Məhkəmə qərarları › İş №2(107)-581/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-581/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-581/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(075)-45/2021 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinə əsasən illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil İddiaçı ASC qarşısında 14 fevral 2019-cu il tarixli, SKM- 2142 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 643,2 manat, cəmi 6793,94 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 6793,94 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılması və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi 17.09.2020-ci il tarixdə iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 815,4 manat, cəmi 6966,14 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 6966,14 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi; - İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılmaları və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyənləşdirilməsi - ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi 15.02.2021-ci il tarixdə iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 1450,9 manat, cəmi 7601,64 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlak hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 7601,64 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılmaları və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi 19.08.2021-ci il tarixdə iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 Fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, müqavilənin bitmə tarixinə kimi hesablanan faiz borcuna görə 1475,50 manat, 14.02.2021-ci il tarixindən 10.08.2021-ci il tarixinə kimi müqavilənin 2.15-ci bəndinə əsasən hesablanan faiz borcuna görə 1434,48 manat, cəmi 9060,72 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DODRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X2 14 Fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 9060,72 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılması və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 14 Fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı ASC-nin nümayəndəsi X5 izahat verərək göstərmişdir ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinə əsasən illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil İddiaçı ASC qarşısında 14 fevral 2019-cu il tarixli, SKM- 2142 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, onunla İddiaçı ASC-nin “Şəki” filialı arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinə əsasən ona illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinin şərtlərinə görə o, kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. 14 fevral 2019cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə ona məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil İddiaçı ASC qarşısında 14 fevral 2019-cu il tarixli, SKM-2142 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Göstərmişdir ki, maddi imkanı yaxşı olmadığından kreditor qarşısında öhdəliyini lazımınca icra edə bilməmişdir. İddianı əsas borc hissəsində qəbul edir. Bankdan faiz məbləğində ona güzəşt edilməsini xahiş etsələr də bank tərəfindən onlara heç bir güzəşt edilməmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı axırıncı iddianın artırılması ərizəsində müqavilə vaxtı bitdikdən sonra faizlər hesablayaraq tələb etmişdir. Qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən müqavilə bitdikdən sonra kreditə faizlər hesablana bilməz. Bütün bunları nəzərə alaraq qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borclarının ödənilməsi tələb edilir. Məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-nə həvalə etmiş və "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin qiyməti kimi müəyyən edilmiş 36000 manat sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 9/2160 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc üzrə 6102,08 manat və faiz borcu üzrə 1459,77 manat olmaqla cəmi 7561,85 manat olduğu hesablanmışdır. Lakin iddia tələbində cavabdehlərdən tələb olunan 6150,74 manat, faiz borcuna görə 1450,9 manat, cəmi 7601,64 manatdır. Buna görə də, məhkəmə əsas borc məbləğinə münasibətdə iddia tələbini, faiz borcuna münasibətdə isə ekspert rəyini əsas götürülməsini ağlabatan hesab etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən 6102,08 məbləğində əsas borc, 1459,77 məbləğində faiz borcu, olmaqla cəmi 7561,85 manat kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənziliə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 36000 manata açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 150 manat Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Həmçinin, mülki iş üzrə keçirilmiş 100 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(075)-45/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Cavabdeh1 6102,08 məbləğində əsas borc, 1459,77 manat məbləğində faiz borcu, olmaqla cəmi 7561,85 manat kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilinə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 36 000 manata açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 150 manatın Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş 100 manat mühasibatlıq ekspertiza xərcinin Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 385, 386, 425, 442, 448, 460, 456, 739 və 741-ci maddələrinə və İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 33 və 39.3.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mülki işdə olan 14 fevral 2019-cu il tarixli, SKM-2142 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan 14 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. Mülki işdə olan Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətində görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, bina 22, mənzil 11 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işdə Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizələrin təsdiq edilmiş surətindən görünür ki, həmin şəxslər Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz edmədiklərini, həmin mənzilə tutma yönəldikdə onu dərhal tərk etmələrini öhdələrinə götürdüklərini bildirmişlər. Mülki işdə olan DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş ******* nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 14 avqust 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mülki işdə olan 06 iyul 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin təsdiq edilmiş surətindən görünür ki, kredit müqaviləsi üzrə Banka olan borc dərhal ödənilməzsə, ipoteka predmetinə tutma yönəldilməsi məqsədilə qanunvericiliklə və ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş tədbirlər, o cümlədən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə tədbirlər görülərəcək və həmin tədbirlər nəticəsində əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi Cavabdeh1 bildirilmişdir. Mülki işdə olan 10 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 09 fevral 2021-ci il tarixə olan borcu əsas borc üzrə 6150,74 manat, faiz borcu üzrə 1450,9 manat, cəmi 7601,64 manat təşkil edir. Mülki işdə olan "xxxx" MMC-nin 17 dekabr 2020-ci il tarixli, ƏEM/D 23-712/20 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində 1 mərtəbəli, 2 otaqlı 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı ssahədən ibarət mənzil 11 ünvanında yerləşən daşınmaz əmlakın 17 dekabr 2020-ci il tarixinə bazar dəyəri: 40000 manat, likvid dəyəri: 36000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150,0 (yüz əlli) manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 9/2160 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 09 fevral 2021-ci il tarixə (arayışda (c.i.v-134) göstərilən tarixə) əsas borc üzrə 6.102,08 manat, faiz borcu üzrə 1.439,43 manat olmaqla, cəmi 7.541,51 manat, 14 fevral 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 6.102.08 manat və faiz borcu üzrə 1.459,77 manat olmaqla cəmi 7.561,85 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki işdə olan 11 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 10 avqust 2021ci il tarixə olan borcu əsas borc üzrə 6150,74 manat, müqavilənin bitmə tarixinə kimi hesablanan faiz borcu üzrə 1475,50 manat, müqavilənin 2.15-ci bəndinə əsasən hesablanan faiz borcu üzrə 1434,48 manat olmaqla, cəmi 9060,72 manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı ASC аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində qismən dəyişdirilməlidir. Mülki iş üzrə 10.02.2021-cu il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edilmiş və mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 07.06.2021-ci il tarixli 9/2160 nömrəli ekspert rəyində cavabdehin kredit üzrə 09 fevral 2021-ci il tarixinə (arayış tarixinə) olan əsas borcu 6102,08 manat, faiz borcu 1439,43 manat, 14.02.2021-ci il tarixinə kimi isə faiz borcu 1459,77 manat hesablanmışdır. Ekspert öz rəyində kredit üzrə əsas və faiz borcunu azaltmışdır. Belə ki təqdim etdikləri hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən edilmiş ödənişlərin silinməsi göstərilsə də ekspert tərəfindən bu sənədlər nəzərə alınmamışdır. Lakin təqdim etdikləri 10.02.2021-ci il tarixli RB-05/PK-1348 saylı iddia tələbinin həcminin artırılmasına dair ərizələrinə əsasən 09.02.2021 -ci il tarixinə kreditə görə əsas borcu 6150,74 manat, faiz borcu 1450,9 manat təşkil edirdi. Daha sonra təqdim etdiyimiz 11.08.2021-ci il tarixli RB-05/PK-6825 saylı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən 10.08.2021-ci il tarixinə kreditə görə əsas borcu 6150,74 manat, müqavilənin bitmə tarixinə kimi hesablanan faiz borcu 1475,50 manat, 14.02.2021-ci il tarixindən 10.08.2021-ci il tarixinə kimi müqavilənin 2.15ci bəndinə əsasən hesablanan faiz borcu 1434,48 manat təşkil edir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək ərizəmiz təmin edilməmişdir. Lakin bununa bağlı aşağıdakı Qərara istinad edə edərək ərizənin təmin edilmək üçün əsaslı olduğunu bildirir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanını vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülıki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müştəri ilə bağlanan kredit müqaviləsinin 2.15-ci maddəsində qeyd olunmuşdur ki, müqavilənin müddəti bitdikdən sonra iki qat faiz hesablanmağa başlandığı gündən dəbbə pulunun (cərimənin) hesablanması dayandırılır. Qeyd olananlara əsasən müəyyən edilir ki, məhkəmə qətnaməsi işin faktiki hallarına tam uyğun olmamaqla yanaşı, bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan faiz borcunun həcmi hissəsində dəyişdirilməlidir. Məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsini qanunsuz hesab edir. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli 2(075)-45/2021 saylı qətnaməsinin qismən - İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 əsas borca görə 6102,08 AZN, faiz borcuna görə 1459,77 manat olmaqla cəmi 7561,85 manat pulun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə cavabdehdən kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, müqavilənin bitmə tarixinə kimi hesablanan faiz borcuna görə 1475,50 manat, 14.02.2021-ci il tarixindən 10.08.2021-ci il tarixinə kimi müqavilənin 2.15-ci bəndinə əsasən hesablanan faiz borcuna görə 1434,48 manat, cəmi 9060,72 manat pulun tutulmasına dair tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respuilikası Qanunu: İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(075)-45/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində ekspert rəyində kredit üzrə əsas və faiz borcunun azaldılması, təqdim etdikləri hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən edilmiş ödənişlərin silinməsi göstərilsə də, ekspert tərəfindən bu sənədlərin nəzərə alınmaması, 14.02.2021-ci il tarixindən 10.08.2021-ci il tarixinə kimi müqavilənin 2.15-ci bəndinə əsasən hesablanan faiz borcunun 1434,48 manat təşkil etməsinə baxmayaraq məhkəmə tərəfindən həmin halların nəzərə alınmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, kredit müqaviləsinin 2.15-ci maddəsində qeyd olunmuşdur ki, müqavilənin müddəti bitdikdən sonra iki qat faiz hesablanmağa başlandığı gündən dəbbə pulunun (cərimənin) hesablanması dayandırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 9/2160 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 09 fevral 2021-ci il tarixə (arayışda (c.i.v-134) göstərilən tarixə) əsas borc üzrə 6.102,08 manat, faiz borcu üzrə 1.439,43 manat olmaqla, cəmi 7.541,51 manat, 14 fevral 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 6.102.08 manat və faiz borcu üzrə 1.459,77 manat olmaqla cəmi 7.561,85 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti 14.02.2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına əsasən borclu müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçının 14.02.2021-ci il tarixindən 10.08.2021-ci il tarixinə kimi olan müddət üçün 1434,48 manat faiz borcunu müqavilənin standart şərtinə istinad edilərək tələb edildiyindən, həmin müqavilə bağlanarkən müqaviləyə dair şərtlər pozulduğundan birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsini təmin etməməkdə haqlı olmuşdur. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinin 2.15-ci maddəsində müqavilənin müddəti bitdikdən sonra iki qat faiz hesablanmağa başlandığı gündən dəbbə pulunun (cərimənin) hesablanmasının dayandırılması göstərilmişdir ki, həmin şərt qeyd olunan müqavilənin 2.7-ci bəndinə görə 48%-i nəzərdə tutur ki, o da həmin müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik 24%-in iki qatını təşkil edir. Müqavilənin həmin şərtləri müqavilənin standart şərti kimi müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olduğundan müqavilənin digər tərəfi üçün zərərlidir və nəticədə, etibarsızdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(075)-45/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(075)-45/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar