Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-601/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: çəkilmiş xərclərin əvəzinin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, vəkili Nümayəndə1 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)-92/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Cavabdeh3 İddiaçı anası X3 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X1 10000000 (on milyon) AZM-ə satmışdır. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-1090/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, Cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, İddiaçı Cavabdeh3 qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin torpaq sahəsində iddiaçılar tərəfindən fındıq ağacları əkildiyi iddia edilməklə həmin ağacların dəyəri tələb olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətində olan Balakən rayon Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların dəyəri olaraq hesablanmış 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının qərarlarına əsasən Cavabdeh3 və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Kortala kəndinin ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri verilmişdir. Cavabdehlər torpaq sahələrini satmaq qərarına gəldiklərindən aralarında 08 noyabr 2002-ci il tarixdə notarial formada alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh və onun ailə üzvlərinə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və ona bitişik olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlərdən 1.000.000 (bir milyon manat) AZM-ə almışlar. Cavabdeh3 iddiaçıya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Balakən rayonu, Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-1090/2021 saylı qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilmişdir. İddiaçı Cavabdeh3 məhkəmə iclaslarında iddiasını müdafiə edərək bildirmişdir ki, xeyli müddətdir ki, ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı istifadə etmək üçün vermişdir. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacı vardır. Cavabdeh3 torpaq sahəsini iddiaçıya satması məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Torpaq sahəsi 2002-ci il tarixdən iddiaçının istifadəsində olmuş, həmin torpaq sahəsində iddiaçı tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmişdir. Cavabdehlərə məxsus torpaq sahəsi özlərinin istifadəsinə verilmişdir. Hal-hazırda da cavabdehlərin istifadəsindədir. Torpaq sahəsi və onun üzərində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və sərəncamında olduğu üçün torpaq sahəsinə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırki işdə iddiaçıların qanunsuz hərəkətləri ilə cavabdehə zərərin vurulması aydın olur. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin olunan bilməz. Hazırda cavabdehlərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadəsində olduğu 20 il ərzində onun tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmiş və qulluq göstərilmişdir. Torpaq sahəsində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və mülkiyyətində qaldığı üçün torpaq sahəsinə çəkilmiş xərclər ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Torpaq sahəsində əkilmiş ağacların qiymətləri ilə bağlı mütəxəssis rəyinin alınması məqsədi ilə Balakən rayon X5 müraciət olunmuşdur. Balakən rayon X7 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən 16-18 illik 1 ədəd fındıq tomasının bazar dəyəri 100-130 manat, 7-8 illik 1 toma fındıq kolunun qiyməti isə 70-80 manat arasında dəyişilir. Digər ağacların qiyməti barədə mütəxəssis rəyində qeyd olunmuşdur. Mütəxəssis rəyində qeyd olunan ağacların qiymətini hesabladıqda ağacların dəyəri 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat qiymətləndirilir. 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.
5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1,Cavabdeh5,Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı iddia tələbi işin həqiqi və faktiki hallarına uyğun deyildir və buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı nəticəsində Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Balakən Rayon Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1,74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir. Həmin torpaq sahələri üç ayrı planşet nömrələrində hazırlanmışdır. JN 161 planşet nömrəsində olan 0. 11 ha torpaq sahəsi başqa ərazidə, 16İC və 161N planşet nömrələrində olan 1.63 ha torpaq sahəsi isə iddiaçının yaşadığı evin arxasında yerləşən ərazidən verilmişdir, Cavabdeh3 cavabdeh İddiaçı anası X3 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/ha torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35 kv/m olan fərdi yaşayış evini X1 10.000.000 (on milyon) manata satmışdır. Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini sahibsiz qalmaması üçün müvəqqəti olaraq İddiaçı istifadəsinə vermişdir. Sonradan Cavabdeh3 özünün və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini İddiaçı geri tələb etmiş, bu barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-1090/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh3 və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, hazırki vaxtadək İddiaçı torpaq sahəsini qanunsuz istifadə etməkdə davam edir. Əksinə o öz hərəkətlərini sığortalamaq və cavabdehləri torpaq sahəsindən əl çəkmələri üçün heç bir əsası olmayan yaxşılaşdırma xərcləri ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddianın əsassız olmasını təsdiq edən sübutlardan biri də Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair verilmiş JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıdır. JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsinin çoxillik əkmələr, yəni fındıq bağının olması qeyd edilmişdir. Cavabdehlərin bildirdiklərinə görə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində 6412.19 kv/m torpaq sahəsində olan fındıq bağı sovet dönəmində kolxoz vaxtında özlərinin əl əməyi hesabına əkilmişdir, iddiaçı isə guya orada 85 ədəd fındıq kollarının 2002-2003-cü illər ərzində əkildiyini sübut etməyə çalışan əsassız bir mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Elə bu əsasa görə Balakən DAİM-in Bitkiçilik sektorunun müdirinin verdiyi rəyi əsassız hesab olunmalıdır. Ümumiyyətlə rəydə göstərilən məlumatlar elmi cəhətdən əsaslandırılmamış, hansı metod və üsullardan, mənbələrdən istifadə etməklə ağacın yaşının, qiymətinin müəyyənləşdirilməsinin əsası müəyyən edilməmişdir. Eyni zamanda rəyi verənin aqronom ixtisasının olub-olmaması barədə də məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə bu cür əsası olmayan mütəxəssis rəyinə istinad etməməli və həmin sənədi sübut kimi qəbul etməməlidir. Tərəflər arasında 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müqavilənin bağlanmadığı şəksizdir. Cavabdehlər əsassız yararlanmayıb. İş materiallarına əlavə edilmiş JN 161 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən də görünür ki, Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Yəni torpaq sahəsini cavabdehlər özbaşına zəbt etməmişlər. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyiblər. Mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırki mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.İddiaçı cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir.Bu mənada hesab edirlər ki,iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin ona 1.63 ha torpaq sahəsində əkilmiş ağacların dəyəri olan 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğdə zərər vurmasını, bu zərərlə cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını hazırki vəziyyətdə sübut edə bilməmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Cavabdeh3 İddiaçı anası X3 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 8 noyabr 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X1 10000000 (on milyon) AZM-ə satmışdır. Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılan evin yanında yerləşən 1.63 ha hissəsini də İddiaçı istifadəsinə vermişdir. İddiaçı həmin torpaq sahəsində 2002 və 2003cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirmişdir. Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(019)-1090/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, Cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, İddiaçı Cavabdeh3 qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə işin hallarını, 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı istifadəsinə vermələrini, 20 ilə yaxın müddətdə həmin torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olmasını,İddiaçı həmin torpaq sahəsində 2002 və 2003 -cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirməsini, ekspert rəyinə əsasən yaxşılaşdırma işlərinin dəyərinin 23425,00 manat müəyyən edilməsini, torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 mülkiyyətində olmasını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Balakən rayonu Kortala kəndi ərazisində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülmüş yaxşılaşdırma işlərinə görə 22925 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 alınıb İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
8. Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)-92/2023 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 yaxşılaşdırma xərcinə görə 22925 manat məbləğində pul və 159 manat dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 1091 və 1092-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-161 KOD 40106018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Balakən rayonu Kortala kəndi ərazisindən Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.
11. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(0190-1090/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, Cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, cavabdeh İddiaçı Əhməd oğlunun iddiaçı Cavabdeh3 qarşı “iddiaçı Cavabdeh3 iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, X2 və Cavabdeh4 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdininmüqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
12. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən DAİM-in Bitkiçilik sektorunun müdiri tərəfindən Kortala kənd sakini İddiaçı istifadəsindəki, Cavabdeh3 ailəsinin birgə mülkiyyətində olan 1.562 ha torpaq sahəsi ilə bağlı verilmiş rəydə göstərilmişdir ki, Balakən rayonun Kortala kəndi ərazisində yerləşən JN seriyalı 161 nömrəli, kod 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə Cavabdeh3 ailəsinin birgə mülkiyyətinə aid 0,98 ha və 0,64 ha müxtəlif konturlarda olan yanaşı yerləşən cəmi 1.62 ha sahələrində xx.xx.2022-ci il tarixində vizual baxış keçirilmişdir. Baxış zamanı JN-161 saylı Dövlət aktına əsasən 1,62 ha ərazinin 0,64 ha hissəsində çoxillik əkinlərinin, fındıq bitkisinin əkildiyi sahə və 0,98 ha hissəsinin isə açıq sahə olduğu məlum olmuşdur. İddiaçı verdiyi məlumata əsasən 2002-2003-cü illər ərzində onun tərəfindən həmin ərazidə fındıq kolları əkilmişdir. Baxış zamanı 85 tomanın 16-18 illik və 62 tomanın isə 7-8 illik olması müəyyən olunmuşdur. 2002 və 2003-cü illər ərzində həmin ərazidə əkilmiş fındıq kollarından 85 topanın 16-18 illik olduğu nəzərə alınarsa fındıq tomalarının bazar qiyməti təxminən 100-130 manat, 62 topanın 7-8 illik olduğu nəzərə alınarsa fındıq kollarının bazar qiyməti isə təxminən 70-80 manat müəyyən etmək olar. Göstərilən müddətdə fındıq bağına düzgün aqrotexniki qaydada qulluq edildiyi - yəni, vaxtlı-vaxtında budandığı və gübrənin verildiyi görünür. Bundan əlavə İddiaçı tərəfindən 1,62 ha sahəyə fındıq tomalarından başqa aşağıda göstərilən meyvə və meşə ağacları əkildiyi müəyyən edilmişdir: 1.Armud ağacı - 35 sm diametrində 1 ədəd, 1 ədəd ağacın qiyməti 25-30 manat, 2.Alma ağacı - 15 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti 20- 25 manat, 3.Şaftalı ağacı - 20 və 22 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti 20-25 manat, 4.Korolyok ağacı - 30 və 14 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti 30-40 manat. 5.Əzgil ağacı-18 sm diametrində 1 ədəd. 1ədəd ağacın qiyməti -30-40 manat 6.Alça ağacı-27,42,23,30 və 28 sm diametrində 7 ədəd, 1 ədəd ağacın qiyməti 30-40 manat, 7.Şabalıd ağacı-60-38,65,85,44,52 və 34 sm diametrində 7 ədəd, 1 ədəd ağacın qiyməti 100-150 manat, 8.Qoz ağacı-60, 60, 63, 65, 47, 32, 44, 36, 37, 44, 49, 34, 30, 48, 32, 29, 84, 30, 25, 14,14, 20, 13,17,18, 15,35,39 və 38 sm diametrində 29 ədəd, 1 ədəd ağacın qiyməti 60- 130 manat, 9.Tut ağacı-37 və 48 sm diametrində 2 ədəd, 1 ədəd ağacın qiyməti-20-30 manat, 10. Akasiya ağacı- 10,14,8,9,8,9,9,7,7,15,10,15,12,14,15,18,19,10,16,10,15,19 və 8 sm diametrində 23 ədəd, 1 ədəd ağacın qiyməti 25-30 manat 11. Çinar ağacı-37, 37, 36, 39, 37, 35, 37, 32, 33, 29, 37, 30, 30,25,33,27 və 39 sm diametrində 17 ədəd, 1 ədəd ağacın qiyməti 15-35 manat, 12.Qızılağac ağacı-19,43,49,50,54 və 60 sm diametrində 6 ədəd, 1 ədəd ağacın qiyməti təxminən 40-45 manat müəyyən etmək olar.
13. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 7/1447; 9/9464 nömrəli ekspert rəyindən görünür ki, iş materialında olan (cild i.v. 37) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən rayon Dövlət X7nin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunduğu kimi 2002 və 2003-cü illər ərzində Cavabdeh3 ailəsinin birgə mülkiyyətinə aid 1.62 ha ərazidə əkilmiş fındıq kollarından 85 tomanın 16-18 illik, 62 tomanın 7-8 illik olduğu müəyyən edilmişdir. Fındıq tomalarından başqa aşağıda göstərilən meyvə və meşə ağacları əkildiyi müəyyən edilmişdir: 1.Armud ağacı-35 sm diametrində 1 ədəd 2.Alma ağacı-15 sm diametrində 2 ədəd 3.Şaftalı ağacı -20 və 22 sm diametrində 2 ədəd 4.Korolyok ağacı-30 və 14 sm diametrində 2 ədəd 5.Əzgil ağacı-18 sm diametrində 1 ədəd 6.Alça ağacı -27,42,23,30 və28 sm diametrində 5 ədəd 7.Şabalıd ağacı- 60,38,65,85,44,52 və34 sm diametrində 7 ədəd 8.Qoz ağacı -60, 60, 63, 65, 47, 32, 44, 36, 37, 44, 49, 34, 30, 48, 32, 29, 84, 30, 25, 14, 14, 20, 13, 17, 18, 15, 35, 39 və 38 sm diametrində 29 ədəd 9.Tut ağacı - 37 və 48 sm diametrində 2 ədəd 10.Akasiya ağacı- 10,14,8,9,8,9,9,7,7,15,10,15,12,14,15,18,19,10,16,10,15,19, və 8 sm diametrində 23 ədəd 11.Çinar ağacı-37,37,36,39,37,35,37,32,33,29,37,30,30,25,33,27 və 39 sm diametrində 17 ədəd 12.Qızılağac ağacı-19,43,49,50,54 və 60 sm diametrində 6 ədəd. İş materiallarında olan məlumatlardan və rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə, Balakən rayon Kortala kəndi ərazisində yerləşən bağ sahəsində mövcud olan ümumilikdə 244 ədəd ağacların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23425,00 manat müəyyən edilir. Həmin ağacların ayrıayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
14. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddianın əsassız olmasını təsdiq edən sübutlardan biri Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair verilmiş JN161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıdır. JN 161KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 Nplanşet nömrəsində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsinin çoxillik əkmələr, yəni fındıq bağının olması qeyd edilmişdir. Cavabdehlərin bildirdiklərinə görə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində 6412.19 kvm torpaq sahəsində olan fındıq bağı sovet dönəmində kolxoz vaxtında özlərinin əl əməyi hesabına əkilmişdir. İddiaçı isə guya orada 85 ədəd fındıq kollarının 2002-2003-cü illər ərzində əkildiyini sübut etməyə çalışan əsassız bir mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Elə bu əsasa görə Balakən DAİM-in Bitkiçilik sektorunun müdirinin verdiyi rəyi əsassız hesab olunmalıdır. Ümumiyyətlə rəydə göstərilən məlumatlar elmi cəhətdən əsaslandırılmamış, hansı metod və üsullardan, mənbələrdən istifadə etməklə ağacın yaşının, qiymətinin müəyyənləşdirilməsinin əsası müəyyən edilməmişdir. Eyni zamanda rəyi verənin aqronom ixtisasının olub-olmaması barədə də məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə bu cür əsası olmayan mütəxəssis rəyinə və mütəxəssis rəyindən başqa heç bir tədqiqat aparılmayan ekspert rəyinə istinad etməməli və həmin sənədi sübut kimi qəbul etməməlidir.
16. İddiaçı cavabdehlərin ona 1.63 ha torpaq sahəsində əkilmiş ağacların dəyəri olan 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğdə zərər vurmasını, bu zərərlə cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını hazırki vəziyyətdə sübut edə bilməmişdir.
17. İddiaçının mübahisə predmeti olan torpaq sahəsinə heç bir hüququ yaranmamış və o, torpaq sahəsinin vicdanlı sahibi olmamışdır. Belə ki, o, torpaq sahəsinin heç bir hüquqla ona məxsus olmamasını bilmiş, uzun müddət həmin torpaq sahəsindən qanunsuz istifadə etmiş və uzun müddət torpaqdan qanunsuz istifadə etdiyini bilməklə mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də onun həmin torpaq sahəsinə görə hər hansı yaxşılaşdırma xərci və əsassız varlanma ilə bağlı ziyan tələb etmək hüququ yoxdur.
18. Ona görə də, Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)- 92/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə3 və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)-92/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdehlər Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)- 92/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
28. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsində cavabdehlər öz izahatlarında da qeyd etmişlər ki, Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini sahibsiz qalmaması üçün müvəqqəti olaraq İddiaçı istifadəsinə vermişdir. Bu hal iddiaçının vicdanlı sahib olduğunu və apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilmiş iddiaçının vicdansız sahib olduğu barədə arqumentlərinin əsassız olduğunu təsdiq edir. Çünki, apellyator iddiaçının vicdansız sahib olmasını torpağın onun mülkiyyətində olmadığını bilməsi ilə əsaslandırmışdır ki, bu da iddiaçının vicdansız sahib olduğunu deməyə əsas hesab edilə bilməz. Mülki Məcəllənin 157.5-ci maddəsinin məzmunundan göründüyü kimi, vicdanlı və vicdansız sahib əmlaka sahibliyinin qanuni və qanunsuz olması və bunu bilməsi ilə müəyyən olunur. Göründüyüy kimi, burada mülkiyyət deyil, sahibliyin qanuniliyindən söhbət gedir. Mübahisəli torpaq sahəsinin cavabdehin özü tərəfindən iddiaçıya istifadəyə verilməsi sonuncunun sahibliyinin qanuni olduğu anlamına gəlir.
29. Cavabdehlər həm birinci instansiya məhkəməsində izahatlarında, həm də apellyasiya şikayətinin dəlillərində JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsində çoxillik əkmələr olmasına istinad etmişlər. Bununla bağlı kollegiya qeyd edir ki, göstərilən dövlət aktında həmin torpaq sahəsində çoxillik əkmələr olduğu göstərilsə də, həmin əkmələr nədən – fındıq kolları və ya başqa hansı ağaclardan ibarət olduğu konkretləşməmişdir. Balakən Dövlət X7 tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli MİHO/1.2.24-2- 2022-63 nömrəli rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 7/1447, 9/9464 nömrəli ekspert rəyində mübahisəli torpaq sahəsində olan ağacların yaşları 7-8 və 16-18 illik olaraq müəyyən edilmişdir. Belə olduqda, mövcud ağaclardan ən yaşlısının 2004-cü ildə əkildiyini müəyyən etmək olar. Sözügedən dövlət aktı 28 oktyabr 1997-ci ildə tərtib edilmişdir. Belə olan halda, göstərilən rəylərdə sözü gedən ağacların həmin dövlət aktında göstərilən çoxillik əkmələr olmadığı təsdiq olunur.
30. Apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində əks olunmuş məhkəməyə verilmiş rəylərin əsaslılığını mübahisələndirən arqumentləri isə sadəcə formal mülahizələrdən ibarət olmaqla heç bir dəlillə öz təsdiqini tapmır. Belə ki, əldə edilmiş rəylər Balakən Dövlət X7nin mütəxəssisi, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq şöbələrinin ekspertləri tərəfindən verilmişdir və həmin mütəxəssis və ekspertlərin müvafiq sahə üzrə xüsusi biliyini və rəylərin əsaslılığını şübhə altına alacaq heç bir dəlil məhkəməyə təqdim edilməmişdir.
31. Apellyasiya şikayətinin bu qətnamənin 16-ci bəndində əks olunmuş arqumentlərinə münasuibət bildirərək kollegiya qeyd edir ki, hazırki iddia tələbinin əsasını cavabdehlərin iddiaçıya aktiv hərəkətləri ilə vurduğu zərər deyil, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahibin əmlakdakı yaxşılaşdırmalarının dəyərini mülkiyyətçidən tələb etmə hüququ təşkil edir.
32. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə iddia tələbi 22925 manat dəyərində olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 7/1447; 9/9464 nömrəli ekspert rəyində isə Balakən rayon Kortala kəndi ərazisində yerləşən bağ sahəsində mövcud olan ümumilikdə 244 ədəd ağacların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23425,00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbi həcmində işə baxmış və iddianı 22925 manat həcmində təmin etmişdir.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)-92/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(019)-92/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.