Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-584/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi, həmçinin vəkili X9 və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, Cavabdeh 10000 (on min) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona olan 10000 (on min) manat borc və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Qax şəhəri Natəvan küçəsi ev-7 də yaşayan Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, Cavabdeh isə iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Qax şəhərində yaşayır. 2019-cu ilin mart ayının sonları Qax şəhər sakini uzun illər valideyinlərini və özünü yaxşı tanıdığı Cavabdeh ona anası Humay Qadaşovanın mülkiyyətində olan qeyri-yaşayış obyektini satmaq istədiyini və onunla münasib qiymətə razılaşacağını bildirmişdir. O isə pulu az olduğu üçün Samirin təklifini qəbul etməmişdir. Bir müddət sonra cavabdeh yenidən yanına gələrək anasının ağır xəstə olduğunu, onu İran İslam Respublikasına müalicə üçün həkimə aparmaq məcburiyyətində qaldığını, lakin pulu olmadığını bildirərək ondan borc pul istəmişdir. Həmin vaxtı Samirlə şifahi olaraq razılaşmışlar ki, sözügedən obyektə 10000 (on min) manatı əvvəlcədən ödəsin, sonra isə obyektin qalan dəyərini tam ödədikdən sonra obyekti öz adına rəsmiləşdirsin. Bununla yanaşı o obyektin sənədini də Samirdən tələb etmişdir. 2019-cu ilin payız aylarında Samir anasının adına olan həmin obyektin sənədini ona verdikdən sonra Samirə 10000 (on min) manat pulu vermişdir. Lakin sonradan onun həmin qeyri-yaşayış binasını almaq üçün kifayət qədər pulu olmadığından Samirdən 10000 (on min) manat pulu geri tələb etmiş, Samir isə həmin qeyri-yaşayış binasını satdıqdan sonra pulu qaytaracağını vəd etmişdir. Bir müddət əvvəl isə Samirin həmin obyekti 95000 (doxsan beş min) manata başqa bir şəxsə satdığını öyrənmiş və Samirdən borc verdiyi pulu geri tələb etmişdir. Cavabdeh isə müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də, o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona olan 10000 (on min) manat və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. O, İddiaçı heç zaman borca pul almamışdır. Düzdür o, sözügedən qeyri-yaşayış obyektini satmaq üçün İddiaçı təklif etmişdir. Bu barədə onların qiymətlə bağlı çoxlu görüşləri olmuşdur. İddiaçı reyesterdə yoxlatmaq üçün obyektin sənədini ondan tələb etdiyi üçün həmin sənədi ona vermişdir. Lakin iddiaçı həmin sənədi ona qaytarmamış, özündə saxlamışdır. Onun başı anasının və atasının dəfni ilə bağlı qarışıq olmuş, sonradan da həmin sənədi geri almamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh oğunun etibarnamə üzrə nümayəndəsi, vəkil X16 izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahid iddiaçının cavabdehə borc verməsini görməmişdir. Hazırda mübahisə qeyri-yaşayış obyekti ilə bağlı deyildir. Cavabdehin iddiaçıya obyektin sənədinin verməsi hazırki mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsinin iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o iddiaçı Rəfail Məmmədova məxsus mağazada satıcı işləyir. Cavabdeh tanıyır. Samir dəfələrlə onun satıcı işlədiyi mağazaya gələrək Rəfail Məmmədovdan borca pul istəmişdir. X22 borc pul vermək üçün mağazadakı kassadan pul götürmüşdür. X18 aldığı borc pulu qaytarmadığı üçün Rəfail Məmmədov onu mağazaya çağıraraq borc pulu geri tələb etmiş, Samir isə tezliklə qaytaracağını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o iddiaçı Rəfail Məmmədova məxsus mağazada satıcı işləyir. Onun işlədiyi mağazanın qarşısında isə Samirin ailəsinə məxsus qeyri-yaşayış obyekti vardır. Samirin anası xəstə olduğundan onun müalicəsi ilə əlaqədar İran İslam Respublikasına aparmaq üçün Rəfail Məmmədovdan 10000 (on min) manat borc pul istəmişdir. X22 borc pul vermək üçün mağazadakı kassadan pul götürmüşdür. X1 borcunu qaytarmadığı üçün R.Məmmədov onun yanında Samirə zəng edərək borc verdiyi pulu geri tələb etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X21 ifadəsində göstərmişdir ki, təxminən 35 ilə yaxın müddətdir ki, Cavabdeh tanıyır, münasibətləri yaxşı olmuşdur, Rəfail Məmmədovla isə qohumluq əlaqələri vardır. Rəfail Məmmədova məxsus obyekt Samirin valideyninə məxsus obyektin qonşuluğunda yerləşir. Təxminən 2 il əvvəl Cavabdeh ona müraciət edərək həmin obyekti satmaq istədiyini, həmin obyekti almaq üçün Rəfailə təklif etməsini ondan xahiş etmişdir. O, bu barədə Rəfailə dedikdən sonra Rəfail Məmmədov da obyekti almaq üçün kifayət qədər pul olmadığı üçün, eyni zamanda Samirin anasını müalicə etdirmək üçün pula ehtiyacı olduğundan iddiaçı cavabdehlə belə razılığa gəldilər ki, iddiaçı Samirə 10000 (on min) manat pulu əvvəlcədən ödəsin, qalanını isə tam ödədikdən sonra obyekti iddiaçının adına rəsmiləşdirsinlər. Rəfail Məmmədovda 8000 (səkkiz min) manat pul olduğundan 2000 (iki min) manat pulu o Rəfailə vermişdir. Beləliklə iddiaçı Rəfail Məmmədov “Nihad” mağazasının qarşısında 10000 (on min) manat pulu avtomobildə Samirə vermişdir. X6muş, o isə avtomobilin yanında dayanmışdır. Cavabdeh həmin obyektin mülkiyyətini təsdiq edən sənədini Rəfail Məmmədova vermişdir. Lakin sonradan X20 arasında razılıq olmadığı üçün Samir həmin obyekti başqa şəxsə satmaq qərarına gəlmişdir. Rəfail ona verdiyi 10000 (on min) manat pulu geri tələb etmiş, Samir isə obyekti satdıqdan sonra pulu qaytaracağına söz vermişdir. Lakin Cavabdeh həmin obyekti satmasına baxmayaraq iddiaçının borcunu qaytarmamışdır. O, özü Rəfailin adından dəfələrlə Samirdən həmin pulu istəmiş, Samir isə hər dəfə verəcəyini demişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsindən narazıdır və hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, Qax rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyrimötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə tamamiylə qanunsuz olan qətnamə çıxarılmışdır. Belə ki, Rəfail Məmmədov məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh ondan anasının mülicəsi məqsədi ilə 10 000 manat pul istəmiş və o da bu pulu ona özünə məxsus avtomobilin içərisində ancaq ikisinin iştirakı ilə vermişdir. Pulu verərkən onların yanında heç kim olmamışdır. Pulu verərkən Qax şəhərində “Talkuçka” adlanan ərazidə özünə məxsus obyektin qarşısında olan, Cavabdeh anası X11 məxsus obyekti satın almaq məqsədi ilə danışıqlar aparmış və obyektin sənədlərini götürdükdən sonra pulu Samirə vermişdir. Həmçinin bildirmişdir ki, guya sənədlərini götürdüyü obyekt 95 000 manata satılmış, lakin Samir onun pulunu qaytarmamışdır. İddiaçının şahidləri X4 ifadəsində göstərmişdir ki, o, Rəfailə məxsus mağazada satəcı işləyir. O, Rəfailin Samirə pul verdiyinin şahidi olmamış, ona pul verildiyini görməmişdir, sadəcə Rəfailin Samirə anasının müalicəsi üşün pul verdiyini eşitmişdir. Qax Rayon Məhkəməsinin süzügedən qətnaməsində isə göstərilir ki, guya Mətanət Ramazanova bildirmişdir ki, Samir Rəfaildən 10 000 manat pul istəmiş, o da kassadan Samirə vermək üçün pul götürmüşdür. Bu təmamiylə yalnışdır, Mətanət Ramazanova belə bir ifadə verməmiş, onun ifadəsi məhkəmə qətnaməsində saxtalaşdırılmışdır. Digər şahid X10 məhkəmədə ifadə verərək bildirmişdir ki, iddiaçıya məxsus mağazada satıcı işləyir, Samirin Rəfaildən borca pul istədiyini görüb, Rəfailin Samirə nə qədər pul verdiyini bilmir və onun yanında pul verilməyib, o da heç nə görməyib. Qax Rayon Məhkəməsinin süzügedən qətnaməsində isə göstərilir ki, guya Rəfailin Samirə vermək üçün mağazanın kassasından pul götürdüyünü görüb. Bu tamamiylə yalnışdır, Elşad Abdullayev belə bir ifadə verməmiş, onun ifadəsi məhkəmə qətnaməsində saxtalaşdırılmışdır. İddiaçının sonuncu şahidi X21 iddiaçının qızının əri olmaqla iddiaçının əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsinə zidd olaraq onun ifadəsinə öz əlavələrini etmiş, yalandan bildirmişdir ki, guya Rəfail Samirə pul verərkən o, maşında olmasa da avtomobilin yanında dayanmış, 10 000 manat puldan isə 2000 manatını Rəfailə o özü vermişdir. Bütün yuxarıda qeyd edilən şahidlər bilavasitə iddiaçıdan maddi və xidməti cəhətdən asılı şəxslərdirlər və biri isə həmçinin iddiaçıya yaxın qohumdur. Həmin şəxslərdən heç biri pulun verildiyini bilavasitə görməmişlər və heç nəyin şahidi deyillər. Qax Rayon Məhkəməsinin süzügedən qətnaməsində isə həmin şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilmişdir. Həmçinin Qax Rayon Məhkəməsi süzügedən qətnaməsində Samirə məxsus olmayan bir obyektin sənədlərinin Rəfaildə olmasını qətnamənin əsaslandırma hissəsi olan bir abzasda mühüm əhəmiyyətli sübut kimi qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Rəfail başqasına məxsus obyektin sənədini götürməkdənsə borc müqaviləsi bağlaya bilərdi. Bu fakt birbaşa olaraq sübut edir ki, ortada tərəflərin bir-birinə pul verməsi halı olmamışdır. Qax Rayon Məhkəməsi nəzərə almamışdır ki, Samirin mərhum anasına məxsus obyektin sənədini Rəfailə tanış olmaq üçün verməsi və sonuncunun da həmin sənədləri qanunsuz olaraq özündə təzyiq vasitəsi kimi saxlaması və sonradan Samirdən 10 000 manat pul tələb etməsi Rəfailin Samirə 10 000 manat pul verməsi halını sübut etmir. Həmçinin bildirmişdir ki, sözügedən obyektin sahibi, mərhum X7 3 qanun üzrə vərəsə vardır və Samir yalnız onlardan birirdir. Yəni bu da o deməkdir ki, Samirin həmin obyektlə bağlı tək söz deməyə belə səlahiyyəti çatmır və obyektin gələcəkdə də kimə məxsus olacağı məlum deyil. Qax Rayon Məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsi sadəcə heç bir sübuta əsaslanmayan fərziyyələrdən, ümumi söz yığınından ibarətdir və Rəfailin Samirə pul verməsindən ümumiyyətlə söhbət belə getmir. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsinin əsassız olduğu üçün ləğv edilməsini, İddiaçı tərəfindən Qax rayon Məhkəməsində ona qarşı qaldırdığı “10 min manat pul tələbinə dair" iddiasının əsassız olduğundan rədd edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 10000 (on min) manat borc və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan Qax RİHB-nın Qax şəhər İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 2594 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan portaldan çıxarışdan görünür ki, Cavabdeh Qax şəhərində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********68-106301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, H.Əliyev prospekti, 19 B ünvanında yerləşən qeyri-yaşayış binası X8 mülkiyyətindədir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3 və 442-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh İddiaçı 10000 (on min) manat pul almış, lakin vədinə əməl etməyərək həmin pulu qaytarmamışdır. İddiaçı hazırda cavabdehdən 10000 (on min) manat pul və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunu tələb edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və iş materiallarında olan sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Cavabdeh iddia tələbini qəbul etməsə də, onun tərəfindən anasına məxsus olan qeyri-yaşayış binasına dair DƏDRX-nin tərəfindən verilmiş Çıxarışın İddiaçı verilməsi öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi onun izahatının səmimiliyinə şübhə ilə yanaşmış və cavabdehin iddiaçıdan 10000 (on min) manat pulu aldığını təkzib etməsini pulu qaytarmaqdan yayınması kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, işin faktiki halları ilə Cavabdeh iddiaçıdan 10000 (on min) manat pulu alması öz təsdiqini tapmışdır. Ona görə də, birinci instansiya məhkəməsi şahidlərin ifadələrini mötəbər sübut qismində qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 10000 (on min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi yuxarıda göstərilən normanın birbaşa tələbi ondan ibarətdir ki, borc müqaviləsi məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə İddiaçı Cavabdeh 10 000 (on min) manat borc verməsini təsdiq edən hər-hansı bir sübutu, yazılı müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi şahid ifadələri ziddiyyətli olduğundan, həmçinin şahidlərin bilavasitə iddiaçıdan maddi və xidməti cəhətdən asılı olan şəxslər və birinin isə iddiaçının qızının əri olduğundan onların ifadələri inandırıcı deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı 10000 (on min) manat borc və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-513/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 10000 (on min) manat borc və iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-584/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-584/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver