Məhkəmə qərarları › İş №2(107)-583/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-583/2025

19.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-583/2025 19.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən manelərə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağa qoyulması və yol yerinin açılması” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə (Açar sözlər: qətnamənin yenidən icraya yönəldilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağa qoyulması və yol yerinin açılması” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə ərizəsinin geri qaytarılması barədə 21 aprel 2025-ci il tarixli, 2(025)-33/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən manelərə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağa qoyulması və yol yerinin açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,015 ha və 0,04 ha torpaq sahələrinə gedən yoldan istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 600 (altı yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X6” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə icra olunması üçün Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyev tərəfindən xx.xx.2021-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, müvafiq icra hərəkətləri yerinə yetirilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyevin xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə işin icraatına xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Hacı-X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin təkrar icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(025)-33/2021 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Həmin icra sənədi üzrə iddiaçı tərəf məhkəməyə qeyd edilən qərardan şikayət vermək əvəzinə, “sənədlərin təkrar icra olunması üçün İcra şöbəsinə göndərilməsi” barədə ərizə göndəmişdir. İcra edilmiş və nəticədə icraatına xitam verilmiş icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün ilk növbədə xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərar ləğv edilməli və bundan sonra Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 nömrəli qətnaməsinə əsasən İcra tədbirlərinin davam etdirilməsi Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyevin xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarından məhkəməyə şikayət verilə bilər. Həmin qərardaddan narazı qalan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 2(025)-33/2021 saylı qərardadın ləğv edilməsini, mülki işə məhkəmədə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Məhkəməsinin 16 fevral 2021ci il tarixli 2(025)-33/2021 saylı qətnaməsinin icra olunmasına baxmayaraq, Cavabdeh yenidən gediş-gəliş yoluna maneə yaratmaqla, həmin yolu bağlamışdır. Hal-hazırda İddiaçı mülkiyyətində olan 0.015 ha və 0.04 ha torpaq sahələrinə daxil ola bilmir. Bu da, ididaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-33/2021 saylı qərardadın ləğv edilməlisini, mülki işə məhkəmədə baxılmasının davam etdirilməsi xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(025)-33/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(025)- 33/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 16.02.202-ci il tarixli 2(025)-33/2021 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,015 ha və 0,04 ha torpaq sahələrinə gedən yoldan istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulması, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 600 (altı yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X6” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)- 33/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,015 ha və 0,04 ha torpaq sahələrinə gedən yoldan istifadəyə Cavabdeh tərəfindən törədilən manelərə son qoyulmalıdır. İş materiallarında olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-033/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş icraata xitam verilməsi haqqında qərardan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-33/2021-018 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, icra sənədinin icrasına xitam verilməsinə əsas olaraq icra sənədinin tam şəkildə icra olunması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-ci maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-ci maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(025)-33/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-033/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış, daha sonra məhkəmə qətnaməsinin icrası istiqamətində müvafiq icra tədbirləri yerinə yetirilərək icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur.Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, icra sənədinin icrasına xitam verilməsinə əsas olaraq icra sənədinin tam şəkildə icra olunması göstərilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Hacı-X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin təkrar icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli məktubu ilə iddiaçının nümayəndəsinə Qəbələ Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” Qərardan şikayət etmək hüququ izah olunmuşdur. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 məhkəmənin fikri ilə razılaşmayaraq yenidən ərizə ilə məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsi barədə qanunamüvafiq qaydada qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə ərizəni və ona əlavə olunmuş sənədləri baxmadan geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Kollegiya tələbkarın nümayəndəsinin şikayət ərizəsində göstərdiyi hallarla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İcra haqqında qanunu icra hərəkətlərinin aparılmasının qaydasını müəyyən etmişdir. Həmin Qanunun 20.6-ci maddəsinin məzmunundan görünür ki, yalnız icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdən sonra icra məmuru tərəfindən icra tədbirləri davam etdirilə bilər. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, icra edilmiş və nəticədə icraatına xitam verilmiş icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün ilk növbədə xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərar ləğv edilməli və bundan sonra Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-33/2021 nömrəli qətnaməsinə əsasən İcra tədbirlərinin davam etdirilməsi Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(025)-33/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar