Məhkəmə qərarları › İş №2(107)-599/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-599/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-599/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, e-2(035)-277/2024 saylı qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 əsas borca görə 35.000 manat, 3.500 manat əldən çıxmış fayda ilə birlikdə cəmi 38.500 manat, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3.900 manat əsas borcun və 390 manat əldən çıxmış fayda ilə birlikdə cəmi 4.290 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün onlara münasibətdə iddia ərizəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən baxılmamış saxlanmışdır. Zərdab Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(035)-277/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və iddianın cavabdeh tərəfindən qismən etirafının təsdiq edilərək, Cavabdeh1 35000 manat pulun alınaraq mənə, yəni İddiaçı ödənilməsi, iddianın qalan hissədətəmin edilməməsi qət edilmişdir. İddia Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş və qətnamə xx.xx.2022-ci il tarixdə xəbərnaməli məktubla iddiaçının qeydiyyatda olduğu ünvanına göndərilmiş, lakin iddiaçının nə qətnamənin alması barədə xəbərnamə, nə də heç bir müvafiq qeyd yazılmadan iddiaçıya göndərilən məktub poç tərəfindən geri qaytarılmamışdır. Belə olan halda, həmçinin iddiaçının çıxarılan qətnamədən narazılığının olmadığı nəzərə alınmaqla, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı icra vərəqəsi icra edilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla Laçın rayon İcra və Probasiya şöbəsinə (Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə) göndərilmişdir. İddiaçı Zərdab Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli (məhkəməyə xx.xx.2023cü il tarixdə daxil olmuş) ərizə göndərərək göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı qətnaməsi ona rəsmi qaydada təqdim edilməmiş, o, İran İslam Respublikası vətəndaşı Məsud Qəmbərzadə ilə evli olduğuna və həmin nikahdan 2 qız uşağının olduğuna görə tez-tez ölkə hüdudlarından kənarda olduğunu qeyd edərək, həmin qətnamənin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Qətnamənin surəti Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı göndərilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermiş, apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Apellyasiya şikayətində İddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin 3900 manat əsas və 390 manat əldən çıxmış fayda kimi cəmi 4290 manat pulun X1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, e-2(035)-277/2024 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsini təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-277/2024 saylı qərardadını əsassız hesab edərək qeyd edir ki, o, 2(035)- 277/2022 saylı mülki iş üzrə keçirilən məhkəmə prosesində cavabdehlər Ramin Əmirəliyevə və Cavabdeh3 qarşı dair hissədə iddia ərizəsinin geri qaytarılmasını xahiş etməmiş, həmçinin onun Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadının qəbul edilməsindən məlumatı olmamış, həmçinin həmin qərardad ona elan edilməmiş və rəsmi qaydada təqdim edilməmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 277/2022 saylı qətnaməsiisə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə təqdim edildiyi üçün həmin qətnamədən xx.xx.2024-cü ilə kimişikayət vermək hüququndan istifadə edərək, qeyd edilən qətnaməni mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(035)-277/2024 saylı qərardadında qeyd edilmişdir ki, “İddia Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş və qətnamə xx.xx.2022-ci il tarixdə xəbərnaməli məktubla iddiaçının qeydiyyatda olduğu ünvanına göndərilmiş, lakin iddiaçının nə qətnamənin alması barədə xəbərnamə, nə də heç bir müvafiq qeyd yazılmadan iddiaçıya göndərilən məktub poçt tərəfindən geri qaytarılmamışdır”. Buradan da aydın olur ki, məhkəmənin Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ona rəsmi qaydada göndərilməmiş, qətnamə isə qeydiyyatda olduğu ünvanına göndərilsə də, onun nə qətnaməni almağı barədə xəbərnamə, nə də heç bir müvafiq qeyd yazılmadan ona göndərilən məktub poçt tərəfindən geri qaytarılmamışdır. Məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə onun həmin hüquqlarını pozmuşdur. Ona görə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 2(035)-277/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardadın qəbul edilməsini, əks təqdirdə şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, e-2(035)-277/2024 saylı qərardadı ilə, Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, e-2(035)- 277/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş və qətnamə xx.xx.2022-ci il tarixdə xəbərnaməli məktubla iddiaçının qeydiyyatda olduğu ünvanına göndərilmiş, lakin iddiaçının nə qətnamənin alması barədə xəbərnamə, nə də heç bir müvafiq qeyd yazılmadan iddiaçıya göndərilən məktub poç tərəfindən geri qaytarılmamışdır. Belə olan halda, həmçinin iddiaçının çıxarılan qətnamədən narazılığının olmadığı nəzərə alınmaqla, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı icra vərəqəsi icra edilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla Laçın rayon İcra və Probasiya şöbəsinə (Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə) göndərilmişdir. İddiaçı Zərdab Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli (məhkəməyə xx.xx.2023cü il tarixdə daxil olmuş) ərizə göndərərək göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı qətnaməsi ona rəsmi qaydada təqdim edilməmiş, o, İran İslam Respublikası vətəndaşı Məsud Qəmbərzadə ilə evli olduğuna və həmin nikahdan 2 qız uşağının olduğuna görə tez-tez ölkə hüdudlarından kənarda olduğunu qeyd edərək, həmin qətnamənin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Qətnamənin surəti Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı göndərilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermiş, apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Apellyasiya şikayətində İddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin 3900 manat əsas və 390 manat əldən çıxmış fayda kimi cəmi 4290 manat pulun X1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı 2(035)-277/2022 saylı mülki iş üzrə keçirilən məhkəmə prosesinin gedişində məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək Ramin Əmirəliyevə və Cavabdeh3 qarşı dair hissədə iddia ərizəsinin geri qaytarılmasını, Cavabdeh1 qarşı iddia ərizəsinin baxılmasını və qərar verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-277/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı , xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 35000 manat pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə (Cavabdeh1 3.500 manat əldən çıxmış faydaya dair hissədə) təmin edilməməsi qət edilmişdir. Belə ki, apellyasiya şikayətində İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 3900 manat əsas və 390 manat əldən çıxmış fayda kimi, cəmi 4.290 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, İddiaçı 2(035)-277/2022 saylı mülki iş üzrə keçirilən məhkəmə prosesində cavabdehlər Ramin Əmirəliyevə və Cavabdeh3 qarşı dair hissədə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və onun ərizəsinə əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən həmin cavabdehlərə münasibətdə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Zərdab Rayon Məhkəməsinin 2(035)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini geri qaytarmaqda və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilmə hüququnun izah edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Çünki iddiaçının mübahisələndiridiyi hissə məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı halda isə kollegiya qeyd edir ki, iddiaçı ya iddiasının baxılmamış saxlanması barədə birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirməli, yada həmin cavabdehlərə qarşı ümumi qaydada məhkəmədə yenidən iddia qaldırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, e-2(035)-277/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, e-2(035)-277/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, e-2(035)-277/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar