Məhkəmə qərarları › İş №2(107)-590/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-590/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-590/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğuna və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli 26R000004999 saylı kredit razılaşması üzrə 23138 ABŞ dolları 51 sent əsas, 4397 ABŞ dolları 60 sent faiz və 10900 ABŞ dolları 60 sent cərimə olmaqla, cəmi 38436 ABŞ dolları 71 sent borcun və xx xxx 2014-cü il tarixli 26R000005429 saylı kredit razılaşması üzrə 15598 ABŞ dolları 79 sent əsas, 4397 ABŞ dolları 60 sent faiz və 6906 ABŞ dolları 21 sent cərimə olmaqla, cəmi 25269 ABŞ dolları 45 sent borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə 63706 ABŞ dolları 16 sent məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, 63706 ABŞ dolları 16 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 oğundan və Cavabdeh3 ümumi qaydada tutulması, Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi sonra iddia tələbinin həcminin artılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli 26R000004999 saylı kredit razılaşması üzrə 23138 ABŞ dolları 51 sent əsas, 15794 ABŞ dolları 60 sent faiz və 29519 ABŞ dolları 44 sent cərimə olmaqla, cəmi 68452 ABŞ dolları 55 sent borcun və xx xxx 2014-cü il tarixli 26R000005429 saylı kredit razılaşması üzrə 15456 ABŞ dolları 28 sent əsas, 10087 ABŞ dolları 80 sent faiz və 18981 ABŞ dolları 04 sent cərimə olmaqla, cəmi 44525 ABŞ dolları 12 sent borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə 112977 ABŞ dolları 67 sent məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, 112977 ABŞ dolları 67 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 oğundan və Cavabdeh3 ümumi qaydada tutulması, Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnаməsi ilə iddiа qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 26R000004999 saylı kredit razılaşmasına əsasən 22683 (iyirmi iki min altı yüz səksən üç) ABŞ dolları 30 (otuz) sent əsas, 15794 (on beş min yeddi yüz doxsan dörd) ABŞ dolları 60 (altmış) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 39477 (otuz doqquz min dörd yüz yetmiş yeddi) ABŞ dolları 90 (doxsan) sent və xx.xx.2014-cü il tarixli 26R000005429 saylı kredit razılaşmasına əsasən 15456 (on beş min dörd yüz əlli altı) ABŞ dolları 28 (iyirmi səkkiz) sent əsas, 10087 (on min səksən yeddi) ABŞ dolları 80 (səksən) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 26544 (iyirmi altı min beş yüz qırx dörd) ABŞ dolları 08 (səkkiz) sent, ümimilikdə 66021 (altmış altı min iyirmi bir) ABŞ dolları 98 ( doxsan səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Göyçay rayonu, Potu kəndində Cavabdeh3 mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Göyçay rayonu, Potu kəndində Cavabdeh3 mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 66021 (altmış altı min iyirmi bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı İddiaçı QSC-yə aid edilsin, 20 (iyirmi) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 170 (bir yüz yetmiş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə 200 (iki yüz) manat məhkəmə qiymətl əndirmə ekspertizası xərcinin 40 ( on ) manatı İddiaçı QSC-dən, 160 (bir yüz altmış) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ödənilməsi (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxx” ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ013501**********1944, Kod:200093 hesabı), iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması və fərdi yaşayış evinin İddiaçı QSC-nə təhvil verilməsi hissəsində iddianı rədd edərkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehlər mülkiyyətlərində olan qeyriyaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan əlavə birinci instansiya məhkəməsi 200 (iki yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 ( on ) manatı İddiaçı QSC-dən tutarkən də düzgün olmayan qənaətə gəlmişdir. Ekspertizanın keçirilməsi iddiaçının vəsatəti əsasında olmamışdır. Ona görə də qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnaməsi qismən, Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26L000000316 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmışdır. Tərəflərin imzaladığı xx.xx.2014-cü il tarixli 316 saylı sazişlə kredit xəttinin məbləği 100000 ABŞ dolları və kredut xəttinin müddəti 120 ay müəyyən edilmişdir. xx xxxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000004999 saylı kredit razılaşması əsasında Cavabdeh1 48 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 30000 ABŞ dollar məbləğində kredit götürmüşdür. xx xxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000005429 saylı kredit razılaşması əsasında Cavabdeh1 48 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla 20000 ABŞ dollar məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında xx xxxxxx 2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə saziş bağlanmışdır. xx xxxxx 2014-cü il tarixdə Cavabdeh3 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya xx xxxxx 2014-cü il tarixli 26R000004999 saylı kredit razılaşması üzrə 23138 ABŞ dolları 51 sent əsas, 15794 ABŞ dolları 60 sent faiz və 29519 ABŞ dolları 44 sent cərimə olmaqla, cəmi 68452 ABŞ dolları 55 sent və xx xxx 2014-cü il tarixli 26R000005429 saylı kredit razılaşması üzrə 15456 ABŞ dolları 28 sent əsas, 10087 ABŞ dolları 80 sent faiz və 18981 ABŞ dolları 04 sent cərimə olmaqla, cəmi 44525 ABŞ dolları 12 sent, ümumilikdə hər iki kredit razılaşması üzrə 112977 ABŞ dolları 67 sent borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddia tələbinin Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması hissəsində iddianı rədd edərkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehlər mülkiyyətlərində olan qeyriyaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi qanunvericiliyə uyğun olaraq ekspertiza xərcini tərəflər arasında bölmüşdür. Bundan başqa apelyasiya şikayətinin ipoteka predmetinin banka təhvil verilməsi hissəsi də əsassızdır. Belə ki, ipoteka predmeti hərracda satılarkən kimin tərəfindən alınacağı qeyri müəyyəndir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnaməsi qismən, Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnaməsi qismən, Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-1814/2019 saylı qətnaməsi qismən, Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Göyçay rayonu, Potu kəndində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılsın. Qətnamə qalan hissədə, yəni xx.xx.2014-cü il tarixli 26R000004999 saylı kredit razılaşmasına əsasən 22683 (iyirmi iki min altı yüz səksən üç) ABŞ dolları 30 (otuz) sent əsas, 15794 (on beş min yeddi yüz doxsan dörd) ABŞ dolları 60 (altmış) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 39477 (otuz doqquz min dörd yüz yetmiş yeddi) ABŞ dolları 90 (doxsan) sent və xx.xx.2014-cü il tarixli 26R000005429 saylı kredit razılaşmasına əsasən 15456 (on beş min dörd yüz əlli altı) ABŞ dolları 28 (iyirmi səkkiz) sent əsas, 10087 (on min səksən yeddi) ABŞ dolları 80 (səksən) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 26544 (iyirmi altı min beş yüz qırx dörd) ABŞ dolları 08 (səkkiz) sent, ümimilikdə 66021 (altmış altı min iyirmi bir) ABŞ dolları 98 ( doxsan səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Göyçay rayonu, Potu kəndində Cavabdeh3 mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Göyçay rayonu, Potu kəndində Cavabdeh3 mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 66021 (altmış altı min iyirmi bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı İddiaçı QSC-yə aid edilməsi, 20 (iyirmi) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 170 (bir yüz yetmiş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə 200 (iki yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 ( on ) manatının İddiaçı QSC-dən, 160 (bir yüz altmış) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ödənilməsi (VÖİN**********,H/H:AZ61AİİB********************,“xxxx” ASC-ninNərimanov Filialı M/H:AZ37NABZ013501**********1944, Kod:200093 hesabı), iddianın qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar