Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-594/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi, maddi zərər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən orta köklükdə cins inəyini yaxud da bu günkü bazar dəyərini – 1.200 manat və 32 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bütün kənd sakinləri kimi onun da iri və xırda buynuzlu heyvanları vardır. 02 iyun 2022-ci il tarixdə heyvanları nobata qoşmaq üçün təyin olunan yerdə nobatçı olan cavabdehə təhvil vermişdir. Heyvanlarından biri hal-hazırda bazar dəyəri 1200 manat olan orta köklükdə cins inək olmuşdur. Həmin axşam ona məxsus digər heyvanlar nobatdan geri dönsələr də, qeyd etdiyi heyvanı gəlib çıxmamış, o, cavabdehə zəng vuraraq bu barədə məlumat vermiş, cavabdeh ona narahat olmamasını, heyvanın gələcəyini demişdir. Səhəri gün cavabdehlə birlikdə inəyin axtarışına çıxmışlar. O, inəyi kənd arasında heyvanların su içmək üçün getdiyi “Gendərə” deyilən yerdə ölü olaraq tapmış, cavabdehə zəng edərək onu da ora çağırmışdır. O, dəfələrlə cavabdehdən ona dəymiş ziyanı ödəməsini tələb etsə də, cavabdeh məhəl qoymayıb saymazyana rədd cavabı vermişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 23 yanvar 2023-cü il tarixli, 2(016)- 42/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Cavabdeh 800 manat və dövlət rüsumunun olaraq ödənilmiş 21 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 9 manatı iddiaçıya aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 02 iyun 2022-ci ildə iddiaçı təsərrüfatında olan mal-qarasını, o cümlədən 800 manata aldığı orta köklükdə cins inəyini örüşə ötürmək üçün naxıra qoşmuşdur. Həmin gün naxırı otarmaq növbəsi Cavabdeh olmuşdur. Cavabdeh heyvanları naxıra aparmış, digər heyvanları qayıtsada, lakin həmin vaxt bir baş cins inəyi naxırdan qayıtmamışdır. Sonradan həmin heyvan “Gendərə” adlı yerdə ölü olaraq tapılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin müəyyən edilmiş hallarına qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab etməmişdir ki, 2 iyun 2022-ci ildə iddiaçı təsərrüfatında olan mal-qarasını, o cümlədən 800 manata aldığı orta köklükdə cins inəyini örüşə ötürmək üçün naxıra qoşmuşdur. Həmin gün naxırı otarmaq növbəsi Cavabdeh olmuşdur. Cavabdeh heyvanları naxıra aparmış, digər heyvanları qayıtsa da, lakin həmin vaxt bir baş cins inəyi naxırdan qayıtmamışdır. Sonradan həmin heyvan “Gendərə” adlı yerdə ölü olaraq tapılmışdır. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab etmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğudan, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, dəymiş zərər cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının tələbini qismən təmin edərək 800 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 21 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ondan tutulmasına dair qətnamə qəbul etmişdir. İddiaçı onun malları sahibsiz qoyaraq evə gəlməyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, hadisə onun hüquqa zidd hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar olmamışdır. Belə ki, naxıra 120-130 iri buynuzlu mal-qara ötürülür. Örüş yeri isə Dağ ətəkləri, kolluq, ağaclıq və həmçinin qayalıqda mövcuddur. Hamının nobat günü otardığı yerdə o da həmin günü malları otarmışdır. Mallar hər gün bir yerdə topa halında otarılmır, səpələnir əraziyə. Odur ki, hadisənin törənməsi onun hüquqa və ya qanuna zidd hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar qiymətləndirilməsi düzgün sayıla bilməz. Həmin örüş sahəsində oxşar hadisənin yaranması birinci hal deyildir və əvvəllər də baş vermişdir. Lakin belə hallarda, yəni kənd camatının danışıb razılaşmasına görə heyvanlar nobatda canavara yem olduqda və ya qayadan aşıb məhv olduqda, yaxud xəsarətləndikdə nobatçı cavabdehlik daşımayacaq. Bu halı təsdiq edən şahidlər vardır ki, məhkəmə onları izahat almağa dəvət etməmişdir. Odur ki, məhkəmə işin taktiki hallarını tam araşdırmamış və bunlara düzgün hüquqi qiymət vermədiyindən düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2 iyun 2022-ci ildə iddiaçı təsərrüfatında olan mal-qarasını, o cümlədən 800 manata aldığı orta köklükdə cins inəyini örüşə ötürmək üçün naxıra qoşmuşdur. Həmin gün naxırı otarmaq növbəsi Cavabdeh olmuşdur. Cavabdeh heyvanları naxıra aparmış, digər heyvanları qayıtsa da, lakin həmin vaxt bir baş cins inəyi naxırdan qayıtmamışdır. Sonradan həmin heyvan “Gendərə” adlı yerdə ölü olaraq tapılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, hazırkı iş üzrə 2 iyun 2022-ci ildə iddiaçı təsərrüfatında olan mal-qarasını, o cümlədən 800 manata aldığı orta köklükdə cins inəyini örüşə ötürmək üçün naxıra qoşmuşdur. Həmin gün naxırı otarmaq növbəsi Cavabdeh olmuşdur. Cavabdeh heyvanları naxıra aparmış, digər heyvanları qayıtsa da, lakin həmin vaxt bir baş cins inəyi naxırdan qayıtmamışdır. Sonradan həmin heyvan “Gendərə” adlı yerdə ölü olaraq tapılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Apellyator kənd camatının danışıb razılaşmasına görə heyvanlar nobatda canavara yem olduqda və ya qayadan aşıb məhv olduqda, yaxud xəsarətləndikdə nobatçının cavabdehlik daşımayacağı barədə dəlilləri əsassızdır. Çünki apellyator bu barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-42/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-594/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-594/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver