Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-580/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X7 oğlunun iştirakı ilə İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin Borc alandan tutulması” tələbinə dаir mülki iş üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(024)- 547/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC "xxxx" Bankı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC "xxxx" Bankı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6 827,48 (altı min səkkiz yüz iyirmi yeddi ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 8 019,01 (səkkiz min on doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.05.2018-ci il tarixədək illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 13.05.2018-ci il tarixindən 23.09.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 826,33 (səkkiz yüz iyirmi altı ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4785,92 (dörd min yeddi yüz səksən beş ABŞ dolları 92 sent) ABŞ dolları təşkil edən penya, cəmi 20458,75 (iyirmi min dörd yüz əlli səkkiz ABŞ dolları 75 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 23.09.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 17 noyabr 2020-ci il tаrixli, 2(024)- 547/2020 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilərək, Cavabdeh 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6 827,48 (altı min səkkiz yüz iyirmi yeddi ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 8 019,01 (səkkiz min on doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.05.2018-ci il tarixədək illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış penyaya görə 5 (beş) ABŞ dolları, cəmi 14851.49 (on dörd min səkkiz yüz əlli bir ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində pul vəsaiti və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan ASC "xxxx" Bankı və Cavabdeh apellyasiya şikayəti vermişlər. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ASC "xxxx" Bankı apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 17 noyabr 2020ci il tаrixli, 2(024)-547/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdehdən İddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz) faiz ödəmək şərtilə 25 400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə ipoteka qoyan Cavabdeh arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Qax rayonu, Qaxingiloy kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 59,6 m2 yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 13.05.2014-cü il tarixli **********09914/ip İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 16 noyabr 2017-ci il tarixli 2(024)-1112/2017 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) i Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə 13.05.2014-cü il tarixli **********09914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 59,6 m2 yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (bundan sonra “Fərdi yaşayış evi” adlandırılacaq) ilkin satış qiyməti 28600 (iyirmi səksən min altı yüz) manat müəyyən edilməklə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 17 552,48 (on yeddi min beş yüz əlli iki ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində əsas borcunun, 6 119,91 (altı min bir yüz on doqquz ABŞ dolları 91 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, 13.10.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 47 (qırx yeddi) ABŞ dolları məbləğində penyanın, cəmi 23 719,39 (iyirmi üç min yeddi yüz on doqquz ABŞ dolları 39 sent) ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası manatı məzənnəsi ilə) borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutularaq Banka ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X4” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda Fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı, Qax rayon İcra və Probasiya Şöbəsi və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 70 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 25 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqısatqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 18232,50 (on səkiz min iki yüz otuz iki manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında 6827,48 (altı min səkkiz yüz iyirmi yeddi ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 13.05.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 8019,01 (səkkiz min on doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 23.09.2020-ci il tarixə bu məbləğ 4785,92 (dörd min yeddi yüz səksən beş ABŞ dolları 92 sent) ABŞ dolları təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 13.05.2018-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 23.09.2020-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (13.05.2018-ci il) iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək (23.09.2020-ci il) tarixədək olan dövr üçün müvafiq məbləğ 826,33 (səkkiz yüz iyirmi altı ABŞ dolları 33 sent) ABŞ dolları təşkil edir. Bundan başqa yuxarıda qeyd etdikləri kimi, Cavabdeh tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15 % (on beş faiz) dərəcəsi ilə penya ödənilməlidir. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi 23.09.2020-ci il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6 827,48 (altı min səkkiz yüz iyirmi yeddi ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 8 019,01 (səkkiz min on doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.05.2018-ci il tarixədək illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 13.05.2018-ci il tarixindən 23.09.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 826,33 (səkkiz yüz iyirmi altı ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4785,92 (dörd min yeddi yüz səksən beş ABŞ dolları 92 sent) ABŞ dolları təşkil edən penya, cəmi 20 458,75 (iyirmi min dörd yüz əlli səkkiz ABŞ dolları 75 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 23.09.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 19 ay kredit ödədikdən sonra devalvasiya baş vermiş, dolların manata olan ekvivalenti kəskin dəyişmişdir. Banka dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir güzəşt əldə etməmişdir. Aylıq ödənişləri artmış və ödəmə qabliyyətini itirmişdir. 2017-ci il 16 noyabr 2(024)-1112/2017 nömrəli Qax Rayon Məhkəməsinin qərarı ilə borcuna qarşılıq girov predmetinə yönəldilməsi qət edilmiş, yaşadığı ev bankın hesabına keçmişdir. Lakin bildirmək istəyir ki, ödəmə qabliyyətinin olmağını müəyyən edən məhkəmə qərarı evinin əlindən çıxmasından və ödədiyi pulların batmasından əlavə kredit müqaviləsinin dollarla olduğunu əsas götürərək hələ də 14851.49 ABŞ dolları məbləğində borcunun qaldığını ASC "xxxx" Bankının xeyrinə qərar qəbul etmişdir. O bu qərarı qəbul etmədiyi üçün Apellyasiya hüququndan istifadə etməyi qərara almışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur, buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (13.05.2018-ci il) iddiaya ərizəsinin məhkəməyə verildiyi (23.09.2020-ci il) tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 826,33 (səkkiz yüz iyirmi altı ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutulması hissəsində Bankın iddiasını təmin etməmiş və bu barədə öz mövqeyini əsaslandırmamışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kreditdən istifadəyə sörə faizlər borcun tam ödənildiyi tarixədək hesablanır. Bu faizlər kreditor tərəfindən əldə edilibsə onun gəlirinə (mənfəətinə), əldə edilməyibsə əldən çıxmış faydaya çevrilir. İddiaçının Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi tarixdən (13.05.2018-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi (23.09.2020-ci il) tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 826,33 (səkkiz yüz iyirmi altı ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində zərəri (əldən çıxmış faydanı) tələb etmək hüququ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qəranndan irəli gəlir. Lakin Qax Rayon Məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, əldən çıxmış fayda şəklində zərərin vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, əldən çıxmış faydanın tutulması hissəsində Bankın iddiasını əsassız olaraq təmin etməmişdir. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(024)- 547/2020 №-li qətnaməsinin qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən İddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 oğlu Bank tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, borcun alınması və ipoteka predmetinə tutma ilə bağlı 2017-ci il tarixli qətnamə qəbul edilsə də, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ heç əsas borcu ödəməmişdir. Bundan əlavə mübahisəli fərdi yaşayış evi Bankın mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf evi boşaltmaqdan, evdən könüllü olaraq çıxmaqdan imtina edir. Hazırda tələb olunan məbləğlər də qalıq məbləğlərdir. Faiz borcunun 6827.48 ABŞ dolları həmin qərarda qeyd olunmuş məbləğ olmaqla, qalan 1191.53 ABŞ dollar isə müqavilə müddətinin sonuna olan faizdir. Çünki əvvəlki qətnamə ilə müqaviləyə xitam verilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi illik 5 faizi təmin etməməklə, həmçinin cərimə məbləğini çox silməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işin yenə də təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh əvvəllər də eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir (i/m səh. 106). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsini, cavabdeh isə ümumi qaydada mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, e-2(037)- 644/2020 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz) faiz ödəmək şərtilə 25 400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 noyabr 2017-ci il tarixli 2(024)- 1112/2017 №-li Qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnaməyə əsasən 13.05.2014-cü il tarixli **********09914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 59,6 m2 yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (bundan sonra “Fərdi yaşayış evi” adlandırılacaq) ilkin satış qiyməti 28600 (iyirmi səksən min altı yüz) manat müəyyən edilməklə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 17 552,48 (on yeddi min beş yüz əlli iki ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində əsas borcunun, 6 119,91 (altı min bir yüz on doqquz ABŞ dolları 91 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, 13.10.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 47 (qırx yeddi) ABŞ dolları məbləğində penyanın, cəmi 23 719,39 (iyirmi üç min yeddi yüz on doqquz ABŞ dolları 39 sent) ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası manatı məzənnəsi ilə) borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. 25 may 2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən və Hərracın yekunları haqqında 70 №-li protokoldan görünür ki, “X4” MMC tərəfindən keçirilmiş hərraclarda Tərlan Salamova məxsus olmuş ipoteka predmeti olan Fərdi yaşayış evi satılmadığından onun alınması iddiaçıya təklif edilmiş, evin son satış qiyməti 18232,50 (on səkiz min iki yüz otuz iki manat 50 qəpik) manat məbləğində müəyyən edilmiş, iddiaçı sözügedən fərdi yaşayış evini keçirilən hərrac zamanı almışdır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi 16.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Qax şəhəri, M.Əmirov küçəsi, döngə 2, ev 7-də qeydiyyatdadırlar. İddiaçı “ASC "xxxx" Bankı”-nın Zaqatala filialı tərəfindən Cavabdeh ünvanlanmış 02.09.2020-ci il tarixli, 175 saylı bildirişdən görünür ki, Tərlan Salamova iddiaçı qarşısında götürmüş öhədliklərini icra etmələri barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 23.09.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində ödəniş etmişdir. Qəbzdən görünür ki, iddiaçı notariat hərəkətləri ilə əlaqədar xidmət haqqı olaraq banka 10 manat ödəniş etmişdir. 26.09.2017-ci il tarixli № ********* saylı qəbzdən görünür ki, iddiaçı ASC"xxxx" Bankı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat ödəniş etmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 9/2288 nömrəli ekspert rəyindən görünür ki, birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi , 16.11.2017-ci il tarixli məhkəmə qətnaməsində göstərilmiş 23.719,39 ABŞ dolları məbləğində pul vəsaiti Mərkəzi Bankın 16.11.2017-ci il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 40.327,70 manat (23.719,39 x 1,7002) məbləğində müəyyən edilir.Həmin məbləğdən, yəni 40.327,70 manat məbləğində pul vəsaitindən 18.232.50 manat pul vəsaitini çıxdıqda borc məbləği aşağıdakı kimi müəyyən olunur: 16.11.2017-ci il tarixə 40.327,70 - 18.232,50 = 22.095,20 manat, o cümlədən: əsas borc 22.095,20manat; faiz borcu 0,00 manat. Qeyd edilir ki, ödənilmiş 18.232,50 manat pul vəsaitinin, 10.405,07 manatı 16.112017-ci il tarixli məhkəmə qətnaməsində göstərilən (6.119,91x1,7002) faiz borcundan, 79,91 manatı (47,00 x 1,7002) həmin günə olan peyadan, 7.747,52 manatı isə əsas borcdan silinir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə («kreditor ») Cavabdeh (“borcalan”) arasında bağlanmış 13 may 2014-cü il tarixli **********09914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 13.05.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas və faiz borcu 24.159,26 manat məbləğində müəyyən edilir, o cümlədən:-əsas borc 22.095,20 manat; faiz borcu 2.064,05 manat. Təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 11.07.2018-ci il tarixdə 18.232,50 manat (10.725,00 ABŞ dolları x 1,7000) məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 15.990,45 manatı əsas borcdan, 2.242,05 manatı isə faiz borcundan silinir. Belə olan halda, tərəflər arasında bağlanmış 13 may 2014-cü il tarixli 00120C835309914 №-li Kredit müqaviləsi üzrə 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: -əsas borc 6.104,75 manat; faiz borcu 671,52 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 13.05.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) - əsas kredit borcu üzrə----------------------------17.412.95ABŞ dolları; - faiz borcu üzrə------------------------------------- 8.041,41 ABŞ dolları. Təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 11.07.2018-ci il tarixdə 10.725,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 10.584,73 ABŞ dolları əsas borcdan, 140,27 ABŞ dolları isə faiz borcundan silinir. Bundan başqa tərəflər arasında bağlanmış 13 may 2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 751,10 ABŞ dolları məbləğində müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında 13 may 2014-cü il tarixli **********09914 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- yəni illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun iddianın təmin olunmayan hissədində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya icraatı zamanı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 9/2288 nömrəli ekspert rəyindən görünür ki, 13 may 2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 751,10 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfin hazırda tələb etdiyi pul məbləği ipoteka predmetinin satışından sonra əldə olunmuş vəsait çıxıldıqdan sonra, qalıq əsas, faiz və cərimə puludur ki, həmin məbləğlər ipoteka predmetinin satışından əldə olunmuş vəsaitlə tam əhatə olunmamışdır. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verərək bildirir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün əsaslı deyildir. Əvvəla ona görə ki, cavabdeh (apelyator) qətnamənin düzgün qəbul edilmədiyini bildirsə də, bu dəlillər anlaşılan deyil. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri hüquqi cəhətdən əsaslandırılmamış, cavabdeh yalnız birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğunu bildirmiş, lakin bu narızılığın əsas səbəbləri göstərilməmiş və ya cavabdeh bu səbəbləri göstərə bilməmişdir. Dördüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir Kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla apellyasiya şikayəti vermək xatirinə və işi süni şəkildə yubatmaq məqsədilə verilən bir şikayətdir. Çünki apellyasiya şikayətində göstərilən dəlillə bağlı cavabdeh hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 9/2288 nömrəli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(024)-547/2020 nömrəli qətnaməsi qismən- yəni iddianın təmin olunmayan 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilsin. Qax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(024)-547/2020 nömrəli qətnaməsi qismən- yəni “13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsinin” təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə qismən təmin edilsin. 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 751,10 ABŞ dolları (ümumilikdə 15.602.59 ABŞ dollar olmaqla) Cavabdeh alınaraq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. İş üzrə 145 manat Cavabdeh alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə iş də iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-580/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-580/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver