Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-59/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “inventarlaşma işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “30.000 manat pulun alınması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “inventarlaşma işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair ilkin iddia və “30.000 manat pulun alınması” tələbinə dair qarşılıqlı iddia, qismən ləğv) X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “inventarlaşma işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “30.000 manat pulun alınması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi, cavabdeh isə mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən, A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30.000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Oğuz rayon Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli, 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə əsasında X5 məxsus ev bünövrəsini satın almışdır. Oğuz rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 14 saylı iclas protokolunun qərarına əsasən həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihə-smeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə qanuni istifadədə olan həmin torpaq sahəsi İddiaçı verilmiş, buna dair tərtib edilmiş A 389607 saylı torpaq sahəsinin (dəqiq ölçü-599,43 kv.m) planı və ölçüsü sənədi bir nüsxəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanmaqla ona təqdim edilmişdir. İlkin iddianın mahiyyətinə əsasən torpaq sahibi adına çıxarış alınması üçün aidiyyəti orqana müraciət etmiş, rəsmi şəkildə imtina təqdim edən 9 saylı Ərazi İdarəsi bunu torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında müəyyən edilmiş hallara əsasən mübahisənin cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən yarandığı təsdiq edilmişdir. Cavabdeh bu hərəkətini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ilə razılaşma əsasında mübahisəli torpaq sahəsini ondan satın almış, lakin torpaq sahəsinin sənədləri qaydasında olmadığından notarial qaydada alqı-satqı həyata keçirilməsi mümkün olmamış, İddiaçı torpağın dəyəri olaraq 5000 ABŞ dolları əvəzində 2007-ci ildə ona etibarnamə ilə geniş səlahiyyətlər vermişdir. Buna baxmayaraq sənədlərin hazırlanması mümkün olmamışdır, çünki torpaq sahəsinə iddiaçının adına verilmiş plan və ölçü sənədinin heç bir əsası olmadığındn həmin sənəd qanuni olaraq qəbul edilmir. Bundan başqa özü həmin torpaq sahəsini və hazırda istifadəsində olan digər sahəni Gürcüstan Respublikasında adı qeyd edilən ermənidən satın almışdır. Sonralar İddiaçı israr etdiyindən ona 5000 dollar pul vermişdir. Həmin məbləğ etibarnamə verilərkən notariat kontorunda oğlu Seymurun, habelə Lütfiyyənin qardaşı Qəhrəman Hidayətovun iştirakı ilə ona verilmişdir. Sənəd hazırlamaq mümkün olmadığından Lütfiyyə 2019-cu ildə yenidən notarial qaydada bütün mühüm səlahiyyətlərin göstərildiyi etibarnaməni onun oğlu Aqşin Abışzadəyə vermiş, həmin vaxt Aqşindən 700 manat pul almışdır. Beləliklə, ilk iddiaçının torpaq üzərində hüququnun olmadığı nəzərə alınmaqla ilk iddia rədd edilməlidir. Bundan əlavə qiymətləndirici tərəfindən verilmiş rəyə əsasən mübahisəli torpağın hazırki bazar dəyəri 30000 manatdır. Buna görə də Lütfiyyə həmin məbləği ona ödəməlidir.
5. Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(054)-29/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) ilkin iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,06 ha (599,43 kv.m) həyətyanı torpaq sahəsində texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətlərinin qadağan edilməsi, qeyd edilən torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçmə işlərinin keçirilməsinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 (beş min) ABŞ dolları milli manat ekvivalentində və 700 (yeddi yüz) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 439.4, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan və Oğuz şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı atasının adı texniki səhv olaraq Abduləli kimi yazılmışdır. Akt Oğuz rayon İHB-nin müavini X19, Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndə əvəzi X23 və X27 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X24 ünvanladığı və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-4494/2023 saylı məktubundan görünür ki, İdarənin mütəxəssisləri ilkin texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılması üçün ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə Xidməti MMC-nin iş materiallarına əlavə edilmiş texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, X1 alınmış və İddiaçı adına kadastr planı əsasında qeydə alınmaqla faktiki istifadədə olan 0,06 ha torpaq sahəsinin hər sot üçün dəyəri 5000 manat olmaqla cəmi dəyərinin 30000 manat həddində qəbul olunması məqbul hesab edilir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh müraciətinə uyğun olaraq mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən satılması, Cavabdeh və onun oğlu Akşin Abışzadəyə etibarnamə verilməsi ilə bağlı onlardan 2007-ci ildə 5000 dollar və 2019-cu ildə 700 manat pul alınması mülki xarakterli və məhkəmə səlahiyyətinə aid xüsusatlar olduğundan Oğuz RPŞ-də qeydə alınmış HK-1/324 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X7 2000-ci illərin əvvəllərində bacısı Lütfiyyə və həyat yoldaşı İlham Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 6 sot torpaq sahəsini satmaq istədiklərindən 350 manata torpağı onlardan aldığını, daha sonra onlar torpağı Cavabdeh satdıqlarından pulunu geri aldığını, torpağın sənədlərinin Cavanşirə verildiyini, Cavanşirin buna görə bacısıgilə 5000 dollar pul verdiyini, Lütfiyyənin isə Cavanşirə 2007-ci ildə torpağı öz adına keçirmək üçün etibarnamə verdiyini, 2019-cu ildə Lütfiyyənin Cavanşirdən daha 700 manat pul aldığını eşitdiyini, bir müddət sonra Lütfiyyənin verdiyi etibarnaməni ləğv etdirdiyini, buna görə Cavanşirin şikayət etdiyini bildirmişdir. Qərara əsasən X15 Lütfiyyəyə pul verərkən yanında olduğunu, Lütfiyyənin həmin pulu torpaq sahəsini satmaq üçün Cavanşirdən aldığını bildirmişdir. Qərara əsasən İddiaçı 2007-ci ildə torpaq sahəsini Cavabdeh verməsi ilə bağlı ona etibarnamə verdiyini, həmin vaxt Cavanşirdən 5000 dollar almadığını, 2019-cu ildə tanımadığı şəxsin zənginə əsasən notariat kontoruna getdiyini, Cavanşirin oğlu Akşin Abışzadədən 700 manat alaraq ona yenidən etibarnamə verdiyini, sonra həmin etibarnaməni ləğv etdirərək həyat yoldaşı İlham Xudiyevin adına etibarnamə verdiyini, Cavanşirə etibarnamə verdiyinə görə peşman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 18-ci notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli,ƏN-İ 099545 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2012-ci ilədək ünvan 1-də yerləşən tikilini özəlləşdirməyi, tikməyi, DƏDRX-dən çıxarışı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s.səlahiyyətləri etibar etmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon kontorunda təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, ƏN-İ 153608 saylı etibarnamənin surətindən görünür ki, X9 Cavanşir Müslüm oğluna xx.xx.2013-cü ilədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək də daxil olmaqla bir çox səlahiyyətləri etibar etmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 18-ci notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AR-İ 860165 saylı etibarnamənin surətindən görünür ki, Xudiyeva X10 Akşin Cavanşir oğluna xx.xx.2069-cu ilədək ünvan 1-də yerləşən 0,06 ha torpaq sahəsini özəlləşdirməyi, istifadə etməyi, sərəncam verməyi, DƏDRX-dən çıxarışı və lazımi digər sənədləri, 1 saylı arayışı almağı, əmlakı satmağı, bağışlamağı, ipotekya qoymağı və s.səlahiyyətləri etibar etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-36RA2-93/2023 saylı məktubu ilə daxil olmuş və iş materiallarına əlavə edilmiş Oğuz rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 14 saylı iclas protokolunun qərarının təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən X2 X5 məxsus ev bünövrəsini aldığı üçün həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin X2 daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihə-smeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır. Oğuz rayon İHB-nın “Oğuz şəhər sakinlərinin qanuni istifadələrindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi haqqında” iş materiallarına əlavə edilmiş xx.xx.2011- ci il tarixli, 163 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Oğuz şəhər sakinlərinin qanuni istifadəsindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar hüquqi sənədlər hazırlanan zaman sakinlərdən bir qrupunun qanuni istifadələrində həyətyanı torpaq sahələrinin olmasına baxmayaraq adlarına hüquqi sənədin hazırlanmadığı nəzərə alınmaqla onların qanuni istifadələrində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi qərara alınmış, vətəndaşların adlı siyahılarının və s. sənədlərin hazırlanması aidiyyəti orqanlara tapşırılmışdır. Oğuz rayon İHB Oğuz şəhəri İƏV üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X3 özündən başqa ailə üzvünün olmadığı bildirilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-003/2023 saylı məktubundan görünür ki, Oğuz şəhər İƏD üzrə nümayəndəliyində 2009-cu il tarixədək təsərrüfatbaşına uçot kitabları tərtib olunmadığından İddiaçı Əbduləli qızı və onun ailə üzvləri barədə 1992-1998-ci illər üzrə çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2- 6914/2023 saylı məktubundan görünür ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən qeyd olunan, İddiaçı adına olan A 389607 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas olan sənədlər 9 saylı Ərazi İdarəsində mövcud deyil.
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(054)-29/2024 nömrəli qətnaməsi ilə ilkin iddiaçının Cavabdeh qarşı maneələrin qadağan edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia üzrə iddiaçının ilk iddiaçıya qarşı torpağın dəyəri kimi 30000 (otuz min) manat pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Məhkəmə qətnaməsinin qarşılıqlı iddia üzrə iddianın qismən təmin olunması hissəsi ilə razı deyil. Çünki həmin hissədə məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, qarşılıqlı iddia tələbində torpağın dəyəri istənilsə də, məhkəmə verilməsi sübuta yetirilməmiş 5000 (beş min) ABŞ dolları pulun 17 ildən sonra eyni miqdarda qaytarılması barədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, sübutları araşdırmadan və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlmişdir. Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(054)-29/2024 nömrəli Qətnaməsi ümumiyyətlə ilkin iddia üzrə cavabdehin barəsində heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, həmin cavabdehin torpaq sahəsi barədə iddiaçıdan əvvəl kiminlə razılaşdığı nəzərə alınmamışdır. Məhkəmə torpağın sənədlərini iddiaçının qardaşı tərəfindən cavabdehə nə vaxt verildiyinə də aydınlıq gətirməmişdir. İddiaçı məxsus torpağı Cavabdeh “satan” şəxs sonradan aldığı pulu qaytarmamaq üçün həmin pulun guya bacısının aldıqı barədə polis şöbəsində yalan ifadə vermişdir. Lakin məhkəmə iclasında yalan ifadə verməmək barədə iltizama imza etdikdən sonra pulun bacısına verildiyini görmədiyi və bu barədə Cavabdeh oğlu X11 eşitdiyini demişdir. Bundan əlavə məhkəmə hansı səbəbdənsə qarşılıqlı iddiaçının 2007-2009-cu və 2019-2023-cü illər ərzində torpağı sənədləşdirmədiyinə, bir dəfə də olsa DƏDKR PHŞ-nə müraciət edibetmədiyinə münasibət bildirməmişdir. Görünür Cavabdeh məhkəmənin qətnamədə qeyd etdiyi kimi etibarnamə ilə ona verilmiş geniş səlahiyyətlərdən istifadə edərək ilkin iddiaçının torpağını qanunsuz yolla öz adına sənədləşdirmək istəmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Cavabdeh qarşılıqlı iddiada və məhkəmə iclaslarında özünün və dəvət etdiyi şahidlərin verdikləri ifadələrdə torpağın guya ona məxsus olması barədə görüntü yaratmağa çalışmış, həmin torpağın sənədləşməsinin qeyri-mümkün olmasını israrla bildirmişdir. Lakin bütün bunlar sübuta yetirilmədiyi üçün ilkin iddia üzrə iddia tələbi tam təmin olunmuşdur. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Qarşılıqlı iddia torpağın dəyəri kimi 30000 (otuz min) manat pulun alınması barədədir. Məhkəmə isə səhvən bu tələbi qarşılıqlı iddia üzrə cavabdehə guya verilmiş 5000 (beş min) ABŞ dolları və onun etiraf etdiyi 700 (yeddi yüz) manat pulun tələb edilməsi kimi qəbul etmişdir. Əgər belə olsaydı əvvəl həmin pulun verilməsi sübut olunmalı idi. Bundan sonra indeksasiya barədə ekspertiza təyin olunmalı idi. Bütün bunların əksinə olaraq məhkəmə son dərəcə səhv nəticəyə gələrək, qətnamədə yazır: “...etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir.” Məhkəmənin bu qənaətinə görə belə çıxır ki əmlakın alqı satqısı üçün etibarnamə kifayətdir və notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə ehtiyac yoxdur. Göründüyü kimi bu hissədə absurd hesab olunan məhkəmənin mövqeyidir. Bundan başqa məhkəmə qətnamədə şahid Qəhrəman Hidayətovun izahatının həm iddiaçı həm də cavabdeh tərəfindən qəbul edildiyi və etiraza səbəb olmadığı barədə qeyd edir. Az qala məhkəmə demək istəyir ki, ilk İddiaçı vəkili 5000 (beş min) ABŞ dolları pulun ona verildiyini etiraf etmişdir. Qəhrəman Hidayətovun həmin pulun onun yanında verilmədiyini bildirir. Bu ifadəyə hansı səbəblə onların tərəfindən etiraz edilməli olduğu başa düşülən deyil.
10. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(054)- 29/2024 nömrəli qətnaməsinin qismən – iş üzrə qarşılıqlı iddianın qismən- 5000 (beş min) ABŞ dollarına münasibətdə təmin olunması hissəsində və qarşılıqlı iddia tələbi üzrə 105 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi məhkəmə iddianın təmin edilməsinə və qarşılıqlı iddianın qismən təmin edilməsinə dair belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı mübahisəli torpağın bazar dəyəri olaraq 30000 manat pulun alınıb ona verilməsini tələb etsə də, qeyd olunduğu kimi hazırda iddiaçının həmin torpaq sahəsi üzərində üstün hüquqları müəyyən edilir. Belə olan halda qarşılıqlı iddiaçının torpaq sahəsinin hazırkı bazar dəyərinə uyğun pulunu tələb etmək tələbi təmin edilmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. İşin faktiki halları ondan ibarətdir ki, ölkədə torpaq islahatları gedən vaxt yaşadığı evin yaxınlığında yerləşən və islahatdan əvvəl istifadəsində olan 599,43 kv.metr torpaq sahəsinin Oğuz rayonAqrar İslahat Komissiyasının 75-nömrəli, 05 noyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və onun adına xx.xx.2012-ci il tarixdə AN 389607nömrəli kadastr planı işlənmişdir. Həmin torpaq sahəsi islahatdan əvvəl bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini İddiaçı ilə razılaşıb satın almaq qərarına gəldi. Bundan sonra İddiaçı tərəfindən 599,43 kv.metr torpaq sahəsi Cavabdeh satılmış, torpaq sahəsinə dair sənədlərin əslləri İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, 599,43 kv.metr torpaq sahəsinə görə Cavabdeh ilə İddiaçı arasında razılaşdırılmış pul məbləği Cavabdeh tərəfindən İddiaçı ödənilmiş, İddiaçı ilə onun əri X27 birinci dəfə 2007-ci il tarixdə 5 illik ƏN-İ099545-nömrəli etibarnamə, sonra 50 illik torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti olmaqla 7E-13870 reyestr nömrəli etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra məlum oldu ki, İddiaçı həmin 599,43 kv.metr torpaq sahəsini başqa şəxsə satmaq istəyir. Bundan sonra İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi barədə” iddia qaldırmışdır. İşə mənkəmədə baxılarkən ilk iddiaçı 700 manat pulun Cavanşirin oğlu tərəfindən ona verildiyini etiraf etmiş və bunun beh kimi qəbul edildiyini bildirmişdir. 5000 ABŞ dolların pulun verilməsi İddiaçı tərəfindən qəbul edilməsə də, məhkəmə iddiaçı tərəfin arqumentlərinə tənqidi yanaşmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ildə etibarnamə Cavabdeh verilərkən torpağın sənədləri hazırlandıqdan sonra tərəflər arasında rəsmi alqı-satqının olacağı qərarlaşdırılmışdır, lakin etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir. Hazırda həmin torpaq sahəsinin ərazi üzə mövcud bazar qiyməti 30-35 min manatdır. Hesab edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyil. Bu baxımdan İddiaçı Cavabdeh həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan hesab edir ki, həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, 599,43 kv.metr torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qarşılıqlı iddia təmin edilərək, mübahisəli 599,43 kv.metr torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 (otuz min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 182 manat pul cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməli idi. Ona görə ki, artıq bu qəbildən olan işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Sözügedən qətnamə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə ziddir. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, Oğuz rayon Məhkəməsinin 2(054)-29/2024-nömrəli, 16fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddiaçı Cavabdeh “mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona-iddiaçı Cavabdeh verilməsi” barədə iddasının təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin isə təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin isə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(054)-29/2024 saylı qətnaməsinin qismən, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 isə tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin dəlilləri əsaslıdır.
23. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X20 izahat verərək bildirmişdir ki, İddiaçı mübahisəli torpağı satdığından 2007-ci ildə Bakı şəhərində Əhmədli qəsəbəsində yerləşən notariat kontorunda atasına etibarnamə vermiş, 5000 ABŞ dolları pulu da Lütfiyyənin qardaşı Qəhrəmanın yanında ona vermişdir. Pul 100 dollarlıq əskinazlarda olub. Torpağın rəsmi alqı-satqısı olmayıb. Lütfiyyə və Qəhrəmana etibar ediblər, çünki ailə ilə çox yaxın olublar. Qəhrəman polis şöbəsində izahatlar alınanda bacısına demişdir ki, “qurtarın bu məsələni”. Lütfiyyə isə qardaşına demişdir ki, sən bizim tərəfimizdə olmalısan. Pul verilməsə İddiaçı atasının adına etibarnamə verməzdi.
24. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 izahat verərək bildirmişdir ki, əvvəllər İcra Hakimiyyətində işləyib. 2008-2012-ci illərdə Oğuz rayon Calud kənd icra nümayəndəsi işləyib. İddiaçı həmkəndlisi kimi tanımışdır. 2013-cü ildə başqa orqanda işləyib. 2013-cü ildə İddiaçı adına arayış verməsi mümkün deyil.
25. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, iddiaçı bacısıdır. Cavabdehin və onun uşaqları bir yerdə böyüyüblər. İddiaçı ilə cavabdehin mübahisəsi ona dərindən məlumdur, yəni o, bu işin içində olmuşdur. Bacısının əri İlham 1992-ci ildə torpaq aldığını demişdir. Qardaşı gedib İlhamla torpağa baxanda Cavanşir deyib ki, bura mənim evimin arxasıdır. İlham onun qardaşını qoyub qaçıb. Cavanşirlə qardaşı mübahisə ediblər. Gedib Cavanşirlə görüşəndə ona demişdir ki, bura mənim həyətimdir, sən olsan nə edərdin. Cavanşiri başa düşüb və söhbət bitib. Sonra İlham sənədləri gətirib evdə ona verib deyib ki, Rusiyaya gedir, yol pulunu versin, məsələ bitsin. Ona 350 dollar pul vermiş, İlham da razılıqla getmişdir.Tarix yadında deyil. Sonra Cavanşirə deyib ki, torpaq sənindir, get rəsmiləşdir. 2007-ci ildə Bakıda torpağı sənədləşdirəndə Cavanşirlə oğlu Seymur Lütfiyyəgilə 5000 ABŞ dolları pul verib. Pul veriləndə qarışmayıb. Notariat kontoruna girməyib, sənədləri verib. Həmin vaxt orada Cavanşir, Seymur, bacısı Lütfiyyə və tanımadığı bir qadın olub. Pulun verildiyini ona Seymur deyib. Bacısıgil 350 dolları qaytarmayıblar. Cavanşir sonradan Lütfiyyəyə 700 manat verib. Bacısı ilə danışmır.
26. Göründüyü kimi tərəflər arasında rəsmi qaydada alqı-satqı müqviləsi olmasa da şahidlərin izahatları ilə onlar arasında şifahi qaydada alqı-satqının olması öz təsdiqini tapır.
27. Şəki Apellyasiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(107)-763/2024 saylı qərardadı ilə təyin edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 10/5482-9/5693 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan 5.99 sot (599.43 kv.m) torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 32945.00 manat məbləğində müəyyən olunur.
28. Nəzərə alınmalıdır ki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
29. Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyri-müəyyənliyin, məhkəmə aktlarının qeyri-sabitliyinin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından sui-istifadə etmiş subyektlər bunun nəticəsində yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri də daşıyırlar.
30. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh mübahisəli torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsinin geri tələb etməklə əsassız varlanan şəxs sayılır. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis, ekspert rəyləri və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 manat müəyyən edilməsini ağlabatan və qanuni hesab edir.
31. MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
32. Ona görə də, qarşılıqlı iddia tələbi təmin edildiyindən 182 manat dövlət rüsumu İddiaçı alınıb Cavabdeh verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir.
33. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qarşılıqlı iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(054)-29/2024 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “30.000 manat pulun və 182 manat dövlət rüsumunun alınması”na dair qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı 30.000 manat pul və 182 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, 2(054)-29/2024 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “30.000 manat pulun və 182 manat dövlət rüsumunun alınması”na dair qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı 30.000 manat pul və 182 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X12, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.