və ona rəsmi qaydada məlumat verilməmişdir. O, qeydiyyatda olduğu mənzildə yaşamır və həmin mənzildə yalnız pasport qeydiyyatındadır. O, qətnamədən xəbəri olan kimi dərhal şikayət etmək qərarına gəlmişdir. İlk öncə işə onun iştirakı olmadan baxılmış və iş təktərəfli getməklə onun vəsatətlər vermək, etiraz etmək və şikayət vermək kimi hüquqlarından istifadə etməyi mümkün olmamışdır.
10. İddiaçı bankın nümayəndələri işi elektron qaydada verməklə işdə olan sənədlərin əslini gizlətmişlər. Sənədlərin əsli isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsində guya o sözügedən kreditlə əlaqədar 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlamışdır. Lakin bu tamamiylə yalan və böhtandır. Həmin zaminlik müqaviləsi ola bilməz. O, 2019-cu ildə Ata banka getməmiş və orada heç nəyə imza etməmişdir. Belə bir müqavilə yoxdur. 2014-cü ildə bağlanmış müqavilənin ikinci vərəqi çıxardılıb yeni səhifə tikilməklə 2019-cu ilə aid müqavilə kimi göstərilmişdir. Bundan əlavə müqavilə bir neçə vərəqdən ibarət olduqda həmin müqavilənin ya bütün səhifələri imzalanır, ya da həmin müqavilə tikilməklə surğuclanmaqla möhürlənir. Bu səbəbdən zaminlik müqaviləsinin 2019-cu ilə deyil, 2014-cü ilə aid olması görünür.
11. Zaminlik müqaviləsinin müddətinin keçməsini və həmin hissədə də kəsici müddət tətbiq edilməli olması nəzərə alınsa, onun zaminikdən çıxarılmağı mütləq idi. Kredit müqaviləsində göstərilən müddət keçdikdə 1 illik iddia müddəti tətbiq edilməlidir. Lakin 2014-cü ildən həm müddət həm də 1 illik iddia müddəti tətbiq edilməli idi. Sözügedən iş üzrə zaminə yəni ona münasibətdə iddia müddəti keçmişdir. İddia müddəti kəsici müddətdir və bundan ötrü ərizə verməyə belə ehtiyac yox idi. Ona görə də, bu iş üzrə zaminlik müqaviləsinə münasibətdə iddia müddəti tətbiq edilməklə onun zaminlikdən çıxarılmağı lazımdır.
12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(051)-323/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin olunmaqla iş üzrə zaminlik müqaviləsi üzrə iddia müddətinin tətbiq edilib onun zaminlikdən çıxarılmağını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zamin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3-ci maddəsinə əsasən əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Zamin Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(051)-323/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın ona münasibətydə rədd edilməsini tələb etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ona münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından Zamin münasibətdə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 9-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən cavabdeh Zamin xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə xx.xx.2023-cü ildə SMS bildiriş göndərilməklə məlumat verilmişdir. Apellyator birinci instansiya məhkəməsinə qətnamənin ona göndərilməsi barədə ərizə verərkən ərizəsində göstərdiyi mobil telefon nömrəsi birinci instansiya məhkəməsinin ona ünvanlanan SMS bildirişləri göndərdiyi mobil nömrə ilə eynilik təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Zamin məhkəmə prosesi barədə məlumatlar verilmişdir. Apellyatorun iddiaya etiraz vermək və MPM-də müəyyən edilmiş digər hüquqlarından istifadə etmək imkanları mövcud olmuşdur. Apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 10-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi əldə edilmişdir ki, həmin müqavilə 2 səhifə 1 vərəqdən ibarətdir və 2-ci səhifənin 1-ci səhifənin davamı olmamasını göstərəcək heç bir əlamət aşkar edilmir. Cavabdeh “2014-cü ildə bağlanmış müqavilənin ikinci vərəqi çıxarılıb yeni səhifə tikilməklə 2019-cu ilə aid müqavilə kimi göstərildiyini” iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Apellyatorun 2019-cu ildə heç bir müqaviləyə imza etməməsi barədə dəlilinin araşdırılması məqsədilə kollegiya tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 23 yanvar 2025-ci il tarixli 3-16-16/2-4/10/2025 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydə göstərilir ki, “mülki işin 135-ci vərəqində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə cavabdeh (zamin) Zamin arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsində “Zamin” yazılarından aşağıda yerləşən “(imza)” qrafasındakı imza və “Tanrıverdiyeva” əlyazması Zamin tərəfindən icra olunmuşdur.” Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 11-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki halda, 27 sentyabr 2019-cu il tarixli, №-MF-FUN/95 nömrəli kredit müqaviləsi 5 il müddətinə bağlanmaqla öhdəliyin icrası vaxtı 27 sentyabr 2024-cü ildə çatırdı. İddiaçı tərəfindən 7 dekabr 2022-ci ildə cavavbdeh öhdəliklərini icra etmədiyi səbəbilə müqavilə ləğv edilməklə məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi, zaminliyə xitam verilməsi üçün bir illik müddət keçməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən cavabdeh Zamin münasibətdə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(051)-323/2023 nömrəli qətnaməsi cavabdeh Zamin münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Zamin tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(051)- 323/2023 nömrəli qətnaməsi cavabdeh Zamin münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.