Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-589/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadından İddiaçı QSC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı şəhəri Babək küçəsində 0.12 hektar torpaq sahəsində yerləşən 1146.20 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada icraatın təzələnməsinə dair vəsatət göndərərək iddiaçı "AccessBank” QSC-nin Cavabdeh qarşı "əmlakın boşaldılaraq mülkiyyətçi banka təhvil verilməsi” tələbinə dair mülki iş İsmayıllı Rayon Məhkəməsinin icraatındadır. Məhkəmənin 6 noyabr 2023-cü il tarixli 2(037)-60/2024 saylı qərardadına əsasən mülki iş üzrə icraat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-3920/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-5136/2023 saylı mülki işlər üzrə qəbul ediləcək məhkəmə qərarları qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 dekabr 2023cü il tarixli 2(103)-7322/2023 saylı qərardadına əsasən iddiaçı X2 cavabdehlər Cavabdeh, "AccessBank” QSC-yə və İsmayıllı rayon Notariat Ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, e-2(004)3920/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Həmin qərardad qəbul edildiyi andan qüvvəsini almışdır. Bundan başqa Ali Məhkəmənin Mülki Kollegiyasının 6 fevral 2024-cü il tarixli 2(102)-483/2024 saylı qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(103)-5136/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki Prosessual Məcəllənin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Göründüyü kimi iş üzrə icraatın dayandırılmasına əsas olan hər iki iş üzrə yekun qərar qəbul edilmiş və icraatın dayandırılmasına əsas olan hallar aradan qalxmışdır. Qeyd olunanlara əsasən məhkəmənin icraatında olan iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "əmlakın boşaldılaraq mülkiyyətçi banka təhvil verilməsi” tələbinə dair 2(037)-60/2024 saylı mülki iş üzrə icraatın təzələnməsini və məhkəmə iclasının təyin edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 nömrəli qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-1421/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Qərardaddan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət verərək şikayətində İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadının ləğv edilməsi və işin baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,İddiaçı QSC Cavabdeh qarşı əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasaən iş üzrə icraat - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3920/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5136/2023 saylı mülki işlər üzrə qəbul ediləcək məhkəmə qərarları qüvvəyə minənədək dayandırılmışdır. Qeyd olunan işlər üzrə qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəsini almış və iddiaçı bank məhkəməyə müraciət edərək icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə icraat təzələnmişdir. Bundan sonra Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(037)-60/2024 saylı qərardadına əsasən iş üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)1421/2024 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qüvvəyə minənədək təkrarən dayandırılmışdır. Hesab edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(037)-60/2024 saylı qərardadı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qərardadda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticələr onda şərh edilməmişdir. Həmçinin qərardadda göstərilən hallar işin həqiqi hallarına uyğun deyildir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, cavabdehin vəsatəti əsassız olaraq təmin edilmiş və icraat düzgün olmayaraq dayandırılmışdır. Bununla da bankın məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Mülki iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olsa da xx.xx.2024-cü il tarixədək keçən müddət ərzində cəmi 2 hazırlıq iclası keçirilmiş, cavabdehin əsassız şikayətləri və vəsatətlərinin təmin edilməsi ucbatından mülki işin baxılmasının yekunlaşdırılması mümkün olmamışdır. Bu isə bankın əmlak üzərində sərəncam istifadə və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, yekunda bankın hüquqlarının pozulmasına və banka ziyan vurulmasına səbəb olur. İş üzrə icraatın dayandırılmasına əsas olan hallar qanunvericilikdə konkret olaraq sadalanmışdır. Hazırkı halda icraatın dayandırlmasına heç bir əsas yoxdur. Bakı Kommersiya Məhkəmənin icraatında olan iş üzrə iddia tələbi keçirilmiş hərracdan sonra artıq qalmış pul vəsaitinin ödənilməsi tələbi ilə bağlıdır. Həmin mülki iş üzrə qəbul ediləcək qərarın hazırki işin nəticəsinə heç bir təsiri yoxdur. Hazırki iddia bankın mülkiyyətində olan əmlakın boşaldılıb mülkiyyətçi banka təhvil verilməsi tələbi ilə bağlıdır. Bank əmlakı keçirilmiş hərracın nəticəsində əldə etmiş həmin hərracların qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmiş və hər hansı bir pozuntunun olmaması məhkəmə qərarları ilə müəyyən edilmişdir. Hərracın qanuni və əsaslı olması barədə Ali Məhkəmənin qərarı mövcuddur. Cavabdehin hazırda qaldırdığı və gələcəkdə qaldıracağı hər hansı bir iddia bankın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməlidir. Lakin İsmayıllı Rayon Məhkəməsi icraatında olan e-2(037)-60/2024 saylı işlə əlaqəsi olmayan, həmin işə bağlılığı olmayan Bakı Kommersiya Məhkəməsinin icraatındakı iddia üzrə cavabdehin vəsatətinə düzgün hüquqi qiymət verməmiş, vəsatət rədd edilməli olduğu halda əsassız olaraq təmin edilmiş və iş üzrə icraat təkrarən dayandırılmaqla iddiaçı bankın hüquqları kobud şəkildə pozulmuşdur. Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bakı Kommersiya Məhkəməsində baxılan iş üzrə iddia tələbi hərrac nəticəsində artıq qalan pulun qaytarılmasından ibarətdir. Bankın iddia tələbi isə əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi ilə bağlıdır. Göründüyü kimi işlər arasında qətiyyən bağlılıq yoxdur, bir iş üzrə qəbul ediləcək qərar digər işin nəticəsinə heç bir təsir göstərməyəcək. Ona görə də icraatın dayandırılması qanunsuzdur. İddiaçı Bank tərəfindən iddia tələbini əsaslandıran sübutlar, işlə bağlı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları, DƏDRX tərəfindən verilmiş çıxarış və digər sənədlər elektron qaydada məhkəməyə təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, tərəflər arasında kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsinə dair mülki iş üzrə məhkəmə mübahisələri 2016-cı ildən başlamışdır, keçən müddət ərzində cavabdeh kredit öhdəliklərini yerinə yetirməmək, bank qarşısında öhdəliklərinin icrasından yayınmaq, işin gedişatını qanunsuz uzatmaq, məhkəmə qətnaməsinin icrasına mane olmaq və əlavə vaxt qazanmaq üçün hər cür əsassız iddia ilə məhkəmələrə müraciət etmişdir. Cavabdeh özü, həyat yoldaşı Surayya Mövlamova, oğlu Ramil Mövlamov Bakı şəhərinin müxtəlif məhkəmələrində “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” həmçinin “hərracın etibarsız hesab edilməsi” və s. iddialarla çıxış etmişlər. Bütün hallarda cavabdehin iddialarına məhkəmələr tərəfindən qiymət verilmiş və əsassız hesab edilərək rədd edilmişdir. Qaldırılan bütün iddialar məhkəmələr tərəfindən rədd edilmişdir. Bütün bunlar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını yubatmaq məqsədi ilə edilmişdir. Reallıq ondan ibarətdir ki, İsmayıllı şəhəri Babək küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1146.20 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası hazırda İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Bank həmin əmlakı mülkiyyətinə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası nəticəsində götürmüşdür. İşin məhkəmədə baxılmasının əsassız səbəblərdən yubadılması mülkiyyətçi bankın məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin maddəyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Cavabdeh hazırda mülkiyyət hüququ üzrə banka məxsus olan əmlakdan qanunsuz olaraq istifadə etməkdədir. Bank həmin əmlak üzərində mülkiyyət hüququnu xx.xx.2022-ci ildən əldə etsə də cavabdehin qanunsuz hərəkətləri ucbatından hazırkı tarixədək əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Hesab edirlər ki, cavabdehin əsassız iddiaları və sonu görünməyən məhkəmə mübahisələri hazırki halda mülkiyyət hüququmuzun pozulması ilə nəticələnə bilməz. İddiaçı Bank tərəfindən iddia tələbini əsaslandıran sübutlar, işlə bağlı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları, DƏDRX tərəfindən verilmiş çıxarış və digər sənədlər elektron qaydada məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli e-2(037)-60/2024 saylı qərardadının ləğv edilməsi və işin baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 sаylı qərаrdаdı ilə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 sаylı qərаrdаdından iş üzrə İddiaçı QSC tərəfindən verilmiş şikаyət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadı ləğv edilməli, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi/ Vəkil vəsatətlərini və iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsi Məhərrəm Həsənovun və Cavabdeh izahatlarını dinləyib hesab edir ki, hazırkı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-1421/2024 saylı mülki işlə əlaqəli olduğundan həmin mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək, hazırkı iş üzrə icraat dayandırılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1421/2024 saylı məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka predmetinin satılması nəticəsində vəsait fərqinin qaytarılması” tələbinə dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata qəbul edilərək e-2-2(113)- 1421/2024 saylı mülki iş üzrə kommersiya mübahisəsinə məhkəmədə şifahi icraat qaydasında baxılmağa hazırlanması 01 mart 2024-cü il tarixə,saat 12:40-a təyin edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka predmetinin satılması nəticəsində vəsait fərqinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.Hazırda e-2-2(113)-1421/2024 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İsmayıllı Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan mülki işlə əlaqəli olmaqla hər iki iş eyni xarakterli mülki işlərdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı QSC-dən tələb edilən 94163.61 manat pul məbləği hazırkı mübahisə üzrə qeyri-yaşayış sahəsinin satılmasından artıq qalmış və Cavabdeh ödənilməli olan puldur. Məhkəmə qərara gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1421/2024 saylı mülki işlə əlaqəli olduğundan həmin mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək, İsmayıllı Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun qərar qəbul etmək mümkün olmadığından hazırkı iş üzrə icraat dayandırılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1421/2024 saylı mülki işin yekunlaşana və yekun məhkəmə qərarı çıxarılanadək iş üzrə icraat dayandırılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Bakı Kommersiya Məhkəməsinin icraatında olan mülki işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Kollegiya qeyd edir ki, Bakı Kommersiya Məhkəmənin icraatında olan iş üzrə iddia tələbi keçirilmiş hərracdan sonra artıq qalmış pul vəsaitinin ödənilməsi tələbi ilə bağlıdır. Həmin mülki iş üzrə qəbul ediləcək qərarın hazırki işin nəticəsinə heç bir təsiri yoxdur. Hazırki iddia bankın mülkiyyətində olan əmlakın boşaldılıb mülkiyyətçi banka təhvil verilməsi tələbi ilə bağlıdır. Bank əmlakı keçirilmiş hərracın nəticəsində əldə etmiş həmin hərracların qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmiş və hər hansı bir pozuntunun olmaması məhkəmə qərarları ilə müəyyən edilmişdir. Hərracın qanuni və əsaslı olması barədə Ali Məhkəmənin qərarı mövcuddur. Cavabdehin hazırda qaldırdığı və gələcəkdə qaldıracağı hər hansı bir iddia bankın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllədə məhkəməninüzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsininicraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bakı Kommersiya Məhkəməsindəbaxılan iş üzrə iddia tələbi hərrac nəticəsində artıq qalan pulun qaytarılmasından ibarətdir. Bankın iddia tələbi isə əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi ilə bağlıdır. Göründüyü kimi işlər arasında qətiyyən bağlılıq yoxdur, bir iş üzrə qəbul ediləcək qərar digər işin nəticəsinə heç bir təsir göstərməyəcək. Ona görə də icraatın dayandırılması qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 sаylı qərardadı ləğv olunmalı, Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(037)-60/2024 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-589/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-589/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver