Məhkəmə qərarları › İş №2(107)-591/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-591/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-591/2023 04.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 3.154 manat pulun alınıb ona verilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qətnaməsi ilə iddia müddətinin tətbiq edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi, həmçinin vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-ci il tarixli, 2(039)-276/2023 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-276/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qərardadına əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)-276/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ona qaytarılmışdır. Belə ki, o, apellyasiya şikayətini qanunvercilikdə nəzərdə tutulmuş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(039)-276/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)- 276/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətini qanunvercilikdə nəzərdə tutulmuş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qərardaddan verilmiş şikayətin geri qaytarılmasına dair münasibətləri tənzimləyən norma yoxdur. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı münasibətlərə apellyasiya şikayətinin qaytarılmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin normaları tətbiq edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı qanunvericiliyin müəyyən etdiyi tələblərinə əməl etmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət əsaslıdır. Ona görə də, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(039)-276/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(039)-276/2023 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar