Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-59/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibiyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-1216/2017 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən birgə qaydada 10,382 ABŞ dolları əsas, 4,579 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 15,461 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(039)-1216/2017 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10,382 ABŞ dolları əsas, 4,579 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15,061 (on beş min altmış bir) ABŞ dolları borcun ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2аpelyаsiyа şikаyəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-1216/2017 nömrəliqətnaməsininnin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək alınmış olan ekspert rəyinə uyğun olaraq yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)- 2753/2018 nömrəli (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)- 1216/2017nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)-2753/2018 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2523/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)-2753/2018 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23-4060 nömrəli, xx xxxxxx 2014-cü il tarixli kredit və eyni tarixli zaminlik müqavilələri və maliyyə arayışı ilə təsdiq olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 % olmaqla 18 ay müddətinə 20,000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəlik götürmüş, öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Arayışda qeyd olunur ki, xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 10,382 ABŞ dolları əsas, 4,579 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 15,461 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, banka ödədiyi məbləğlər nəzərə alınmamışdır. Nəticədə əsas və faiz borcları süni şəkildə şişirdilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olduğuna baxmayaraq birinci instansiya məhkəməsi ekspertiza təyin etməmişdir. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(039)-1216/2017 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh tərəfin heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Cavabdeh3 və Cavabdeh1 rəsmi poçt vasitəsilə ilə yanaşı, həmçinin istifadələrində olan müvafiq olaraq 055 7650434, **********, ********** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, faiz borca münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23-4060 nömrəli, xx xxxxxx 2014-cü il tarixli kredit və eyni tarixli zaminlik müqavilələri və maliyyə arayışı ilə təsdiq olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 % olmaqla 18 ay müddətinə 20,000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəlik götürmüş, öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Arayışda qeyd olunur ki, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 10,382 ABŞ dolları əsas, 4,579 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 15,461 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2523/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(107)-2753/2018 nömrəli qətnaməsi ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiya məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, “kredit müqaviləsi üzrə mənim bank qarşısında olan öhdəliyimi vicdanlılıq göstərərək həmişə vaxtında yerinə yetirmişəm. Lakin krediti ödəmədiyim vaxtlar işlərim zəiflədi, maddi vəziyyətim ağırlaşdı ödəniş qrafıkimdə gecikmələr yarandı. Beləliklə də mənim İddiaçı ASC-yə borcum yaranıb. Ancaq məhkəmə bank nümayəndəsinin iddia ərizəsində yazdığı həddən artıq tənasübsüz surətdə yüksəltdiyi 10382 (on min üç yüz səksən iki) ABŞ dolları əsas kredit borcu, 4579 (dörd min beş yüz yetmiş doqquz) ABŞ dolları məbləğində faiz borcu tutulması tələbini heç bir azaltma olmadan, bizim əmlak və şəxsi mənafeyimizi nəzərə almadan bankın xeyrinə tutmuşdur. Belə ki, məhkəmə mühasibatçılıq ekspertizası təyin etməli və iş üzrə buna uyğun obyektiv qərar verməli idi. Çünki mənim ödənişlərimdən əsas borc üzrə həddən artıq az silinmişdir.” Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, apelyasiya şikayətinin həmin dəlillərinin nə üçün təmin olunmamasına qətnaməsində münasibət bildirməmişdir. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində də eyni dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərinin dəyərləndirilməməsi iş üzrə tərəfin əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apelyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apelyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin faizlə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmasa da, hesab edir ki, qalan hissələrdə birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasən,isəöhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicrae dilməməsiborclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1. maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 464.1. maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya icraatı zamanı əsas, faiz və cərimə borcunun düzgün hesablanıbhesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 17931 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan izahlı maliyyə arayışı məlumatlarının və xx xxxxxx 2014-cü il tarixli, 23-4060 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən edilir, əsas borc üzrə 10.382 ABŞ dollar, faiz borcu üzrə 2945.20 ABŞ dollar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan kredit müqaviləsi üzrə faiz borcu məbləği hissəsində qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, ekspert rəyindən müəyyən edilir ki, cavabdehin müqavilə müddətinin sonuna, əsas borc üzrə 10.382 ABŞ dollar, faiz borcu üzrə 2945.20 ABŞ dollar borcu qalmışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər əsassızdır. Belə ki, cavabdeh onun tərəfindən ödənilmiş ödənişlərin əsas borcdan həddən artıq az silindiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya apelyasiya şikayətinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilələrdə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Ona görə də, kredit borcunun ödəniş gününə mövcud olan məzənnə üzrə ödənilməsinin qət edilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-1216/2017 nömrəli qətnaməsi faiz və cəmi borc məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlərə аid edilməli və məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(039)-1216/2017 nömrəli qətnaməsi 4579 ABŞ dolları faiz və cəmi 15.061 ABŞ dolları tutulması hissəsində dəyişdirilsin, həmin hissədə faiz borcu 2945.20 ABŞ dolları, cəmi borc isə 13.427.20 (on üç min dörd yüz iyirmi yeddi ABŞ dollar 20 sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 150 manat məhkəmə ekspertiza xərci cavabdehlərdən alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-59/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-59/2020
05.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver