Məhkəmə qərarları › İş №2(107)-604/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-604/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-604/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bank krediti müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması və digər xərclərin ödənilməsi tələbinədair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-549/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-549/2018 nömrəli qətnaməsi ilə (hakim Arif İsmayılov) iddia ərizəsi təmin edilmiş, cavabdeh borclu Cavabdeh xx.xx.2012-ci il tarixli BK 876/MK/12 saylı kredit müqaviləsi üzrə ödənilmiş 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat kredit borcunun, məhkəmə əmri üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, 50 (əlli) manat icra ödənişinin, hüququ yardıma görə ödənilmiş 100 (bir yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 888,92 (səkkiz yüz səksən səkkiz manat doxsan iki qəpik) manatın alınaraq, iddiaçı zamin İddiaçı qaytarılması qət edilmişdir. İşin halları İddiaçıCavabdehqarşıbank krediti müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması və digər xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyəmüraciətedərək, Cavabdeh 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat kredit borcunun, məhkəmə əmri üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, 50 (əlli) manat icra ödənişinin, hüququ yardıma görə ödənilmiş 100 (bir yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 888,92 (səkkiz yüz səksən səkkiz manat doxsan iki qəpik) manatın onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunlaəsaslandırmışdırki, iddiaçı"xxxx" ASC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli BK 876/MK/12 nömrəli kredit müqaviləsinə əsasən, illik 32 faiz olmaqla 24 ay müddətinə 1950 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyinə tam şəkildə əməl etmədiyindən Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(033)-641/2016 saylı məhkəmə əmri ilə ödənilməmiş338,76 (üç yüz otuz səkkiz manat yetmiş altı qəpik) manat əsas kredit borcu və 350,16 (üç yüz əlli manat on altı qəpik) manat ona hesablanmış faiz borcu, cəmi isə 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat icra şöbəsinin30iyun 2016-cı il tarixli təklifı ilə hər ay onunəmək haqqından 50 faiz olmaqla tutularaq,"xxxx" ASC-in hesabına ödənilmişdir. Hazırda kreditdən istfadə edən Cavabdeh onun əvəzinə ödədiyi pulları tələb etsə də,sonuncu bundan imtina edir və borcunu ödəməkdən yayınır. Bundan başqa, kreditin vaxtında ödənilməməsinə görə ondan məhkəmə və icra xərcləri tutulmuşdur. Eyni zamanda hüquqlarının müdafiəsi üçün hüququ yardıma görə 100 (bir yüz) manat xərcə düşmüşdür. Ona görə də məhkəməyə müraciət edirəm. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Yenə AzərbaycanRespublikasıMPM-in 185.1-cimaddəsinəəsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşdə olanİddiaçıməhkəməyə ünvanladığı ərizədən görünür ki, o, mülki işə onuniştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasınıməhkəmədənxahişetmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni ədalətsiz və əsassiz hesab edir. Belə ki, həmin qətnamə MPM-nin mübafiq maddələrinin pozulması ilə çıxarılmışdır. Birinci pozuntu işə onun iştirakı olmadan baxılmasıdır ki, X1 və Azadlıqlarının müdafiəsi ilə bağlı, Konvensiyanın 6-cı maddəsi, 7 №-li protokolun 2-4-cü maddələrinin tələblərini pozmuş, ədalətli məhkəmə araşdırması hüquqlarına əməl olunmamışdır. Götürdüyü kredit borcu üzrə bankın qarşısında o, Fatiməyə 200 manat borca pul vermişdir. Daha sonra evinə gəlib. Həmin günü qızının ad gunu idi. Bacısı gilin, anasının, qızının yanında o, Fatiməyə axşam saat 12:00-da 50 manat borc pul vermişdir. Həmin fakta dair şahidləri də var. İddiaçı 250 manatlıq paltar və ayaqqabı vermişdir nisyə. Qeyd edilən əsas borcun 350 manatı Fatimədən tutulmuşdur. Lakin, həmin dövrdə onun bazarda mağazası vardı və orada geyim əşyalarının satışı ilə bağlı biznes ilə məşğul olurdu. Satmış olduğu qeyimlərdən İddiaçı və onun ailə üzvlərinə əsas da qızı Cənnətə hər dəfə az az ümumilikdə hesablandığında borca götürdüyü pullarla bərabər 1200 manat miqdarinda pul hesablanmışdır. İddiaçı ona olan borcunu ödəməkdən boyun qaçırtdığı üçün onu məhkəyə vermişdir. Həmin qeyimlərin borcu hələ də ona geri qaytarılmayıb. İddiaçı həmin ona olan borcalarına qarşılıq olaraq ona bildirmişdir ki, “Mən sənin bank borcunu ödəyəcəyəm!” Həmin faktlara dair onun şahidləri vardır. Həmin bank borcu barədə o, sonradan maraqlanmamışdır, çünki Bakı şəhərinə köçmüşdür. Hakim Tural Həsənovun qətinə görə ona 10 gün müddətində həbs verilmişdir. O, 59 yaşında gedib 10 gün MPM-528-ci maddəsiylə həbs ediblər. Onun şərəf və ləyaqəti tapdalanmışdır. İddiaçi İddiaçı ondan əl çəkmir hər yerdə onun və ailəsinin barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır. İddiaçı molla kimi fəaliyyət edərək hansı hürz yerlərinə getsə orada hamıya bildirir ki, Cavabdeh 10 gün həbs verdirmişdir. İddiaçı etdiyi əməllərə görə onun 32 illik ailəsi dağılmışdır. Həbs olunduğu müddətdə onun təzyiqi olub. Qarnında çiban olub, orada həkim həbsxanaya gəlib demişdir şəkərdən yaranıb. O, qorxudan şəkər xəsdəliyinə tutulmuşdur. Üstündə olan borcun silinməsinə köməklik göstərilməsini xahiş edir. Çünki xəsdə düşmüş, həbs olunduğuna görə səkər olmuşdur, pensiya almır, kasıb qadındır, iş yeri yoxdur, maddi durumu pis vəziyyətdədir. Həmdə o İddiaçı borclu falan deyildir. Əksinə hesablansa iddiaçı ona borcludur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)- 549/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, hazırkı iş üzrə yeni qərar qəbul edib işə xitam verilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli, 2(033)-549/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-549/2018 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 09780502 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur və Zaqatala şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 27-də qeydiyyatdadır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(033)-641/2016 nömrəli əmri ilə kreditor «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Zaqatala şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh və Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 27 ünvanında qeydiyyatda olan borclu İddiaçı xx.xx.2012-ci il tarixli BK 876/MK/12 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə olan 338,76 (üç yüz otuz səkkiz manat yetmiş altı qəpik) manat əsas kredit borcu və 350,16 (üç yüz əlli manat on altı qəpik) manat ona hesablanmış faiz borcu, cəmi isə 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat kredit borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat müştərəkqaydadakreditor «xxxx» BOKT QSC-in xeyrinə tutulmalıdır. İşdə olan5 saylı ƏMHM-in arayışından görünür ki, İddiaçı tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2016-cı il tarixli 2(033)-641/2016 saylı icra sənədi üzrə 2017-ci ilin aprel ayınadək cəmi 758 (yeddi yüz əlli səkkiz) manat borc tutularaq, “xxxx” ASC-nə köçürülmüşdür. İşdə olan Zaqatala Rayon İcra şöbəsinin xx xxxx 2016-cı il tarixli 475 nömrəli təklifindən görünür ki, İddiaçı tərəfindən Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(033)-641/2016 saylı icra sənədi üzrə 708,92 (yeddi yüz səkkiz manat doxsan iki qəpik) manat və 50 (əlli) manat 7% həcmində icra ödənişi ödənilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Mülki işin materiallarından görünür ki, bank krediti üzrə yaranmış borcun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi xx xxxx 2018-ci ildə Zaqatala Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə məhkəmə baxışına hazırlıq iclası xx xxxxx 2018-ci il tarixə, saat 10:15ə Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. xx xxxx 2018-ci ildə tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə göndərilmiş məktub və həmin məktubun göndərilməsini təsdiq edən möhürsüz reyestr olsa da, həmin məktubun tərəflərə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarına əlavə edilməmişdir. xx xxxxx 2018-ci ildə İddiaçı iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki işin məhkəmə iclasında baxılması xx xxxxx 2018-ci il tarixə saat 11:20-yə təyin edilmişdir. Mülki işin materiallarında məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsi barədə göndərilmiş məktub və həmin məktubun göndərilməsini təsdiq edən möhürsüz reyestr olsa da, həmin məktubun cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarında aşkar edilməmişdir. Nəticədə xx xxxxx 2018-ci ildə yekun məhkəmə baxışı keçirilmiş və qətnamə cаvаbdehin məhkəmə prosesində iştirakı təmin edilmədən qəbul edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, kreditor «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə borclu-hazırkı iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli BK 876/MK/12 saylı kredit müqaviləsinə əsasən, borcluya illik 32 faiz olmaqla 24 ay müddətinə 1950 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq, kreditor «xxxx» QSC ilə zamin hazırkı iş üzrə İddiaçı arasında xx.xx.2012-ci il tarixli 876/MK/12-876 saylı zaminlik müqaviləsi imzalanmışdır. Borclular Cavabdeh və İddiaçı öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onların kreditor qarşısında 338,76 (üç yüz otuz səkkiz manat yetmiş altı qəpik) manat əsas kredit borcu və 350,16 (üç yüz əlli manat on altı qəpik) manat ona hesablanmış faiz borcu, cəmi isə 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat məbləğində borcu və 20 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, borcları yaranmışdır. Bununla bağlı kreditor «xxxx» ASCərizə ilə məhkəməyə müraciət etmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(033)-641/2016 nömrəli əmri ilə təmin edilmişdir. xx.xx.2012-ci il tarixli BK 876/MK/12 saylı kredit müqaviləsi üzrə borclu olan Cavabdeh aldığı krediti «xxxx» ASC-nə qaytarmamış, ona görə də «xxxx» ASC-nə olan 688,92 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun əvəzi zamin olan İddiaçı tam həcmdə tutulmuşdur. Hazırda həmin kredit müqaviləsi üzrə «xxxx» ASCyə ödənilməmiş borc qalmamışdır. Tərəflər arasında bank krediti müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən borclu olan cavabdehin əvəzinə həmin kredit müqaviləsi üzrə zamin olan iddiaçıdan kredit borcu bütünlüklə tutulmuşdur. Ona görə də iddiaçının ödədiyi kreditin əvəzinin bütünlüklə cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı 50 manat icra ödənişi etmiş və hüquqi yardıma görə 100 manat xərc çəkmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,iddiaərizəsitəminedilərək, cavabdeh borclu Cavabdeh xx.xx.2012-ci il tarixli BK 876/MK/12 saylı kredit müqaviləsi üzrə ödənilmiş 688,92 manat kredit borcunun, məhkəmə əmri üzrə ödənilmiş 20 manat dövlət rüsumunun, 50 manat icra ödənişinin, hüququ yardıma görə ödənilmiş 100 manatın və ödənilmiş 30 manat dövlət rüsumuəvəzi olmaqla, cəmi 888,92 manat İddiaçı qaytarılmalıdır. İddia ərizəsi təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 475.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüş, iddiaçı da göstərdiklərini təsdiq edən kifayət qədər sübutu məhkəməyə təqdim etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-549/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı bank krediti müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması və digər xərclərin ödənilməsi tələbinə dairiddiası təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il tarixli BK 876/MK/12 saylı kredit müqaviləsi üzrə ödənilmiş 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat kredit borcunun, məhkəmə əmri üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, 50 (əlli) manat icra ödənişinin, hüququ yardıma görə ödənilmiş 100 (bir yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 888,92 (səkkiz yüz səksən səkkiz manat doxsan iki qəpik) manat alınaraq İddiaçı verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(033)-549/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı bank krediti müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması və digər xərclərin ödənilməsi tələbinə dairiddiası təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli BK 876/MK/12 saylı kredit müqaviləsi üzrə ödənilmiş 688,92 (altı yüz səksən səkkiz manat doxsan iki qəpik) manat kredit borcunun, məhkəmə əmri üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, 50 (əlli) manat icra ödənişinin, hüququ yardıma görə ödənilmiş 100 (bir yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 888,92 (səkkiz yüz səksən səkkiz manat doxsan iki qəpik) manat alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar